MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

Şərqdə yeni eranın əvvəllərində qədim türklər arasında yazı insanın ən geniş yayılmış
praktiki fəaliyyət növlərindən biri idi.  Burada təkcə yüksək mənsəb sahibləri deyil,  cəmiyyətin
ən müxtəlif təbəqələrinin nümayəndələri yazıb-oxumağı bacarırdılar.  Qədim türklərdə mətni
köçürən katib “bitigçi”  və ya “bitkəçi”  adlanırdı.  Katiblər özlərini bu cür adlandırmaq üçün
müəyyən hüquqa və səlahiyyətə malik olmalı idilər. Bitigçilərin fəaliyyəti o qədər vacib sayılırdı
ki, onlar bir xəttat və yazı bilicisi kimi xüsusi bir zümrə təşkl edirdilər. Xalq arasında təkcə varlı-
lar deyil,  sadə kəndlilər də yazı yaza bilirdilər,  lakin dini mətnləri yazan katiblərin arasında
kahinlər üstünlük təşkil edirdilər [184, s.182-183]. 
D.D.Vasilyev yazır ki,  qədim türklər arasında savadlılığın yüksək faiz göstəricisinə
baxmayaraq, insanlar arasında yazı savadının təbii müxtəlifliyi də özünü göstərirdi. Belə ki, bir
sıra katiblər o dövrdə (VIII əsrdə) bütün səylərin çarların yazılarını gündəlik işlənən əlifbadan
fərqli olan daha gözəl və rahat əlifbanın işlənib-hazırlanmasına yönəldilmiş hökumət
məktəblərində yazıb-oxumaq öyrənirdilər.  Bütövlikdə türklərin geniş savadı öz dərinliyi ilə
fərqlənmirdi və bu da yazı normalarından yayınmalara gətirib çıxarırdı (ayrı-ayrı hallarda bu-
rada məhəlli orfoepiyanın təsirini də qeyd etmək mümkündür)  [95,  s.11-12],  lakin xüsusi
hökümət məktəblərində təhsil alan katiblər başqaları arasında fərqlənir,  daha savadlı yazılar
yazırdılar.  Məhz bu cür mütəxəssislər qədim türk cəmiyyətində xəttat peşəsinin sirlərinə
yiyələnir, xüsusi çar fərman və məktublarının yazılması işinə cəlb edilirdilər. V.Cüze göstərir ki, 
türk mənşəli soqdilərin rəhbərlərindən Manax xan 567-ci ildə Bizans imperatorunun sarayına
danışıqlar üçün gedərkən “kəndi hökmdarı namına imperatoru salamladıqdan sonra gətirdiyi
qiymətdar ipək hədiyyələri və iskit hərfləri ilə yazılmış olan naməyi təqdim etdi.  Namə
imperatorun əmri ilə və xüsusi tərcüman vasitəsi ilə rumcaya tərcümə edildi“ [38, № 7-8, s.14-
15].  Eləcə də “598  yılda türk yurdunun böyük kağanı Tardu (Bilgə xan)  Bizans imperatoru
Mavriqilə böyük bir risalə göndərməyi lazım biliyor və bu risalədə qismən İran hesabına olaraq
etdiyi fəthlərini xəbər veriyor [38, № 1, s.15]. Təbiidir ki, belə namə və risalələrin yüksək səviy-
yədə tərtib edilməsi işi xüsusi məktəblərdə təhsil almış peşəkar katiblərə həvalə olunurdu. 
Tarixin birinci minilliyində dünyanın bütün mədəni mərkəzlərində yazının artıq özünə yer
almasına baxmayaraq,  yazı yazmaq sənətinin - katiblik işinin ayrılıb müstəqil peşə
məşğuliyyətinə çevrilməsində ərəb yazısının başlıca rolu etiraf edilməlidir.  Müsəlman dün-
yasında “din bütün incəsənətlər içərisində xüsusən xəttatlığa yüksək qiymət verirdi: Qur’andan
mətn köçürmək hər bir müsəlman üçün iman məsələsi sayılırdı“  [96,  s.14-15].  Ərəb yazı
sisteminin,  ərəb xətlərinin daim inkişafda olması,  hər bir xətt növünün yeni-yeni şəkillərinin
formalaşması,  hər bir xətt növündən yeni xətt növünün yaranması yazı işi ilə məşğul olan
xüsusi sənətkarların bir zümrə kimi, ayrıca mütəxəssislər kimi yetişməsinə, ən nəhayət, peşə-
kar xəttatların meydana gəlib katiblər arasında fərqlənməsinə yol açırdı. 
Yazı və kitab mədəniyyətində xəttatlıq sənətinin ayrılaraq əmək bölgüsündə əlahiddə yer
tutması ilk növbədə Qur’ani-Kərimin getdikcə daha gözəl xətlə, daha nəfis tərzdə yazılmasına
göstərilən maraqla sıx bağlı idi.  “İbn İshaq deyir ki,  sədri-islamda ilk müshəf kitabət edən və
hüsnxətt ilə iştihar bulan Xalid bin Əbülhəyyacdır ki, Vəlid bin Əbdülməlik üçün məsahif və əşar
və əxbar yazmağa məmur idi. Əyyami-bəni-Ümeyyədə ilk kitabət edən Qütbə olub” [195, s.19].
L.S.Branitski

B.V.Veymarn
göstərirlər
ki,  Şərqdə
katiblərə
xüsusi
hörmət
bəslənilməsinin əsas səbəbi bununla bağlı idi ki,  bu sənətin sahibləri hər şeydən qabaq
müqəddəs Qur’ani-Kərimin mətnini köçürməklə də məşğul olurdular [bax: 92, s.152].
İslam    dünyasında    yazı    savadının    tədricən    geniş    yayılması katiblik sənətinə meyl
göstərənlərə qarşı yüksək tələblərin irəli sürülməsinə gətirib-çıxarmışdır. Məsələn, Məsud ibn
Nimdar öz əsərinin bir yerində Beyləqana katib təyin olunacaq şəxsi nişan verərək yazır ki, 


“ondan soruşun görək ərəb, fars, türk və yerli dildə şeir qoşa bilirmi?” [21, s.82]. 
İrəli sürülən tələblərə cavab verən yüksək ixtisaslı xəttatlar hazırlamaqdan ötrü xüsusi
məktəb və mədrəsələr fəaliyyət göstərirdi. Nizami dövründə Gəncədə də xüsusi xəttatlıq mək-
təbinin olduğu  məlumdur. “Əks halda, dahi Nizaminin əsərlərinin üzünü köçürən Fəzlullah ibn
Məhəmməd ibn Ömər kimi dünya şöhrətli bir xəttat necə yetişə və tanına bilərdi?” [73, s.46].      
Bundan başqa,  saraylarda,  kübar ailələrdə fərdi təhsil prosesində də xəttatlıq sənətinin
öyrədilməsinə xüsusi vaxt ayrılırdı. Xüsusən saray mühiti hər bir ölkədə islami yazıların püxtə-
ləşməsinə, yeni-yeni xətt növlərinin meydana gəlməsinə güclü təsir göstərirdi. 
Xəttatlar arasında özünün ayrıca məktəbini yaratmış müxtəlif sənətkarların adı mədəniyyət
tarixinə düşmüşdür. Xoşnəvis olmağı öyrədərkən xəttatlar beş şərt irəli sürmüşlər və buna aid
hətta şeir də qoşmuşlar (şeirin tərcüməsi):  Beş şərt mövcud olmazsa,  xəttat olmaq mümkün
deyildir: diqqətli olmaq, xəttin keyfiyyətini tanımaq, əl qüvvəti, zəhmətə qatlaşmaq, mükəmməl
yazı ləvazimatı [18, s.60].
“Yüksək bədii tərtibatlı əlyazmanın hazırlanması zamanı xəttat qarşısında qoyulan ən ciddi
tələb belə idi: bu cür əlyazma mükəmməl hesab edilməsi üçün ilk səhifədən son səhifəyədək
eyni bədii xətlə yazılmalı idi” [178, s.486-487].
Mədəniyyət tarixində Şərq xəttatlarının yaratdıqları incəsənət nümunələrinə və onların fərdi
fəaliyyətinə müxtəlif cür qiymət verilmişdir. 
Q.İ.Kostıqova heyranlıqla göstərir ki,  xəttatlıq yazılı abidələrin bədii tərtibatı ilə birlikdə
müasir ustalar üçün əlçatmaz olan təkrarsız incəsənət nümunələri yaratmışdır [159, s.16].
Bəzi müəlliflər (məsələn,  Y.V.Rocdestvenski)  katibin,  bir tərəfdən,  zəhmətini,  digər
tərəfdən isə, məsuliyyətini azaldır və göstərirlər ki, “əlyazma mətnlərində katib yalnız rəssam-
icraçı kimi əhəmiyyətlidir”  [170,  s.32].  Bununla mətnin qorunmasında katibin xidməti və
məsuliyyəti heçə endirilir və ya onun mətndə bol-bol interpolyasiyaların meydana gəlməsində
təqsiri nəzərə alınmır. Halbuki bütün orta əsrlər ərzində tərtib olunmuş mətnlərin bu və ya digər
səviyyədə dövrümüzə gəlib çatmasında məhz bu sənət sahiblərinin aparıcı rolu olmuşdur. 
Müasir elm,  bir tərəfdən, orta əsr mətnlərini dövrümüzə çatdıqlarına görə katiblərə minnətdar
olduğu halda, digər tərəfdən, həmin mətnlərdə rast gələn müxtəlif səpkili katib xətalarına görə
(təbii olaraq) əlavə əziyyət çəkməkdədir.
Müasir mətnşünaslıqda bəzən elmi-tənqidi mətnlərin hazırlanması üçün ən qədim
nüsxənin əsas seçilməsinə meyl göstərilir. Ancaq daha təcrübəli tədqiqatçıların fikrincə, “təkcə
qədimlik mətnin əsas nüsxə kimi seçilməsinə hələ haqq qazandırmır.  Məlumdur ki,  Nəvai, 
Füzuli, Saib Təbrizi, Xosrov Dəhləvi kimi klassik şairlər hələ öz sağlıqlarında onların əsərlərini
köçürən katiblərdən şikayətlənmişlər”  [22,  s.110].  Ç .Loukotka göstərirdi ki,  “müqayisə edilən
mətn nə qədər köhnədirsə, biz onda bir o qədər fərqlər tapırıq və buna görə də onlar daha çox
heyrət doğurur” [142, s.16]. Burada nəzərə almaq lazımdır ki, müəllifin göstərdiyi fərqlər daha
çox halda orfoqrafiya məsələləri ilə bağlıdır, yəni bu müxtəlif katiblərin ayrı-ayrı sözləri müxtəlif
imlada yazması ilə əlaqədardır. Ancaq müasir mütəxəssislər belə sözlərin klassik dövrün vahid
imla normalarına uyğunlaşdırılmasında çox da böyük çətinlik çəkmirlər.  
İkinci tərəfdən, mətnşünaslar abidəni tədqiq edərkən onun daha çox nüsxəsindən istifadə
etməyə çalışırlar.  Lakin bu halda nüsxələrin çoxluğu tədqiqat işini daha da çətinləşdirir. 
T.N.Apsit “Povestğ o Franüele Veneüiane”  haqqında danışarkən göstərir ki,  məhz məşhur
olduğuna görə bu abidənin çoxsaylı nüsxələri vardır, lakin… elə həmin məşhurluğuna görədir
ki, bizim araşdırdığımız 36 nüsxədən 21-i defektlidir [82, s.189]. Burada isə bunu nəzərə almaq
olar ki, çoxsaylı əlyazma nüsxələrində rast gələn belə defektlər, imla xüsusiyyətlərindən başqa
həm də mətndə yol verilmiş katib xətaları ilə bağlıdır: bir mətnin nə qədər çox nüsxəsi aşkara


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə