Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə50/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   46   47   48   49   50   51   52   53   ...   265

Gülüstan müqaviləsi 

 

119



olmayacaqdı. Ona görə, Sisianovun qənaəti belə idi ki, Şəkinin  ən 

nüfuzlu beş  bəyinin uşaqlarının girov götürülməsi ilə  Şəki  əhalisinin 

ictimai fikrini də nəzarət altında saxlamaq olardı (23). 

Səlim xanın Rusiyaya bağlılığını artırmaq üçün o da Sisianov 

tərəfindən general-leytenant rütbəsinə  təqdim edildi. İmzalanmış 

müqaviləyə  əsasən,  Şəki xanının hakimiyyəti də kifayət qədər 

məhdudlaşdırılırdı. Siyasi baxımdan varislik saxlansa da, xanlar Rusiya 

imperatoru tərəfindən təsdiqlənməli idi. Şəki xanının qonşu xanlarla, 

Qacar sarayı ilə bütün təmasları Sisianovun razılığı ilə baş verməli idi. 

Sisianovun icazəsi olmadan Şəki xanı qonşu hakimlərlə  hər hansı bir 

razılaşmaya getməyə haqqı yox idi. İqtisadi baxımdan isə ilk növbədə 

Rusiya xəzinəsi üçün müəyyənləşdirilmiş vəsait ödənməli idi. 

Müqavilənin imzalanmasından sonra onun müəyyən  şərtlərinin, o 

cümlədən də  Şəki xanlığı  ərazisində rus qoşun dəstəsinin yer-

ləşdirilməsinin icrasına başlandı. Şəkiyə yerləşdiriləcək qoşun dəstəsinə 

mayor Rebinder adlı birisi rəhbərlik etməli idi və ona tapşırıldı ki, qoşun 

dəstəsinin yerləşdirilməsi üçün qala tikintisinə başlasın. Səlim xan rus 

qolun dəstəsi üçün Böyük Dəhnə və Kiçik Dəhnə kəndləri yaxınlığında 

qala tikilməsi üçün yer ayırdı. Lakin bu yer mayor Rebinderi qane 

etmədi. Onun fikrincə, qala tikiləcək yerdə əlverişsiz coğrafi şərait, otlaq 

sahələrinin olmaması və su ehtiyatlarının azlığı rusların vəziyyətini çətin-

ləşdirə bilərdi. Bölgənin təhlilini aparandan sonra mayor Rebinder qoşun 

dəstəsinin Ərəş qalasında yerləşdirilməsini təklif edirdi. Ərəş qalası Bakı 

ilə Gəncə arasındakı yolun təhlükəsizliyinin də təmin edilməsinə imkan 

verirdi. Bundan əlavə, mayor Rebinder təklif etdi ki, əlavə olaraq 

Mingəçevir və Kürəkbasanda kazak postları qurulsun (24). 

Şəki xanı, Şəki bəyləri və Şəki ruhaniləri rus qoşun dəstəsinin Ərəş 

qalasında yerləşməsinə razı deyildilər. Amma Kürəkçay müqaviləsinin 

imzalanmasından sonra Qacar qoşunlarının Qarabağ xanlığı üzərinə 

hücum xəbərini eşidəndə Səlim xan öz fikrini dəyişməli oldu. Çünki Ərəş 

qalasında yerləşdirilmiş qoşun dəstəsi Qacar qoşunlarının hücumunun 

qarşısını  Şəki xanlığının sərhədində saxlaya bilərdi. Bundan əlavə, 

burada müdafiə xətti təşkil etməklə xanlıq əhalisinin tarla məhsullarının 

toplanması üçün də vaxt qazanmaq olardı. Təklif olunurdu ki, sonradan 

rus qoşun dəstəsi Dəhnə  kəndi istiqamətində,  şəhərin qarşı  tərəfindəki 

köhnə qalada daimi olaraq yerləşsin. Mayor Rebinderin yazdığına görə, 

qoşun dəstəsinin yerləşdirilməsi üçün bu qalada Ərəş qalasına nisbətən 

daha yaxşı  şərait var idi. Səlim xanın təklifinə  əsasən, rus qoşun 

dəstəsindən 60 nəfərlik bir qrup isə Nuxa qalasının mühafizəsinə 

ayrılmalı idi. Bundan başqa, Səlim xan xahiş etdi ki, ruslar Nuxa 




Mehman Süleymanov 

 

120



qalasında olan topların təmirinə kömək etsinlər. Səlim xan bu toplardan 

heç olmasa yaxınlaşacaq düşməni qorxutmaq üçün istifadə etmək 

istəyirdi. Səlim xan eyni zamanda əlavə rus qoşun dəstəsinin 

göndərilməsini istədi. Bu qoşun dəstəsinin göndərilməsini o, Qacar 

qoşunlarının hücumlarından qorunmaq zərurəti ilə bağlayırdı. General 

Sisianov  əlavə qoşun dəstəsinin göndərilməsinə ehtiyac olmadığını  və 

təhlükə yaranan anda Səlim xanın Rusiya himayəsində olacağını bildirdi 

(25). 


Rusiya təbəəliyini qəbul etməsinə baxmayaraq, Səlim xanın general 

Sisianovun siyasətinə qarşı şübhəli və ehtiyatlı bir mövqeyi var idi. Səlim 

xanın öz mühafizəsini ləzgi silahlılarına tapşırması  və rus qoşun 

dəstəsinin mümkün qədər Nuxa qalasından kənarda saxlaması da bununla 

bağlı idi. Çox güman ki, bu ehtiyatlı münasibətə görə, Səlim xan nəzərdə 

tutulan girovların Tiflisə göndərilməsində  də  qətiyyətlilik göstərmədi. 

Qacar qoşunlarının hücum xəbəri Səlim xanın xanlıq  ərazisinə göndə-

rilmiş rus qoşun dəstəsinin yerləşdirilməsinə münasibətini bir qədər 

dəyişdi. Səlim xan özü də etiraf edirdi ki, rus qoşun dəstəsinin Nuxa 

yaxınlığına buraxılması Qacar qoşunlarının Qarabağ ərazisində olması ilə 

bağlı idi. Qacar qoşunları geri qayıdan kimi Şəki xanlığı ərazisindən rus 

qoşun dəstəsi də geri qayıdaraq Ərəş qalasında yerləşməli idi. Rus qoşun 

dəstəsinin rəhbəri mayor Rebinder Nuxaya yaxınlaşmasının ardınca 

Səlim xanın qarşısına yeni bir tələb qoydu. Mayor Rebinder istəyirdi ki, 

rus qoşun dəstəsi Nuxa qalasının daxilinə buraxılsın. Bu, Şəki xanının 

fəaliyyətinin daha ciddi nəzarət altına alınmasına imkan verərdi. Səlim 

xan isə bu tələblə razılaşmadı.  İmzalanmış müqavilədə rus qoşun 

dəstəsinin Nuxa qalasına buraxılması haqqında  şərt olmadığını  əsas 

tutaraq Səlim xan Sisianov qarşısında belə bir tələbin irəli sürülməməsi 

məsələsini qaldırdı. General Sisianov mövcud tarixi şəraitdə Səlim xanın 

bu xahişi ilə razılaşdı. Onun fikrincə, Səlim xana təzyiq etmək Nuxa 

daxilində rus qoşunlarının mövcudluğuna qarşı münasibəti dəyişə bilərdi. 

Xüsusilə, Sisianov ondan qorxurdu ki, Qacar əyanları  Şəki xanlığının 

ruhaniləri vasitəsilə xanlıq  əhalisini Rusiya işğalı  əleyhinə  səfərbər edə 

bilərdilər. Ona görə Sisianov mayor Rebinderə yazdı ki, qoşun dəstəsinin 

Nuxa qalasında yerləşdirilməsi ilə bağlı  Səlim xana təzyiqi dayandırsın 

(26). 

Amma bu heç də o demək deyildi ki, general Sisianov rus qoşun 



dəstəsinin Nuxa qalasına yerləşdirilməsi planlarından əl çəkdi. Sisianov 

da  əmin idi ki, rus qoşun dəstəsini Nuxa qalasına yerləşdirilməklə Şəki 

xanının Rusiya itaətində qalmasına etibarlı zəmanət əldə etmiş olardı. Bu 

məqsədə çatmaq üçün Sisianov mayor Rebinderlə  Səlim xana gizli 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə