MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

çıxarılsa, bu nüsxələrdə müəllif mətninin təhrifi ilə əlaqədar interpolyasiyaların sayı da o qədər
çox olur; bu halda katiblərin mətndəki ayrı-ayrı sözləri, misra və beytləri, hətta bütöv-bütöv şeir-
ləri və ya abzasları dəyişdirdiyi aşkara çıxarılır.      
Ümumiyyətlə,  bir-birindən köçürülmə yolu ilə tiraclanan əlyazmalarda katib xətalarının
meydana gəlməsinin bir sıra obyektiv və subyektiv səbəbləri olmuşdur. 
Hər şeydən qabaq qeyd etmək olar ki, katib versiyalarına daha çox poetik əsərlərin yazılı-
şında rast gəlmək olur.  Alman alimi Q.Bekin fikrincə,  poeziya obyektiv olaraq çoxmənalıdır, 
çünki onun üçün praqmatik mütləqliyin olmaması səciyyəvidir. Buna görə də poeziyada başa-
düşmə prosesləri özünəməxsus xüsusiyyətləri ilə fərqlənir və burada hermenevtik kateqori-
yadan (mətnlərin izah edilməsi üsullarından,  onların interpretasiyasından,  şərhindən) 
danışmaq olar [167, s.87]. Bu kateqoriya isə katiblərə poetik əsərin mətninə sirayət edib, onu
öz başa düşdüyü tərzdə müəyyən subyektiv dəyişikliklərə uğratmasına zəmin yaradırdı. 
Müqayisə edilsə,  nəsrlə yazılmış əsərlərin köçürülməsində buraxılmış katib səhvlərinin
nəzmlə yazılmış məntlərdən daha az olduğunu müəyyən etmək mümkündür. Nəsr əsərlərində
buraxılmış katib xətaları daha çox mətnin ayrı-ayrı parçalarının ixtisar edilməsi ilə,  həmçinin
orfoqrafik interpolyasiyalarla və variantlarla bağlı olduğu halda,  nəzm əsərlərində yol verilmiş
belə xətaları daha çox mətni köçürənin fərdi “yaradıcılığı“, bəzən hətta özbaşınalığı ilə izah et-
mək olur. Bu baxımdan fransız alimi C.Furkenin fikri maraq doğurur. O, iki anlayışı fərqləndirir: 
a) mətn müəllifinin yaradıcılığı, b) mətnin interpretatorunun yaradıcılığı [167, s.88].
Mətnşünas T.Əkbərov katib xətalarının səbəblərini aşağıdakı kimi qruplaşdırır:
1) katib köçürdüyü əsəri redaktə edirdi;
2) xəta katibin əxlaqi-ideoloci görüşlərindən irəli gəlir;
3) katib əsəri köçürərkən qədim leksik ünsürləri müasirləşdirirdi;
4) katib türkdilli əsərləri köçürərkən türk mənşəli sözləri ərəb və fars sözləri ilə əvəz edirdi;
5) katib mətnə müdaxilə etməklə öz yaradıcılığını nümayiş etdirirdi [bax: 22, s.112-114].
“Katib çox vaxt həm də mətnşünas olur”  [141,  s.19]  və buna görə də bir sıra hallarda
özündə mətnə müdaxilə etmək səlahiyyəti hiss edirdi.
T.Məhərrəmov göstərir ki, Şərq dillərində yazılmış mətnlərin tekstoloci tədqiqi zamanı hətta
katibin hansı təriqətə mənsub olması da nəzərə alınmalıdır [bax: 146, s.32].
Sibirdə toplanmış qədim rus əlyazmalarının tədqiqatçısı T.N.Apsit yazır:  “Mətni defektli
əlyazmadan köçürərkən bəzən çatışmayan fraqmentlər hafizəyə əsasən,  başqa əsərin
hesabına və ya katibin sərbəst yaradıcılığı hesabına bərpa edilirdi”  [82,  s.189].  Göründüyü
kimi, elə bil qədim rus katibləri orta əsrlərin Şərq katibləri ilə sözləşmişdilər.
Bir sıra hallarda hansısa müəllifin şeirlər məcmuəsini köçürən katib sadəcə olaraq eyni
təxəllüslü şairlərin misralarını, beytlərini, hətta ayrı-ayrı şeirlərini səhv salır, mətnləri bir-birinə
qarışdırırdı.  Məsələn,  “divanın I Paris nüsxəsinə Xətainin olmayan və yalnız ona mədhiyyə
şəklində yazılan dörd beytlik yarımçıq bir şeir səhvən daxil edilmişdir”  [51,  s.107].  Orta əsr
əlyazmalarında,  xüsusən Nizami,  Hafiz,  Nəsimi,  Xətai təxəllüslü ayrı-ayrı müəlliflərin əsərlə-
rinin köçürülməsində saysız-hesabsız analoci faktlar aşkara çıxarılmışdır və tədqiqatçılar belə
mətnlərin təshihi sahəsində mühüm işlər görmüşlər.
Göstərmək lazımdır ki,  peşəkar sənətkarların köçürdükləri mətnlərdə katib düzəlişləri çox
böyük məharətlə “gizlədilirdi” və onların aşkara çıxarılması müasir tədqiqat üçün böyük çətinlik-
lər törədir.  Həvəskar köçürmələrində rast gələn düzəliş və səhvlər isə çox vaxt primitivliyi ilə
seçilir,  özünü asanlıqla büruzə verir [141,  s.20].  Bəzi tədqiqatçılar buna görə həvəskarlar
tərəfindən yazılmış mətnlərin mütəxəssislər tərəfindən köçürülmüş mətnlərdən daha qiymətli
olduğunu qeyd edir və katiblərin zəhmətini məhz köçürdükləri abidənin orfoqrafik parametrləri


ilə qiymətləndirirlər. 
D.S.Lixaçov yazır: “Yaxşı” katiblər səhvləri də, başa düşmədikləri sözləri də, dilin köhnəlmiş
formalarını da olduğu kimi köçürür, bəzən hətta oricinalın xəttini də təqlid etməyə çalışırdılar. 
“Pis” katib isə köçürdüyü mətnə hörmət etməyən və onu təshih edən katib idi. Buna görə də, 
əgər köçürmə nəticəsində mətnin ayrı-ayrı yerləri oricinalın mənasızlığını saxlayırsa, bu katibin
mətni öz düşüncəsi süzgəcindən keçirmədən mexaniki köçürdüyünü göstərir.  Bu cür nüsxəni
“səhv”  kimi qələmə verib tədqiqatdan kənarda saxlamaq olmaz.  Məhz belə “səhv”  nüsxələr
mətnin tarixini müəyyənləşdirmək üçün qiymətli material verir [141, s.75].
İngilis alimi A.J.Klark “katibdə onun savadsızlığından artıq razı qalmalı cəhət yoxdur,  bu
paradoksal deyil,  daha çox bayağı səslənir ki,  savadsız katiblər tərəfindən köçürülmüş
əlyazmalar ən yaxşı əlyazmalardır” [bax: 141], - dedikdə əlyazmanı xəttatlıq baxımından deyil, 
orada yazılmış mətnin nisbətən daha    dəqiq    olması,  mətn üzərində katib yaradıcılığının
olmaması baxımından qiymətləndirir.
Bu faktlarla yanaşı,  katiblərin sözün həqiqi mənasında şəxsi yaradıcılığı haqqında da
söhbət açmaq mümkündür. Katib yaradıcılığı özünü aşağıdakı məqamlarda göstərir: 
1.  Bütövlükdə mətnin yazılışı katibin yaradıcılığıdır.  Xəttin keyfiyyəti katib yaradıcılığının
qiymətləndirilməsi üçün əsas meyar sayılır. 
2.  Katib səhv etmədən, şüurlu şəkildə mətnə sirayət edirdisə,  bu da onun özünəməxsus
yaradıcılığı sayıla bilər. Hərçənd ki, belə yaradıcılıq oricinalı təhrif etdiyi üçün heç kimə lazım
deyildi.   
3. Katib seçdiyi xətt növünün özünün də üzərində işləyir, ayrı-ayrı  hərflərin yazılışında öz
fərdi dəst-xəttini tətbiq edir,  özünün fərdi liqaturlarını yaradırdı.  Azərbaycan əlyazmalarında
külli miqdarda fərdi katib liqaturlarına rast gəlmək mümkündür.  
4.  Katib dilin fonetikasını yaxşı bildiyi üçün yazıda sözü daha düzgün əks etdirməyin
yollarını axtarır,  yazılmış sözün düzgün oxunmasını nəzərə alır,  bu zaman müxtəlif əlavə
işarələrdən istifadə edirdi.  Məsələn,  nəstəliq xəttindəki    “kəşidə təkcə “sin”də olan dişsizlik
deyil, həm də adicə uzatmadır” [18, s.160]. Mətni oxuyarkən bir çox hallarda kəşidənin “sin”mi, 
adicə uzatmamı olduğunu avtomatik şəkildə müəyyənləşdirmək olmurdu.  Buna görə də,  bir
sıra hallarda “sin”in kəşidəsi altında onun miniforması əlavə işarə kimi verilir, yaxud üç nöqtə
qoyulurdu. 
Hərfin altında onun miniformasının qoyulmasından başqa məqamlarda da istifadə edilirdi. 
Məsələn,  sürətli yazı nəticəsində sözün ortasında yazılan “ayn”  və “ğayn”  hərfləri bəzən
müvafiq olaraq “mim”  və “fə”  hərflərinə oxşayır və oxunuş zamanı müəyyən anlaşılmazlıq
yaradırdı.  Bunu aradan qaldırmaq üçün həmin hərflərin altında miniforma yazılırdı.  Həsənin
“Yusif və Züleyxa”  məsnəvisini tədqiq edən S.Axundova yazır ki,  burada “səadət,  məğful, 
bieynihi, mə’lum, əfğan, məğarə sözlərindən aydın olur ki, ayn hərəkəsi (miniforması nəzərdə
tutulur – A.M.)  yalnız ayn və ğayn hərflərinin altında qoyulub və əslində heç bir qrafik və
semantik məna daşımır” [4, s.11-12].      
Nəsirəddin Rəbğuzinin Əlyazmalar İnstitutunda saxlanılan h.959  (m.1552)-ci il tarixli
nüsxəsindəki bir sıra sözlərdə [v] səsi bəzən “uav” üzərinə bir, bəzən isə “fə” hərfi üzərinə üç
nöqtə qoymaqla ifadə olunmuşdur [40, s.39]. Nümunələrin sayını artırmaq da olar.  
5. Katib hamı tərəfindən qəbul edilmiş xətt növünün özünü təkmilləşdirir, bir xətdən başqa
bir yeni xəttin yaradılmasına çalışırdı.  Yeni xətt növü yaratmış katiblərin adları mədəniyyət
tarixində mühüm yer tuturdu.    
O.F.Akimuşkin yazır ki,  orta əsr əlyazmaları yalnız yerli hakimlərin və canişinlərin sa-
raylarında işləyən görkəmli ustalara diqqət yetirir, ortabab xəttatlar haqqında isə heç nə demir, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə