Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə26/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 101 
müəllim arxa cəbhədə qala bilməzdi. O, birbaşa cəbhə  xəttinə 
getmək istəyir. Anası ilə vidalaşmaq üçün evə gedir. 
İlahi sən ona nə  qədər böyüklük, geniş ürək bəxş etmisən. 
Ana üçün övladın nə anlama gəldiyini ancaq analar bilər. Amma 
Vətən övladdanda şirindir. Onun yaşlı ürəyi oğul ayrılığına tab 
gətirə biləcəkdimi? Amma gözlərində qürur, məğrurluq, üzündə 
ilahinin bəxş etdiyi nur olan bu qadın oğluna xeyir-dua verib yola 
salır. Ana xeyir-duası almış övladı allah özü qoruyur. 
Fikrət Nəbiyev birbaşa Qarabağa yola düşür. O, torpaqla-
rımızı yağı düşməndən qorumaq üçün amansız döyüşə atılır. 
Fikrət Nəbiyevin cəsarəti, Vətən sevgisi onun yanında olan 
döyüşçüləri də ruhlandırır. Onun ən gözəl xüsusiyyətlərindən biri 
də odur ki, o qarşısında olan insanları  qələbəyə inandırmağı, 
«arxada vətəndir», «geriyə yol yoxdur» deyə irəliyə aparmağı 
bacarırdı. Bu qeyri-bərabər qüvvələrlə döyüşdə Azərbaycan nə 
qədər qəhrəman oğullarını itirdi, neçə-neçə gözəlin ürəyinə dağ 
çəkildi. Düşmən Azərbaycanın 20% torpaqlarını zəbt etdi.  
Amma Fikrət kimi oğullar olmasaydı onda nələr olardı, 
ilahi? 
Bu döyüşlərdə Fikrət qəhrəmanlıq nümunələri göstərdi…  
Fikrət Nəbiyev bu gün də  Vətən torpağını azad etmək 
uğrunda döyüşlərdə iştirak etməyə hazır olduğunu bildirir. 
Atəşkəs elan olunduqdan sonra o Azərbaycan Milli Elmlər 
Akademiyasının Fəlsəfə 
və Siyasi-Hüquqi Tədqiqatlar 
İnstitutunda işləməyə başlayıb.Burada da Fikrət Nəbiyev özünü 
bütünlüklə elmə  həsr edib. Onun «Siyasi təfəkkür» adlı kitabı 
çapdan çıxıb. Bu monoqrafiya bizim böyük alimlərimiz 
tərəfindən yüksək qiymətləndirildi. Monoqrafiya cəmiyyətin və 
təbiətin qarşılıqlı münasibətlər kontekstində siyasi təfəkkürün 
tədqiqinə həsr edilmişdir. Əsər xarici ölkələrin kitabxanalarına da 
AMEA Mərkəzi Elmi Kitabxanasının xətti ilə göndərilmişdir. 
Fikrət Nəbiyevin onlarla elmi əsərləri bir çox nüfuzlu 
mətbuat orqanlarında çap edilmişdir. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 102 
Fikrət Nəbiyev öz təfəkkürünün çalışqanlığının və iradəsi-
nin nəticəsində  fəlsəfə elmləri üzrə alimlik dərəcəsinə layiq 
görülmüşdür.  
Lakin, o bununla kifayətlənmir, elmdə yeni-yeni nailiyyətlər 
əldə etməyə çalışır. 
 
RZAYEVA SƏIDƏ  
AMEA MEK «Ədəbiyyatın elmi  
kompleksləşdirilməsi»  
şöbəsinin müdiri 
 
 
VƏTƏNIN QEYRƏTLI OĞLU 
 
AMEA fəlsəfə  və Siyasi-Hüquqi Tədqiqatlar  İnstitutunda 
elmi işçi kimi fəaliyyət göstərən Fikrət Nəbiyev tez-tez Milli 
Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının oxu 
zalında mütailə ilə  məşğul olurdu. Hər dəfə kitablardan nə isə 
axtararaq, hansısa elmi problemi araşdırdığını görürdüm. 
Elə ilk tanışlığımız da buradan başlamışdır. Mənə bir 
hüquqi işi araşdırmaqda və onun həllində yaxından kömək etməsi 
ilə onun gözəl, savadlı bir hüquqşünas olduğunu gördüm. 
Sonradan qəzetlərdən «Polkovnik vəzifəsində kapitan», 
«Fikrət Nəbiyev: bu gün də döyüşə getməyə hazıram» başlığı 
altında verilmiş  məqalələri oxuduqdan və televiziyada onun 
barəsində verilmiş  sənədli filmə baxdıqdan sonra onun 1991-
1996-cı illərdə Azərbaycan Milli Ordusunun tərkibində döyüş 
bölgələrindəki hərbi hissələrdə tağım komandirinin müavini, 
divizion komandirinin müavini və divizion komandiri 
vəzifələrində xidmət etdiyini biləndə Fikrətin nə  qədər işgüzar, 
bacarıqlı, hünərli və qorxmaz olduğunu düşündüm.  
O, Vətənin hər qarış torpağı üçün özünü qüllə qabağına 
atılmağından danışdıqca düşünürdüm ki, Fikrət Nəbiyev kimi 
kifayət qədər bərkdən-boşdan çıxmış, həyatda bərkimiş, həm 
fiziki, həm də  mənəvi cəhətdən möhkəmlənmiş, hərbi texnikaya 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 103 
mükəmməl yiyələnmiş, idmanın karate və  əlbəyaxa döyüş 
növlərini mənimsəmiş  və onların sirrlərinə lazımınca bələd olan 
oğullar Qarabağa hava və su kimi lazımdır. Əvvəl qeyd etdiyim 
kimi Fikrət idmanın karate və  əlbəyaxa döyüş növlərinə 
lazımınca yiyədləndiyinə görə  təkcə  Ağdam döyüş bölgəsində 
2000-dən çox əsgər və zabitin mənəvi və fiziki cəhətdən döyüşə 
hazırlanmasında xüsusi fəallıq göstərmişdir.  Əgər hər bir azəri 
oğlu Fikrət kimi Milli Ordu quruculuğu işində  fəal iştirak etmiş 
olsa,  əsgər və zabitlərin döyüş hazırlığının yüksəlməsində 
müstəsna rol oynamış olsa, Qarabağ  uğrunda döyüşlərdə  qələbə 
bizimlə olar. 
«Bu gün də döyüşə getməyə hazıram» məqaləsində qeyd 
olunur ki, döyüş bölgəsində tez-tez təxribatlar və terror halları 
özünü göstərirdi. Fikrət belə terrorların qarşısını almaq üçün var 
qüvvəsi ilə çalışmışdır. Tabor komandiri Mustafa Əliyevə qarşı 
təşkil edilmiş terror aktı zamanı Fikrət özünü bir göz qırpımında 
UAZ markalı maşının qabağında oturaraq avtomat silahını 
maşından Müstafa Əliyevə tuşlamış xain təxribatçının üstünə 
tullanmaqla təhlükəni sovuşdurmuşdur. 
Onun bu cür qəhrəmanlıqları döyüş zamanı çox olmuşdur. 
O hətta keçmiş hərbçi kimi bu gün də döyüşə getməyə hazırdır. 
Mən onun keçdiyi yolları  nəzərdən keçirdikcə düşünürəm ki, 
Fikrət Nəbiyevlə  fəxr etməyə  dəyər və onu Vətənin Milli 
Qəhrəmanı hesab edirəm.  
Vətən Sizinlə fəxr edir Fikrət müəllim. 
 
 
İSMAYILOVA AYBƏNIZ 
AMEA –nın əməkdaşı 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə