Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaqların əxlaqi keyfiyyətlərə yiyələnməsində ictimai-faydalı əməyin rolu



Yüklə 76,6 Kb.
səhifə7/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   2   3   4   5   6   7   8   9   10   ...   41
MQT m.pedaqogika-2

Uşaqların əxlaqi keyfiyyətlərə yiyələnməsində ictimai-faydalı əməyin rolu. Əmək uşağın bütün psixi proseslərinin və əxlaqi keyfiyyətlərinin inkişaf etdirilməsində çox faydalıdır. Əmək uşağın şəxsi sərbəstliyini, müstəqilliyini inkişaf etdirir, onda öz qüvvəsinə inam yaradır və fiziki cəhətdən kamilləşməsinə güclü təsir göstərir. Bağçada uşaqların yaşlarına uyğun əmək işlərinə cəlb olunması çox faydalıdır. Oyunun əxlaq tərbiyəsində mövqeyi. Oyun və idman, əsasən, fiziki tərbiyənin vasitəsidir, lakin oyun eyni zamanda məktəbəqədər yaşlı uşaqların bütün fəaliyyətinə təsir göstərən alışdırma vasitəsidir. Uşaqların yaxşı təşkil olunmuş oyunu məqsədə çatmaq üçün düşüncə, yaradıcıllıq qabiliyyəti formalaşdırır və məsuliyyət hissini gücləndirir. Oyun zamanı uşaqlar çətinliyə dözməyə alışır və onlarda iradi keyfiyyət möhkəmlənir. Rəğbətləndirmə və cəzalandırma metodu. Uşağı rəğbətləndirmə onun hərəkətlərinə müsbət, cəzalandırma isə mənfi qiymət verməkdir. Uşağın yaxşı hərəkətinə müsbət qiymət vermək onda həmin hərəkəti möhkəmlətməyə xidmət etdiyi kimi, pis hərəkətinə mənfi qiymət vermək onu bu hərəkətdən əl çəkməyə sövq edir. Uşaqlar belə əməliyyatın ədalətliyini hiss edəndə, bu öz səmərəli nəticəsini verir. Belə ki, digər uşaqlar ondan nümunə götürür, yaxşı hərəkətlərini davam və inkişaf etdirir, qüsurlu hərəkətlərini isə məhdudlaşdırırlar. Rəğbətləndirmə və cəzalandırma mütləq xarakter daşımalıdır. Tərbiyəçi uşağa cəza verərkən onun düzələcəyinə inanmalı və mövcud olan nöqsanı aradan qaldırılmasında ardıcıl olmalıdır.


  1. Məktəbəqədər yaşlı uşaqlarda Milli Orduya məhəbbət hissinin aşılanması

Vətənə sədaqətlilik xalqa .milli və mənəvi sərvətlərinə adət ənənələrinə məhəbbət ,Vətənə məhəbbət xalqa dogma torpaga xalqın maddi və mənəvi sərvətlərinə adət və ənnənələrinə hörmət Azərbaycan xalqının nəcib əxlaqı keyfiyyətlərindədir .
Ulu öndər Heydər Əliyev gənclərin birinci forumundakı cixişinda demişdir . «Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır ,bizim milli dəyərlərimiz əsasında tərbiyələnməlidir .Gənclərimiz bizim tariximizi ,milli dəyərlərimizi ,kecmişimizi ,dilimizi , yaxşı bilməlidir bunları bilməyən gənc Vətənpərvər ola bilməz .Vətənpərvərlik böyük məvhumdur .Vətənə sədaqət ,Vətəni sevmək torpga baglılıq – budur Vətənpərvərlik.
Səməd Vurgun deyirdi; İnsani hisslər icərisində ən müqəddəs ,Əbədi ,tərəqqi və inkişafa təkan verən amillərdən biri ,bəlkədə ən mühümi Vətənə sədaqətdir . Vətənə məhəbbəti- insanın həyat nəfəsidir .Vətənə sədaqətlilik tərbiyəsinin bir qolunu Milli Orduya məhəbbət tərbiyəsi təşkil edir .
1. M\q yaşlı uşaqlarda Milli Orduya məhəbbət tərbiyəsi ,əqli ,əxlaqi ,ideya siyasi ,fiziki və estetik tərbiyə ilə six əlaqədə aşılanmalıdır .
2.Milli orduya məhəbbət tərbiyəsində uşaqların yaş və anlaq səviyyəsinə uygun bədii əsərlər üzrə müxtəlif tədbirlərin kecrilməsinə ,bədii parçaların mahnıların,şerlərin oxunmasına geniş yer verilməlidir .
3 .Milli orduya məhəbbətlə baglı əxlaqi söhbətlər və müzakirələr müntəzəm surətdə kecrilməlidir .
4 .Uşaqları hərbi hissələrə ,muzeylərə ,tarixi yerlərə ekskursiyalar təşkil etmək vacibdir.
5. Milli Orduya məhəbbət tərbiyəsindən bəhs edən sənədli filimlər telviziya verlişlərinə baxış təşkil edilməlidir .
6 Oxunmuş bədii əsərlər əsasında əməli fəaliyyətə cəlb etmək qəhrəmanlarla görüşlər ,Şəhidlər xiyabanına ziyarət və s təşkil edilə bilər


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə