MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

Pakistan,  Hindistan,  Misir,  İraq,  Suriya,  bir sıra Balkan ölkələri - Bolqarıstan,  Rumıniya və s. 
kimi çox böyük ərazilərdə yaranmış və yayılmışdır… İndi dünyanın bir çox əlyazma mərkəzləri
və kitabxanalarında Azərbaycanla bağlı yüzlərlə-minlərlə yazılı abidə mühafizə olunmaqdadır” 
[55, s.11-12].
İstər fütuhat dövründə əsir aparılan, istərsə də sonralar özü Ərəbistana köçən azərbaycanlı
şairlər ərəb ədəbiyyatının inkişafına mühüm töhfələr vermişlər.  Bu məvali şairlərin əsərləri
Azərbaycan və ərəb ədəbi əlaqələri baxımından yüksək qiymətləndirilir [bax:  24,  s.20-58]. 
Onların əsərlərinin Ərəbistanda tərtib edilmiş əlyazmalarını Azərbaycan kitabı hesab etmək
ənənəsi geniş yayılmışdır. Ancaq bu özü də birtərəfli münasibət kimi qiymətləndirilə bilər. Mə-
sələləri dəqiqləşdirmək üçün ilk baxışda aralarında heç bir fərq sezilməyən iki anlayışı fərqlən-
dirmək zərurəti ortaya çıxır. Tədqiqatçılar ənənəvi olaraq “türk əlyazmaları”, “fars əlyazmaları” 
və “ərəb əlyazmaları”  ifadələrini işlədərkən abidələrin bir sərvət kimi milli mənsubiyyətindən
deyil, dilindən çıxış edirlər ki, burada da kataloqlaşdırma işinin ənənəsi və ümumiyyətlə qarşıya
qoyulan məsələnin həllində işin asanlaşdırılması məqsədi öz təsirini göstərir.  İkinci tərəfdən, 
məsələn, “Azərbaycan əlyazmaları” (başqa sözlə, “Azərbaycanın əlyazmaları”) ilə “Azərbaycan
əlyazma kitabı” eyniləşdirilir. Zənnimizcə, son iki anlayışı bir-birindən fərqləndirmək mümkün-
dür:    
1)  Azərbaycan(ın)  əlyazmaları - Azərbaycan MEA Əlyazmalar İnstitutunda və
respublikanın ayrı-ayrı muzeylərində mühafizə olunan və Azərbaycan xalqının və dövlətinin
sərvəti sayılan yazılı mənbələrdir. Azərbaycan əlyazmaları Azərbaycan kitabı ilə yanaşı, başqa
türk xalqlarının,  ərəb və fars xalqlarının kitablarını da özündə ehtiva edir.  Azərbaycanın
kolleksiyasında olan bütün kitablar Azərbaycan əlyazmalarıdır,  müxtəlif xalqların kitablarının
Azərbaycan/  Bakı nüsxələridir.  Müq.  et:  Əlişir Nəvainin əsərlərinin Bakı əlyazmaları /  Bakı
nüsxələri dedikdə vaxtilə həm Azərbaycanda, həm Orta Asiyada, həm İranda, həm Türkiyədə
və s. köçürülmüş, ancaq bu gün Bakıda mühafizə edilən Nəvai əlyazmaları nəzərdə tutulur. 
2) Azərbaycan kitabı - azərbaycanlılar tərəfindən yaradılan və ya azərbaycanlıların birbaşa
fəal iştirakı ilə yaradılan kitablardır. Azərbaycan kitabı yalnız Azərbaycanda/Bakıda saxlanmır, 
onun ən gözəl nümunələri dünyanın müxtəlif kitab xəzinələrini bəzəyir.  Drezdendə və
Vatikanda saxlanılan “Kitabi-Dədə Qorqud”  da,  Tusinin Aya-Sofiyada saxlanılan avtoqraf
əlyazması da, Xətib Təbrizinin Tunisdə saxlanılan avtoqraf nüsxəsi də Azərbaycan kitabıdır.        
“XII-XV əsrlər Azərbaycan ədəbiyyatının İmadəddin Nəsimi,  Marağalı Əvhədi,  Əssar
Təbrizi,  Qasım Ənvar,  Əşrəf Marağayi,  Əfsəhəddin Hidayət kimi nümayəndələrinin də
Avropada bir çox əlyazmaları aşkar edilmişdir. XIII əsr Azərbaycan şairi sayılan Əlinin “Qisseyi-
Yusif ”  adlı 1233-cü ildə tamamlanmış
*
əsərinin Avropada - Drezden,  Berlin və Upsalada
saxlanılan üç nüsxəsi vardır” [55, s.20].
Sadalanan bu əlyazmalar Avropa nüsxələridir,  Drezden,  Berlin və Upsala əlyazmalarıdır, 
yəni məhz saxlandığı yerlərin milli sərvətidir;  ancaq bunlardan heç biri nə Drezdendə,  nə
Berlində,  nə Upsalada (ümumiyyətlə Avropada)  yazılmamışdır,  ehtimal etmək olar ki, hamısı
Azərbaycanda azərbaycanlılar tərəfindən hazırlanmışdır;  deməli,  bunlar Azərbaycan əlyazma
kitabının Drezden, Berlin, Upsala və s. (Avropa) nüsxələridir. Eləcə də İbn Sinanın Bağdadda
XII əsrdə köçürülmüş və Azərbaycan MEA Əlyazmalar İnstitutunda M-136 şifrəsi altında saxla-
nılan “əl-Qanun fit-tibb” əsərinin əlyazması Azərbaycan / Bakı nüsxəsidir, lakin ərəb əlyazma
kitabıdır;  Əhməd Nədimin h.1139  /  m.1727-ci ildə yazılmış M-62  şifrəli avtoqrafı,  Jəlaləddin
Ruminin h.1087 / m.1677-ci ildə köçürülmüş B-602 şifrəli məsnəvisi, Naminin XVIII əsrdə köçü-
                                                          
* Мараглыдыр ки, щямин ясярин Бакы ялйазмасынын мятниндя мцяллиф юз поемасыны щ.609-жу илдя тамамладыьыны 
нязмля эюстярмишдир ки, бу да м.1212-жи иля мцвафиг эялир.  


rülmüş M-2  şifrəli “Xosrov və Şirin”  poeması Azərbaycan /  Bakı nüsxələridir,  lakin Türkiyə
əlyazma kitablarıdır.  Topqapı Sarayı Müqəddəs Əmanətlər Bölümündə Məhəmməd Peyğəm-
bərin Übeyd bin Kə’bə diqtə edib “Kəzzab” ləqəbli yalançı peyğəmbər Müseyliməyə perqament
üzərində yazdırdığı məktubu saxlanılır [191,  s.16-17].  Bu məktub hazırda milli sərvət kimi
Türkiyə, lakin mənşəyinə görə ərəb əlyazmasıdır.  
Digər tərəfdən,  Əmirəlmöminin Əli ibn Əbu Talibin (çox ehtimal ki,  gətirilmiş mənbə
əsasında) h.1294/ m.1877-ci ildə Əbdülqəni əfəndi tərəfindən köçürülmüş M-473 şifrəli divanı, 
eləcə də həmin katibin XIX əsrdə köçürdüyü  B-612  şifrəli  “Məcməil-mütun” əlyazması Azər-
baycan / Bakı nüsxələridir, həm də Azərbaycan əlyazma kitabıdır.                
Azərbaycan əlyazma kitabı bir qayda olaraq saray,  məktəb,  mədrəsə və came
emalatxanalarında,  məscidlərdə və fərdi yolla universal ixtisaslı sənətkarlar tərəfindən
yaradılırdı ki,  bu da kitabın bədii-texniki keyfiyyətlərini müəyyənləşdirirdi.  Bu baxımdan Azər-
baycan kitablarını iki qrupa bölmək olar:
1)  saray kitabları - saray kitabxanalarında və emalatxanalarında yüksək bədii tərtibatla
hazırlanmış kitablardır;
2) rəiyyət kitabları - xalq arasında, kitab emalatxanalarında, məktəb və mədrəsələrdə ha-
zırlanmış, nəfisliyinə görə saray kitablarından geri qalan məhsullardır.   
Prof. J.V.Qəhrəmanov Azərbaycan əlyazma kitabını tərtibat baxımından üç yerə bölürdü:
1) adi kitablar;
2) orta səviyyədə tərtib olunmuş kitablar;
3) yüksək bədii tərtibatlı sənət abidələri.
Adi və orta tərtibatlı kitablar daha böyük çoxluğu təşkil edir.  Belə kitablar geniş kütlənin
ehtiyacını vaxtında ödəmək üçün sürətlə köçürülür,  xüsusilə mədrəsələrdə,  məscidlərdə, 
ailələrdə,  hətta bazar və kitab dükanlarında tələbələr,  müəllimlər və mirzələr tərəfindən
yaradılır və üzü köçürülür.  Orta tərtibatlı kitablar adi kitablardan onunla fərqlənirdi ki,  ilk
vərəğində müəllifin və əsərin adı iri kalliqrafik xətlə,  müxtəlif rənglərdə,  bəzən də bir-birinə
geydirilmiş hərflərlə yazılır,  başlıqlar,  yarımbaşlıqlar qırmızı mürəkkəb və qızılı rənglə ayrılır, 
üstündən rəngli xətlər çəkilir, mətn bir və ya bir neçə əlvan rənglərlə çərçivəyə salınır, sonunda
mətn həndəsi fiqurlar (romb, üçbucaq və s.) arasına alınır, bəzən başda minarə, bitki şəkilləri
çəkilirdi.
Yüksək bədii tərtibatlı sənət əsərləri olan əlyazma kitabları isə çox mürəkkəb bir üsulla, bir
neçə sənətkarın böyük çətin zəhməti hesabına yaranırdı. Bunun üçün ilkin şərt kağızın yüksək
keyfiyyətli olması idi [27, c. 8, s.9].
O.F.Akimuşkinin yazdığına görə,  ümumiyyətlə dünyada ərəb kitabının ən qədim nüsxəsi
m.846-cı ildə köçürülmüş “Kitabil-əbniya”dır. 447-ci ilin şəvval ayında // 1056-cı ilin yanvarında
Əbu Mənsur Müvəffəq əl-Hərəvinin şair və gələcək leksikoqraf Əli bin Əhməd əl-Əsədi ət-Tusi
tərəfindən köçürülmüş “Kitabül-əbniya ən həqaiqil-ədviya”  (“Əczaçılığın həqiqətləri haqqında
əsaslar kitabı”)  əlyazması hazırda dünyada məlum olan ən qədim fars müsəlman əlyazma
kitabı sayılır”  [bax:  76,  s.11-13].  Ancaq həmin müəllifin abidənin milli mənsubiyyətinin mü-
əyyənləşdirilməsində əsərin dilinin əsas götürülməsi prinsipinə riayət etdiyini xatırladıqda bu
məlumatların dəqiqləşdirilməsinə ehtiyac olduğunu etiraf etmək lazım gəlir. Məsələn, tuslu Əli
bin Əhməd əl-Əsədinin zatən azərbaycanlı olduğu dəqiqləşdirilərsə, onda əl-Hərəvinin göstə-
rilən əlyazmasının Azərbaycan kitabı ola biləcəyi güman edilir.      
K.İ.Ç aykinin hələ 1934-cü ildə verdiyi məlumata görə,  həmin Əli bin Əhməd əl-Əsədi ət-
Tusi h.456-458/ m.1064-1066-cı illər ərzində Naxçıvanda vəzir Məhəmməd bin İsmail Hüsninin
və onun qardaşı İbrahimin sifarişi ilə “Gerşaspnamə”  adlı bir poema yazmış və onu buranın


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə