Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər yaşlı usaqlarda ekoloji tərbiyənin prinsipləri



Yüklə 76,6 Kb.
səhifə15/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   11   12   13   14   15   16   17   18   ...   41
MQT m.pedaqogika-2

Məktəbəqədər yaşlı usaqlarda ekoloji tərbiyənin prinsipləri

Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsini lazımi səviyyədə qurmaq üçün bir sıra mühüm prinsiplərə əməl olunmalıdır:1)İlk olaraq ekoloji tərbiyəyə uşaq şəxsiyyətinin hərtərəfli inkişafının tərkib hissəsi kimi baxılmalıdır.2)Ekoloji tərbiyədə təbii sərvətlərin mahiyyətini anlamaq üçün məktəbəqədər yaşlı uşaqların fərdi və yaş xüsusiyyətləri nəzərə alınmalıdır.misal,bu yaşlı hər bir uşaqlara təbii ehtiyatların tükənməsi,havanın,suyun,bəzi heyvan və bitki növlərinin qeyri-insani fəaliyyət nəticəsində məhv edilməsini anlatmaq üçün istər məşğələ zamanı,istərsə də məşğələdənkənar tərbiyəvi tədbirlər vasitəsilə sadə şkildə çatdırılmalıdır.3)Ekoloji tərbiyə işində hər zaman ardıcıllıq və sistematiklik gözlənilməlidir.Ekoloji tərbiyə sahəsində vərdişləri uşaqlara yavaş-yavaş,bir-biriylə əlaqəli surətdə aşılamaq lazımdır.4)Ekoloji tərbiyə işi hərtərəfli aparılmalıdır.Uşaqlarda təbiətə sadə formada olsa da,münasibət formalaşdırmalıdır.

  1. Uşaqlarda təbiəti qorumaq hissinin aşılanmasında ekoloji tərbiyənin rolu

Təbiətə , onun sərvətlərinə məhəbbət və qayğı uşaqlarda bilavasitə kiçik yaşlarından təşəkkül tapmağa başlayır . Buna görə də məktəblərdə və uşaq bağçalarında ətraf mühitə , təbii sərvətlərə , təbiətin gözəlliyinə məhəbbət ruhunda tərbiyə işi aparmaq , bitki və heyvanat aləminin əhəmiyyətini uşaqlara izah etmək , təbiətə qayğı hissini bacarıqla aşılamaq diqqət mərkəzində olmalıdır . Uşaqlar məktəbəqədər dövrdən başa düşməlidir ki , təbiətin mühafizəsi onun sərvətlərinin qorunması və artırılması qayğısına qalmaq deməkdir . Onlar bilməlidirlər ki , torpaq , hava , su , meşə , bitki və heyvanlar aləmi , habelə bütün faydalı qazıntılar təbiətin sərvətidir. Ekoloji tərbiyə uşaqlarda təbiətə , etraf mühitə məhəbbət və rəğbət hissi yaratmalı , onları yaş ve anlaq səviyyələrine uyğun onun mühafizəsinda durmağa hazırlamalıdır . Məktəbəqədər yaşlı uşaqlar doğma yurdun təbii gözəlliklərindən zövq almağı öyrənməklə yanaşı , yaşadıqları ərazidə təbii gözəlliklerin qorunmasında , havanın , suyun təmiz saxlanmasında güclərinə müvafiq işlər görmək qabiliyyətinə malik olmalıdırlar. Uşaqlar oyun və yataq otağında havanın təmiz saxlanılmasının əhəmiyyətini dərk etməlidirlər . Onlar otaqlarda və bağçanın torpaq sahəsində gül becərməyi , ağaclara , saxlanan quşlara və heyvanlara qulluq etməyi bacarmalı , gələcəkdə təbiətə qeyri - insani münasibət hallarına qarşı mübarizəyə hazırlanmalıdırlar . Əgər uşaq bağçasında tərbiyəçi , ailədə valideynlər , məktəbdə isə müəllim tərbiyə işini lazımi tələblər səviyyəsində qurarlarsa , onda uşaq ve yeniyetmələr ekologiya və təbiətin mühafizəsi kimi mühüm problemin həyata keçirilməsinde fəal iştirak edərlər. Müəllim və tərbiyəçi istər dərs prosesində , istərsə də məşğələlərdə öz fəaliyyətini dövrün , zamanın tələblərinə uyğun , eyni zamanda , uşaqların yaş və anlaq səviyyələrinə müvafiq olaraq qursalar , təbii ki , istədiklərinə nail ola bilərlər .



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə