MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

Füzulinin M-274 şifrəli divanında: 
Füzulinin A-373 və S-192 şifrəli “Leyli və Məcnun”unda: 
O.F.Akimuşkin yazır ki,  xəttatlıq tarixi nəstəliq xətti ilə yazan bir sıra birinci dərəcəli
xəttatların adını tanıyır, buna baxmayaraq, ənənəyə görə onlardan yalnız üçü ustad kimi qəbul
edilir:  Sultan Əli Məşhədi (vəf.  1520),  Mir Əli Hərəvi (vəf.  1543-44),  Mir İmad Qəzvini. 
961/1553-54-cü ildə Qəzvində anadan olmuş Mir İmad əl-Həsəninin istedadı hələ uşaqlıq
illərindən üzə çıxmış,  o çox az yaşlarından bədii yazı sənətini öyrənməyə başlamışdır.  Onun
birinci müəllimi “öz epoxasının xəttatlarının başçısı” (İsgəndər Münşi) Malik Deyləmi olmuşdur. 
Bir qədər sonra Qəzvini tərk edən Mir İmad Təbrizə gəlmiş və bütöv bir yüksək rəssam-
xəttatlar kəhkəşanını yetişdirmiş məşhur ustad Məhəmməd Hüseyn Təbrizinin yanında şa-
girdlik etməyə başlamışdır. XVI əsrin sonundan Mir İmad Simnanda Əbulmənsur Fərhad xan
Qaraqoyunlunun kitabxanasında işləmişdir. Fərhad xan elm və incəsənət adamlarının hamisi
kimi nüfuz qazanmışdı.  Onun həm də emalatxana olan kitabxanasında işləyənlər saysız-
hesabsız əlyazmaların bədii tərtibatını vermişdilər. 1007/1598-99-cu ildə Allahverdi xan Fərhad
xanı qətlə yetirmişdir [bax: 80, s.60-64].         
“İbn əl-Füvati nəstəliq xəttinin kamil bilicisi olmuşdu. O bu xətti Nəsrəddindən öyrənmişdir, 
çünki ət-Tusi xəttatlıq fənnindən dərs deyirdi və özü də nəstəliq xəttinin  müəllifi hesab edilirdi
(?-A.M.). Bu xətt növü o dövrdə İranda çox geniş yayılmışdı və kağıza qənaət etməyə imkan
verirdi” [173, s.25].
Müşahidələr göstərir ki, nəstəliq Azərbaycanda ən geniş yayılmış xətt növü olmuş, dilindən
asılı olmayaraq əlyazmaların böyük əksəriyyəti bu xətlə yazılmışdır.  Nəzərdən keçirilmiş 211 
farsdilli,  70  ərəbdilli,  44  türkdilli Azərbaycan kitabının məhz bu xətlə yazıya köçürüldüyü
müəyyənləşdirilmişdir.   
“Yazının sürətinə və qələmin dayanmadan işləməsinə olan tələbat şikəstə xəttinin
yaradılması səbəblərindən sayılır” [18, s.81].
XVII əsrin ikinci yarısında nəstəliq yazısı əsasında şikəstə adlandırılan stenoqrafiya
meydana gəlmişdir. Bu yazı xəttat Şəfiə tərəfindən hazırlanmış və taliqanlı Əbdülməcid adlı bir
dərviş tərəfindən təkmilləşdirilmişdir [142, s.128; həmçinin bax: 195, s.255]. 
Dövlət idarələri və ticarət işlərində münşilər və mirzələr şikəstə xəttinə daha artıq meyl
göstərirdilər, çünki bü xətt nəstəliq xəttinə nisbətən daha sürətlə yazılırdı [18, s.113]. Şikəstədə
hürufi-münfəsilə dörd cür yazılanlar kimi sonrakı ilə birləşdirilir və bununla yazının sürəti artırdı. 
Belə yerlərdə yazının  sürətlə  yazılması tələb olunurdu, çünki bəzən mətni birbaşa təcili, hətta
diqtə altında da yazmaq lazım gəlirdi. 
Ədəbiyyat və ümumiyyətlə kitab yazılışı sahəsində isə sürət yalnız ilkin mətnin yazılışında, 
qaralamada tələb oluna bilərdi: müəllif, ya onun diqtəsini dinləyən katib mətni sürətlə yazmağa


məcbur olurdu. Lakin əsərin üzünü ağartmaya köçürmə prosesində katibin sərəncamında daha
çox vaxt olurdu və bu zaman artıq sürət deyil,  bədii zövq və ustalıq tələb olunur,  şikəstəyə
ehtiyac qalmırdı. Odur ki, əlyazma kitablarında (avtoqraflar və qaralamalar istisna olunmaqla) 
təmiz şikəstəyə təkəmseyrək hallarda rast gəlmək olur.  Azərbaycan MEA Əlyazmalar İnstitu-
tunda hələlik sırf şikəstə xətti ilə yazılmış yalnız bir farsdilli əsər (M-8 şifrəsi altında saxlanılan
“Əxlaqi-Möhsini”)  qeydə alınmış,  eyni zamanda 13  farsdilli,  4  ərəbdilli,              2  türkdilli
əlyazmanın şikəstə ünsürlü nəstəliq, 1 ərəbdilli əlyazmanın isə şikəstə ünsürlü nəsxlə köçürül-
düyü aşkara çıxarılmışdır.      
Şikəstə həm də oxunması ən çətin yazı sayılır, bunu yaxşı yazmaq da asan məsələ deyildi
[18, s.112], başqasının (müəllifin) müxtəlif sürətli diqtəsi ilə mətni yazıya köçürən katibin şikəs-
tədən nə dərəcədə istifadə etməsi böyük məharət və təcrübə tələb edirdi. Zənn etmək olar ki, 
əlyazmanın sonradan ağartmaya başqa xətlə köçürülməsi zamanı meydana çıxan katib xətala-
rının bir səbəbini də mətnin “qüsurlu”  şikəstədən köçürülməsi ilə də əlaqələndirmək olar.  Bir
sözlə, şikəstə bir xətt kimi elmi və bədii kitabların yazılışı üçün əlverişli deyildi.  
XIII yüzilliyin ikinci yarısı süls xəttinin inkişafı,  bədii cəhətdən formalaşması tarixində
həlledici və əsas dövrlərdən sayılmalıdır.  Bu xəttin də yaradılmasında və inkişafında
Azərbaycan türklərinin rolu əvəzsiz olmuşdur. Mübarəkşah Təbrizi və Abdullah Seyrafi Təbrizi-
nin hətta süls haqqında risalələrinin də olduğu,  ikincinin “Qəvaidi-xətti-süls”  əsərinin zəma-
nəmizə gəlib çatdığı məlumdur [29, № 22]. 
Azərbaycan MEA Əlyazmalar İnstitutunda hələlik təmiz süls xətti ilə yazılmış yalnız bir
ərəbdilli əlyazmanın (A-17  şifrəsi altında saxlanılan “əl-Ərbəun hədis”  əsərinin)  olduğu,  
həmçinin  süls  ünsürlü  nəsxlə  köçürülmüş  daha  2 ərəbdilli (B-1404, B-3427) kitabın saxlan-
dığı qeydə alınmışdır.   
Divani xəttini osmanlılar,  konkret olaraq XV əsrin türk xəttatı İbrahim Münif yaratmış,  bu
xətt Osmanlı türklərinin hakimiyyəti zamanı divanxanalarda işlədilən əsas rəsmi xətt olmuşdur. 
Divani xətti ilə kitab üzü köçürülməsinə o qədər də əhəmiyyət verilməmişdir. Azərbaycan
MEA Əlyazmalar İnstitutunda divani xətti ilə yazılmış sənədlər mövcuddur ki,  onların da
arasında M.F.Axundovun adına Türkiyədə tərtib edilmiş fərman diqqəti xüsusilə cəlb edir [bax: 
29, № 24]. Burada həmçinin təmiz divani xətti ilə yazılmış     7 ərəbdilli əlyazma kitabı və divani
ünsürlü nəsxlə köçürülmüş daha bir ərəbdilli əlyazma qeydə alınmışdır. 
Rüqə xəttinin əsasının 1481-ci ildə türk xəttatları tərəfindən qoyulması haqqında məlumat
vardır. Bəzən o, “türk rüqəsi” də adlandırılır.
Rüqə xətti sadə və estetik təsiri zəif olduğu üçün həmin xətdən kitab üzü köçürülməsində
çox nadir hallarda istifadə edilmişdir. Bu xətt Azərbaycanda daha az məlum olan xətt növü kimi
tanınsa da [bax: 29, № 25], Azərbaycan MEA Əlyazmalar İnstitutunda rüqə xətti ilə yazılmış 6 
ərəbdilli əsərin saxlandığı müəyyən edilmişdir.  
Azərbaycan əlyazmaları arasında həmçinin 2  türkdilli (Həsənin “Yusif və Züleyxa” 
poemasının B-2333  və             B-6300  şifrəli nüsxələri)  və 7  ərəbdilli əlyazmanın təliq xətti ilə
köçürüldüyü qeydə alınmışdır. 
Beləliklə,  Azərbaycan kitabələrində çiçəkli və həndəsi kufi,  süls,  nəsx və nəstəliq
xətlərindən [58, s.4-5], Azərbaycan əlyazmalarında isə kufi, nəsx, təliq, nəstəliq, şikəstə, süls, 
divani və rüqə xətlərindən istifadə edilmişdir ki,  bu da həmin xətlərin orta əsrlər ərzində
Azərbaycan ərazisində tanındığını təsdiq edir.
İran tədqiqatçısı F.Musavi lap uzağa gedərək yazır: “Nəstəliq, nəsx, süls, reyhan, şikəstə, 
həriri, divani, təliq, kufi, rüqi, tuğra və bu kimi 50-yə yaxın xətt formasının ixtiraçıları və birinci
ustadları dünya səviyyəsində iranlılar və qədim İran türkləri olmuşlar. Nəsx xəttinin birinci us-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə