Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Əhali arasında aparılan pedaqoji təbliğat işinin əhəmiyyəti



Yüklə 76,6 Kb.
səhifə41/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   33   34   35   36   37   38   39   40   41
MQT m.pedaqogika-2

Əhali arasında aparılan pedaqoji təbliğat işinin əhəmiyyəti

Pedoqoji biliklərin əhali arasında təbliği müasir şəraitdə mühüm əhəmiyyət kəsb edir. Pedoqoji təbliğat yetişən nəslin hərtərəfli inkişafında, şüurluq, intizamlıq və əməksevərlik ruhunda formalaşmasında misilsiz əhəmiyyətə malikdir. Pedoqoji təbliğatı həyata keçirmək üçün məruzə və mühazirələrdən, fərdi və kollektiv söhbətlərdən, radio və televiziya verlişlərindən geniş istifadə olunur. Uşaq bağçalarında təşkil olunan valideyin universitetləri və lektoriyalar pedoqoji təbliğatda mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərdə bilikcə müxtəlif səviyyəli adamlar iştirak etsələrdə başlıcası budur ki, onlar məktəbəqədər yaşlı uşaqların təlim tərbiyyəsi sahəsindəki pedoqoji yenilikləri öyrənir, yeni şıxan kitab və metodik vasitələrin məzmunu ilə tanış olur, qabaqcıl təcrübəyə yiyələnirlər. Valideyin universiteti və lektoriyalarda valideyinlər beynəlxalq vəziyyətə, ədəbiyyat və incəsənətə, elm və texnikanın inkişafına, tibb və gigiyena sahələrinə aid məruzə və mühazirələr də dinləyirlər.

  1. Pedaqoji təbliğat zamanı nəzərə alınan cəhətlər

Pedaqoji təbliğatda aşağıdakılar nəzərə alınmalıdır:
1. Azərbaycan Respublikasının daxili və xarici siyasəti , erməni faşizmi və onun işğalçılıq planları , bazar iqtisadiyyatı ,özəlləşdirmə və s.
2. Məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsinə aid qabaqcıl təcrübə hərtərəfli öyrənilib ümumiləşdirilməli və yayılmalıdır. Buraxılan nöqsanlar və onları yaradan amillər dəqiq öyrənilməklə aradan qaldırılmasının elmi-pedaqoji yolları dürüst müəyyən edilib fəaliyyətdə tətbiq edilməli;
3. Uşaqların ailə tərbiyəsinə təsir edən köhnəlmiş qaydalar, adət və ənənələr aradan qaldırılmalıdır.(valideynlərin qeyri-humanist hökmran rol oynaması ,uşağı döymək və s.);
4. Valideynlərin müxtəlif bilik səviyyəsinə malik olması nəzərə alınmalıdır.
Pedaqoji təbliğat inandırıcı, əyani və emosional olmalıdır. Pedaqoji təbliğat konkret məsələləri nəzəri cəhətdən əsaslandırmalı, tərbiyənin müvəfəqiyyətlə həyata keçirilməsi elmi və pedaqoji cəhətdən praktik təhlil edilməlidir. Beləliklə, ictimaiyyətlə ailənin vahidliyi imkan verir ki, tərbiyə işləri sistematik və rəngarəng qurulsun, uşaq bağçası və ailə Azərbaycan Respublikasının gələcək vətəndaşlarını indidən düzgün və hərtərəfli yetişdirə bilsinlər.
Yüklə 76,6 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə