MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

Özünün bütün komponentlərini əhatə edən, cildlə açılıb cildlə qapanan əlyazma kitabının
quruluşu aşağıdakı kimidir: 
1) titul səhifəsi,
2) frontispis,
3) ünvan, 
4) bəsmələ,
5) müəllif başlanğıcı,  
6) əsərin əsas mətni, 
7) müəllif kolofonu,
8) katib kolofonu. 
Müqayisə üçün göstərmək olar ki,  Dəməşq əlyazma kitabı köçürülərkən bir çox hallarda
titul vərəğində müəllifin və əsərin adı yazılmayaraq ağ buraxılmış və köçürmə işi başa çatdırıl-
dıqdan sonra onu başqa bir katib,  yaxud xəttat yazmışdır.  Məlum olur ki,  Dəməşq
əlyazmalarında alimlər və ədiblər kitabın titul vərəğində “kitabın katibi müəllifidir”  cümləsini, 
yaxud ləqəb və nisbələrini, yaxud da yalnız adlarını göstərməklə kifayətlənmişlər [31, s.12-13]. 
Azərbaycan əlyazmalarında da əksər hallarda titul səhifəsi (1
a
) sonradan yazılmaq üçün ağ bu-
raxılsa da, köçürmə başa çatdıqdan sonra titulda müəllifin və əsərin adı haqqında heç bir mə-
lumat yazılmır, əvəzində bu səhifə əslində əsas mətnə dəxli olmayan haşiyələrlə doldurulurdu. 
Buna görə də Azərbaycan əlyazma kitablarında titul səhifəsinin olduğunu qəbul etmək çətindir. 
Böyük əksəriyyətində əsas mətn 1
b
vərəğindən başlasa da,  titul yazısı olan Azərbaycan
əlyazma kitablarını barmaqla saymaq olar.   
Kitabın mətninin yazıldığı birinci səhifə (1
b
),  yaxud birinci iki səhifə (1
b
-2
a
)  [frontispis] 
xüsusi çərçivəyə salınır,  incə ornamentlərlə əlvan (o cümlədən qızıl suyu ilə)  bəzədilirdi. 
Müasir türk alimləri kitabın frontispisinə “sərtac” deyirlər. Türkiyə tədqiqatçısı Təpəcik göstərir
ki,  “kitabların ilk səhifəsində gözəl təzyinat işinin aparılmasının tək bir amacı vardı ki,  bu da
insanlara kitab sevgisini aşılamaq və kitabın ən dəyərli varlıq kimi qorunmasını sağlamaq idi” 
[196, s.40]. 
1
b
vərəğinin yuxarı hissəsində bəzədilmiş xüsusi sahədə əsərin adı (ünvan) yerləşdirilirdi. 
Bu sahənin aşağısında, mətnin başladığı yerdə bəsmələ yazılırdı.
Kitabda əsas mətndən qabaq müəllifin Allaha müraciəti,  Peyğəmbərin (s.ə.)  özünə, 
ailəsinə və səhabəsinə duası, əsərin mövzusu və yazılma səbəbi ilə bağlı təqdimatı və s. veri-
lir, bütün bunlar “sonrasına gəlincə isə” mənasını verən
 
ﺪﻌﺑ ﺎﻣا
ifadəsi ilə əsərin əsas mətninə
bağlanırdı. Kitabın “amma bə’d”dən qabaqkı hissəsi müxtəlif ölçüdə olur, bəzən hətta frontispi-
sin hüdudlarını aşırdı. 
Bəzən başlanğıcında katib sözləri də olan kitablara rast gəlmək olur.    
Əsərin əsas mətni müəllif kolofonu ilə yekunlaşır, kitabın sonluğu isə adətən katib kolofonu
ilə bitirdi. 
İki və daha çox əsəri əhatə edən məcmuələrdə hər bir əsər bu struktur üzrə yerləşdirilirdi.
Belə quruluş yalnız başlanğıc və sonu defektli olan prototip kitabın köçürülməsi zamanı və
ya katibin müdaxiləsi sayəsində pozulurdu:  müəllif sonluğu olmayan prototip yalnız katib
kolofonu ilə bitirdi və ya katib özü hansı səbəbdənsə müəllif kolofonunu yazmırdı. 
Kitabın nüsxəsi çoxaldılandan sonra mətn üzərində tədqiqat işi aparılır,  bunun nəticələri
çox vaxt haşiyələrdə yazılırdı. 
Yazı materialı


Yazının meydana gəlməsindən sonra insanlar üzərində cızmaqla,  çəkməklə,  oymaqla, 
yonmaqla və s.  yollarla yazı yazmaq üçün müxtəlif təbii materiallardan obyekt kimi istifadə
etmişlər. Onlar yazını qayalarda cızmaqla və mağara divarlarında çəkməklə, yumşaq material-
lar üzərində oymaqla, daşda yonmaqla bəşəriyyət tarixində ilk yazı nümunələrini yaratmışlar. 
Belə yazının çox çətinliklə başa gəldiyini görən bəşər övladı üzərində daha asan yazmaq
mümkün olan obyektlər axtarmış və beləliklə, yazı materialının təkamülü baş vermişdir. 
Təbii materiallardan yazı obyekti kimi istifadə edilməsi insanın öz fikrini yazıda təsbit
etməsinə olan tələbatını ödəyirdi.  Fikrin uzaq məsafələrə göndərilməsinə olan ehtiyac isə
insanın münasib material axtarışına səbəb olmuş və beləliklə, süni yazı materialının hazırlan-
ması ideyası meydana çıxmışdır. Belə materialı hazırlamaq üçün  insan yenə də öz ətrafındakı
təbii materiallara tərəf boylanmalı olmuşdur. 
Bəşəriyyətin kəşf etdiyi ilk süni yazı materialı gil lövhələr sayıla bilər.  Yumşaq materialın
(gilin,  kəcin)  üstünü yazıb və ya istənilən rəsm əsərini onun üzərində çəkib,  sonra qurutmaq
daş üzərində yonma işindən asan və tez başa gəlirdi [20, s.25]. 
Azərbaycanda da gil lövhələrdən yazı materialı kimi çox istifadə edilmişdir.  XX əsrdə
Jənubi Azərbaycanda tapılmış mixi yazılı gil lövhələr Azərbaycanın Şimalında və Jənubunda
bu materialdan obyekt-ləvazimat kimi istifadə edildiyini sübut edir [73, s.21]. 
Gil lövhələr öz vaxtında yazı üçün daha mütərəqqi material hesab edilsə də,  onların
üzərində yazılmış mətnlərin nüsxəsini artırmaq mümkün deyildi, onları bir yerdən başqa yerə
həmişə daşımaq olmurdu və bu baxımdan gil “kitablar”, məsələn, qayaüstü kitabələrdən bir o
qədər fərqlənmirdi.     
Maraqlıdır ki, tarixin daha inkişaf etmiş sonrakı dövrlərində də dünyada baş verən mədəni
tərəqqidən geri qalmış ayrı-ayrı xalqlar hələ də təbii materialdan yazı obyekti kimi istifadə
etməkdə davam etmişlər.  Məsələn,  ikinci dünya müharibəsindən sonrakı illərdə Rusiyada
Novqorodda aparılmış qazıntılar zamanı əvvəllər elmə məlum olmayan yazılı abidə növü –
tozağacı qabığında yazılmış qramotalar aşkara çıxarılmışdır. Bu işgüzar qeydlər, haqq-hesab
sənədləri,  həmçinin məktublardır.  Hazırda 500-dən artıq qramota tapılmışdır.  Onlar XI-XV
əsrlərə aiddir [145, s.78]. 
Qələmi, lələyi və ya fırçanı üzərində əllə sürüşdürmək yolu ilə yazı (əlyazma) yazmaq üçün
obyekt-material kimi vərəq şəklində istehsalı mümkün olmuş birinci məhsul papirus sayılır. 
Onun istehsal tarixi haqqında müxtəlif arxeoloci tapıntılar əsasında müxtəlif fikirlər söylənilir.
Ümumiyyətlə yazı materialı kimi papirusun tarixi kağızdan 3500  il qədimdir.  Papirus e.ə. 
təxminən 3000-ci ildən başlayaraq,  Misirdə hazırlanırdı.  “Onun hazırlanma texnikası elə ən
qədim dövrdən o qədər yüksək idi ki, praktiki olaraq sonrakı minilliklər ərzində də dəyişilmədən
qalmışdı (papirus erasının yalnız sonlarında deqradasiyaya uğramışdır). Bitkinin özünün xüsu-
siyyətləri buna imkan verirdi: yazı materialı hazırlamaq üçün ona (yapışqanı saymasaq) əlavə
heç nə qatılmırdı” [114, s.30].
Papirus Nil çayının deltasında yetişən cillər fəsiləsindən olan bataqlıq bitkisinin (Jypuru-
papyrus) saplağından hazırlanırdı. Saplaq şığımları yan-yana düzülüb, üstündən köndələninə
ikinci lay doşənirdi.  Alınmış kütlə Nildə isladılır,  bitkinin üzə çıxmış şirəsi şığımları bir-birinə
birləşdirirdi. Sonra vərəği presləyib, günün altında qurudurdular. Üstündəki kələ-kötürləri sığallı
balıqqulağı və ya fil sümüyü ilə hamarlayırdılar [187, s.56].
1995-ci il iyulun 8-də Rusiyanın RTR telekanalında “Piliqrim”  proqramının Misirə həsr
olunmuş verlişində göstərilmişdir ki,  bambukdan (yəni papirusdan)  “kağız”  hazırlanmasının
sirləri min il qabaq unudulmuşdu. Yalnız həmin verilişdən 30 il qabaq Həsən Qara adlı bir şəxs
papirus hazırlanmasının sirlərini yenidən aşkara çıxarmışdır. Verilişdə həm də misirli bir ərəb


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə