Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaq Bağçasının ailə ilə fərdi əlaqə formaları



Yüklə 76,6 Kb.
səhifə40/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   33   34   35   36   37   38   39   40   41
MQT m.pedaqogika-2

Uşaq Bağçasının ailə ilə fərdi əlaqə formaları

Bağçanın ailə ilə fərdi əlaqə formalarından biri uşağın yaşayış və tərbiyə şəraitini öyrənmək üçün müdirin, tərbiyyəçinin və həkimin ailəyə getməsidir. Qabaqcıl tərbiyəçilər ailəyə gedərkən qabaqcadan ciddi hazırlaşır, uşaq haqqında fikirlərini ümumiləşdirir, valideyinlərə nəyi deyəcəyini hərtərəfli düşünürlər. Görüş zamanı tərbiyəçilər valideyinlərlə uşaqlar haqqında söhbəti onun müsbət cəhətlərindən başlayırlar. Söhbətə yalnız uşaq xarakterindəki nöqsanlardan başlayıb valideyinlə pis əhval-ruhiyyə, ailədə əsəbi şərait yaradan tərbiyəçilər heç də düzgün hərəkət etmirlər. Uşağın müsbət cəhətini nəzərə çatdırdıqdan sonra onun nöqsanlarından söhbət açması, tərbiyyəçinin ailəyə gedişi zamanı səmərəli nəticə verir. Tərbiyəçi ailəyə gedişi ilə valideyinlərə konkret məsləhət verməli, lazım gəldikdə rejim tərtib etməli və bunun əhəmiyyətini valideyinlərə başa salmalıdır. Tərbiyəçi valideyinlərə uşağa hörmət və tələbkarlıqla yanaşmaq, rejimin səmərəli təşkil edilməsinə dair məsləhət verilməlidir. Valudeyinlərin bağçaya dəvət edilməsi də ailə ilə əlaqədə mühüm əhəmiyyət kəsb edir. Belə görüş zamanı tərbiyəçi çalışmalıdır ki, valideyin uşağın tərbiyyəsində fərdi xüsusiyyətlərini, uşağa yanaşma tərzini, ailədə uşağın sayını nəzərə alıb konkret nəyi əhatə edəcəyini qabaqcadan müəyyənləşdirsinlər. Bu görüş zamanı valideyin də uşağın ailə tərbiyəsindəki çətinliklər barədə danışmaqdan çəkinməməlidir. Valideyin bağçaya gələn zaman çalışmalıdır ki, müdirlə, həkimlə, musiqi müəllimi ilə, hətta dayə və aşpazla da görüşə bilsin. Bu zaman valideyin uşağın musiqi marağı, sağlamlığı, əməksevərliyi və s. haqqında geniş məlumat ala bilər ki, buda uşağın ailə tərbiyəsinə ciddi müsbət təsir göstərə bilər. Bağçada valideyinlər üçün açıq qapı günü keçirmək olar. Belə görüşlər təsadüf olunan çətinliklərin aradan qaldırılmasında köməklik göstərir. Fərdi əlaqə formalarından biri də valideyin ilə yazışmaqdır. Bu əlaqə forması müstəsna hallarda təşkil olunur. Valideyin məzuniyyətdə olanda uşaqlarda onunla bağa və istirahətə gedir. Məktub vasitəsi ilə tərbiyəçi uşağın səhhəti, inkişafı, davranışı haqqında məlumat alır, valideyinləri maraqlandıran suallara cavan göndərir. Bu əlaqə forması özünəməxsus əhəmiyyət kəsb edir.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə