Gülüstan müqaviləsi
123
oldu. Lakin çox keçmədi ki, Səlim xan yenidən ləzgilərlə danışıqlara
başladı. Bu barədə alınan məlumat Sisianovun qəzəb və təşvişinə səbəb
oldu. Çünki Səlim xanın ruslardan aralanmaq cəhdi günü-gündən daha da
qabarıqlaşırdı. Əldə edilmiş məlumatlara görə isə Səlim xan ləzgilərin
yanına öz nümayəndəsini göndərmiş, Fətəli şahın məktubunu gətirən
nümayəndəni isə xoş münasibətlə qəbul etmişdi. Sisianov həm ləzgiləri,
həm də Fətəli şahı Rusiyanın düşməni sayırdı və ona görə Səlim xandan
tələb etdi ki, öz seçimini etsin – ya ləzgilər, ya da rus qoşun dəstəsi.
Sisianov bildirirdi ki, əgər Səlim xan ləzgilərə arxalanmaq istəyirsə,
ondan xanlıq ərazisindəki rus qoşun dəstəsini geri çəkəcəkdir. Səlim
xanın diqqətinə çatdırılırdı ki, rus qoşun dəstəsinin geri çağırılması onun
üçün ağır nəticələr verə bilər. Xüsusilə, Səlim xana Şamaxı xanının
təhlükəsi xatırladıldı. Sisianov hədələyici şəkildə bildirdi ki, Şamaxı xanı
Mustafa xan və onun yanında sığınacaq tapmış Məhəmməd Həsən xan
Şəki xanlığı üzərinə hücum üçün fürsət gözləyirlər. Rus qoşun dəstəsinin
Şəki xanlığından geri çəkilməsi belə bir fürsəti yarada bilərdi (31).
Səlim xan bu ittihamların heç birini qəbul etmədi və Rusiya
təbəəliyinə sədaqətli qaldığını və imzaladığı müqavilənin şərtlərini
pozmayacağını bildirdi. Lakin sonrakı müşahidələr göstərdi ki, Səlim
xanın fəaliyyəti yenə də rusları qane etmirdi. Xüsusilə, Rusiyanın
düşməni olan şəxslərlə və qüvvələrlə Səlim xanın əlaqədə olması ruslar
tərəfindən həyəcanla qarşılanırdı. Kaxetiya şahzadəsi Ancik Beburovun
Şəki xanlığında olması, Abbas Mirzənin, İbrahim xanın oğlu Əbülfət
ağanın, gürcü şahzadəsi Aleksandrın nümayəndələrinin Şəki xanlığında
olmasını Sisianov Səlim xanın Rusiyaya sədaqətsizliyi kimi
qiymətləndirirdi. Sisianov mayor Rebinderə göstəriş verdi ki, Rusiya
üçün etibarsız şəxslərin Şəki xanlığı ərazisinə gəlməsi nəzarət altında
saxlansın və belələrinin tutularaq ruslara təhvil verilməsi üçün Səlim
xana təzyiq göstərilsin (32).
Sisianovu isə daha çox Səlim xanın ləzgilərlə əlaqə yaratmaq cəhdləri
qorxudurdu. Çünki ləzgi silahlı dəstələrinin Şəki xanlığına gətirilməsi ilə
xanlıq ərazisindəki azsaylı rus dəstəsini sıxışdırıb oradan çıxarmaq
mümkün idi. Sisianovun aldığı yeni məlumata görə, Səlim xan Surxay
xana 300 rublluq hədiyyə yollayaraq ondan 1000 nəfər ləzgi silahlılarının
Şəki xanlığına göndərilməsini xahiş etmişdi. Surxay xan da alınan
məlumatlara görə, Şəki ərazisinə göndəriləcək ləzgi silahlılarının
maaşının müəyyənləşdirilməsi üçün Qazı əfəndi adlı birisini Səlim xanın
yanına göndərdi (33).
Lakin mövcud faktların araşdırılması göstərir ki, 1805-ci ildə Şəki
xanlığı ərazisinə ləzgi silahlıları gəlməmişdilər. Bununla belə, Səlim
Mehman Süleymanov
124
xanla rus qoşunları arasında anlaşılmazlıq qalmaqda idi.1805-ci ilin
sonlarına yaxın Səlim xan 500 nəfərlik rus qoşun dəstəsini ərzaqla təmin
etməkdən imtina etdi. Səlim xan bunu onunla izah etdi ki, xanlıq
ərazisində qıtlıq olub, əhalidən bu qədər ərzaq toplamaq qeyri-
mümkündür. Onun fikrincə, ərzaq zorla toplanacağı təqdirdə Şəki əhalisi
köç edib başqa yerlərə gedəcəkdi. Ərəşdə olan qoşun dəstəsinin atları
üçün təyin olunan samanın da yalnız yarısı Səlim xan tərəfindən tədarük
olunmuşdu. Rus qoşun dəstəsi üçün kazarmaların tikilməsinə də Səlim
xan lazımi diqqət ayırmırdı. Bunun nəticəsi idi ki, 1805-ci ilin sonlarında
rus hərbçilərinin bir hissəsi hələ də çadırlarda yaşayırdılar (34).
1805-ci ilin noyabr ayında Sisianov Şamaxı xanlığının da Rusiyaya
birləşdirilməsi üçün ciddi addımlar atmaq qərarına gəldi. Şamaxı xanlığı
üzərinə yürüş həyata keçirmək üçün Sisianov Səlim xandan da silahlı
dəstə təşkil etməyi və həmin dəstəni Sisianovun ixtiyarına verməyi tələb
etdi. Səlim xan 500 nəfərlik atlı silahlı dəstə toplamalı və Göyçay
yaxınlığında həmin dəstə Sisianovun dəstəsinə qatılmalı idi. Səlim xan
isə Sisianovun tələb etdiyindən artıq sayda silahlı dəstə topladı. Bu top-
lanış Ərvətən məntəqəsində keçirildi. Bu məntəqəyə nəzərdə tutulandan
artıq silahlı atlıların toplanması rus hərbçilərinin təşvişinə səbəb oldu.
Ruslara bildirildi ki, bura toplanan atlılar arasından 500 nəfər seçilib rus
dəstəsinin tərkibinə göndəriləcək, qalanlar isə buraxılacaqdır. 500
nəfərlik dəstə seçilib rusların ixtiyarına veriləndən sonra yerdə qalan
atlılar evlərinə buraxılmadı və Sisianovun Şamaxı xanlığı üzərinə yürüşü
başa çatana kimi həmin atlılar toplu şəkildə saxlanıldılar (35).
Səlim xanın Sisianovla Mustafa xan arasında vasitəçilik etmək
cəhdinin uğursuzluğu da rusların narazılığına səbəb oldu. Sisianovun
özünün Mustafa xanla danışıqlar aparmaq cəhdi gözlənilən nəticə
vermədikdə, rus generalı Şamaxı xanlığı üzərinə qoşun çəkməyi və
Şamaxı xanlığını zor gücünə Rusiyaya birləşdirməyi qərara aldı. Sisianov
planlaşdırırdı ki, Mingəçevir yaxınlığında dəstəsi ilə Kür çayını adlasın
və Şəki xanlığının ərazisindən keçməklə Şamaxı üzərinə hərəkətini
davam etdirsin. Sisianovla Səlim xanın yazışmalarından belə bir qənaətə
gəlmək mümkündür ki, Səlim xan 1805-ci il noyabr ayının əvvəllərində
vasitəçilik üçün Sisianov qarşısında məsələ qaldırdı və ondan 2 həftə
vaxt istədi. Bu müddət ərzində o, Mustafa xanla əlaqə yaratdı və onu
Sisianovla görüşə razı salmağa çalışdı. Mustafa xanın təhlükəsizliyinə
zəmanət vermək üçün Səlim xan öz oğlunu ona girov verməyə də hazır
idi. Mustafa xan Sisianovun yanında olduğu müddətdə Səlim xanın oğlu
Şamaxıda qala bilərdi. Mustafa xan isə buna razı olmadı.
Müəyyənləşdirilən vaxt başa çatanda Sisianov qoşun dəstəsi ilə hərəkət