MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

dörd əlyazmasının sonunda yazılış tarixinin alt-alta qoyulduğunu aşkar etmişik. Bunlardan birisi
“Hədaiq” adlı kitabın Şəkidə hicri 1286-cı ildə köçürülmüş əlyazmasıdır.  Burada tarix əvvəlcə
12, sonra 8 və axırda 6 olmaqla bir-birinin ardınca yuxarıdan aşağıya yazılmışdır. İkinci əlyaz-
ması isə “Jəngnameyi-Əli”dir. Burada da tarix 12, 9, 3 (alt-alta) şəklində qeyd edilmişdir” [16, 
s.248-249].  Əlavə etmək olar ki,  abidənin sonundakı “təmmət”  yazısından sonra yenidən
eynimənalı “təmmə” qeydinin yazılması haqqında mülahizə yersizdir. Digər tərəfdən,  əgər bu
üç işarə “mim”  olsa idi,  onda ikisi birinci,  üçüncüsü isə ikinci sətirdə yerləşdirilməklə ənənəvi
üçbucaq yaratmalı idi.  Onların alt-alta düzülməsi və başqa abidələrdə analoci üsulla tarix
göstərilməsinə müvafiq gəlməsi qorqudşünas alimin fərziyyəsinə inamı artırır.   
Ümumiyyətlə katib kolofonu ilə bitən əlyazmaların mütləq əksəriyyətinin axırında ya katib
kolofonunun mətni içərisində,  ya da mətndənkənar yerdə (lap sonda)  katibin əsərin bitdiyini
göstərən ifadəsi əsasən iki şəkildə yazılır:
بﺎﺘﻜﻟا ﻢﺗ
  və ya
بﺎﺘﻜﻟا ﺖﻤﺗ
Burada birinci şəkildə xəbərlə mübtədanın cinsə görə uzlaşması ərəb dilinin qrammatik
qaydalarına uyğun gəldiyi halda, ikinci şəkildə cinsə görə uzlaşma pozulur. 
V.V.Bartold göstərirdi ki,  Orta Asiya katibləri kitabın sonunda “kitab bitdi,  sona çatdı” 
mənasında olan ifadənin “təmm əl-kitab”  kimi qısaldılmış variantı əvəzinə,  onun “təmmət əl-
kitab” kimi tam variantını yazırdılar [bax: 178, s.494]. Demək olar ki, belə vəziyyət təkcə Orta
Asiya əlyazmalarına aid edilə və onların xüsusiyyəti sayıla bilməz,  çünki buna bütün Şərq,  o
cümlədən Azərbaycan əlyazmalarında da tez-tez rast gəlmək mumkundur.  Digər tərəfdən, 
“təmm əl-kitab” heç də “qısaldılmış variant” olmayıb,  ərəb ifadəsinin qrammatik baxımdan ən
düzgün şəklidir; “təmmət əl-kitab” isə iki cür izah edilə bilər: zənn etmək olar ki, bunu
 ﺔﺑﺎﺘﻛ ﺖﻤﺗ
بﺎﺘﻜﻟا
“təmmət kitabətül-kitab”  (“kitabın yazılışı bitdi”)  tam ifadəsinin elliptik ixtisar variantı
hesab etmək olar. Digər tərəfdən, ifadənin hərəkələnmiş variantı rast gəlmədiyi üçün həm də
güman etmək olardı ki, burada katiblər “təmmtül-kitab” (“kitabı [mən] tamamladım, kitabı [mən] 
yazıb sona çatdırdım”)  oxunuşunu nəzərdə tuta bilərdilər (hərçənd bu variant da ərəb felinin
təsrifi qaydasını pozur). Ancaq “Da-nişnameyi-Qədərxan” (B-2657) əlyazmasının sonluğundakı
بﺎھﻮﻟا ﻚﻠﻤﻟا ﷲا نﻮﻌﺑ بﺎﺘﻜﻟا هﺬھ ﺖﻤﺗ
kimi variantlar hər iki ehtimalı rədd edir.
Buna baxmayaraq,  bu məsələdə katiblərin sadəcə olaraq qrammatik səhv buraxdıqlarını
iddia edən tədqiqatçıların fikri ilə heç cür razılaşmaq olmaz.  Göstərilən katib ifadəsinin sirri
hələ öyrənilməlidir.
Hələlik yalnız bir şeyi qəti demək mümkündür: ərəb kitabında bu cür qrammatik pozuntuya
rast gəlmirik.          
Azərbaycan xətləri
Orta əsr Şərq ölkələrində bütöv bir bədii əsər şəklində kitabın yaradılması mürəkkəb
yaradıcılıq prosesi kimi təzahür edir, burada incəsənət kimi qiymətləndirilən xəttatlıq xüsusi rol
oynayır, incəsənətlər içərisində şərəfli yer tuturdu. Məhz buna görə də yazı yazmaqla məşğul
olan peşəkar xəttatlar bu incəsənət növünü həmişə təravətləndirməyə və inkişaf etdirməyə
meyl göstərmiş, nəticədə yeni-yeni istər kütləvi, istərsə də fərdi istifadə olunan xətlər meydana
gəlmişdir. Maraqlıdır ki, bəzi xətt növləri ucsuz-bucaqsız nəhəng islam dünyasının, demək olar
ki, hər guşəsində işləndiyi halda, digər xətt növləri yalnız məhəlli əhəmiyyət daşımış, müəyyən
bir regiondan kənarda tanınmamışdır. Nuri Osman qeyd edirdi ki, “xətti-süls və nəsx Türkiyə, 
Misir,  Ərəbistan,  Mərakeş,  İran,  Hindistan və nadirən Türküstanda müstəməldir.  Xətti-təliq
ümumən İran və Türküstanda və qismən Türkiyə,  Misir və Hindistanda müstəməldir.  Xətti-di-


vani, icazət, siyaqət və rüqə ümumiyyətlə Türkiyədə müstəməldir” [59, s.3-4].
Bu fakt əlyazmaşünaslıqda abidənin lokallaşdırılması probleminin həllinə öz köməyini gös-
tərir.  Məsələn,  nəstəliq xətti daha çox farslarda və türk xalqları arasında işlədilmişdir,  Ərə-
bistanın böyük bir hissəsində həmin xətti bu gün də geniş kütlə tanımır. Deməli, nəstəliq xətti
ilə yazılmış ərəbdilli abidənin ərəb kitabı olacağı şübhə doğurur. 
İslam yazısının inkişafında təkcə ərəblər deyil,  türk və fars xalqları da aparıcı rol
oynamışlar.  M.Uğur Dərman türk xalq sənətinə aid albomun ön sözündə yazır ki,  “Hicazda
nazil olan, Misirdə oxunan” Qur’ani-Kərim yazılmaq, daha doğrusu, ən gözəl şəkildə yazılmaq
üçün sanki Osmanlı türklərinin İstanbulu zəbt etməsini bəkləməkdə idi. Ç ünki bu yazı o zaman
türkləşəcək və türk-islam sintezinin ən müşəxxəs örnəklərindən,  bəlkə də,  birincisi olacaqdı
[bax: 194].
Ümumiyyətlə bütün mədəni dünyada yaşayış tempinin aşağı olduğu epoxalarda insanlar əl
əməyi ilə daha çox məşğul olduqlarından gördükləri hər bir işin yüksək estetik təsir gücünə
malik olmasına çalışır,  bununla misli-bərabəri olmayan oricinal nüsxələr yaradırdılar.  Fərdi
məşğuliyyətə bu cür münasibət yazı sahəsində də özünü bariz şəkildə göstərirdi. Yazı yazan
katiblər həm də öz işlərinin estetikasına ciddi fikir verirdilər.  Bu isə yazıda ayrı-ayrı xətt
şəkillərinin və növlərinin meydana gəlməsinə səbəb olurdu.  Fərdi xəttə bu cür münasibət
sayəsində Avropa ölkələrində də bir-birindən fərqlənən şriftlər meydana gəlmişdir. Tədqiqatçı-
lar,  məsələn,  rus-slavyan yazısında üç xətt növünün - ustav,  yarımustav və sürətli yazının
işləndiyini göstərirlər [182, s.17].   
Buna baxmayaraq,  bütün dünyada yalnız ərəb-islam yazısı müxtəlif xətlərin ciddi sistem
şəklində təsbit edilməsinə imkan vermiş,  onların həm də ayrıca bir incəsənət növü kimi
tanınmasına şərait yaratmışdır. 
Şərqdə yazının şriftlər sisteminə böyük əhəmiyyət verilir, hər bir mövzuda yazılan
mətnlərin ifası zamanı konkret xətt növündən istifadə edilirdi.  Məsələn,  XIII əsrədək kufi
Qur’ani-Kərimin köçürülməsi üçün yeganə rəsmi xətt olmuş,  sonralar öz mövqeyini nəsx və
süls xəttinə vermişdir [29, № 20]. 
“Xətlərin növü,  incəlikləri,  tarixi təkamülü bir çox hallarda tədqiqatçıya həlledici kömək
göstərir”  [52,  s.29].  Buna görə də müasir paleoqrafiyanın ən mühüm hissəsini yazı tiplərinin
tədqiqi təşkil edir. “Yazı tipi dedikdə bu və ya başqa bir dövrdə ümumməqbul qrafik yazı xarak-
teri nəzərdə tutulur ki, onun da fərdi fərqlərini xətt adlandırmaq qəbul olunmuşdur” [182, s.17].
Azərbaycanda islam yazılarında istifadə edilmiş xətlərin tarixi təkamülü, qrafik və orfoqrafik
xüsusiyyətləri və estetikası haqqında kifayət qədər sanballı tədqiqatlar aparılmış,  bir sıra
monoqrafiya və məqalələr nəşr edilmişdir [bax: 18, 29, 30, 58, 107, 124,125  və s.].
Ümumiyyətlə Şərq,  o cümlədən Azərbaycan əlyazmalarında işlədilmiş xətlər keyfiyyətinə
görə iki yerə bölünür: 
1) xətti-bədii - ustad xəttatların yaratdıqları bütün xətt növlərini əhatə edir; 
2) xətti-təhriri - daha çox məşq üçün və ya qaralamada istifadə edilirdi. 
Daha qədim əlyazma kitablarında və ya həvəskar katiblər tərəfindən (çox vaxt özü üçün) 
köçürülmüş əlyazmalarda da bu xətdən istifadə edildiyi məlumdur.  Azərbaycan MEA
Əlyazmalar İnstitutunun M-148  şifrəsi altında saxlanılan ən qədim farsdilli kitabı (Nizaminin
h.821 / m.1418-ci ildə köçürülmüş “İsgəndərnamə” əsəri) və Tusinin İstanbulun Aya-Sofiya Ki-
tabxanasında mühafizə edilən “Tərcümei-Süvəril-kəvakib” tərcümə avtoqraf nüsxəsi təhriri xətti
ilə köçürülmüş ən məşhur əlyazma kitablarındandır.   
Göstərmək lazımdır ki,  xətti-təhriri əslində ayrıca bir xətt növü kimi qiymətləndirilmir. 
Müsəlman yazılarında xətt növü dedikdə görkəmli xəttatlar tərəfindən yaradılmış,  məktəb və


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə