Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər yaşlı uşaqlarda estetik tərbiyənin metodları



Yüklə 76,6 Kb.
səhifə14/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
MQT m.pedaqogika-2

Məktəbəqədər yaşlı uşaqlarda estetik tərbiyənin metodları

Estetik tərbiyənin məzmununa estetik bilik, bacarıq, vərdiş,hiss və zövq daxildir. Uşaqların gözəllik haqqında anlayışları ətraf mühiti estetik cəhətdən dərketmə prosesində yaranır. Məktəbəqədər yaşlı uşaqlar obyektiv həqiqətləri əks etdirən qrafik işlər-nəqqaşlıq, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət, ədəbiyyat, musiqi və onların müxtəlif janrlarını mənimsəmə prosesində estetik cəhətdən formalaşırlar. Uşaqlar həmçinin ətraf mühitdən irəli gələn estetik anlayışları da mənimsəyirlər. Böyüklərin başçılığı ilə uşaqlar yaxşı və pis, gözəl və çirkin və s. anlayışlar haqqında təsəvvür və biliklərə də yiyələnirlər. Uşaqlar tədricən öyrənirlər ki, hansı hərəkətlər yaxşı, hansı pisdir. Estetik tərbiyənin metodlarını aşağıdakı qaydada qruplaşdırmaq olar:
1. Ətraf həqiqətləri,incəsənət əsərlərini,onlara emosional munasibət göstərməyi, estetik hiss, maraq, tələb və münasibətləri formalaşdıran metodlar: bu cism və hadisələri müşahidə etməklə, incəsənət əsərlərinə baxmaq,onları dinləmək yolu ilə müqayisə aparmaq, fərqləndirmək qabiliyyəti formalaşır;
2. Uşaqlarda estetik şüurun elementlərini formalaşdırmaq. Bu müxtəlif söhbətlər, ekskursiya və gəzinti zamanı müşahidə aparmaq, oyun metodu;
3. Uşaqları estetik və bədii sahədə fəaliyyətə təhrik etmək, onlarda bu sahədə bacarıq və vərdişlər yaratmaq,incəsənətin növlərindən asılı olaraq musiqi, nəğmə, rəqs, bədii söz və s. sahələrdə təsviri sənətin elementlərini mənimsətmək;

  1. Məktəbəqədər yaşlı usaqların ekoloji tərbiyəsinin mahiyyəti

Ətraf mühitin qorunmasının əhəmiyyəti və ekoloji tərbiyə məsələlərinin məktəbəqədər dövrdən başlayaraq həyata keçirilməsi vacibdir. Gələcək nəslin ekoloji ruhda tərbiyə olunması uşaqların ən kiçik yaşından başlayaraq tərbiyə olunmasını tələb edir. Uşaqlara təbiəti qorumaq, onun sərvətlərindən səmərəli istifadə emtək işində məsuliyyət hissi aşılanmasa, onlar bunu aydın dərk etməsələr ətraf mühitin qorunmasında fəal rol oynaya bilməzlər. Aparılan müşahidələr göstərmişdir ki, təbiət nə qədər zəngin olarsa, maddi nemətlər də bir o qədər bol olar, nə qədər gözəl olarsa, o qədər də insan zövqünü oxşayır. İstər-istəməz ətraf mühitə fasiləsiz olaraq müxtəlif tullantılar daxil olur, nəticə olaraq da , atmosferi, suyu, torpağı çirkləndirir, havanı zəhərləyir. Saysız- hesabsız maşınların çoxalması ətraf mühit üçün qlobal problemlərdən biridir. Bu gün hər bir gənc nəsil ekologiyanın qorunması məsələsində fəal iştirak etməlidir. Təbiətə, onun sərvərlərinə məhəbbət və qayğı uşaqlarda kiçik yaşlarından təşəkkül tapmağa başlayır. Bunun üçün uşaq bağçalarında və məktəblərdə uşaqlarda təbiətə, ətraf mühitə, təbii sərvətlərinə məhəbbət ruhunda tərbiyə işi aparmaq, bitki və heyvanat aləmini izah etmək, onların qayğısına qalmaq hissini aşılamaq lazımdır. Uşaqlar məktəbəqədər dövrdən bilməlidirlər ki, təbiətin mühafizəsi onun sərvətlərinin qorunması və artırılması, hava, su , torpaq, bitki və heyvan, meşə, həmçinin bütün faydalı qazıntılar təbiətin sərvətidir.


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə