Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər yaşlı uşaqlara əxlaq tərbiyəsində hörmət və tələbkarlıq prinsipi



Yüklə 76,6 Kb.
səhifə8/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
MQT m.pedaqogika-2

Məktəbəqədər yaşlı uşaqlara əxlaq tərbiyəsində hörmət və tələbkarlıq prinsipi

Hörmət və tələbkarlıq prinsipi- Uşaq şəxsiyyətinə hörmət humanizmin ifadəsi kimi qiymətləndirilir."Uşağa mümkün qədər çox hörmət etmək və ona çoxlu tələblər vermək" tərbiyənin başlıca prinsiplərindən biridir. Başqa sözlə desək yaşından asılı olmayaraq bütün uşaqlara hörmət etmək onların qayğısına qalmaq qanun hökmü daşıyan yenilməz əxlaqi prinsipdir. Uşaq nə qədər kiçik olsa belə valideyn və tərbiyəçi ona hörmət etməyə , şəxsiyyəti ilə hesablaşmağa borcludur. Uşaq öz şıltaq hərəkətləri ilə tərbiyəçini incitsə belə , uşağın şəxsiyyətini alçaltmağa, ona hər hansısa fiziki cəza verməyə, məsələn: "dəli", "ağılsız", kimi sözlərlə təhqir etməyə yol verməməlidir. Tərbiyəçi uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq təsir etməlidirlər. Təcrübəli tərbiyəçilər , həmçinin də valideynlər uşağa qarşı tələblərərində inandırıcı və ardıcıl olurlar. Onlar uşağın nöqsanlı hərəkətlərinə güzəşt etsələr, qüsurlarına göz yumsalr onu ancaq korlaya bilərlər. Bəzi tərbiyəçilər çoxlu tələblər ilə uşaqları yükləmə çalışır, yaxud heç bir əziyyətə salmaq istəmirlər. Məktəbəqədər yaşlı uşaqların tərbiyəsində həddən artıq ürəyiyumşaqlıq göstərmək , uşağı ciddi tələblərlə çətinliyə salmaqdan boyun qaçırmaq tərbiyə işinə çox zərər vurur. Buda şıltaqlıq, ərköyünlük və səhlənkarlıq üçün şərait yaradır. Nəzərə almaq lazımdır ki, məktəbəqədər yaşlı uşaq hələ elə bir möhkəm əqidəyə malik deyildir. Böyüklərin tələbləri onun bütün davranışını tənzim edir. Tərbiyəçi çalışmalıdır ki, erkən yaşdan hər bir uşaqda öz qüvvə və imkanlarına inam yaratsın. Fəaliyyət zamanı tərbiyəçi uşağa hörmət edilməsinə , bununla yanaşı, uşağın müstəqil səylərini qiymətləndirməlidir.

  1. Məktəbəqədər yaş dövründə rəğbətləndirmə və cəzalandırma metodu haqqında yazın

Uşaqların hərəkətlərini dəyərləndirmək lazımdır. Uşağın sevgi və qayğıya ehtiyacı var. Buna görə də uşağın pis hərəkətinə mənfi rəy bikdirdikdə o hərəkətdən uzağlaşır, amma müsbət rəy olduqda hərəkəti təkrarlayır. Uşaq hərəkətinə görə tərifləndikdə bundan həzz alır, pis əməldə isə utanır, kədərlənir və həmin hadisəni təkrar etmir. Kiçik yaşlı uşaqlarda təcrübə az olduğu üçün onlar başqalarının fikirinə maraq bəsləyir. 3-6 yaş arası uşaqlar daha çox sevgi və diqqət istəyirlər. Rəğbətləndirmə və cəzalandırma mütləqdir. Yerində və ədalətli olmalıdır ki uşaqlarda ruh düşkünlüyü olmasın. Düzgün rəğbətləndirmə və cəzalandırma öz effektini tez bir zamanda göstərir. Müəllim çalışmalıdır ki, hər uşağın işini özünə məxsus qiymətləndirsin. Uşağı təhqir etmək, ağır ifadələr işlətmək olmaz. Əgər hərəkəti yalnışdırsa ona sözlə başa salmaq lazımdır. Uşağa cəza verdikdə əsəb sistemi, fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağa şiddət göstərməklə cəzalandırmaq olmaz. Ona göstərilən şiddəti gələcəkdə ətrafındakılar üzərində təkrar edər. Şiddət görən uşaqlar qorxaq, yalançı, hiyləgər və s. xüsusiyyətləri olur. Cəza növü olaraq uşağa sevdiyi nədənsə məhrum etmək ola bilər. Uşaqlar üzərində iş zamanı səbir və təmkin lazımdır. Həmçinin uşağın dəyişəcəyinə inanmaq lazımdır.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə