Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə51/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   47   48   49   50   51   52   53   54   ...   265

Gülüstan müqaviləsi 

 

121



məktub göndərdi və xahiş etdi ki, Səlim xan həmin məktubu mirzələrin 

iştirakı olmadan oxusun. Sisianov məktubunda yazırdı ki, ona rus 

generalı kimi deyil, Səlim xana qohumluğu çatan məşhur rus sərkərdəsi 

Pyotr  İvanoviç Baqrationun dostu kimi müraciət edir. (Səlim xanın 

general Baqrationla qohumluq bağlılığı olduğu güman edilirdi). General 

Sisianov mövcud şəraitdə Səlim xana bütün işlərində azad hərəkət etmək 

ixtiyarı verirdi. Ondan tələb olunan yalnız o idi ki, özünün mühafizəsinə 

ləzgi silahlılarını  cəlb etməsin. Sisianovun sözlərinə görə, ləzgi 

dəstəsinin  Şəki xanlığı  ərazisində olması Rusiya imperatoru üçün 

təhqiredici bir fakt idi. Bundan əlavə, Sisianov ruhanilərlə ehtiyatlı 

olmağı da Səlim xana tövsiyə edirdi. Sisianova görə,  Şəki  əhalisi və 

ruhaniləri sabit xarakterli deyildi. Şəki  əhalisinin rus işğalına qarşı 

birmənalı mövqedə dayanmaması general Sisinovu narahat edirdi. 

Xüsusilə, Qacar qoşunlarının Qarabağda olduğu vaxt Qacar əyanlarının 

Şəki ruhaniləri vasitəsilə yerli əhalini Rusiya təbəəliyini qəbul edən 

Səlim xana qarşı qaldırması ehtimalı böyük idi. Bunun qarşısının 

alınması üçün Sisianov tövsiyə edirdi ki, Səlim xan xanlığın axundunun 

kim olmasına diqqət yetirsin, elə bir şəxsi axund etsin ki, həmin şəxs həm 

Səlim xana, həm də Rusiyaya sədaqətli olsun. Sisianov sonra Səlim xanın 

şəxsi mühafizəsinin etibarlı  şəkildə qurulmasını da rus hərbçilərinə 

tapşırılmasını lazım bilirdi. Nuxa qalasının gözlənilmədən  əldən 

verilməsi təhlükəsinin aradan qaldırılması üçün Sisianov tövsiyə edirdi 

ki, heç olmasa qala darvazalarının qorunması ruslara tapşırılsın. Sisianov  

bəzi digər təklifləri də edirdi. Onun fikrincə, Qacar qoşunları Qarabağdan 

sıxışdırıldıqdan sonra Səlim xanın  şəxsi mühafizəsi adı altında az saylı 

rus hərbçilərini Nuxa qalasına yeritmək yaxşı olardı. Səlim xan da qala 

daxilində ona mane olan (başqa sözlə rus işğalı  əleyhinə olan) şəxsləri 

həbs etdirə bilərdi. Sisianovun yazdığına görə, rus qoşun dəstəsi üçün 

təklif olunan Ərəş qalası dar idi və bu darısqallıqdan çıxmaq üçün qoşun 

dəstəsinin bir hissəsini Nuxanın özündə yerləşdirmək yaxşı olardı (27). 

Qeyd edildiyi kimi, Kürəkçayda imzalanmış müqaviləyə  əsasən, 

Səlim xan Şəkinin nüfuzlu bəylərinin uşaqlarının girov kimi Tiflisə 

göndərməli idi. Həmin bəylərin kimliyi general Sisianov tərəfindən 

müəyyənləşdirilməli idi. Amma Səlim xan general Sisianovun müəy-

yənləşdirdiyi bəylərin deyil, başqa bəylərin uşaqlarını girov göndərdi. Bu 

da rusların narazılığına səbəb oldu. Bu narazılığa cavab olaraq Səlim xan 

bildirdi ki, bir aydan sonra Tiflisə girov kimi göndərilən uşaqlar 

Sisianovun təyin etdiyi bəylərin uşaqları ilə əvəz ediləcəkdir. Sisianov bu 

vəziyyətlə bağlı təəssüfünü bildirsə də, Səlim xana tövsiyə etdi ki, verdi-



Mehman Süleymanov 

 

122



yi vədə sadiq qalsın və bir aydan sonra nəzərdə tutulan bəylərin uşaqları 

girov kimi rusların sərəncamına göndərilsin (28).  

Kürəkçay müqaviləsi əsasında Şəki xanlığı ərazisində olan  rus qoşun 

dəstəsinin  ərzaqla təmin edilməsi məsələsində  Səlim xanın tutduğu 

mövqe də Sisianovun narazılığı ilə qarşılaşdı. Müqaviləyə əsasən, ərzaq 

xanlıq daxilində rus qoşunları baş komandanı tərəfindən müəyyənləşdiril-

miş münasib qiymət  əsasında hazırlanmalı idi. Sisianovun müəy-

yənləşdirdiyi qiymətlər isə toplanmalı olan ərzağın dəyərindən çox aşağı 

idi. Səlim xan məktubla müraciət edərək Sisianovdan ərzağın alınma 

qiymətinin artırılmasını xahiş etdi. Sisianov bu təklifi nəinki qəbul et-

mədi,  əksinə, təhqiramiz  şəkildə  Səlim xandan onun tərəfindən 

müəyyənləşdirilmiş qiymətlərin qəbul olunmasını tələb etdi (29). 

Söylənilən bu narazılıqlar, habelə  Şamaxı xanlığı ilə bağlı  Səlim 

xanın istəklərinə qarşı Sisianovun əks mövqeyi Şəki xanını Rusiyaya 

qarşı münasibətini dəyişdirməyə sövq edirdi. Səlim  rus qoşunlarının 

yardımından istifadə etməklə Şamaxı xanlığını ələ keçirmək niyyətindən 

hələ  əl çəkməmişdi və bununla bağı o, Sisianov qarşısında yenidən 

məsələ qaldırdı. Səlim xanın fikrincə,  Şamaxı xanlığı onun üçün 

potensial təhlükə olaraq qalmaqda idi. Çünki bir tərəfdən Mustafa xan 

Səlim xana qarşı düşmən münasibətdə qalmaqda idi və Səlim xanın tək-

başına Mustafa xana qarşı  çıxmaq imkanı yox idi. Digər tərəfdən də 

Səlim xanın  Şəki xanlığından uzaqlaşdırılan qardaşı  Məhəmməd Həsən 

xan Şamaxı xanlığı ərazisində idi. Onun da Şəki xanlığına iddiası Səlim 

xan üçün real təhlükə olaraq qalmaqda idi. Səlim xan Sisianova sübut 

etməyə çalışırdı ki, Şamaxı xanlığı  əvvəllər  Şəki xanlığının tabeliyində 

olmuşdur və ona görə  də bu xanlığı özünə tabe etməyə haqqı vardır. 

Səlim xan bir daha xahiş etdi ki, Qacar qoşunları Qarabağdan geri 

çəkilən kimi rus qoşunları  Şamaxı xanlığını tutub onun tabeliyinə 

versinlər. Səlim xan Şamaxı xanlığının ona veriləcəyi ilə bağlı Si-

sianovdan  əvvəlcədən zəmanət məktubu almağa çalışırdı (30). Sisianov 

Səlim xanın bu təklifi ilə yenidən razılaşmadı. Çünki Şamaxı xanlığının 

işğalına Rusiya özü iddialı idi və belə bir şəraitdə Sisianov Şamaxı 

xanlığını  işğal edib ruspərəstliyinə  şübhə ilə yanaşdığı  Səlim xanın 

ixtiyarına verməyi qeyri-mümkün saydı. 

Sisianovun fəaliyyətinin açıq işğalçı mahiyyəti, rus hərbçilərinin 

onun xanlığını  məhdudlaşdırmaq cəhdləri Səlim xanda Rusiya 

təbəəliyinə münasibətin qeyri-sabitliyinə zəmin yaratdı. Rus hərbçilərinin 

yazışmalarına əsasən, belə bir qənaətə gəlmək mümkündür ki, Səlim xan 

rusların təzyiqi altında  şəxsi mühafizəsi üçün yanında saxladığı  ləzgi 

silahlılarının xidmətindən imtina etdi. Bu isə rusların sevincinə  səbəb 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə