MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   41   42   43   44   45   46   47   48   49

mişdir. Bu kitab heç də Amerika kitabı deyildir. Deməli, istər əlyazma, istərsə də çap kitabının
milli mənsubiyyətini müəyyənləşdirmək üçün müvafiq surətdə onların paleoqrafiyası və poliqra-
fiyası nəzərə alınmalıdır.  Azərbaycanlı müəllifin əsəri İstanbulda türkiyəli və Qahirədə ərəb
katib tərəfindən köçürülmüşdürsə, paleoqrafik baxımdan bu mənbələr müvafiq olaraq Türkiyə
və Misir əlyazmalarıdır,  Türkiyə və ərəb (Misir)  kitablarıdır.  Ankara və Moskva nəşriyyatları
azərbaycanlı müəllifin hər hansı bir əsərini çap edirsə,  bu məhsullar poliqrafik baxımdan
Türkiyə və Rusiya kitablarıdır.  XVIII əsrdə azərbaycanlının xəbəri və razılığı olmadan Peter-
burq “Qanuni-cədid”  buraxırsa,  bu Azərbaycan deyil,  Rusiya kitabı sayılmalıdır.  Yaxud
milliyyətcə azərbaycanlı Ümmilbanunun “başqa dildə,  Azərbaycandan kənarda”  kitabı nəşr
edilirsə,  təkcə müəllifə görə biz bunun Azərbaycan kitabı olduğunu qəbul edə bilmərik, çünki
bu kitab mədəniyyəti Azərbaycana yaddır.  Fransada nəşr olunmuş Ümmilbanu kitabının
poliqrafiyası sovet Azərbaycanının bu cür kitablar buraxmaq üçün poliqrafik imkanlarına
müvafiq gəlmirdi. 
Maraqlıdır ki,  yuxarıda göstərilən təsnifat Azərbaycan əlyazma kitabına münasibətdə də
özünü göstərmişdir.  Aparılmış tədqiqatları ümumiləşdirdikdə Azərbaycan əlyazma kitabı
anlayışının aşağıdakı şəkildə təsnif edildiyinin şahidi oluruq:  1.  Azərbaycanlı müəlliflərin
əlyazma kitabları;  2.  Azərbaycanda yaşayan başqa xalqların nümayəndələrinin əlyazma
kitabları;  3.  Başqa ölkələrdə yaradılmış və Azərbaycanda yenidən üzü köçürülmüş əlyazma
kitabları;  4.  Başqa Şərq ölkələrində yaradılmış və Azərbaycanın kütləvi və şəxsi kitabxa-
nalarında saxlanılan əlyazma kitabları;  5.  Başqa dildə yazılmış və orta əsrlərdə Azərbaycan-
türk dilinə tərcümə edilmiş əlyazma kitabları. 
Göründüyü kimi,  əvvəlcə burada dil mənsubiyyətinin nəzərə alınmaması prinsipi təklif
olunsa da,  beşinci bənddə tədqiqatçılar həmin prinsipi pozmalı olmuş,  “kitab”  və “əsər” 
anlayışlarını bir-birinə qarışdırılmışlar.
Bölgünün ayrı-ayrı bəndləri də sual doğurur:
1.  Azərbaycanlı müəllifin əsəri, məsələn, Buxarada köçürülüb,  kitab halına salınmışdırsa, 
bu Azərbaycan kitabıdırmı?  Müsbət cavab verilərsə,  yeni sual doğur.  Bəs buxaralı müəllifin
əsəri Azərbaycanda köçürülüb, kitab şəklində tərtib olunmuşdursa, bu Azərbaycan kitabıdırmı? 
Axı kitab Azərbaycanda yaradılmışdır (üçüncü bəndlə müqayisə et).  Əlbəttə,  bu Azərbaycan
kitabıdır.  Onda ikili standartdan əl çəkmək üçün azərbaycanlı müəllifin Buxarada köçürülmüş
əlyazmasını özbək kitabı saymaq lazımdır.  Əks halda,  belə çıxır ki,  azərbaycanlı müəllifin
Azərbaycanda köçürülmüş əlyazması da,  Buxarada köçürülmüş əlyazması da Azərbaycan
kitabıdır – buxaralıların kitab mədəniyyətinə heç nə qalmır. Deməli, birinci və üçüncü bəndlər
bir-biri ilə ziddiyyət təşkil edir. Söhbət nə müəllifdən, nə də, əsərdən getməməlidir: söhbət ki-
tabdan getməlidir. 
2. Başqa millətlərin Azərbaycanda yaşamış nümayəndələrinin əlyazma kitabı – kitabın özü
harada yaradılmasından asılı olmayaraq,  paleoqrafik xüsusiyyətləri nəzərə alınmadan
Azərbaycan kitabı sayıla bilərmi? Tutaq ki, bir əfqan alimi və ya ərəb şairi köçüb Azərbaycanda
yaşamalı olmuşdur.  Onların Azərbaycandan kənarda,  Əfqanıstanda və ya Ərəbistanda
yaşadığı illərdə köçürülmüş əsərləri də Azərbaycan kitabı sayıla bilərmi?  Təbii ki,  yox.  Bəs
onlar Azərbaycanda yaşayarkən əsərləri öz doğma vətənlərində də köçürülürsə, həmin kitablar
necə, Azərbaycan kitabıdırmı?  Yox? Bəs onda Füzulinin İraqda köçürülmüş əsərləri ilə Azər-
baycanda köçürülmüş əsərlərinin əlyazmaları arasında nə fərq vardır? Bunlardan hansı Azər-
baycan, hansı İraq (ərəb) kitabı sayılmalıdır? Bu məsələlər yalnız kitabın paleoqrafik xüsusiy-
yətləri əsasında həll edilə bilər.                       
3. Bu bənddən aydın olmur ki, “başqa ölkələrdə yaradılmış əlyazmalar” özü, yəni prototip


özü Azərbaycan kitabı sayılmalıdırmı?  “Azərbaycanda yenidən köçürülmüş”  kitab isə qeyd-
şərtsiz Azərbaycan kitabıdır – bu aydındır. 
4.  Bu bənd də mübahisəlidir:  başqa Şərq ölkəsində yaradılmış əlyazma kitabı (dilindən
asılı olmayaraq)  bu gün məhz Azərbaycanda kütləvi və ya şəxsi kitabxanalarda qorunduğu
üçün Azərbaycan kitabı hesab edilə bilməz. Əks təqdirdə, “Kitabi-Dədə Qorqud”un Drezden və
Vatikan nüsxələri də Almaniya və İtaliya əlyazma kitabı mədəniyyəti nümunələri sayılmalıdır. 
Azərbaycanlı müəlliflərin əlyazma əsərlərinin xarici ölkələrdə 12 mindən artıq nüsxəsi saxlanılır
ki, bu əlyazmaların əksəriyyəti məhz Azərbaycanda köçürülmüşdür. Təhlil edilən bənddən belə  
çıxır ki,  onlardan    hər    biri    ingilis,    alman,  fransız,  gürcü və s.  kitabı hesab edilməlidir.  Bu
nonsensdir.  
AMEA-nın Əlyazmalar İnstitutunda saxlanan Bakı nüsxələrindən: 
M-137:  Şərəfəddin Əli Yəzdi.  Zəfərnamei-əmiri-Sahibqıran.  1234/1827-ci ildə Xovqənddə
Məhəmməd Yusif Səmərqəndi tərəfindən köçürülmüşdür. Orta Asiya əlyazma kitabıdır. 
S-391: Məhəmməd Zəhirəddin Babur. Baburnamə. Özbəkcə. Orta Asiyada köçürülmüşdür. 
Orta Asiya əlyazma kitabıdır. 
M-157:  Hafiz Təniş ibn Mir Məhəmməd əl-Buxari.  Abdullahnamə.  Farsca,  nəsx-nəstəliq
xətti ilə Orta Asiyada köçürülmüşdür. Orta Asiya əlyazma kitabıdır. 
M-50: İbrahim paşa Peçəvi. Tarixi-mərğubil-əda. 1652-ci ildə Kostantiniyyədə rüq’ə xətti ilə
köçürülmüş türkcə əlyazmadır. Türkiyə əlyazma kitabıdır. 
B-782: Nişançı paşa. Təvarixi-qisəsil-ənbiya vəl-müluk. 1587-ci ildə nəsx xətti ilə Türkiyədə
köçürülmüş türkcə əsər. Türkiyə əlyazma kitabıdır. 
D-208: Hüseyn Həzarfən. Tənqihi-təvarixi-müluk. 1845-ci ildə Türkiyədə köçürülmüş türkcə
əsər. Türkiyə əlyazma kitabıdır [64, c. 1,  s.9-29].
5.  Bu bənddə yenə də oricinalın hansı millətin hesab edilməsi açıq qalır:  Möhsün Nəsiri
XVIII əsrdə XIV əsrdə Dehli sultanlığında Ziyəddin Nəxşəbi tərəfindən qələmə alınmış
“Tutinamə”  əsərinin “Lisanüt-teyr”  adlı tərcümə variantını yaratmışdır.  “Tutinamə”  azərbay-
cancaya tərcümə edildiyinə görə Azərbaycan kitabı sayıla bilərmi?  Məsələyə daha diqqətlə
yanaşmaq lazımdır. “Tutinamə” Dehlidə köçürülmüşdürsə, hind kitabı, Azərbaycanda köçürül-
müşdürsə, Azərbaycan kitabı sayılmalıdır. “Lisanüt-teyr” Azərbaycanda köçürülmüşdür – Azər-
baycan kitabıdır. Əsərin dili isə burada heç bir rol oynamır. 
Ümumiyyətlə,  indiyədək söylənilmiş fikirlərdə,  təqdim edilmiş təsnifatlarda bu cür suallar
cavabsız qalmışdır.  Yalnız mövzunun inkişaf etdirilməsi yolu ilə “Azərbaycan əlyazma kitabı” 
anlayışının definitiv hüdudlarını müəyyənləşdirmək və ümumi bir qərara gəlmək mümkündür. 
“Azərbaycan əlyazma kitabı” anlayışını dəqiqləşdirmək üçün aşağıdakı əsas prinsiplərdən
çıxış etmək təklif olunur: 
1. Azərbaycan əlyazma kitabı müasir dövrə gəlib çatmış faktdır: vaxtilə mövcud olmuş və
ya əlimizdə olan kitabdır.  Bir sıra hallarda dövrümüzə gəlib çıxmayan,  yalnız haqqında tarixi
məlumat olan kitabların da Azərbaycan kitabı hesab edilməsi məqbuldur, lakin belə kitabların
paleoqrafiyasını öyrənmək mümkün olmadığından,  onların milli mənsubiyyəti haqqında
danışmağın faktik əsası olmur. Məsələn, “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsinin paleoq-
rafik xüsusiyyətləri bu kitabın Azərbaycanda yazıldığı qənaətinə gəlməyə imkan verir,  bu
Azərbaycan əlyazma kitabıdır.  Eyni zamanda bəzi müəlliflər Kitabın başqa nüsxələrinin də
vaxtilə mövcud olduğunu göstərirlər. Dədə Qorqud kitabının Drezden və Vatikan əlyazmaların-
dan başqa qədim nüsxələri əlimizdə olmadığından bu kitablar haqqında konkret fakt göstərmək
imkan xaricindədir.          
2.  Azərbaycan əlyazma kitabı fərdi və ya kollektiv yolla müvafiq mütəxəssislər tərəfindən


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə