Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
141
mövqeyinə çıxarmış, zenit-raket divizionunu əsl hərbi hissə
vəziyyətinə gətirmişdir.
Müharibədən sonra o, Beynəlxalq Universitetdə, Moskvanın
İqtisadiyyat, Menecment və hüquq institutunun Azərbaycan fili-
alında və digər ali təhsil müəssisələrində ailə və nigah hüququ,
dövlət və hüquq nəzəriyyəsi, cinayət prosesi, cinayət hüququ,
prokuror nəzarəti və s.-dən dərs deyib. Hazırda o, «Siyasi
təfəkkür təbiətin və cəmiyyətin qarşılıqlı münasibətləri
kontekstində» mövzusunda elmi araşdırmalar üzərində çalışır.
Onun «Siyasi təfəkkür» adlanan monoqrafiyası da bu mövzuya
həsr olunmuşdur.
Monoqrafiyada təfəkkür anlayışının ümumfəlsəfi tədqiqi ilə
bağlı materiallar öz əksini tapmışdır. Həmin materiallar göstərir
ki, müəllif təfəkkürü gerçəkliyin inikas və subyekt
ziddiyyətlərinin həlli forması kimi tədqiq edir.
Kitabda təfəkkür anlayışı bilavasitə politoloji problematika
kontekstində təqdim olunmuş, siyasi təfəkürün xüsusiyyətləri
diqqətə çəkilmiş və onunla siyasi şüur anlayışı arasında
müqayisəli təhlil aparılmışdır. Sonda isə ətraf mühitin politoloji
əhəmiyyəti gözdən keçirilir.
Güman edirik ki, Fikrət Nəbiyevin elm aləmində atdığı ad-
dımlar döyüşdə, hərbi xidmətdəki addımları kimi inamlı və
qətiyyətli olacaqdır.
ARIF ƏRŞADOĞLU,
«Azərbaycan müəllimi» qəzeti,
30 aprel 2004-cü il, № 18.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
142
VƏTƏNİ QORUMAQ BORCUMUZDUR
Hər bir insan vətəninin müdafiəsinə hazır olmalıdır!
Dağlıq Qarabağ problemi on ildir ki, öz ədalətli həllini tap-
mır. Beynəlxalq missiyaların fəaliyyəti də heç bir nəticə vermir.
Ona görə də Dağlıq Qarabağ problemi istər xarici, istərsə də ölkə
mediasının hər zaman diqqət mərkəzində saxladığı problemlərdən
birinə çevrilir.
Hazırda tərəflər arasında atəşkəs rejimi saxlanılsa da,
müharibə variantının da istisna olunmadığı tez-tez önə çəkilir.
Problemin hərb, yoxsa danışıqlar yolu ilə çözüləcəyi barədə
mülahizələr kütləvi informasiya vasitələrinin prioritet mövzusuna
çevrilir. Çünki ordu quruculuğu və hərbi vətənpərvərlik
mövzusunda yazılara yer ayırmaq hər bir KİV-in borcudur.
Müharibənin od-alovunu görmüş veteranlarla müsahibələrin
aparılması, milli qəhrəmanlarımızın və torpaqlarımızın azadlığı
uğrunda həlak olmuş oğullarımızın və qızlarımızın yad edilməsi,
xalqımızın onlara olan isti münasibəti geniş təbliğ edilməlidir.
Hazırda vətən torpaqlarımızın müdafiəsində duran əsgər və
zabitlərin ordu quruculuğu sahəsində gördüyü işlər hərtərəfli
öyrənilməli, təqdirəlayiq işlər qiymətləndirilməlidir.
Azərbaycan Dövlət Televiziyası ilə nümayiş olunan
«Azərbaycanın silahlı qüvvələri» kimi sənədli filmlər bu gün
üçün böyük aktuallıq kəsb edir. Şahid ifadələri və arxiv sənədləri
əsasında hazırlanmış bu qısa metrajlı filmlərdə Fikrət Həbib oğlu
Nəbiyevin cəbhə həyatına da yer ayrılıb. Verilişdə diqqət çəkən
məqamlar çoxdur. O da bir həqiqətdir ki, həmin dövrdə silaha
sarılaraq vətən uğrunda ölümə belə hazır olan oğullarımıza qarşı
«sapı özümüzdən olan baltalar»ın terror və təxribat aparmaq hal-
ları da az olmayıb. Tabur komandiri, gözəl insan olan Mustafa
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
143
Əliyevə qarşı hazırlanan bir terrorun qarşısının alınmasında
F.Nəbiyevin böyük rolu olduğu xüsusilə qeyd olunur.
Ağdam işğal olunmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda
milli qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyevin başçılıq
etdiyi batalyon bütün gücü və qüvvəsi ilə bu təcavüzün qarşısını
alır. Şirin Mirzəyev isə şəhidlik zirvəsinə yüksəlir. Onu da qeyd
edək ki, həmin dövrdə F.Nəbiyev də batalyon komandirinin
müavini kimi Ş.Mirzəyevlə çiyin-çiyinə vuruşan zabitlərdən biri
olub.
İbrahim İbadoğlunun «Sərkərdə» kitabında həmin döyüş
barədə F.Nəbiyev deyir. «Şirin Mirzəyev hamıdan irəlidə düz
ermənilərin üstünə yeriyir... Komandirin cəsarəti və alayın şəxsi
heyəti ilə köməyə göndərilmiş polislərin birliyi nəticəsində elə
həmin gün düşmən Əliağalı kəndindən geri oturduldu...»
Onu da qeyd edək ki, F.Nəbiyev 1991-96-cı illərdə Ağdam
və Beyləqan istiqamətində gedən döyüşlərdə də fəal iştirak edib.
1992-ci ildən tabur komandirinin müavini vəzifəsinə təyin edilən
F.Nəbiyev o gündən etibarən nizami ordu yaratmaq üçün əlindən
gələni əsirgəməyib. O günləri xatırlayan F.Nəbiyev bildirir ki,
polkovnik-leytenant
Ş.Mirzəyevin, polkovnik-leytenant
M.Əliyevin, İ.Həsənovun, Ş.Əliyevin, K.Qədimovun və digər
zabitlərin Azərbaycanda ordu quruculuğu sahəsində böyük
xidmətləri olub.
F.Nəbiyev əsgərlərin fiziki və mənəvi hazırlıqlarına həmişə
böyük önəm verib, onun 2 mindən artıq əsgər və zabitin döyüş
hazırlığı səviyyəsinə gətirilməsində xüsusi xidmətləri olub.
F.Nəbiyev əvvəllər Moskvada hərbi hissələrdən birində bölük
komanidirinin siyasi işlər üzrə müavini vəzifəsində çalışıb. Ordu
quruculuğu zamanı göstərdiyi fəaliyyəti də yəqin ki, bu sahəni
çox gözəl bilməsindən irəli gəlir.
F.Nəbiyev 1993-cü ilin mart ayından «N» saylı hərbi
hissədə zenit-raket divizyonu komandirinin siyasi işlər üzrə
müavini vəzifəsində çalışıb. Tarixə «Xocalı batalyonu» kimi
daxil olan bu hərbi hissənin Vətən qarşısında gördüyü işlər
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
144
haqqında F.Nəbiyev qələmə aldığı «Siyasi təfəkkür» adlı ki-
tabında geniş məlumat verib.
Fikrət müəllim ordudan tərxis olunduqdan sonra elmi
fəaliyyətlə məşğuldur. Azərbaycan Milli Elmlər Akademiyasının
Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun əməkdaşıdır.
Onlarca elmi məqalənin və «Siyasi təfəkkür» adlı monoqrafiya-
nın müəllifidir. F.Nəbiyev elmi fəaliyyəti ilə bağlı ona yardımçı
olmuş MEA-nın prezidenti M.Kərimova, Fəlsəfə və Siyasi-
Hüquqi Tədqiqatlar İnstitutun direktoru Y.Rüstəmova və tanın-
mış filosof Adil Əsədova öz minnətdarlığını bildirir.
S.ALIM,
«Haqqın səsi» qəzeti,
22 may 2004-cü il, № 06.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
145
İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ BORCU.
ONU YERİNƏ YETİRƏNLƏR HƏMİŞƏ
YÜKSƏKDƏ DURURLAR
İnsanın həyatı heç də hər zaman öz istəyi və arzusu ilə for-
malaşmır. Bəzən cəmiyyətdə gedən proseslər insanı fəaliyyətində
korrektələr etməyə vadar edir. Qarabağ müharibəsi veteranı, alim
Fikrət Nəbiyev də belə insanlardan biridir.
Uzaq Moskvada hərbi xidmətdə olan rota komandirinin si-
yasi işlər üzrə müavini vəzifəsində çalışan Fikrət Nəbiyev
ölkəmizin başının üstünü alan erməni-daşnak işğalının qara bu-
ludlarını darmadağın etmək üçün vətənə qayıdır. İlk öncə Ağdam
və Beyləqan istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edir.
1992-ci ildə tabor komandirinin müavini vəzifəsinə təyin edilən
Fikrət Nəbiyev o gündən etibarən ordu quruculuğunda,
Azərbaycan Milli Ordusunun formalaşmasında əlindən gələn
xidməti göstərir. O illəri xatırlayan F.Nəbiyev bildirir ki,
Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant
Ş.Mirzəyevin və başqa zabitlərimizin Azərbaycan Milli Or-
dusunun formalaşmasında misilsiz xidmətləri olub. Fikrət
müəllimin özü də əsgərlərin fiziki və mənəvi hazırlığı üçün heç
də az iş görməyib və hər zaman tabeçiliyində olan əsgər və
zabitlərə nümunə göstərib.
Sovet ordusunda xidmət etməsi və bu sahədə topladığı
təcrübə hər zaman Fikrət müəllimin karına gəlib.
F.Nəbiyev 1993-cü ildə «N» saylı hərbi hissədə zenit-raket
divizionunun siyasi işlər üzrə komandir müavini təyin olunub.
Tarixə «Xocalı divizionu» kimi daxil olan bu hərbi hissənin
Vətən torpaqlarının qorunmasında göstərdiyi xidmətləri haqqında
F.Nəbiyevin qələmə aldığı «Siyasi təfəkkür» kitabında geniş
məlumat verilir. 1994-cü ildə F.Nəbiyev Beyləqanda yerləşən ze-
nit-raket divizionuna komandir vəzifəsinə göndərilir. F.Nəbiyev
Beyləqan şirə zavodunun partladılması nəticəsində yararsız hala
düşmüş zenit qurğularını tez bir zamanda təmir etdirərək döyüşə
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
146
hazır vəziyyətə gətirir və divizionda əsl nizam-intizam yaratmağa
nail olur.
Bu yaxınlarda Azərbaycan dövlət televiziyası ilə nümayiş
etdirilən «Azərbaycan Silahlı Qüvvələri» haqqında sənədli film
bu gün üçün böyük aktuallıq kəsb edir. Şahid ifadələri və arxiv
sənədləri əsasında hazırlanmış bu qısametrajlı filmdə
F.Nəbiyevin cəbhə fəaliyyəti öz əksini tapıb.
O da bir həqiqətdir ki, həmin dövrdə F.Nəbiyev kimi silaha
sarılaraq Vətən torpaqlarını qorumağı öz şəxsi karyeralarından
üstün tutan oğullarımız çox olub.
Dağlıq Qarabağ problemi on ildən artıqdır ki, öz həllini
tapmır. Erməni daşnakları doğma torpaqlarımızda at oynadır.
Yağıların son zamanlar söylədikləri fikirlər və bəyanatlar onu
deməyə əsas verir ki, Azərbaycan xalqı öz torpaqlarına gec-tez
sahib duracaq, azad edəcək.
Ona görə də ölkəmizdə fəaliyyət göstərən bütün kütləvi in-
formasiya vasitələri öz təbliğatlarını gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyəsinə yönəltməlidirlər. Bunun üçün isə ilk növbədə
F.Nəbiyev kimi müharibənin od-alovundan keçmiş zabitlərimizin
fəaliyyətini örnək götürmək lazımdır. Bu gün cəbhədə vuruşmuş
zabitlərimizin, qazilərimizin gənclər qarşısında və mətbuatdakı
çıxışları üçün hər cür şərait yaradılmalıdır və bu təbliğatımızın
ana xəttinə çevrilməlidir. Bunun üçün isə F.Nəbiyev kimi
zabitlərimizin təcrübəsindən yararlanmaq gərəkdir.
Fikrət müəllim ordudan tərxis olunduqdan sonra elmi
fəaliyyətə başlayıb və hazırda Azərbaycan MEA Fəlsəfə və Siyasi
Hüquq Tədqiqatları Institutunda çalışır. Onlarca elmi məqalə,
eləcə də «Siyasi təfəkkür» adlı monoqrafiyanın müəllifidir.
Bütün bunlarla yanaşı Fikrət müəllim istənilən anda Vətən
torpaqlarımızın azadlığı üçün mücadiləyə hazırdır.
YUSIF SEYID,
«Proqnoz» qəzeti,
27 may-02 iyun 2004-cü il, № 13.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
147
MÜNDƏRICAT
Azərbaycan Respublikasının görkəmli hüquqşünası III dərəcə
Dövlət Ədliyyə Müşaviri Şükür Rzayev Fikrət Nəbiyev haqqında ........ 3
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutunun «Cinayət hüququ və cinayət prosesi»
şöbəsinin müdiri, hüquq elmləri doktoru, polkovnik Alxaz Kişiyev
Fikrət Nəbiyev haqqında ........................................................................ 5
Sosialist Əməyi Qəhrəmanı, müharibə veteranı, 2002-ci ildən
prezident təqaüdçüsü, Qarabağ bölgəsinin ağsaqqalı Sədrəddin
Ələsgərov Fikrət Nəbiyev haqqında ....................................................... 7
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutunun «Fəlsəfə tarixi» şöbəsinin müdiri, fəlsəfə
elmləri doktoru, professor Zümrüd Quluzadə «Tankın önündə
döyüşə gedən Vətən oğlu haqqında» ...................................................... 9
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutunun «Politologiya» şöbəsinin müdiri pro-
fessor Əlikram Tağıyev «Qarabağ həsrətində» .................................... 11
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutunun professoru, fəlsəfə elmləri doktoru Azər
Mustafayev «Adilikdən adilliyə doğru» ............................................... 14
Giriş ...................................................................................................... 17
İlk təəssüratlar ...................................................................................... 18
Dəyirmi masa. I görüş .......................................................................... 45
Dəyirmi masa. II görüş ......................................................................... 64
Fəlsəfə elmləri namizədi Dilqəm İsmayılov Fikrət Nəbiyev
haqqında ............................................................................................... 77
Fəlsəfə elmləri namizədi Afaq Rüstəmova Fikrət Nəbiyev
haqqında ............................................................................................... 78
«Bir insan haqqında düşündüklərim» A.Veysəlova ............................. 79
«Gəlin insanları tanıyaq» S.İbrahimova ............................................... 81
N.S.Əsədova Fikrət Nəbiyev haqqında ................................................ 82
«Hərbi təlim və döyüşlərdə sınanmış insan» Ə.İbrahimov .................. 83
«Fikrət Nəbiyev haqqında» M.Tağıyeva .............................................. 88
Fəlsəfə elmləri namizədi S.İsgəndərova Fikrət Nəbiyev haqqında ...... 91
Fəlsəfə elmləri namizədi Füruzə Əliyeva Fikrət Nəbiyev haqqında .... 92
Q.İsfəndiyarov Fikrət Nəbiyev haqqında ............................................. 94
S.Qadiyeva Fikrət Nəbiyev haqqında (rus dilində) .............................. 96
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
148
«Potrebnostğ slujitğ strane» kandidat filosofski nauk V.Akberov ....... 98
S.Rzayeva Fikrət Nəbiyev haqqında .................................................. 100
A.İsmayılova Fikrət Nəbiyev haqqında .............................................. 102
Az TV-nin xüsusi müxbiri Nəbiyev haqqında çəkilmiş filmlərin
müəllifi Nurəli Təmrasoğlunun dediklərindən ................................... 104
Azərbaycan Silahlı Qüvvələri adlı verilişin fraqmentlərinin steno-
qramı (AzTV1 2 yanvar 2004-cü il) ................................................... 104
«El bir olsa» adlı verilişin fraqmentlərinin stenoqramı ...................... 113
«Qəhrəmanın adına layiq» İdris Hacıoğlu. «Bakı» qəzeti,
23 mart, 1993-cü il ............................................................................. 119
Qarabağ müharibəsinin bütün üzünü görən kapitan. «Şərq» qəzeti
17 fevral 2004-cü il № 32 .................................................................. 124
«Torpaqlarımızı azad etməyə hazır olanlardan biri» Telman
Mehdixanlı. «Azərbaycan» qəzeti 25 fevral 2004-cü il № 46 ............ 127
Fikrət Nəbiyev: «Bu gündə döyüşə getməyə hazıram. Tanışlıq,
Vətən çağırır… Müharibənin yazılmamış qanunları var. Qarabağ
döyüşləri xatırlanır. Fikrət terrorun qarşısını necə aldı?..» İdris
Hacızadə. «Naxçıvan» qəzeti 5 mart 2004-cü il № 9 ........................ 130
«Vətən sevgisini üstün tutanlar» Seyran Bağırova. «Həqiqətlər və
faktlar» qəzeti 16 mart 2004-cü il №5 ................................................ 136
«Polkovnik vəzifəsində kapitan. Qeyri-adi döyüş. Öyrənən və
öyrədən müəllim» Arif Ərşəd oğlu «Azərbaycan müəllimi» qəzeti
30 aprel 2004-cü il, № 18 ................................................................... 139
«Vətəni qorumaq borcumuzdur» S.Alim «Haqqın səsi» qəzeti 22
may 2004-cü il, №6 ............................................................................ 142
«İnsanlıq və vətəndaşlıq borcu, onu yerinə yetirənlər həmişə
yüksəkdə dururlar» Yusif Seyid. «Proqnoz» qəzeti 27 may 2004-
cü il №13 ............................................................................................ 145
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
149
MEHRƏNGIZ ƏBÜLFƏT QIZI NƏBIYEVA,
ÇINGIZ HƏBIB OĞLU NƏBIYEV
QARABAĞ DÖYÜŞLƏRI XATIRLANIR,
YAXUD FIKRƏT TERRORUN QARŞISINI
NECƏ ALDI?
Bakı – 2005
Nəşriyyatın direktoru: H.X.Abıyev
Kompyüter tərtibçisi: Q.Xeyrullaoğlu
Dizayner: Həbib Hüseynov
Çapa imzalanmışdır:08.08.2005. Formatı 84x108
1/32
. Sifariş № 32. Tirajı
200 nüsxə. Qiyməti müqavilə ilə.
Azərbaycan MEA Geologiya İnstitutunun «Nafta-Press» nəşriyyatı,
Bakı, Az1143, H.Cavid pr. 29 A, Tel.: 4393972
Dostları ilə paylaş: |