Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
2
Redaktorlar: baş ədliyyə müşaviri,
fəlsəfə elmləri namizədi
Yaşar Əliyev
AMEA-nın elmi işçisi
Ədilə Ağabəyova
jurnalist İ
dris Hacızadə
M.Ə.Nəbiyeva, C.H.Nəbiyev. Qarabağ döyüşləri xatırlanır,
yaxud Fikrət terrorun qarşısını necə aldı? Bakı, «Nafta-Press», 2005,
149 səh.
Monoqrafiya divizyon komandiri Fikrət
Həbib oğlu Nəbiyevin Qarabağ
uğrunda gedən döyüşlərdəki qəhrəmanlıqlarına həsr edilmiş tədqiqat əsəridir.
Əsər vətənpərvərlik mövzusunda aparılan mühazirələrdə dərs vəsaiti kimi
istifadə oluna bilər.
MEHRƏNGIZ ƏBÜLFƏT QIZI NƏBIYEVA,
ÇINGIZ HƏBIB OĞLU NƏBIYEV
QARABAĞ DÖYÜŞLƏRI XATIRLANIR,
YAXUD FIKRƏT TERRORUN QARŞISINI
NECƏ ALDI?
Bakı – 2005
Nəşriyyatın direktoru: H.X.Abıyev
Kompyüter tərtibçisi: Q.Xeyrullaoğlu
Dizayner: Həbib Hüseynov
Çapa imzalanmışdır:08.08.2005. Formatı 84x108
1/32
. Sifariş № 32. Tirajı
200 nüsxə. Qiyməti müqavilə ilə.
Azərbaycan MEA Geologiya İnstitutunun «Nafta-Press» nəşriyyatı,
Bakı, Az1143, H.Cavid pr. 29 A, Tel.: 4393972
© «Nafta-Press» nəşriyyatı, 2005
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
3
Şəkildə: Fikrət Nəbiyev Azərbaycan Respublikasının görkəmli hüquq-
şüası, III dərəcə Dövlət Ədliyyə müşaviri Şükür Rzayevlə
birlikdə
Mən həyatda çox insanlarla ünsiyyətdə olmuşam. Cina-
yətkarlara qarşı, öz əməllərini ört-basdır edənlərə qarşı döyüşmü-
şəm. Həmişə haqqın tərəfində olmuşam. Qarabağda döyüş
gedərkən erməni quldurlarına və onların havadarlarına qarşı
göstərdiyim fəaliyyət hələ uzun müddət çoxlarının yaddaş-
larından silinməyəcəkdir. O dövrdə öz həyatını, canını xalqın
azadlığı uğrunda qurban verməyə hazır olan vətənpərvər insanlar
mənim xəyalımdan çıxmır. Döyüşçülərimizdən,
döyüşçü ruhunda
olan komandirlərdən biri Fikrət Nəbiyev xalqımızın azadlığı və
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
4
xoşbəxt gələcəyi naminə döyüşlərdə könüllü olaraq 5 il fəaliyyət
göstərmişdir. O, təkcə Ağdam bölgəsində döyüş üçün 2000-dən
çox əsgər və zabitin hazırlanmasında fəal iştirak etmişdir. Elə bu
döyüşçülərin şücaəti nəticəsində Ağdam uzun müddət erməni
təcavüzündən müdafiə olunmuşdur. Fikrət Nəbiyevin döyüş
fəaliyyəti haqqında AzTV1 kanalında sənədli filmlər nümayiş
etdirilmişdir. Həmin verilişlərdə şahid
ifadələri və arxiv
materiallarına əsaslanan faktlar göstərilmişdir. Mətbuat
səhifələrində də həmin faktlara rast gəlmişəm. Bu faktlardan
birində göstərilir ki, Fikrət Nəbiyev öz komandirini və şəxsi
heyətin bir hissəsini ölümdən xilas etməklə qəhrəmanlıq
nümunəsi göstərmişdir. Azərbaycan xalqı belə oğullarla fəxr
etməlidir.
Mən ona «niyə sən Milli Qəhrəman deyilsən?» -sualını
verdim. O utancaq və təvəzökar bir nəzərlərlə üzümə baxaraq
düşüncələrə daldı.
Ümidvaram ki, Fikrət Həbib oğlu Nəbiyevin bu xidmətləri
Azərbaycan Respublikasının
prezidenti, Ali Baş Komandan
İlham Əliyevin diqqətindən kənarda qalmayacaq və onun
tərəfindən layiqincə qiymətləndiriləcəkdir..
ŞÜKÜR RZAYEV
III dərəcə dövlət ədliyyə
müşaviri
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
5
Şəkildə: Fikrət Nəbiyev Azərbaycan Milli Elmlər Akademiyasının
Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar Institutunun «Cinayət
hüququ və cinayət prosesi» şöbəsinin müdiri, hüquq elmləri
doktoru, polkovnik soldan Alxas Kişiyev, tanınmış
hüquqşünas fəlsəfə elmləri namizədi, Baş Ədliyyə müşaviri
Yaşar Əliyev, sağdan elmi işçi, hüquqşunas Elvar Xəlilovla
birlikdə
Azərbaycanda xalqımızın çoxdan arzuladığı müstəqil dövlət
yarandı. Ermənilər isə öz havadarlarının
köməyi ilə Qarabağ
torpaqlarını zəbt etmək, sonradan isə «böyük ermənistan»
yaratmaq xülyalarını həyata keçirmək istəyirdilər. Qarabağ
uğrunda müharibədə iştirak edənlərin içərisində tanıdığım Fikrət
Həbib oğlu Nəbiyev də var idi. Fikrət cəsur bir insan, öz torpağını
sevən vətəndaş kimi böyük igidliklər göstərərək müstəqil
Azərbaycan Respublikasını mərdliklə qorumağa başladı.
Həyatının beş ildən artıq bir dövrünü
könüllü olaraq ancaq döyüş
bölgəsində ölüm-dirim mübarizəsinə həsr etdi. Döyüşlərin birində