MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

hərçənd ki, kitab mədəniyyəti tarixi bu sonuncu naməlum ustaların işinə birinci növbədə borclu-
dur [77, s.9]. Buna baxmayaraq, hər halda məhz görkəmli xətt ustalarının yazı mədəniyyətinin
inkişafında əsas rol oynadıqlarını etiraf etmək lazımdır:  yeni-yeni islam xətlərini naməlum
ustalar deyil, məhz görkəmli şəxsiyyətlər yaratmış, yazı mədəniyyətinin, eləcə də kitab mədə-
niyyətinin inkişafına özlərinin sanballı töhfələrini vermişlər. 
Yazı mədəniyyəti tarixində ayrı-ayrı xətlər üzrə böyük məharət sahibi olmuş,  eləcə də
müxtəlif xətt növlərini icad etmiş və ya onların inkişafında müstəsna xidmətləri olmuş məşhur
şəxsiyyətlərin adları xüsusi yer tutur. 
Şeyx Həmdulla (1429-1520),  Ömər bəy (?-1614),  Dərviş Həsən bin İlyas (XV-XI), 
Qarahisari Əhməd Əfəndi (?-1556), Həsən Ç ələbi (XVI), Dərviş Əli (?-1673), Seyyid Həmdi (?-
1784),  Hafiz Osman (1642-1698),  Vəliyəddin əfəndi (?-1768),  Soltan Üçüncü Əhməd (1673-
1736), Şəkərzadə Mehmed əfəndi (?-1753), Yəsari Mehmed Əş’ad əfəndi (?-1798), Mahmud
Jəlaləddin (?-1829), Əhməd Raqim (?-1866), Mustafa Raqim (1757-1826), Katibzadə Mehmed
Rəfi əfəndi (?-1768) və b. ən məşhur türk-osmanlı xəttatları kimi tanınmışlar [bax: 194].  
Həbib adlı türk tədqiqatçısı süls xəttinin ustadları içərisində aşağıdakı azərbaycanlıların da
olduğunu qeyd etmişdir: 
Zəhir Kəbir - ərdəbillidir, Sultan  Səlim  Təbrizi  fəth  edərkən onu Şah Qasımla bərabər, 
Ruma aparmışdır.
Əbdülbaqi Təbrizi - “Danişmənd“ ləqəbi ilə məşhurlaşmışdır.
Mövlana Abdullah Təbrizi, 
Əbülməali İzzəddin Əbdülvəhab Zəncani - qrammatika elmində də məşhur olmuşdur.
Mövlana Əla bəy Təbrizi - “Jəmalil-mülk“ ləqəbi ilə məşhur olmuşdur.
Şah Qasım Təbrizi - Sultan Süleyman Təbrizi alanda onu İstanbula aparmışdır.
Mehrab Təbrizi - Qur’ani-Kərmin ən yaxşı xəttatlarından biri kimi məşhur olmuşdur. 
Əmir Məhəmməd Bədrəddin Təbrizi - Əmir Teymurun katiblərindən olmuşdur [bax:  195, 
s.62-74].
Aşağıdakı Azərbaycan təliq və nəstəliq ustalarının adları da Həbibin siyahısında özünə yer
almışdır: 
İbrahim Təbrizi - Təbriz zadəganlarından olub, təzhib işində də usta sayılırdı.
Mövlana Əzhər Təbrizi - “Ustadi-ustadan” ləqəbini qazanmışdı.
Əmir Şahi Ağ Məlik Səbzəvari - xüsusən nəstəliqdə daha güclü idi.
Bədiüzzəman Təbrizi, 
Mövlana Jəfər Təbrizi  -  Baysunqur  mirzənin kitabxanasının rəisi olmuşdur.
Mir Hüseyn Təbrizi - “Səhvi“ təxəllüsü ilə məşhurlaşmışdır.   
Xari Təbrizi - həm də şair idi. 
Eşqi Təbrizi,
Xacə Mir Əli Vaze Təbrizi - “Qüdvətil-küttab“ ləqəbini qazanmışdı; nəstəliqə xüsusi gözəllik
vermişdir.
Eyşi Təbrizi - Sultan İbrahim mirzənin kitabxanasında katib olmuşdur [bax:  195,  s.183-
215].
H.1291/ m.1874-cü ildə daşbasma üsulu ilə nəşr edilmiş “Təzkirətül-xəttatin”də aşağıdakı
Azərbaycan xəttatları haqqında məlumat verilmişdir: 
Əbu Əli Məhəmməd Hüseyn ibn Müqlə Farsi, Əbulhəsən Əli ibn Hülal məruf bi-ibn Bəvvab, 
Məhəmməd ibn Xazin, Xacə Əbulal, Xacə Jəmaləddin Yaqut, Xacə İsmail ibn əl-Həmmad əl-
Jövhəri,  Xacə Mirəli Təbrizi,  Molla Abdullah Təbbax Hərəvi,  Xacə Mirəli Hərəvi,  Mirzə
Baysunqur, Xacə Mir Abdullah, Molla Əbdülbaqi Təbrizi, Mir Bağır, Mir Eydi Nişapuri, Molla Əla


bəy, Mövlana Sultanəli Məşhədi, Şeyx Əmir Məhəmməd Bədrəddin, Şəfia Hərəvi Xorasani, Mir
Seyyid Əhməd Məşhədi,  Həkim Jəfər Hərəvi,  Molla Qiyasəddin Məhəmməd Səbzvari,  Molla
Əzhər Hərəvi, Səyyimi Nişapuri, Molla Babaşah, Əmir Malik Deyləmi, Xacə Mahmud ibn İshaq
Nişapuri, Molla Məhəmməd Hüseyn Təbrizi, Molla Əlirza Abbasi, Əmir Xəlil Qələndər Hərəvi, 
Molla Bədiüz-zəman Təbrizi, Mir İmad Qəzvini,  Mir İbrahim ibn Mir İmad,  Gövhərşad səbiyyei-
Mir İmad,  Mir Rəşid əxvahərzadei-Mir İmad,  Mir Rəşid həmşirəzadei-Mir İmad,  Mir Əbdür-
rəzzaq həmşirəzadei-Mir İmad, Mir Yəhya həmşirəzadei-Mir İmad, Mir Məhəmməd Əli damadi-
Mir İmad,  Mir Məhəmməd Əmin nəvadei-Mir İmad,  Mirzə Nur vələdi-sədriş-şəriə İsfəhani, 
Mehrab bəy Qəzvini, Mirzə Əbdülvəhhab İsfəhani, Mirzə Rza Bağdadi, Mirzə Mahmud Aştiyani
Urumi, Mirzə Qüdsi Xorasani,  Ağa Mehdi Tehrani, Hacı Mirzə Əli Təbrizi, Mirzə Zeynalabdin
Kaşani,  Mirzə Əbdüllətif Lahıcani,  Mirzə Əsədullah Şirazi,  Ağa Məhəmməd Bağır İsfəhani, 
Şeyx Yusif Sənəndici,  Mirzə Əhməd Süleymaniyyəi,  Əlinağı xan Kirmanşahani,  Hüseynqulu
xan Kirmanşahani,  Mirzə Məhəmməd Burcurdi,  Mirzə Abdulqaffar Xorasani,  Mirzə Səlim
Qoçani,  Mirzə Əbulqasim Məşhədi,  Mirzə Haşim Həmədani,  Mirzə Mehdi Təbrizi,  Mehdiqulu
xan Xoyi, Şeyx Əbdülqadir İstambuli, Mirzə Əbdürrəhman Axundzadə Hərəvi. 
Təzkirədə həmçinin Osmanlı xəttatlarından Vəzir Muxtar Münif əfəndi,  Şeyxülislam
Vəliyəddin əfəndi,  Dərviş Əbdi Mövləvi,  Məhəmməd əl-Yəsari,  Mahmud Ç ələbi Topxanalı
İstanbuli, Siyahi Əhməd Ç ələbi, Turmuşzadə əfəndi, Katibzadə Məhəmməd Rəfi əfəndi, İsmail
Rəfiq əfəndi,  Dədəzadə Məhəmməd əfəndi,  Ərəbzadə Məhəmməd Sə’dullah əfəndi,  Hacı
Yəsarizadə Mustafa İzzət əfəndi,  Sərkar Bəkirzadə Mustafa Sədrəddin bəy,  Məlik Paşazadə
Əliheydər bəy, Hacı Məhəmməd Zəki Dədə əl-Mövləvi, Yekbazari Məhəmməd Ziyaəddin əfən-
di [bax: 202]. 
Həmin mənbənin verdiyi informasiyanın əsas əhəmiyyəti təkcə Azərbaycan mənşəli
nisbəyə malik katiblərin deyil, Hərəvi, Nişapuri, Məşhədi, Xorasani, İsfahani, Bağdadi, Tehrani, 
Şirazi və s. kimi nisbəli bir sıra xəttatların da milliyyətcə azərbaycanlı olduğunu əks etdirməsi
ilə bağlıdır.   
Məhəmmədəli Tərbiyət “Danişməndani-Azərbaycan”da aşağıdakı peşəkar xəttatlar
haqqında məlumat verir: 
Əli Rza Təbrizi - süls, nəsx və nəstəliqin ustadı idi. 
Əli bəy Təbrizi - Əli Rza Təbrizinin müəllimi olmuşdur. 
Ərfə Şeyx İmad Təbrizi, 
Mirzə Məhəmməd Əsir Təbrizi - şikəstə xəttinin ustadı və şair idi.
Xacə Ətiq Ordubadi - Şah İsmayıl dəftərxanasında münşi olmuş, tuğrayi-şahi xəttini ixtira
etmişdir. 
Əhdi Bakuvi (?-1557) - nəstəliqin böyük ustadı və şair idi.
Yunis ibn Müzəffər ibn Yusif Urməvi (XII-XIII əsrlər) - Bağdadda xəlifənin münşilərindən biri
olmuşdur. 
Katibi Məhəmməd Təbrizi, 
Mehrab Təbrizi - (XVI əsr xəttatı),  1503-cü ildə gözəl nəsxlə köçürdüyü Qur’an nüsxəsi
məşhur olmuşdur. 
Müsahib Molla Həsən Təbrizi - qübar xəttinin ustadı idi.
Nizaməddin Şəmsəddin oğlu Ərdəbili (?-1514)  - altı xətdə,  xüsusən nəstəliqdə ustad
olmuşdur.
Rəhməti Təbrizi (?-1616) - nəsx və sülsün ustadı və şair olmuşdur. 
Seyrəfi Xacə Abdulla (?-1341)  - altı ən məşhur xəttatdan biri sayılırdı,  müsənna xəttinin
yaradıcısıdır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə