Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaqların hərtərəfli inkişafında əqli tərbiyənin rolu



Yüklə 76,6 Kb.
səhifə2/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   2   3   4   5   6   7   8   9   ...   41
MQT m.pedaqogika-2

Uşaqların hərtərəfli inkişafında əqli tərbiyənin rolu.

Əqli tərbiyə yetişən gənc nəsli əqli cəhətdən inkişaf etdirmək məqsədilə onlara göstərilən müntəzəm ardıcıl və məqsədyönlü təsirlərin məcmusudur. Əqli tərbiyə zamanı uşaqlar tədricən planlı şəkildə bilik ,bacarıq və vərdişlər sisteminə yiyələnirlər .Böyüklər tərəfindən müxtəlif prinsiplər metod və təmrinlərdən istifadə etməklə etməklə həyata keçrilir. Uşaqların əqli inkişafı təlim tərbiyə və ətraf aləmin təsiri ilə formalaşır. Formalaşma prosesində uşaqlarda müşahidəçilik , əqli işin ilk vərdişləri tərbiyə edilir. Ətraf aləmin duyğular vasitəsilə dərk edilməsi insanın əqli cəhətdən təkminləşməsinə kömək edir. Uşaqlar təlim məşğələləri vasitəsilə ətraf mühiti dərk edir və burada əmələ gələn dəyişikliklərə uyğunlaşırlar . Uşağın əqli fəaliyyəti onun təxəyülünə, təfəkkürünə özünəməxsus rəngarənglik verən emosiya ilə sıx bağlıdır. Uşağın əqli inkişafı öz tutumu xarakteri və biliyin məzmununa görə fərqlənir. Daim axtarışda olan bilmədiyini öyrənməyə həvəs göstərən uşaqda fəallıq daha üstün olur.Yetişən nəsildə əqli inkişafın səviyyəsi öyrənmə marağına biliyə yiyələnmək biliyi dərk etmək qabiliyyəti və s. sahələrdə özünü göstərirki bu da uşağın həyat tərzi onu əhatə edən mühitdən çox asılıdır. Uşaqlarda əqli inkişafın ardıcıllığını təmin edən başlıca faktor onun tərbiyəsi ilə müntəzəm məşğul olmaqdır. Əqli inkişaf əxlaq tərbiyəsi ilə sıx bağlıdır. Əqli cəhətdən formalaşma həmdə fiziki tərbiyə ilə sıx bağlıdır. Uşağın əqli inkişafı onun sağlamlığından çox asılıdır.

  1. Gəzinti və ekskursiyaların uşaqların əqli inkişafına təsirini izah edin

Uşaq bağçalarının təcrübəsi,pedaqoji və psixoloji tədqiqatlar müxtəlif yaşlı uşaqlar üçün ətraf mühit haqqında nümunəvi məlumat həcmini,bilik xarakterini və onların mürəkkəbləşməsini müəyyənləşdirməyə imkan verir.Uşaq bağçasının təkrar proqramında həyatla tanışlığın əsas bölmələri təbiətlə,müxtəlif ixtisaslı əmək adamları ilə,bir sıra ictimai hadisələrlə,əşyalarla,onların keyfiyyət və xüsusiyyətləri ilə tanışlıq verilmişdir.Proqramda qeyd olunir ki, uşaqlar məşğələlərdə,gündəlik həyatda,oyunda, və gəzinti zamanı müxtəlif biliklərə yiyələnirlər.Uşaq hər gün gəldiyi bağçanın binasına, yaşadığı ərazidə olan bağ və parklara, yollara,müxtəlif əşyalara bələd olmağa səy edir. Uşaqların ətraf mühitlə tanışlığında tərbiyəçi müstəsna rol oynayır.O uşaqları öz işi və ətraf mühitlə tanış edir.Tərbiyəçi böyük qrup uşaqlarına öz evlərinin və bağçanın ünvanını öyrədir,evə, yaxın parka və meşəyə gedən yolu tanıdırır.Bununla o uşaqlarda müşahidəçilik,müstəqillik, və özünə inanmaq bacarığı formalaşdırır.Təbiətlə tanışlıq tərbiyəçinin diqqət mərkəzində olur.Kiçik qrup uşaqlar havanın vəziyyətini,orta və böyük qrup uşaqlar fəsli, hər fəslin əlamətlərini öyrənirlər.Eləcədə kiçik qruplar ev heyvanları haqqında müəyyən biliklər əldə edir və onların verdiyi faydanı öyrənirlər.Böyük qrup uşaqları isə ev heyvanlarını qruplaşdırır,doğma Azərbaycanın bərəkətli torpağı,zəngin təbiət sərvətləri haqında müəyyən məlumata yiyələnirlər.Təbiətlə tanışlıq uşaqların sensor tərbiyəsinə də güclü təsir göstərir.Onlar öyrənirlər ki, təbiət müxtəlif rənglər,formalar və səslərlə zəngindir.Meşədə,bağçada,parkda,iş və oyun zamanı uşaqlar yaşıl yarpaqları,güllərin əlvan rəngini görür,onların ətrini hiss edirlər.Onlar quşların oxumasını dinləyir,bülbülün məlahətli səsindən həzz alırlar.Uşaqlar bağçanın həyətyanı sahəsində tərəvəz yetişdirir,bostan bitkiləri üzərində müşahidə aparırlar.


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə