MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

mətnlər çatdırmışlar. Təsadüfi deyil ki, Qərb mətnşünasları nəssax mətnlərinə daha artıq min-
nətdar olduqlarını gizlətmirlər.  Nəssaxların yaratdıqları mətnlər dünya muzeylərini bəzəmir, 
əvəzində tətbiqi filologiya elminə daha mötəbər xidmət edir. 
Əlbəttə ki, bunlar ümumiləşdirilmiş qiymətdir və müxtəlif konkret xəttat mətnlərinin yüksək
mötəbərlik səviyyəsi haqqında danışmaq mümkün olduğu kimi,  həmin cür müxtəlif nəssax
mətnlərinin yarıtmaz səviyyəsi haqqında da söz açmaq olar.  Burada xatırlamağa dəyər ki, 
türkdilli Azərbaycan yazılı abidələrinin mühüm bir hissəsi məhz nəssaxlar tərəfindən
köçürülərək zəmanəmizə gəlib çatmışdır. 
Təbiidir ki, nəssaxların özləri də savad dairəsinə, səliqə-sahmanına, yazı dəst-xəttinə görə
bir neçə qrupa bölünə bilər və məsələn, hələ mədrəsədə savadlanmaq üçün kitab üzü köçürən
şagirdin əməyi ilə yüksək savadı olan,  lakin əlyazmanı yalnız özü və övladları üçün köçürən
ziyalının əl işini eyniləşdirmək olmaz.  Şagirdin yazdığı şagird dəftəri kimi qiymətləndirilirsə, 
başqa bir nəssaxın köçürdüyü nüsxəni keyfiyyətinə görə məhz əlyazma kitabı kimi də qəbul
etmək olar.  Beləliklə,  savadlı nəssaxların köçürdüyü səliqəli və verifikasiya səviyyəsi yüksək
olan əlyazmalar da xəttatların yaratdığı əlyazmalarla yanaşı Azərbaycan əlyazma kitabı
anlayışının tərkib hissəsi kimi diqqəti cəlb edir və eyni dərəcədə tədqiqatlara cəlb olunmalıdır.            
Dahi Füzuli əsərləri həm peşəkar xəttatlar, həm də müxtəlif səviyyəli nəssaxlar tərəfindən
köçürülmüş çox rəngarəng əlyazma kitabı nüsxələri şəklində gəlib zəmanəmizə çatmışdır.
Bir qayda olaraq,  katiblər Füzuli mətnlərini köçürmək üçün nəstəliq xəttinə müraciət
etmişlər. Bu zaman kitabın və mətnin ölçüsünə müvafiq olaraq, ya ənənəvi, ya da narın, hətta
mikroskopik yazı (xətt)  ölçüsündən istifadə edilmişdir.  Məsələn,  8x18  sm ölçülü A-373  şifrəli
nüsxədə “Leyli və Məcnun” mətninin ölçüsü 4,5x15,5 sm-dir. Eni 8 sm olan vərəqdə ümumi eni
cəmi 4,5 sm olan iki sütunun yerləşdirilməsi üçün misralar elə incə xətlə yazılmalı idi ki, məs-
nəvinin hər beyti cəmi 4 sm-də yerləşsin. Görünür, belə oricinallığa əl atan naməlum xəttat ki-
minsə sifarişini yerinə yetirmiş və mətni böyüdücü şüşə altında yazmaqla çox zəhmət çəkməli
olmuşdur. Eynilə bu cür mikroskopik nəstəliqə Füzuli divanının A-611 şifrəli nüsxəsində də rast
gəlirik.  Ümumiyyətlə,  XVII-XIX əsr Azərbaycan əlyazma kitablarında belə hallara az təsadüf
olunmur və Füzulinin bu nüsxələri də həmin “cırtdan kitablar” sırasını tamamlayır. Maraqlıdır ki, 
paleoqrafik əlamətlərinə görə A-373  şifrəli nüsxənin xəttat,  A-611  şifrəli nüsxənin isə nəssax
tərəfindən yazıya alındığını güman etmək olar.  Deməli,  mikroskopik nəstəliqdən katiblərlə
yanaşı, nəssaxlar da istifadə etmişlər. 
Həmin cür Baba Fəğaninin 8x15,5  sm ölçüdə olan divan nüsxəsində də (M-7) 4,5  sm-lik
yerdə iki sütun yerləşdirilmişdir ki, belə kiçik bir sahədə incə  xətlə  yazı  yazmaq yalnız yüksək
istedad sahibinə müyəssər ola bilərdi. 
Eynilə mikroskopik yazıya “Duai-istiğasə”  (M-1),  Məhsəti Gəncəvi “Rübaiyyat”ı (M-19), 
Jaminin “Baharıstan”ı (M-10)  kimi kitablarda rast gəlirik.  Görünür,  belə kiçik Ölçülü nəfis
işlənmiş kitablar xüsusi məqsədlə və xüsusi sifarişlə yaradılmış, başqalarından baha olmuşdur. 
Faktlar göstərir ki, belə kitabların yaradılması təsadüfi xarakter daşımamış və ayrıca bir ənənə
olmuşdur.     
Ümumiyyətlə,  orta əsr əlyazmaları üçün ənənəvi sayılan bütün yazı xüsusiyyətləri Füzuli
əlyazmalarında da müşahidə olunur: mətn qara mürəkkəblə yazılmış, başlıqlar, fəsillərin adları, 
poetik terminlər mətndən qırmızı rənglə fərqləndirilmişdir.  Nəssax variantlarında bəzən bu
prinsip pozulur və başlıqlar da qara mürəkkəblə verilir. Məsələn, “Leyli və Məcnun”un B-1819 
şifrəli Məhəmməd bəni-Əli oğlu və Əli bəni-Zeynal oğlu tərəfindən h.1258 (m.1841)-ci ildə ya-
zılmış nüsxəsi, yaxud divanının         B-3675 şifrəli h.1180 (m.1764)-cü ildə tamamlanmış nüs-
xəsi, yaxud S-773 şifrəli h.1094 (m.1683)-cü il tarixli divan nüsxəsi belələrindəndir. 


Xəttat nüsxələrində sənətkarlıq baxımından çox zəngin və rəngarəng ünvanlar diqqəti cəlb
edir. Bir qayda olaraq, belə ünvanların bəzədilməsində qızıl suyu ilə yanaşı, göy, mavi, qırmızı, 
çəhrayı,  qəhvəyi,  yaşıl,  bənövşəyi,  hətta bəzən qara və ağ rənglərdən istifadə olunmuşdur. 
Adətən mətnlər 1
b
vərəğindən başlanır, 1
a
-da isə ya kənar mətnlər, ya möhürlər, ya da sadəcə
qaralama ilə rastlaşırıq. 1
b
-2
a
bir lövhə şəklində bəzədilmiş, hər iki səhifəni biryerdə “bağlayan” 
ümumi bir çərçivə çəkilmiş, sətirarası boşluqlar sadalanan rənglərlə və incə çiçək rəsmləri ilə
təzyin edilmişdir.  Belə kitablarda iki-üç mətn yazıldıqda da hər bir mətnin əvvəli bu şəkildə
rəssam tərtibatı ilə təmin edilmişdir. Mətnin hər bir səhifəsi enli qızılı və hər iki tərəfindən göy, 
mavi və qırmızı nazik xətlər çəkilmiş çərçivələr içərisində yazılmışdır.  Təzyinatı zəngin olan
əlyazmalarda hər bir bab və ya fəsil adı üçün də ayrıca mikro-ünvan verilmişdir. Lakin bəzən
belə mikro-ünvan formalarının içərisinin yazılması unudulmuş,  onlar yalnız bər-bəzək
funksiyasında təqdim edilmişdir.  Məsələn,  “Leyli və Məcnun”u və divanı əhatə edən M-205 
nüsxəsində belə mikro-ünvanlar bəzədilmiş, yazı isə verilməmişdir. Divanın M-216 nüsxəsində
həm ünvan,  həm də poetik termin-başlıqlar müzəyyəndir və yazıları hərflərin yerinin ağ
saxlanması yolu  ilə  verilmişdir. 
Füzuli əlyazmalarının nəzərdən keçirilmiş bütün nüsxələrində mətn ənənəvi olaraq iki
sütunda yazılmış, qəzəllərin məqtəsi ortaya keçirilmişdir. 
Katiblərlə bağlı məsələlərdən biri də mətnin başlanğıc və sonluğudur.  İlk növbədə məhz
başlanğıc və sonluqda təzahür edən spesifik xüsusiyyətlər paleoqrafa yazılı abidənin milli
mənsubiyyətini müəyyənləşdirməyə kömək edir.  Bunun üçün müsəlman dünyasının ayrı-ayrı
regionlarının əlyazma mədəniyyətinin öyrənilməsi, abidələrin regional paleoqrafik əlamətlərinin
aşkara çıxarılması – deməli, bütün islam ölkələrində paleoqrafik tədqiqatların aparılması vacib
məsələlərdən biridir. Məsələn, müəyyənləşdirilmişdir ki, “Dəməşq əlyazma kitabı adətən bəs-
mələdən sonra “həmdullah və-s-salatu alə-n-nəbi,  sallallahu aleyhi va səlləm”  sözləri ilə
başlayır. Bunun ardınca katib müəllifə qədər olan isnadları, əsərin və müəllifin adlarını, əsərin
mövzusunu, yazılma səbəbini və quruluşunu göstərir. Əsərin mətni yenə də “həmdullah və-s-
salatu alə-n-nəbi,  sallallahu aleyhi va səlləm”  və bu tipli başqa sözlərlə başa çatır.  Bundan
sonra əsərə sonluq yazılır.  Sonluq “intəhə-l-kitab”  (“Kitab başa çatdı”),  yaxud “təmmə-l-kitab” 
(“Kitab tamam oldu”) istilahı ilə başlayır, onun ardınca isə əsərin və müəllifin adları, katibin adı, 
köçürüldüyü tarix və yer göstərilir. Əgər köçürülən əsər bir neçə cilddən ibarətdirsə, bu zaman
axırıncı cildədək hər cildin sonluğunda belə yazılır: “Kitabın birinci (yaxud ikinci, üçüncü və s.) 
cildi tamam oldu. Bundan sonra onun ikinci (yaxud üçüncü, dördüncü və s.) cildi gəlir və o bu
sözlərlə başlayır…” [31, s.13].
Dəməşq əlyazma kitabının göstərilən əlamətlərindən böyük bir hissəsi əslində bu və ya
digər dərəcədə başqa regionlarda,  o cümlədən Azərbaycanda yaradılmış kitablarda da rast
gəlir. Məsələn, Azərbaycan əlyazmalarında bəsmələdən sonra adətən “əl-həmdü lillahi rəbbil-
aləmin vəs-səlat əla nəbiyyina və alihi səllallahu əleyhim və səlləm”  ifadəsi və ya bu
məzmunda oxşar ifadələr daha geniş təsadüf edir; sonra müəllif başlanğıcı verilir, əsərin mətni-
nin başa çatdığı hissədə (müəllif kolofonundan sonra) isə “intəhəl-kitab” əvəzinə, “təmməl-kitab
bi-övnillahil-məlikil-vəhhab” ifadəsi ilə başlanan katib kolofonu gəlir.          
Füzuli əlyazmalarının araşdırılmış nüsxələrinin xəttat variantlarında hökmən zəngin
ünvana rast gəlirik, nəssax yazılarında isə bəsit ünvanlı, daha çox isə ünvansız variantlar yayıl-
mışdır. Nüsxələrdə bəzən hətta bəsmələ də verilmir və birbaşa mətn gəlir. Ola bilsin ki, belə
hallarda katiblər Füzuli mətləsinin özünün ünvanı və bəsmələni əvəzlədiyini əsas götürmüşlər. 
Məsələn,  M-205    “Leyli və Məcnun”  nüsxəsində bəsmələ yoxdur.  Görünür,  poemanın baş-
lanğıcındakı


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə