Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər yaşlı uşaqların əqli inkişafınada təbiətlə tanışlıgın rolu



Yüklə 76,6 Kb.
səhifə3/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   2   3   4   5   6   7   8   9   ...   41
MQT m.pedaqogika-2

Məktəbəqədər yaşlı uşaqların əqli inkişafınada təbiətlə tanışlıgın rolu

Tərbiyə müəssisələrində uşaqların mənəvi cəhətdən normal inkişafı üçün hər cür şərait yaratmaq lazımdır. Uşaqları ətraf aləm haqqında biliklərinin həcmini müəyyən etmək onların mənəvi cəhətdən normal inkişafı üçün çox vacibdir. Uşaq bağçasının təkrar proqramında həyatla tanışlığın əsas bölmələri-təbiətlə, müxtəlif ixtisaslı əmək adamları ilə, bir sıra ictimai hadisələrlə, əşyalarla, onların keyfiyyət və xüsusiyyətləri ilə tanışlıq verilmişdir.Uşaqlar məşğələlərdə, gündəlik həyatda, oyunda, əməkdə və gəzinti zamanı müxtəlif biliklərə yiyələnirlər. Uşaqların ətraf mühitlə tanışlığında tərbiyəçi müstəsna rol oynayır. O, uşaqları öz işi və ətraf mühitlə tanış edir. Tərbiyəçi böyük qrup uşaqlarına öz evlərinin və baxçanın ünvanını öyrədir, evə, yaxın parka və ya meşəyə gedən yolu tanıdırlar. Bununla o, uşaqlarda müşahidəçilik, müstəqillik və özünə inanmaq bacarığı formalaşdırır. Təbiətlə tanışlıq tərbiyəçinin diqqət mərkəzində olur. Bu uşaqlarda əqli qabiliyyətin, əxlaqi, estetik hisslərin, şən əhval-ruhiyyənin və erudik inkişafın tərbiyəsinə kömək edir. Təbiət hadisələrini dönə-dönə müşahidə etdikcə uşaq onları daha yaxşı araşdırır, getdikcə onların xüsusiyyətlərinə daha dərindən bələd olur. Kiçik qrup uşaqları havanın vəziyyətini, orta və böyük qrup uşaqları fəsli, hər fəslin əlamətlərini öyrənir, bu sahədə öz təsəvvürlərini genişləndirirlər. Meşədə, baxçada, parkda, iş və oyun zamanı uşaqlar yaşıl yarpaqları, güllərin əlvan rəngini görür, onların ətrini hiss edirlər. Heyvan xanada ayını, fili, canavarı, şiri, pələngi görən uşaqlar onların haradan gətirilməsi haqqında düşünürlər. Tərbiyəçi təbiətin belə sirlərini uşaqların anlaq səviyyəsinə uyğun olaraq onlara izah etməlidir. Vətənə kiçik yaşlardan fayda vermək hissi, öz yaşına uyğun işləri görmək uşaqlarda işgüzarlığın yaranmasını gücləndirir.


  1. Məktəbəqədər yaşlı uşaqların sensor tərbiyəsinin mahiyyəti

Sensor tərbiyə məktəbəqədər yaşlı uşaqların tərbiyəsində əsas problərindən biridir, hissi təcrübənin rolu, əhəmiyyəti və məzmunu ilə izah edilir. Sensor tərbiyə uşağın idrak fəaliyyətinin tərkib hissəsidir.Pedaqoji elmdə bütün tərbiyə işində olduğu kimi , uşağın sensor inkişafında da tərbiyəçinin roluna yüksək əhəmiyyət verilir. Sensor tərbiyə uşaqların praktik əmək fəaliyyətinə güclü təsir göstərir. Rəssamın, heykəltəraşın gözə yarı təyin etmək qabiliyyətində sensor tərbiyənin mühüm rolu var.Pedaqoji elimimizdə sensor tərbiyəyə əqli, estetik və əmək qabiliyyətinin formalaşmasının əsası kimi baxılır. Bunun əsasında dərketmə, hissetmə, duyma və qavrama formalaşır.Məktəbəqədər yaşlı uşaqların rəngləri fərqləndirməyi, adlandırmağı öyrənir, onlar haqqında öz təsəvvürləri əsasında mühakimə yürüdürlər. Onlar bir neçə rəngin qarışdırılmasından yeni rəng almağı öyrənir, əşyaları rənglərinə görə fərqləndirir, onlar haqqında təsvir yolu ilə mühakimə yürüdürlər. Uşaqlar bir yaşda rəngləri fərqləndirməyə başlayır, iki yaşda tərbiyəçinin köməyi ilə rəngləri adlandırır, üç yaşda rəngləri bir-birindən fərqləndirmək ağ, qara, sarı, göy yaşıl rənglərin adını deməyi öyrənir . Uşaqlar oyun və iş zamanı rənglərlə daha yaxından tanış olur, öz paltarlarının rəngini müəyyən edir, yazda gülləri rənglərinə görə toplayırlar. Rəsm işində rənglər arasında uyğunluq yaratmağa, əşyaların rəngini çəkdikləri şəkillərdə əks etdirməyə çalışırlar.Didaktik materiallar uşaqların rənglər haqqında anlayışını zənginləşdirir. Müxtəlif rəngli oyuncaqları fərqləndirmək uşaqların "rəng" anlayışına dair mühakimə yürütməsinə çox kömək edir. Bir çox oyun vasitələri rəngləri tanımaqda mühüm rol oynayır. Didaktik oyunlar xüsusilə uşaqların " rəng" haqqında anlayışını çox zənginləşdirir. Məktəbə hazırlıq qrupunun uşaqların əşyaları bir neçə nişanəsinə görə ümumiləşdirməyi oyun prosesində öyrənirlər. Məsələn, göy rəngli əşyaların adlarını deyirlər. Şəkillər üzrə oyun keçirərkən, həm də onları təsəvvürlərinə görə seçir və müqayisə edirlər. Oyunla yanaşı təsviretmə və müşahidəaparma uşağın rəngləri müəyyən etməsində mühüm rol oynayır.


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə