Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
6
Fikrət müəllim Sovet Ittifaqı Qəhrəmanı Qafur Məmmədov kimi
öz həyatını təhlükə altına ataraq komandirini və onlarla
döyüşçünü ölümdən xilas etdi. Təkcə bu igidliyinə və şücaətinə
görə Fikrət Həbib oğlu Nəbiyev Azərbaycan Respublikasının
Milli Qəhrəmanı adına layiqdir.
Həyatın bütün acılarını dadmış və əzablarına qatlaşmış
Fikrət müəllim döyüşlərdən sonra Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə
və Siyasi-Hüquqi Tədqiqatlar
Institutunda elmi tədqiqatla məşqul olaraq, dissertasiya işi
müdafiə etmiş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi
almışdır. Beləliklə Fikrət Həbib oğlu Nəbiyev hərbi işdə olduğu
kimi elmi sahədə də öz sözünü demişdir.
ALXAS KIŞIYEV
Azərbaycan Milli Elmlər Akademiya-
sının Fəlsəfə və Siyasi-Hüquqi Tədqi-
qatlar Institutunun «Cinayət hüququ və
cinayət prosesi» şöbəsinin müdiri,
hüquq elmləri doktoru, polkovnik
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
7
Şəkildə Fikrət Nəbiyev Sosialist Əməyi Qəhrəmanı, müharibə
veteranı, 2002-ci ildən Prezident təqaüdçüsü, Qarabağ bölgəsinin
ağsaqqalı Ələsgərov Sədrəddin Fəxrəddin oğlu ilə birlikdə
Ələsgərov Sədrəddin Fəxrəddin oğlunun ifadəsi: (1929-
cu il təvəllüdlü Sosialist Əməyi Qəhrəmanı, müharibə iştirakçısı,
2002-ci ildən Prezident təqaüdçüsü, Qarabağ bölgəsinin
ağsaqqalı, övladlarından 4-ü Erməni təcavüzkarlarına qarşı
döyüşmüşdür). Mənim oğlum komandir Fikrət Nəbiyevin əsgəri
Ələsgərov Elşən Güllücə kəndi uğrunda gedən döyüşlərdə
yaralanmış, müalicə olunduqdan sonra yenidən öz hərbi hissəsinə
qayıdıb Vətən uğrunda 5 il döyüşmüşdür. Mən mütamadi olaraq
hərbi hissədə olurdum. Polk komandiri, igid sərkərdəmiz,
Azərbaycanın Milli Qəhrəmanı Şirin Valeh oğlu Mirzəyevin
minaya düşüb şəhid olduğunu eşitdim. Çox məyus oldum. Ən
yaxşı döyüşçü zabitlərimizi itirirdik. Hərbi hissədə xüsusi nüfuza
malik olan Fikrət Həbib oğlu Nəbiyev həm erməni
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
8
təcavüzkarlarına qarşı, həm də batalyonun sağlam qüvvələri ilə
birlikdə daxili təxribatların və terrorların qarşısını almaqda
müstəsna qəhrəmanlıq göstərən bir zabit olmuşdur. Belə
oğlullarla Azərbaycan xalqı fərx edir. Fikrət Nəbiyevin-
Azərbaycanın layiqli oğlunun qəhrəmanlıqları xalqımızın
qəhrəmanlıq salnaməsinə yazılmalıdır. Onu Azərbaycan
Respublikasının Milli Qəhrəmanı kimi fəxri ada layiq hesab
edirəm. Fikrət Həbib oğlu Nəbiyev bizim milli qürur hissimiz,
qəhrəmanlıq nümunəmiz və qələbəmizin əsasını təşkil edə bilən
cəngavərlərimizdəndir. Ümüdvaram ki, Ulu Öndərimiz Heydər
Əliyev irsini laiqincə davam etdirən hörmətli prezidentimiz İlham
cənablar Əliyev Fikrət Həbib oğlu Nəbiyevin qəhrəmanlıqlarını
layiqincə qiymətləndirəcəkdir.
Sosialist Əməyi Qəhrəmanı, müharibə veteranı, 2002-ci ildən
Prezident təqaüdçüsü, Qarabağ bölgəsinin ağsaqqalı Ələsgərov
Sədrəddin Fəxrəddin oğlu
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
9
Şəkildə Fikrət Nəbiyev AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutunun «Fəlsəfə tarixi» şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru,
professor Zümrüd Quluzadə ilə birlikdə
TANKIN ÖNÜNDƏ DÖYÜŞƏ GEDƏN VƏTƏN
OĞLU HAQQINDA
Azərbaycan yalançı vətənpərvərlər, rüşvətxor, ləyaqətsiz
məmurlar, buqələmun alimlər sayəsində yox, mərd, ləyaqətli,
gördüyü bütün işlərdə – istər döyüş istər elmdə, yüksək
professionallıq nümayiş etdirən Fikrət Nəbiyev kimi şəxsiyyətlər
sayəsində tarixini davam edir.
Mən fəxr edirəm ki, Fikrət müəllimlə (müəllim sözünü
ehtiramla deyirəm) eyni vaxtda, eyni institutda işləyirəm və
vaxtaşırı namərdliyin geniş yayıldığı dünyada bu mərdin daxili
enerji və ağrını təzahür edən sərt simasını görürəm.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
10
Allah onu və ona bənzər insanları Azərbaycana çox
görməsin.
Fikrətin anasına minnətdarlıq hissi və ən xoş arzularla
Fikrətin institut üzrə həmkarı
ZÜMRÜD QULUZADƏ
AMEA Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutunun «Fəlsəfə
tarixi» şöbəsinin müdiri, fəlsəfə
elmləri doktoru, professor.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
11
Şəkildə Fikrət Nəbiyev AMEA –ın Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutunun «Politalogiya» şobəsinin müdiri, professor
Əlikram Tağıyevlə birlikdə
QARABAĞ HƏSRƏTİNDƏ
Vətənpərvərlik tərbiyəsində zəif yerlərimizdən biri təcrübəli
hərbiçilərimizin həyat və döyüş yolunun kifayət qədər öyrənilib
təbliğ olunmamasıdır. Bu baxımdan kapitan Fikrət Nəbiyevin
keçdiyi həyat yolu gənclərimizə bir örnək ola bilər. Onlar da
Fikrət müəllim kimi onlarla döyüş yolu keçmiş oğlan və
qızlarımızın həyat salnaməsinə dərindən yiyələnməlidirlər. Fikrət
kimi mərd oğullar döyüş bölgələrində qəhrəmanlıq göstərərkən
onun yaşıdları sayıla biləcək bir çox meşşan əhval-ruhiyyəli
gənclər gecə-gündüz kafe və restoranlarda, xüsusi maşınlarda hər
cür komfortu olan villalarda veyllənirdilər. Elə onun nəticəsidir
ki, biz Qarabağ uğrunda gedən döyüşləri uduzduq, erməni kimi
Dostları ilə paylaş: |