Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər yaşlı uşaqların Kollektivçilik tərbiyəsi haqqında yazın



Yüklə 76,6 Kb.
səhifə9/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
MQT m.pedaqogika-2

Məktəbəqədər yaşlı uşaqların Kollektivçilik tərbiyəsi haqqında yazın

Kollektivçilik hissi tələb edir ki, hər kəs öz mənafeyini, arzu və istəklərini yaşadığı kollektivdə mənafeyi ilə bağlasın, eyni yaşlı uşaqlar kollektivdə öz münasibətini başqalarının münasibəti ilə əlaqələndirməyi öyrənsin. Uşaqlar arasında ünsiyyət, qarşılıqlı əlaqə erkən yaşlardan başlanır və tədricən mürəkkəb xarakter daşıyır. 2-3 yaşlı uşaqlar tez-tez ikilikdə, üçlükdə oynayırlar. Bu prosesdə bəzən çox uşaq iştirak edən oyunlar meydana gəlir. Fəaliyyət zamanı onlar bir-birinə yaxınlaşır, qarşıya qoyduqları məqsəd uğrunda mübarizə aparır, bir-birinə təsir göstərir, səmimi və qayğıkeş münasibətdə olurlar. Bunun üçün bağçada uşaqların kollektiv fəaliyyəti, əsasən oyun və əmək prosesində onların birləşməsi başlıca məqsəd kimi qarşıya qoyulur. Oyun və gəzinti zamanı tərbiyəçi ayrı-ayrı uşaqlar arasında ünsiyyət yaratmaqla həm də mehriban uşaq kollektivi yaradır. Bu, uşaqlarda kiçik yaşdan kollektivçilik hissinin formalaşmasına kömək edir. Məktəbəqədər yaşlı uşaqlarda dostluq, birlik, yoldaşlıq, qayğıkeşlik hisslərinin tərbiyə edilməsinin əsas yolu uşağı uşaqlar arasında, kollektivdə tərbiyə etməkdir. Uşağı kollektivdən kənar şəkildə tərbiyə etdikdə, onlarda erkən yaşlardan fərdiyyətçilik, şıltaqlıq, ərköyünlük əmələ gəlir və bu da ailədə valideynləri əziyyətə salır. Bağçada təşkil edilən oyunlar, keçirilən gəzintilər, yaşlıların əməyi ilə tanışlıq, bağçanın rejimi uşaqların kollektivçilik tərbiyəsi üçün təsirli amillərdəndir. Uşaqlarda kollektivçilik hissi tərbiyəsində bağçada keçirilən mütəhərrik, didaktik, süjetli-rollu, yaradıcı oyunlar yüksək əhəmiyyətə malikdir. Kollektivdə birgə məqsəd üçün çalışmaq, oyun zamanı öz qrupunun qələbəsindən fərəh hissi keçirmək, kollektivin verdiyi tapşırıqları vaxtında icra etmək məktəbəqədər yaşlı uşaqlarda məsuliyyət inkişaf etdirir. Kollektiv içərisində ayrı-ayrı uşaqlarda olan əxlaqi qüsurları aradan qaldırmaq üçün bir tərəfdən uşaqların, digər tərəfdən tərbiyəçinin təsiri yaxşı nəticə verir. Belə ikiqat təsir eyni istiqamətdə getdiyindən bir-birini tamamlayır, biri digərinə qüvvət verir. Bu səbəbdən məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində kollektivin rolu böyükdür.


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə