Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər yaşlı uşaqların sensor tərbiyəsinin psixoloji əsasları



Yüklə 76,6 Kb.
səhifə4/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   2   3   4   5   6   7   8   9   ...   41
MQT m.pedaqogika-2

Məktəbəqədər yaşlı uşaqların sensor tərbiyəsinin psixoloji əsasları

Məktəbəqədər dövürün ilk illərindən başlayaraq analizatorlar sürətlə inkişaf edir. Resseptorlar xarici aləmdən gələn qıcıqları hissələrə ayırır, təhlil edir və onları birləşdirir, sintez edir. İkinci siqnal sisteminin və nitqin inkişafı ilə əlaqədar olaraq analizatorların fəaliyyəti daha yüksək pilləyə qalxır. Sensor tərbiyə duyğuların təfəkkür və nitqlə vəhdətdə inkişafıdır. Qavrama əzələ hissu ilə eyni vaxtda baç verir, müxtəlif duyğuları tam halında birləşdirir, onları daha parlaq edir. Fəaliyyət zamanı 2-3 analizatorun birgə iştirakı uşağın tanış olduğu əşya haqqında çoxlu məlumat alması ilə bərabər, həm də hər bir analizatorun həssaslığını artırır. Fəaliyyətin məzmunundan asılı olaraq duyğuların itiliyi, dəqiqliyi və incəliyi dəyişir. Sensor tərbiyə təkcə uşaqların əşyalarla, nişanlarla tanış etmir həmdə, bu əşyanın vəzifəsini, onu müstəqil təyin etməyi öyrədir. İdrakın inkişafında sözün rolu böyükdür. Söz əşyanın nişanələrini ayırmağa, müqayisə aparmağa və müəyyən əqli nəticəyə gəlməyə kömək edir. Uşağın lüğət ehtiyatı artdıqca müqayisə etmə qabiliyyəti də artır. Sensor tərbiyənin inkişaf etməməsinə və geri qalmasına uşaqda əqli, estetik geriliyə gətirib çıxarır.

  1. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsinin vasitələri

Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində üsul və vasitələrin düzgün seçilməsi və vaxtında tətbiq edilməsinin əhəmiyyəti olduqca böyükdür. Əxlaqi keyfiyyətlər və uşaqların xarakteri müxtəlif tərbiyə prosesində rəngarəng metod və vasitələrdən istifadə vacibdir. Metod əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirməyin yol və vasitələrinə deyilir. Əxlaq tərbiyəsinin metodları qarşıya qoyulmuş məqsəddən, onun məzmunundan, habelə uşaqların yaş xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Məktəbəqədər yaşlı uşağın müəyyən əxlaq normalarına uyğun surətdə inkişaf etməsi üçün onun həmin hərəkətlər haqqında düzgün təsəvvür və anlayışlara malik olması və məhz bu cür davranmağın zərurətinə inanmasının çox böyük əhəmiyyəti vardır. Bu yaşda uşaqlara əxlaq normalarını onların yaşına və anlaq səviyyəsinə uyğun olaraq başa salmaq, yeri gəldikcə düzgün həyata dair nümunə göstərmək mühüm əhəmiyyət kəsb edir. Belə başa salma və nümunələrdən sonra uşaq inanır ki, həqiqətən belə hərəkət etmək düzgündür. Nəticədə necə hərəkət etmək haqqında onda müəyyən inam, bəsit şəkildə də olsa, əqidə yaranır. Əqidə uşaq hərəkətlərinə rəhbərlik edir, ona istiqamət verir. Tərbiyəçi uşaqlarla müəyyən əxlaqi məsələni canlı söhbət şəklində şərh edir. Bəzən yaş və fərdi xüsusiyyətə uyğun olaraq, uşaqların qarşısında suallar qoyur, onların bu və ya digər davranış forması haqqında fikirlərini aşkara çıxarır, dəqiqləşdirir. Söhbət ayrı-ayrı uşaqlarla fərdi və ya qrup şəklində keçirilə bilər. Söhbətlər şıltaqlığın tənqidinə, yaxşı yoldaş olmağın əhəmiyyətinə, əməksevərliyə, səliqəli geyinməyə, baba və nənəyə qayğıya, doğruçuluq və düzgünlüyün faydasına, rejimə əməl etməyə və s. həsr oluna bilər. Fərdi söhbət aparmaq üçün tərbiyəçi yüksək pedaqoji mədəniyyətə malik olmalıdır.


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə