Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
110
olunmasını hamı istəyir, ancaq bu istəyi iradə aktına əsaslanıb
həyata keçirmək məsələsi hər adama xas deyil. Bu istək daxildən
gəlməlidir, fiziki və zehni imkanlarından istifadə edərək həmin
insanlar bilavasitə fəaliyyət göstərməli və torpaqları azad
etməlidirlər…
Xüsusi müxbirin ifadəsi:
- Gecənin bağrını yarırdı silah səsləri, top gurultuları. Səhəri
isti ocaqlarında yox, yollarda, sığınacaqlarda, qayaların arasında
açırdı döyüş bölgələrində yaşayanlar. Körpələrin bağrı yarılmışdı
güllə səsindən… Qarabağ şikəstəsi daha qanadlanmırdı,
kəsilmişdi təbiətin zənguləsi. O səsi, o ifanı bərpa etmək, Vətənin
hər qarış torpağı uğrunda ölməyə belə hazır olmaq arzusu ilə
döyüşə atılmışdı
vətənpərvər oğullar. Dövlətimizi,
dövlətçiliyimizi, ərazi bütövlüyümüzü qorumaq naminə döyüşə
könüllü gedənlərdən biri Fikrət Nəbiyev ən ağır mövqelərə can
atan əsgərləri ruhlandırıb, düşmən üstünə aparırdı. O,
döyüşçülərin mənəvi və fiziki hazırlığına xüsusi diqqət yetirir,
onları hər cür döyüşə hazırlayırdı.
Fikrət Nəbiyevin ifadəsi:
- Daxilən təmiz insanlar öz işini həyata keçirirdi, ancaq
daxilən təmiz olmayan, daxilən çirkin, eybəcər olan insanlar da
var idi ki, onlar bilavasitə ordunun yaranmasına mane olmaq
istəyirdilər. Mən elə hesab edirəm ki, onlarda təcavüzkar in-
sanlara rəğbət hissi var idi və onlar bilavasitə həmin ordunu da-
ğıtmaq üçün müəyyən təxribat işləri ilə məşğul idi.
Kamil Qədimovun ifadəsi:
- Yeri gəlmişkən bir epizodu xatırlatmaq istəyirəm. Mən ro-
tanı həyətdə düzmüşdüm. Gecə saat on bir radələrində, axşam
gəzintisindən qayıtdıqdan sonra, gəlib gördüm ki, Fikrət çay içir
(biz bir yerdə qalırdıq). Mən onun çayını içmək istədim. Birdən
çöldə hay-küy, avtomat səsi gəldiyini eşitdik. Biz dik atıldıq.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
111
Çölə çıxanda gördük ki, 5-6 nəfər batalyon komandirini öldürmək
istəyir. Buna təxribat demək olmazdı, bunlar birbaşa erməniyə
xidmət edirdilər. Belə adamlar da var idi. Inanın ki, Fikrət orda öz
həyatını təhlükə altında qoydu. Əsas məqsədimiz erməniyə qarşı
döyüşməkdi, amma bunlar gəlib ağsaqqal batalyon komandirinə
qarşı terror törədirdilər.
Xüsusi müxbirin ifadəsi:
- Təəssüflə də olsa qeyd etməliyik ki, onda, xainlər, nəyə isə
aldanıb düşmənə xidmət göstərənlər də var idi. Onlar
döyüşçülərin arasında ruh düşkünlüyü yaratmağa, döyüş
əməliyyatlarını pozmağa,
şayiələr yaymağa, döyüşən
komandirlərə qarşı terror aktları keçirməyə çalışırdılar. Fikrət
belə terror aktlarının birinin qarşısını cəsarətlə almışdı.
…Qarabağ şikəstəsinə qulaq asan döyüşçülərdə ruh
yüksəkliyi yaranırdımı?
Fikrət Nəbiyevin ifadəsi:
- Bəli insanlar o ruhnan ermənin üzərinə gedirdilər. Qarabağ
şikəstəsi insanlarda döyüş ruhunu yüksəldirdi. Döyüşə gedən in-
san əqidəcə ermənini öldürmək qüdrətinə malik olmalıdır.
Düşmən gözü ilə onu görməlidir. Əsgəri öyrətmək lazımdır ki,
sənin birinci düşmənin ermənidir. İkinci, erməniyə qalib gəlmək
üçün fiziki hazırlığımız lazımdır, hərbi-texniki sahədə hazırlıq
lazımdır ki, erməninin qabağına çıxa biləsən. Belə bir misiyanı
isə biz həyata keçirirdik. Məsələn, orada uşaqların dağlara
birnəfəsə çıxıb-düşmək məsələsini təşkil etmişdik. Artıq kom-
pleks karatedən, əlbəyaxa döyüşdən əlavə, dağlara çıxıb-düşmək
məsələsi var idi. Biz bilirik Qarabağ düzəngah yer deyil, dağlıq
yerdir. İndiki dövrdə isə artıq ordu formalaşıbdır. Həmin bu ordu
da sərkərdəmizin başçılığı ilə torpaqlarımızı azad etmək ruhun-
dadır. Bu, biz veteranların vətənpərvərlik borcu, azərbaycanlı
borcudur. Bir türk olaraq bizim borcumuz o idi ki, biz bu işi gör-
müşük. Bu gün də o borcu yerinə yetirməyə yeni də hazırıq.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
112
Xüsusi müxbirin səsi:
- Şikəstəsiz qalan Qarabağ şikəst qala bilməz. Çünki o tor-
paqların hər qarışı uğrunda savaşlara atılmış adamlar indi də
özlərini əsgər sayır. Onlar üçün Vətən torpaqlarından müqəddəs
heç nə yoxdur, deyirlər. Buna da inanırlar ki, bu gün ölkəmizdə
hər şey məmləkətimizin ərazi bütövlüyünü təmin etməyə xidmət
edir. Bu müqəddəs işin uğurla başa çatmasında hamı ölkə
rəhbərliyinə dayaqdır. Bu işi başa çatdıracaq çox güclü, qüdrətli
ordumuz var. Biz öz ordumuza inanırıq. Və fürsətdən istifadə
edib bütün xalqımızı, əsgər və zabitlərimizi Yeni il münasibəti ilə
təbrik edir, tezliklə qələbəyə qovuşmağı arzulayırıq.
03 yanvar 2004-cü il
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
113
AZTV-1 KANALINDA YAYIMLANAN
«EL BIR OLSA» PROQRAMININ STENOQRAMI
Xüsusi müxbirin səsi:
- Başımıza gətirilən bəlaları düşündükcə, gözlərimiz önündə
əsrlərdən bəri olub-keçənlər canlanır. Tariximizin qanlı
səhifələrini vərəqlədikcə, qəlbimizdə intiqam, qisas hissi baş
qaldırır. Döyüşə atılmaq, qanına qəltan edilmiş, ayaqları çatılıb,
başı kəsilmiş, gözləri tökülüb, sinəsinə dağlar çəkilmiş soy-
daşlarımızın intiqamını almaq qəhrəman babalarımızın yolunun
layiqli davamçısı olmağımızı sübut etmək istəyirik. Müstəqillik
yolunu davam etdirməyə can atan Azərbaycanımızı 1990-ci il 20
Yanvar faciəsini törətməklə susdura bilməyən imperiya qüvvələri
yenə erməni amilindən istifadə etməyə başladı. 12 il öncə, 1992-
ci il fevralın 25-dən-26-na keçən gecə erməni quldurları keçmiş
sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə
Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xocalı şəhərinə soxu-
laraq, şəhəri yerlə-yeksan etdi. Bu amansız cinayət ərazi işğalın-
dan başqa, həm də Azərbaycan xalqına qarşı böyük bir soyqırım
idi. İnsanların kütləvi şəkildə, amansızcasına qətlə yetirilməsi,
yalnız onunla əlaqədar idi ki, öldürülənlər azərbaycanlı idilər və
öz dədə-baba torpaqlarını düşmənə vermək istəmirdilər. O yerlərə
dönmək, şəhidlərin qanı ilə suvarılmış torpaqları ziyarət etmək
istəyən insanlar uca dağı görəndə, istər-istəməz bu misraları
təkrarlayırlar.
Bu dağların iz biləni, yol bilənisən,
Yol azanlar dönməliydi, dönmədilərmi?
Bu dağların dərd qananı, dil bilənisən,
Bu durnalar enməliydi, enmədilərmi?
Qayıdacağıq o yerlərə, qayıdacağıq o torpaqlarımıza. Əgər
düşmən xoşluqla torpaqlarımızı azad etməsə, onda Azərbaycan
igidləri öz sözünü deyəcək. Çünki indi Azərbaycanın çox
Dostları ilə paylaş: |