Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsinin məqsədi və vəzifələri



Yüklə 76,6 Kb.
səhifə5/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   2   3   4   5   6   7   8   9   ...   41
MQT m.pedaqogika-2

Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsinin məqsədi və vəzifələri

Məktəbəqədər yaşlı uşaqlar böyüdükcə onların əxlaqi cəhətdən tərbiyələnməsi imkanı da artır və məzmun nisbətən genişlənir. Məktəbə hazırlıq yaş dövründə uşaqlarda əxlaqi hisslər və təsəvvürlər məzmununa görə yeni mahiyyət daşıyır. Vətən, yaşlıların əmək işləri, təbiət, ictimai hadisələr və s. haqqında uşaqların təsəvvürləri genişlənir. Bu yaş dövründə tərbiyəçi və valideynlər uşaqlarda əxlaqi keyfiyyətləri xarakter formasında möhkəmləndirməlidir: 1. Məktəbə hazırlıq qrupu uşaqlarının Vətən haqqında nisbətən möhkəm anlayışa və biliyə malik olması təmin edilməlidir; 2. Dövlərin himni, bayrağı, gerbi, sərhədi, müstəqilliyi, Milli ordusu haqqında aydın və mühüm anlayışlar yaradılmalıdır; 3. Xalqımız, millətimiz və adət-ənənələrimiz haqqında müvafiq məlumatları olmalıdır; 4. Vətənimizin təbii sərvətləri ( Xəzər dənizi, dağlar, meşələr, çaylar, bitki və heyvanat aləmi və s.) haqqında müvafiq biliyə malik olmalıdırlar; 5. Respublikamızın iqtisadiyyatı və əmək adamları haqqında uşaqlarda yaşlarına müvafiq anlayışlar olmalıdır; 6. Öz xalqının milli-mənəvi dəyərləri haqqında sadə məlumatlara malik olmalıdırlar; 7. Məktəbə hazırlıq qrupunun uşaqları dahi kalssiklərimiz haqqında müvafiq məlumatlara malik olmalıdırlar. Məktəbə hazırlıq qrupunda uşaqların əxlaq tərbiyəsini qeyd edilən istiqamətdə formalaşdırmaq nəticəsində onlarda yoldaşı və dostu üçün səy etmək, birgə fəaliyyətdə olmaq, ümumi məqsəd üçün çalışmaq, əmək və oyun zamanl ilkin formada olsa da vəzifə, borc hissi formalaşır. Uşaqlar ictimai yerlərdə özlərini necə aparmaq qaydalarına yiyələnir, həmişə nəzakətli olmağa, yaşlılara və kiçik yaşlı uşaqlara kömək etməyə çalışırlar. Nitqin inkişafı və əxlaqi keyfiyyətlər nəzərə çarpacaq dərəcə güclənir, kollektivdə fəaliyyət göstərmək üçün davranışı, mədəniyyəyi xeyli yaxşılaşır və get-gedə vərdiş şəklinə keçir.

  1. Məktəbəqədər yaşlı uşaqların milli həmrəylik ruhunda tərbiyə edilməsi

Tərbiyəçi və valideynlər uşaqlarda əxlaqi keyfiyyətləri xarakter formasında möhkəmləndirməlidirlər : 1. Mektebe hazırlıq qrupu uşaqlarnın Veten haqqında nisbetən möhkəm anlayışa ve biliyə malik olmaları təmin olunmalıdır : 2. Dövletin himni , bayrağı , gerbi , sərhədi , müstəqilliyi , Milli Ordusu haqqında aydın və mühüm anlayışlar yaradılmalıdır ; 3. Xalqımız , millətimiz ve adət - ənənələrimiz haqqında müvafiq məlumatlar olmalıdır ; 4. Vətənimizin təbii sərvətləri haqqında müvafiq biliye malik olmalıdırlar , 5. Respublikamızın iqtisadiyyatı ve əmək adamları haqqında uşaqlarda yaşlarına müvafiq anlayışlar olmalıdır ; 6. Öz xalqının milli - mənəvi dəyərləri haqqında sadə məlumatlara malik olmalıdırlar ; 7. Məktəbə hazırlıq qrupunun uşaqları dahi klassiklərimiz haqqında müvafiq məlumata malik olmalıdırlar . Məktəbə hazırlıq qrupunda uşaqların əxlaq tərbiyəsini qeyd edilen istiqamətdə formalaşdırmaq nəticəsində onlarda Vətən məhəbbəti artırır, onlarda milli həmrəylik duyğusunu gücləndirir. Təbiətlə tanışlıq zamanı da Vətən torpağının bir parçasını müşahidə etməklə Vətən haqqında şüurun formalaşmasına böyük təsir göstərir. Vətənin seyrinə çıxmaq, doğma yerlərə, meşələrə, çaylara, dağlara olan sevgi bütün həyatı boyu uşaq yaddaşında qorunub saxlanılır. Məşğələlər zamanı, uşaqlıq çağlarında doğma ölkənin zənginliyi haqqında toplanmış təəssüratlar “Vətən” anlayışının konkret məzmununu tamamlayır.


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə