MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

Qalınlığı: 4- 400 mkm [175, s.177]. 
1 kv m.-i  250 qr-dan ağır olan qalın və möhkəm kağız karton adlanır [48, s.525].
S.Lillinin məlumatına görə, kağız ta VII əsrə qədər yalnız Ç in imperiyasının sərvəti olaraq
qalmışdır (fon Qabenə ziddir).  “Yalnız 751-ci ildə Səmərqəndə gəlib çıxmış…  sonra onun
yayılmasının izlərini Bağdaddan (793-cü il), Misirdən (900-cü il) və Mərakeşdən (1100-cü il) ke-
çərək ta İspaniyaya (təxm.  1150-ci il)  qədər islamın hakim olduğu ölkələrdə tapırıq… 
İspaniyadan o, 1189-cu ildə Jənubi Fransaya, XIII əsrdə İtaliyaya, XIV əsrdə Almaniyaya   və
s. gəlib çıxmışdır” [140, s.75]. Avropada ilk kağız istehsalı 1151-ci  ildə İspaniyada və 1276-cı
ildə İtaliyada həyata keçirilmişdir.    
XIII əsrdən kağız istehsalının sirlərini öyrənmiş,  yazı mədəniyyəti üçün kağızın daha
münasib və optimal olduğunu qət etmiş və kağız sənayesinin çox perspektivli olacağını hesab-
lamış Avropada artıq kağız fabrikləri meydana gəlməyə başlayır.
“İlk kağız maşını patentini 1799-cu ildə Nikola Lui Rober (1761-1828) almışdır. Bu maşın
metal şəbəkə üzərində uzun-uzun kağızlar istehsal etməyə imkan verirdi” [187, s.56].
Hələ XIV-XV əsrlərdə Azərbaycanda və İranda da kağız istehsalına meyl göstərən
manufakturalar yaranmışdı.  
XIV əsrin sonu - XV əsrin əvvəllərində İranın Gilan əyalətində zəngin taxıl zəmiləri ilə
yanaşı, kağız hazırlamaq üçün pambıq sahələri becərilirdi. “Şəhristani-Rəşididə kağızqayırma
karxanası var idi. Mahir Təbriz sənətkarları o qədər şöhrət tapmışdılar ki, hətta çox vaxt onları
ayrı-ayrı hökmdarlar başqa şəhərlərə və ölkələrə aparıb istifadə edirdilər.  XVI-XVII əsrlərdə
Təbrizdə kitabdarlığın inkişafı,  mədrəsələrin sayının artması,  şiəliyin rəsmi dövlət dini elan
olunması ilə əlaqədar olaraq şiəliyə aid çoxlu kitab yazılması və üzlərinin köçürülməsi kağıza
olan tələbatı xeyli artırmışdı. Şəhərdə kağız və kitab satmaqla məşğul olan xüsusi mağazalar
var idi [bax: 60, s.49, 128]. 
V.Borozdina 1821-ci ildə yazırdı ki,  XVIII əsrin ikinci yarısında Təbrizdə kağız fabriki və
dəri zavodu da fəaliyyət göstərirdi [bax: 56, s.27].
Bununla yanaşı,  Təbriz kağızı yazıya olan tələbatı həm kəmiyyət,  həm də keyfiyyət
baxımından ödəyə bilmədiyi üçün Azərbaycana dünyanın müxtəlif ölkələrindən kağız
gətirilməsinə ehtiyac yaranmışdı.  Şərq-Qərb,  Şimal-Jənub ticarət yollarının,  İpək Yolunun
üstündə yerləşən Azərbaycanın beynəlxalq əlaqələrində yazı üçün kağız idxalı mühüm yer
tuturdu.  Bu hər yerdə baş verən mədəni-tarixi hadisənin tərkib hissəsi idi.  Belə ki,  məsələn, 
XIV-XVII əsr rus əlyazmaları da xaricdən gətirilən kağızlarda yazılmışdır [182,  s.33-34].  XIV
əsrdən başlayaraq,  Türkiyəyə Avropa kağızı gətirilirdi [178,  s.485].  XIV-XV əsrlərdə
Gürcüstanda yazı üçün əsasən Şərq kağızından,  XV əsrdə isə konkret olaraq Dəməşq kağı-
zından və bəzi hallarda İtaliya kağızından istifadə edilirdi. XV əsrin sonları – XVI əsrin əvvəl-
lərindən Şərq kağızının idxalı, demək olar ki, tamamilə dayandırılmışdı [163, s.119]. XV əsrin
sonu - XVI əsrin əvvəllərində Gürcüstana əsasən Venetsiya kağızı gətirilirdi. XVI-XVIII əsrlərdə
buraya gətirilən Avropa kağızları üzərində yenidən iş aparılır, onun üzərinə yapışqan çəkilir və
möhrələnirdi [87, 32].              
Azərbaycana idxal olunan kağız məsələsinə toxunan J.Qəhrəmanov və A.Qasımov
göstərirlər ki,  XIV əsrin ortalarına qədər kağızların bir qismi Azərbaycana Hindistan və Orta
Asiyadan gətirilir,  əsrin sonlarına doğru isə Aralıq dənizi sahillərindəki ölkələrdən gətirilən
Avropa kağızı üstünlük təşkil etməyə başlayırdı.
“Şərq kağızları arasında Ç inin, Səmərqəndin, Buxaranın, Hindistanın ipək kağızları xüsusi
yer tutur.  Bu kağızlar hazırlandığı yer adının sonuna “abadi” sözü əlavə etməklə (məs.: Hind
abadisi, Səmərqənd abadisi və s.) tanınır. Həmin adı bu kağızlara orta əsr xəttatları vermişlər”


[43, s.41].
Orta Asiya kağızının istehsalı üçün xammal kimi çətənə liflərindən istifadə edilirdi. Əvvəlcə
xammalı su ilə işləyən dingdə üyüdürdülər. Üyüdülmüş kütləni yuyur, ona müəyyən tənasübdə
potaş və kirəc qarışdıraraq sıxırdılar.  Sonra bu qatışığı yenidən qarışdırır,  yenidən qurudub
üyüdürdülər.  Bu əməliyyat bir neçə dəfə təkrar edilirdi.  Kütlənin hazırlanma prosesi bitəndən
sonra kağız vərəqlərinin tökülməsi başlanırdı. Kağızı tökmək üçün işlədilən forma torlu şadara-
dan ibarət idi. Şadara tut ağacından, tor isə çoxillik çiy bitkisinin nazik saplaqlarından düzəldilir, 
onlar bir-birinə paralel bərkidilərək at tükü ilə bağlanırdı.  Kağız tökülərkən tor şadaranın
üzərinə qoyulur və kütlə ilə örtülürdü. Qurumuş kağız təbəqələri oradan çıxarılır və xüsusi bı-
çaqla kəsilirdi. Kağızı hamarlaşdırmaq üçün onun hər iki tərəfinə buğda unundan hazırlanmış
nişasta çirişi çəkilirdi.  Qurudulandan sonra təbəqənin hər üzü armud ağacından hazırlanmış
lövhədə xüsusi çanaqla ahərlənirdi [178, s.484-485].      
İstehsal texnikası daha incə olan Şərq kağızı son nəticədə özünün daha zərifliyi və
nazikliyi ilə fərqlənirdi. 
Şərq əlyazmalarının olduqca böyük bir hissəsi məhz Orta Asiya kağızında yazılmışdır. 
Avropa istehsalı olan kağızda yazılmış Orta Asiya və Şərqi Türküstan mənşəli
əlyazmaların sayı çox az olub, əsasən XIX əsrə və XX əsrin əvvəllərinə aiddir [178, s.485]. Bu
onu göstərir ki,  XIX əsrdən başlayaraq,  Avropa və Rusiya kağız istehsalı Şərq kağız səna-
yesini üstələmiş və beynəlxalq ticarət əlaqələrindən onu sıxışdırıb çıxarmışdır.  
Azərbaycanda Qərb kağızından da istifadə edilməsinin tarixi qədimdir. 
Azərbaycan – Avropa (Venetsiya)  əlaqələrinin əsası hələ XV əsrin 60-cı illərindən qoyul-
muşdu [bax:  50,  s.30-35]  və bu əlaqələrdə Aralıq dənizi vasitəsi ilə kağız ticarəti mühüm
yerlərdən birini tuturdu. 
Hələ XVII əsrdə Rusiya-İran ticarət əlaqələrində Azərbaycan,  onun şəhərləri və tacirləri
aparıcı rol oynayırdılar [bax:  190,  s.20]  ki,  bu da rus kağızının o vaxtkı İranda,  o cümlədən
Azərbaycanda tədricən üstün yer tutmasının əsasını qoymuşdu.  Belə ki,  XVIII əsrdə Həştər-
xandan başqa mallarla yanaşı, yazı kağızı da gətirilirdi [25, s.104]. XVIII əsrin sonu XIX əsrin
əvvəllərində yazı üçün rus kağızı Dərbəndə gətirilir və oradan yayılırdı. XVIII əsrin sonlarında
hətta Azərbaycan-rus ticarət əlaqələri rus-İran əlaqələrindən daha sıx və sabit idi. XVIII əsrin
sonlarından başlayaraq,  Həştərxan vasitəsi ilə Rusiyadan həm də Avropa kağızı reeksport
edilirdi [bax: 154, s.47-60].
Kağızın yazı üçün yararlı vəziyyətə salınmasından ötrü ahərlənməsi və möhrələnməsi “ilk
əvvəl İstanbulda yaranmış,  daha sonra Şərqin digər ölkələrinə,  o cümlədən Azərbaycana
yayılmışdı.  Daha sonralar bu üsul Qərbə də yayılmış,  XVI əsrdə daha da genişlənərək
dünyanın hər yerində böyük vüsət almışdı” [43, s.43].  
Azərbaycanda kağızı yararlı və daha keyfiyyətli hala salmaq üçün ahərləmə işi XVI əsrdən
başlayaraq inkişaf etmişdi. Kağızı yararlı hala salanlara “ahərçi”, “boyaçı” və “möhrəçi” adları
verilmişdi. Boyanacaq kağızlar boyaçıya, düz möhrə vurulacaq kağızlar isə kağızı şümal şəklə
salan möhrəçilərə verilirdi. 
Ahərçi kağız üzərinə başqa bir maddə vurmaqla onun ömrünü uzadır, kağızı yağışa, suya, 
nəmliyə, həmçinin günəşə qarşı davamlı eləyirdi. 
Möhrələmək prosesi ahərləməyə nisbətən sadə idi. Kağız xüsusi düzəldilmiş şüşə alətdən
istifadə yolu ilə möhrələnirdi.  Kağızın möhrələnməsində işlədilən quru sabun kağızın
burulmasını, yazı alətinin sərbəst işləməsini təmin edir və bu üsulla hazırlanmış kağız şümal və
parlaq olurdu.  Ahərli kağızda ahər mürəkkəb və boyaların təsir edə bilməyəcəyi bir təbəqə
təşkil etdiyindən kağız onları canına çəkmir və boya kağızda yayılmırdı: habelə pozduqda və


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə