Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə34/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   30   31   32   33   34   35   36   37   ...   265

Mehman Süleymanov 

 

80



 

 

Rəssam F.Rubonun rəsmi" Canlı körpü. Polkovnik Karyaginin  



1805-ci ildə Muxrata səfərinin epizodu" 

 



Gülüstan müqaviləsi 

 

81



Abbas Mirzə isə Sisianovu bir qədər də irəli çəkərək onu döyüşə cəlb 

etmək istəyirdi. Ruslara vurulmuş bu zərbə Abbas Mirzə  tərəfindən 

sevinclə qarşılandı  və döyüşün nəticələri haqqında məlumat Fətəli  şaha 

da çatdırıldı. Fətəli  şah bu xəbəri “Təxti-Tavus” adlandırılan 

məntəqədəki düşərgəsində aldı və Tərtər ətrafındakı döyüşün iştirakçıla-

rının mükafatlandırılması haqqında fərman verdi (82). 

General Sisianovun təsvirinə görə isə iyul ayının 14-də  dəstəsi ilə 

Tərtər çayına yaxınlaşdıqda qarşı tərəfdə Qacar qoşunlarının atlı dəstəsi 

göründü. Onun fikrincə, Qacar dəstəsi qarşı  tərəfdə otlaq əraziləri 

yandırmaq istəyirdi. Bunu görəndə Sisianov yasovul Frolov adlı birisinə 

göstəriş verdi ki, kazak dəstəsi ilə Tərtər çayının qarşı sahilinə adlasın və 

od vurulmuş  ərazilərdə yanğını söndürsün və orada mövqe tutsun. 

Sisianovun məlumatına görə, Qacar atlılarının sayı 2 minə çatırdı. Tərtər 

çayının qarşı tərəfində Qacar atlıları ilə kazak dəstəsi arasında döyüş baş 

verdi. Döyüşün nəticələri də onun xeyli gərgin keçdiyini deməyə  əsas 

verir. Bu döyüşdə ruslardan 12-si öldürüldü, 4 nəfər yaralandı və 4 nəfər 

də itkin düşdü.  İtkin düşənlər heç şübhəsiz ki farsdilli mənbələrdə 

göstərilən  əsirlər idi. Sisianova görə, Qacar atlıları geri çəkilmək 

məcburiyyətində qaldılar. Frolovun rəhbərliyi altında olan dəstənin qarşı 

tərəfdə  əlverişli mövqelər tutması isə qalan dəstənin təhlükəsiz  şəkildə 

Tərtəri adlamasına şərait yaratdı (83). 

İyul ayının 15-də Sisianov dəstəsi ilə irəliyə doğru hərəkətini davam 

etdirdi. 13,5 verst yolu keçdikdən sonra Sisianovun dəstəsi dağıdılmış 

Mardəşti kəndi yaxınlığında düşərgə saldı. Sisianov bu məntəqəni xüsusi 

olaraq seçdi. Bu məntəqə polkovnik Karyaginin də  hərəkət marşrutu 

üzərində idi. Burada dayanmaqla general Sisianov polkovnik Karyaginin 

dəstəsinin onun dəstəsinə birləşməsini asanlaşdırmaq istəyirdi. Bu hadisə 

iyulun 16-da baş verdi. Polkovnik Karyagin Qacar qoşunlarının hücumla-

rından və təzyiqlərindən nicat taparaq, nəhayət ki, rus qüvvələrinə birləşə 

bildi. Polkovnik Karyaginin dəstəsi  əldən düşdüyü üçün mühafizə 

qrupunun müşayiəti altında Gəncəyə yola salındı. Sisianovun yazdığına 

görə, iyulun 17-də İbrahim xandan Qarabağ ərazisində olan Fətəli şahın 

yenidən Arazın cənubuna çəkilməsi haqqında məlumat aldı. Guya Fətəli 

şahın geri çəkilməsinə  səbəb də Sisianovun qoşun dəstəsi ilə Qarabağa 

doğru irəliləməsi olmuşdu (84). 

Sisianov iyul ayının 17-də heç bir təhlükə ilə qarşılaşmadığını 

bildirirdi. Amma həmin gün Qacar qüvvələri Sisisnovun dəstəsini 

dövrələyərək Gəncə  şəhəri  ətrafına çıxmış  və burada ruslarla döyüşə 

qatılmışdılar. Rus mənbələrində  və tarixi ədəbiyyatında olan məlumata 

görə, Abbas Mirzə 25 min nəfərlik qoşunla Gəncə üzərinə hücum etdi 




Mehman Süleymanov 

 

82



(85). Abbas Mirzənin qoşun dəstəsinin sayı haqqında göstərilən bu rəqəm 

elə  də inandırıcı görünmür. Tərtər çayı  kənarında dayanan Sisianovun 

nəzarətindən kənar 25 minlik qoşunun Gəncə istiqamətinə ötürülməsi elə 

də asan deyildi. Hər halda iyul ayının 17-də Abbas Mirzənin qüvvələri 

Gəncə  ətrafında idilər. Qacar qoşun dəstəsinin yetişməsi rus işğalından 

cana doymuş  yerli əhalinin sevincinə səbəb oldu və yerli əhalinin xeyli 

nümayəndəsi ruslarla mübarizə aparmaq üçün Qacar qoşunlarına 

qoşuldular. Rusiya işğalına qarşı üsyan qaldıran Şəmşəddil əhalisinin bir 

hissəsi də Qacar qoşunlarına qoşuldular. Gəncə  ətrafında yaşayan 

ermənilər isə rusların ağır vəziyyətə düşməsini görərək Gəncəyə, onların 

yardımına yollandılar. Yerli əhalinin də kömək etdiyi Qacar qüvvələri 

Gəncəni mühasirəyə aldılar.  İyul ayının 18-də  Gəncəyə gedən içməli 

suyun qarşısı  kəsildi. Rus tarixi ədəbiyyatında olan məlumata görə, 

Abbas Mirzə  və onun yanında olan gürcü şahzadəsi Aleksandr Qazax 

əhalisinə müraciət edib onları da ruslara qarşı mübarizəyə  səslədilər. 

Bildirilir ki, Qazax əhalisi Qacar qoşunlarına qoşulmaqdan imtina etdilər. 

Sisianov Qarabağa doğru hərəkətə başlayanda mayor Koçiyev adlı 

birisini Gəncədə qalan rus qoşun dəstəsinin komandiri təyin etmişdi. 

Mayor Koçiyev heç bir yerdən kömək almayacağı üçün ixtiyarında olan 

qüvvələrlə Qacar qoşunlarına müqavimət göstərməyi qərara aldı.  İyul 

ayının 19-da mayor Koçiyev 200 silahlı və 50 kazakdan ibarət bir dəstəni 

bir topun müşayiəti ilə qaladan kənara çıxardı ki, Abbas Mirzənin 

dəstəsini  şəhər  ətrafından uzaqlaşdırmağa cəhd göstərsin. Ruslara 300 

nəfərlik erməni dəstəsi də köməklik edirdi. Sisianovun yazdığına görə, 

azərbaycanlı  əhali də ruslara qarşı  fəal  şəkildə döyüşürdü. Onların sol 

cinahda əzmkarlıq göstərməsi Qacar qüvvələrinin Gəncədən uzaqlaşdırıl-

masını müəyyən qədər ləngitdi. Göstərilən müqavimət nəticəsində  hər 

halda ruslar Abbas Mirzənin dəstəsini  şəhərdən uzaqlaşdırılmasına nail 

oldular. Bununla belə, ruslar 3 nəfər itirdilər və onlardan 7 nəfəri isə 

yaralandı. Sisianovun fikrincə, Abbas Mirzənin Gəncə üzərinə hücum 

etməsi Cavad xanın oğlu Uğurlu xanın ruslara qarşı apardığı  işlərin 

nəticəsi idi (86). 

General Sisianov Qacar qoşunlarının Gəncə-Şamxor  ətrafında 

toplaşmasından xəbər tutsa da, Qarabağdakı  vəziyyəti nəzarətdən kənar 

qoymamaq üçün geri qayıda bilmədi. Onun geri qayıtması Qarabağ 

xanlığının tamamilə Qacar qüvvələrinin nəzarəti altına keçməsi ilə 

nəticələnə bilərdi. Gəncə istiqamətində isə Abbas Mirzənin dəstəsi iyulun 

23-də yenidən ruslarla döyüşə girdi. Həmin gün Tiflisdən Gəncəyə ərzaq 

karvanı gəlirdi. Bu ərzaq karvanını 2 ədəd topa malik olan 300 nəfərlik 

rus qoşun dəstəsi müşayiət edirdi. Gəncə  şəhərinin 47 verstliyində, 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə