MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

Budaq Qəzvini 984/1576-cı ildə yazdığı “Jəvahiril-əxbar”  əsərində göstərirdi ki,  onun
müasiri olan məşhur bədii xətt ustası Qasım Şadişah adətən gündə beş beyt köçürür və
onların üzərində işləyirdi.  Qazı Əhməd özünün “Gülüstani-hünər”  əsərində bu faktı təkrar et-
mişdir.  Buxara tarixçisi Məhəmməd Yusif əl-Münşi 1116/1704-cü ildə yazdığı “Tarixi-Müqim
xani”  əsərində Əbdüləziz xanın saray xəttatı Xacə Yadigar haqqında yazarkən göstərir ki,  o, 
xanın əmrinə əsasən Hafizin divanını yeddi ilə köçürmüşdü. Görkəmli xəttat Şah Mahmud Ni-
şapuri I Təhmasibin kitabxanası üçün Nizami xəmsəsinin köçürülməsinə üç il yarım vaxt sərf
etmişdi.  Veysəl Şirazinin oğlu Mahmud Həkim hökmdar Məhəmmədqulu xan Elxaninin sifari-
şinə əsasən Mirxondun “Rövzətüs-səfa” əsərinin köçürülməsi üzərində beş il zəhmət çəkmişdi.   
Bununla yanaşı, katib və xəttatlar arasında yazının aydınlığının və dəqiqliyinin saxlanması
şərti ilə sürətlə yazmaq qabiliyyəti yüksək qiymətləndirilirdi.  Qiyasəddin Xondəmir (vəf. 
942/1535)  özünün “Həbibüs-siyər”  əsərində göstərir ki,  İsgəndər sultanın Şirazdakı sarayına
gələn ustad Məruf Bağdadi saray emalatxanasında gündə 500 beyt şeir köçürmək şərti ilə işə
düzəlmişdi.  Dövlətşah Səmərqəndi (vəf.  900/1494)  “Təzkirətüş-şüəra”da Jəfər Baysunqurinin
(vəf. 856/1452) gün ərzində 1000 beyt köçürdüyünü göstərir. Qazı Əhməd Baysunqurun oğlu
Əlaüddövlənin sarayında çalışan ustad Simi Nişaburinin bir gündə 2000 beyt şeir yazdığını və
onları köçürdüyünü qeyd edir [bax: 78, s.382-383].   
Bütün bunlar maraqlıdır,  ancaq burada mənbələrin həqiqi faktları şişirdə biləcəyi və ya
düzgün qiymətləndirməməsi haqqında da danışmaq olar.  Bəzi ustad xəttatların gün ərzində
1000-2000 beyt köçürdüyü halda, həmin cür digər ustad xəttatların vur-tut 8-10 beyt yazması
və ya bir əsərin mətnini 5-7  ilə köçürüb-tamamlaması arxasında başqa həqiqətlərin gizlənə
biləcəyi də istisna deyil. Belə ki, mahir sənətkarların gün ərzində həddən artıq az sayda beyt
köçürməsi onların mətn axtarışı ilə,  şeirin çatışmayan beytlərini axtarıb-tapmağa böyük vaxt
sərf etməsi ilə, xəttatlıq-mətnşünaslıq fəaliyyətindən irəli gələn digər problemləri həll etməsi ilə
izah oluna bilərdi.  Yaxud Mirxondun “Rövzətüs-səfa”  əsərinin köçürülməsinin beş ilə başa
gəlməsi bu əsərin 10 cilddən ibarət olması və xəttatın həmin cür mətnşünaslıq işi aparması ilə
bağlı ola bilərdi və s.  Bir sözlə,  katibin işinin intensiv olmaması təkcə onun sırf xəttatlıq
fəaliyyəti ilə deyil, başqa səbəblərlə də əlaqədar olurdu.        
O.F.Akimuşkin əlyazma kitablarının ölçüsünün bir qayda olaraq 12x20  və 20x30  sm
arasında tərəddüd etdiyini,  lakin bundan böyük və bundan kiçik ölçülərdə də azsaylı kitablar
yaradıldığını göstərərək,  mənbələr əsasında aşağıdakı maraqlı faktları nümunə kimi təqdim
edir:  Ustad Ömər Aqta Qur'ani-Kərimi elə kiçik xətlə köçürmüşdü ki,  bu kitabı barmaqdakı
üzüyün altında yerləşdirmək olurdu.  Bu kitabı Teymura (1336/1405)  təqdim etdikdə o,  kitabı
qəbul etməkdən imtina etmiş və belə işə qarşı öz narazılığını bildirmişdi.  Ancaq Ömər Aqta
Qur'anı yenidən, bu dəfə hər sətri bir zər' uzunluğunda olmaqla köçürdükdən sonra ölçülərinə
görə çox böyük olan bu nüsxə fatehin xoşuna gəlmiş və o bu işi tərifləmişdi [78, s.402-403].
Əlyazma anlayışı ilk növbədə katibdən başlanır.  Keyfiyyətindən və hansı məqsədlə
yazılmasından asılı olmayaraq,  bütün əlyazma mətnlərinin yaradıcısına “katib”  demək qəbul
olunmuşdur.  Şərqşünaslar ərəbcə
ﺐﺗﺎﻛ
sözünün siqnifikativ mənasının “yazan”  olduğunu
bildikləri üçün onu ümumi termin kimi qəbul etmişlər. Lakin “əlyazma kitabı” anlayışının definitiv
dəqiqləşdirilməsi bu terminlə bağlı ayrıca bir problem yaradır.  Son illər əlyazmaşünaslar ara-
sında hər hansı konkret bir əlyazmanın keyfiyyəti və yazılma məqsədinə görə kitab,  sənəd, 
dəftər,  arxiv qeydləri,  həvəskar nüsxələri və s.  kimi təsnifatı qəbul edilməkdədir.  Belə
rəngarəng keyfiyyətli mənbələrin katiblərinin heç də hamısının eyni səviyyədə zəhmət
çəkmədiyini və əlyazmanın növünü nəzərə aldıqda “yazan”  anlayışının diferensiallaşmasının
da aktuallığı etiraf olunmalıdır. Bu planda türk alimi M.Uğur Dərmanın təklifi maraq doğurur. O, 


“katib” terminini “müstənsix // nasix // nəssax” anlayışı ilə eyniləşdirir və “xəttat” anlayışından
ayıraraq yazır:   
“Osmanlı türklərində yazıçılığı ikiyə ayıraraq incələmək yerində olacaqdır: 
1) Müstənsix, nasix, nəssax yaxud katib olaraq adlandırılan və yazıyı sənət qayəsilə deyil
də, sadəcə oxunması üçün yazanlar yazma əsərləri mətbəə kibi çoxaldırlar. 2) Xəttatlar yazıyı
– oxunma vəsfinin yanısıra – sənət əndişəsilə yazarlar: hətta oxuna bilmə şərti sənət uğuruna
bəzən ikinci planda qala bilir.  İştə bu zümrə əsrlər boyunca öyrətmək üçün para almadan, 
öyrənmək üçün də para vermədən bu sənəti yürütə gəlmişlərdir. Öyrətimə maddiyatın girməsi
ayıb, bəlkə də, günah sayılmış. Bu ülvi fəaliyyət sənətin zəkatı olaraq bilinmişdir. Sadəcə döv-
lət, yaxud bir vəqf tərəfindən təyin edilən müəllimin bu məqsədlə maaş ala bilməsi xoş görül-
müşdür”  [194].  Zənn etmək olar ki,  məsələyə bu cür yanaşmaq düzgündür,  lakin burada bir
şeyi dəqiqləşdirmək lazımdır:  “katib”  termini ümumi anlayış kimi qəbul edilirsə,  onda bu bü-
tövün tərkib hissələrini müəyyənləşdirmək zərurəti ortaya çıxır. Yəni ümumi “katib” termini, bir
tərəfdən,  “xəttat”  terminindən ayrılırsa,  onda,  ikinci tərəfdən,  “xəttat”  termini də “katib” 
anlayışının tərkib hissəsi kimi “müstənsix // nasix // nəssax” terminindən fərqləndirilməlidir.      
A.B.Xalidov    da göstərir ki,  orta əsr əlyazma katibləri şərti olaraq iki qrupa bölünür: 
peşəkar-sənətkarlar və öz təşəbbüsü ilə,  ehtiyac üzündən və ya həvəskar marağı ilə kitab
köçürənlər [185, s.20]. 
Müvafiq tələblərə görə terminlə onun ifadə etdiyi elmi anlayış arasında  münasibətlər 1:1 
nisbətində formalaşdırılmalıdır.  Başqa sözlə,  bir anlayışı ifadə etmək üçün yalnız bir söz-
termindən istifadə olunmalıdır. Bu tələbə riayət etmək üçün türk alimin təklif etdiyi “müstənsix // 
nasix //  nəssax” sinonimik cərgəsindən yalnız bir vahid seçilməlidir.  “Katib”  termini ümumidir, 
ümumməqbuldur və ərəb dilində
ﻞﻋﺎﻓ
formasındadır.  Bu anlayışın tərkib hissələrindən biri
“xəttat” 
طﺎﻄﺧ
formasında olduğu üçün ikinci tərkib hissəsinin təklif olunan üç variantı içərisin-
dən də analoci formaya müvafiq gələn bir terminin - “nəssax” lekseminin seçilməsi daha uğurlu
hesab edilə bilər. Beləliklə: 
Burada xəttat da,  nəssax da katibdir,  ancaq anlayışın elmi definisiyası naminə xəttatla
nəssax bir-birindən (hələlik şərti olaraq) fərqləndirilir. 
Əlyazma kitabının və tarixi rəsmi sənədlərin katibi çox vaxt xəttat,  arxiv qeydlərinin, 
həvəskar əlyazma nüsxələrinin,  şagird və tələbə dəftərlərinin və bəzi hallarda sənədlərin və
əlyazma kitablarının katibi sadəcə olaraq nəssax sayıla bilər.  
Xəttatlar olduqca gözəl incəsənət nümunələri,  nəfis kitab mədəniyyəti şedevrləri qoyub
getmiş, ərəb qrafikası ilə yazını və xətt sənətini daim püxtələşdirmişlər, eyni zamanda yüksək
savadlı olduqlarından özlərində prototip mətninə əl gəzdirmək səlahiyyəti hiss etmiş, nəticədə
interpolyasiyaların çoxalmasına rəvac vermişlər. Onların yaratdıqları əlyazma mətnləri hazırda
dünyanın bir çox muzeylərinin bəzəyinə çevrilmişdir. 
Nəssaxlar isə, əksinə, incəsənət  baxımından nəfisliyi ilə seçilməyən əlyazmalar yaratsalar
da,  prototip mətnlərinə bir o qədər sirayət etməmiş,  nəticədə bizə bacardıqları qədər dəqiq
Катиб
Хяттат
Няссах


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə