Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaq Bağçasının ailə ilə kollektiv əlaqə formaları



Yüklə 76,6 Kb.
səhifə39/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   33   34   35   36   37   38   39   40   41
MQT m.pedaqogika-2

Uşaq Bağçasının ailə ilə kollektiv əlaqə formaları

Bağça ailə ilə əlaqənin kollektiv formalarından da istifadə edir. Uşaq bağçalarında aparılan kollektiv iş formalarından ən çox yayılanı valideyin yığınacaqlarıdır. Belə yığıncaq bütün valideyinlər üçün ümumi və ya qrup valideyinləri üçün ayrıca keçirilə bilər. Yığıncaqda müəyyən dövr üçün bağçada aparılan təlim- tərbiyə işlərinin vəziyyəti, qarşıda duran vəzifələr, valideyin komitəsinin fəaliyyəti və s. müzakirə oluna bilər. Ümumi yığıncağa hazırlıqda bağçanın bütün işçiləri fəal iştirak etməlidir. Qrup valideyin yığıncağının hazırlanmasında qrupun tərbiyəçisi mühüm rol oynayır. Belə tədbirdə valideyinlər konkret məsələlərlə tanış olurlar. Burda uşaqların oyunu, əməyi, rejimi, sağlamlıq haqqında həkim söhbəti, qabaqcıl valideyinlərin uşaq tərbiyəsi sahəsində iş nümunələrindən danışıla bilər. Bir sıra uşaq bağçalarında valideyin universiteti və pedoqoji loktoriya da təşkil olunur. Bu universitet və lektoriyalar valideyinləri müntəzəm olaraq pedoqoji biliklər və təlim tərbiyəyə aid son yeniliklərlə silahlandırır. Valideyinlərin qrup və ümumbağça yığıncaqlarına yaxşı hazırlaşmaq lazımdır. Valideyinlər üçün təşkil edilən müsahibə və məruzələr yüksək ideya- siyasi səviyyədə, elmi və praktik cəhətdən dolğun şəkildə keçirilməlidir. Bağçada valideyin komitəsinin işi də çox əhəmiyyətlidir. Bağçanın valideyinlərlə müntəzəm əlaqəsini təşkil etmək və onların bağçaya köməyinin ardıcıl olması sahəsində valideyin komitəsi böyük işlər görür. Bağçanın valideyin komitəsi özünün daimi və müvəqqəti komissiyaları, eləcə də valideyin fəalları vasitəsi ilə bəzi işləri həyata keçirir. 1. Uşaqların ailədə tərbiyəsinin ümumi quruluşuna nəzarət etmək və valideyinlərin müxtəlif tərbiyə tədbirlərinin təşkilinə cəlb edilməsi. 2.Uşaqların bağçaya davamiyyətinə nəzarət və əmək tərbiyyəsinin təşkili. 3.ailədə uşaqların tərbiyəsinə aid əsas tələbləri valideyinlərə və əhaliyə izah etmək. 4. Bağçanın təsərrüfat, tədris və maddi bazasının möhkəmləndirilməsi, abadlaşdırılması üzrə tədbirlər həyata keçirilir.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə