MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   41   42   43   44   45   46   47   48   49

yaradılmış kitabdır. Bu kitabın yaradılması ilk növbədə “əlyazma” anlayışı ilə bağlıdır və buna
görə də burada aparıcı rol katibə məxsusdur.  
3.  Azərbaycan əlyazma kitabının müəyyənləşdirilməsi zamanı əlyazmanın yalnız pa-
leoqrafik xüsusiyyətləri əsas götürülməlidir:  müəllifin milliyyəti və əsərin hansı dildə yzılması
heç bir əhəmiyyət kəsb etmir.  Azərbaycanlılar türk,  ərəb və fars dillərində yazdıqları üçün, 
həmçinin Azərbaycanda osmanlı türklərinin,  Orta Asiya türklərinin,  ərəblərin,  farsların və b. 
əsərləri köçürülüb kitab halına salındığı üçün müəllifin milliyyəti və əsərin dili kitab mədəniyyəti
baxımından heç bir məna daşımır.
4.  Azərbaycanda yaradılmış bütün əlyazma kitabları Azərbaycan kitabıdır.  Bu kitabların
dünyanın hansı kitab xəzinəsində saxlanmasının heç bir fərqi yoxdur – kitabın yaradıcısı
azərbaycanlı sənətkarlardır,  deməli,  bu məhsul da Azərbaycan əlyazma kitabı kimi qəbul
edilməlidir.  Bu barədə mərhum kitabşünas alimimiz,  prof.  J.V.Qəhrəmanovun hökmü ilə tam
razılaşmaq lazım gəlir: bunları azərbaycanlıların özləri köçürüb, yayıb, yaşatdığı üçün onlar ha-
mısı Azərbaycan kitab tarixinə daxil olmuşlar! [27, c.8, s.6]. 
Poeziyamızı dünyaya tanıdan Nizami əsərlərinin əlyazmalarının Belqrad,  Bratislava, 
Vyana,  Hamburq,  Qota,  Drezden,  Dublin,  Krakov,  London,  Münxen,  Oksford,  Paris,  Upsala, 
Filadelfiya və Florensiyada minə yaxın nüsxəsi qeydə alınmışdır [44, s.8]. Böyük Füzulinin əl-
yazmalarının dünyanın müxtəlif kitab xəzinələrində 800-dən artıq nüsxəsinin mühafizə edildiyi
məlumdur. Dahi Azərbaycan alimi və mütəfəkkiri Xacə Nəsirəddin Tusinin ərəb və fars dillərin-
də yazdığı elmi və bədii əsərlərin 2400-dən artıq əlyazma nüsxəsi dünyanın 75  şəhərinin
kitabxana və muzeylərinə yayılmışdır.  Akademik Z.Bünyadov Misirin “Darül-kütüb”  kitabxa-
nasında Xacə Tusi, Eynəl-Qüzzat, Nizami Gəncəvi, Xaqani Şirvani, Saib Təbrizi, Məhəmməd
Füzuli, Qasim Ənvar, Şəms Təbrizi, Məhəmməd Fəzlullah Təbrizi, Əbdülqəni Şirvani, Hübeyş
Tiflisi, Əvhədi Maraği, İbrahim Gülşəni, Nəsimi, Zeynalabdin Şirvani, Həkim Jəlal Şirvani, Şeyx
Mahmud Şəbüstəri, Mirzə Fətəli Axundov və b. kimi azərbaycanlı müəlliflərin yalnız fars dilində
yazdıqları 118 əlyazma nüsxəsi haqqında məlumat vermişdir [bax: 94, s.19-30]. 
Bu əsərlərin hamısının müəllifləri azərbaycanlılardır,  çox güman ki,  onların böyük
əksəriyyəti azərbaycanlılar tərəfindən kitab şəklində hazırlanmış və dünyanın müxtəlif kitab
xəzinələrinə yayılmışdır.  Bununla yanaşı,  onların paleoqrafik əlamətləri və faktiki göstəriciləri
haqqında məlumat əlddə etmədən hamısının ucdantutma Azərbaycan kitabı hesab edilməsi
özünü doğrultmur,  çünki dahilərin və böyük mütəfəkkirlərin əsərləri təkcə onların vətənində
deyil, bütün müsəlman dünyasında köçürülür və yerli-regional ənənələrə müvafiq tərzdə kitab
halına salınırdı: təbii ki, bunların arasında Türkiyə, İran, Şimali Qafqaz, Orta Asiya, Hindistan, 
Əfqanıstan və hətta ərəb kitab nümunələri də təmsil oluna bilər.  
5.  Dünyanın (dəqiq götürsək,  Yaxın və Orta Şərqin)  hər hansı bir regionunda yaşayan
azərbaycanlılar tərəfindən yaradılmış kitab, bəzi istisnaları nəzərə alsaq, Azərbaycan kitabıdır. 
Belə kitaba salınmış əsərin və ya əsərlərin hansı dildə olmasının,  müəllifin və ya müəlliflərin
milliyyətinin məsələyə dəxli yoxdur. Bu zaman kitabı yaradan, onun üzərində işləyən mütəxəs-
sislərdən və ya həvəskarlardan hər biri azərbaycanlı olduqda məhsul tam hüquqla Azərbaycan
kitabı sayılır.  Onlar müxtəlif xalqların nümayəndəsi olduqda istisna ortaya çıxa bilər.  Kitabın
katibi müəyyən olduqda onun Azərbaycan kitabı olub-olmamasının kodu nisbətən asan açılır. 
Əks halda, əlyazmanın müfəssəl paleoqrafik təhlilindən çıxış etmək tələb olunur. Məsələn, mə-
lumdur ki,  “bədii cildçilik sənəti XVI əsrdə Azərbaycanda daha da inkişaf etmişdi.  Təbəqə və
maye qızıldan istifadə ilə hazırlanan basmanaxışlı dəri cildlərlə yanaşı,  şəbəkə oymalı dəri, 
müxtəlif rəngli və naxışlı dəri cildlər də meydana gəlmişdi.  Orta əsrlərdə Azərbaycan
cildçilərindən Məhəmməd Əli Təbrizi (XIV), Məhəmməd Zaman Təbrizi (XVI), Mirzə bəy Təbrizi


(XVI),  Məhəmməd Saleh (XVII)  daha çox şöhrət tapmışdılar”  [45,  s.11].  Tədqiqatçı belə
sənətkarlardan hər birinin yaradıcılıq üslubunu öyrənməklə əldə olan kitabın Azərbaycan kitabı
olduğunu bunun əsasında da müəyyənlşdirə bilər.  1680-ci ildə Məhəmməd Möhsün Təbrizi
tərəfindən hazırlanmış Nizaminin “Xosrov və Şirin”  poemasının cildi yüksək sənətkarlıq
nümunəsi kimi qiymətləndirilir. Jildin üzərində və içində sənətkarın “əməli-Məhəmməd Möhsün
Təbrizi” avtoqrafı qeyd edilmişdir [205, s.71]. Bu cür avtoqraflara nisbətən az rast gəlinsə də, 
onlardan hər biri kitabın milli mənsubiyyətini və hazırlanma dövrünü dəqiqləşdirmək üçün ciddi
fakt verir.     
Zənnimizcə,  Azərbaycan kitabının aşkar edilməsi üçün göstərilən prinsiplərdən istifadə
etməklə kifayətlənmək olar. Bu halda tədqiqatçıların indiyədək irəli sürdükləri geniş təsnifatlara
ehtiyac qalmır.
* * *
Bizim günlərimizdə Rusiya telekanalları vasitəsi ilə ara-sıra İrəvanın Matenadaran mərkəzi
haqqında təbliğat filmləri göstərirlər.  Deyilənə görə,  burada 17  minə qədər əlyazma kitabı
mühafizə olunmaqdadır.  Ermənilər onların hamısını öz adlarına çıxırlar.  Amma qəribədir ki, 
indiyə qədər nümayiş etdirilmiş lentlərdən heç birində (!) heç bir orta əsr erməni müəllifinin, nə
aliminin, nə də ədəbiyyat nümayəndəsinin adı çəkilmir. Onlar yalnız V və ya VII əsrə məxsus
hansısa qədim bibliyanı müxtəlif fokuslardan ekrana gətirir, abidənin qədimliyi, müqəddəsliyi və
ya mistik müalicəvilik xüsusiyyəti ilə öyünürlər.  Bütün bunlar təbiidir,  çünki orada saxlanılan
erməni əlyazmalarının hamısı (!) vaxtilə kilsələrdə yazılmış dini kitablardır. 17 minlik əlyazma
kolleksiyasının əsasını isə müsəlman, ilk növbədə Azərbaycan əlyazmaları təşkil edir. Erməni-
lər bu barədə susurlar.  Başqa yolları yoxdur,  çünki hansısa bir müəllifi,  hansısa qiymətli bir
abidəni ayrılıqda götürüb təbliğ etsələr, onun Azərbaycanla, o cümlədən İrəvan xanlığı ilə sıx
əlaqəsi olduğunu etiraf etməli olacaqlar. Yeganə bayraq kimi qabardıb üzə çıxardıqldarı müəllif
Maştots dedikləri mifik şəxsdir ki,  o da yalnız və yalnız erməninin özünə xidmət etməkdən
uzağa gedə bilməmişdir. Azərbaycan əlyazma kitabları isə dünyəvidir,  onun bizə çatdırdığı
informasiya həyatidir,  gerçəkdir,  təqdim etdiyi onlarla,  bəlkə də, yüzlərlə müəllif təkcə
Azərbaycan deyil,  təkcə müsəlman aləmi deyil,  bütün dünyada elm və mədəniyyətin
zənginləşməsində və yayılmasında əvəzsiz rol oynamışlar.  Bu baxımdan Şərq,  o cümlədən
Azərbaycan əlyazma kitabının dünyada misli-bərabəri yoxdur. Həmin kitabların qiymətli bir his-
səsi Matenadarandadır. Qoruyub saxlayırlar. Qoy saxlasınlar. Bizim kitablardır.                  
Nəticə
Azərbaycan paleoqrafiyası ilə bağlı bəzi terminlərin dəqiqləşdirilməsi vacibdir. 
Mətn hər şeydən qabaq məzmundur,  abstraksiyadır.  Yazılı mətn kitabın içərisində
yerləşdirilir.  Mətn sözlərdən və cümlələrdən quraşdırılır və çox vaxt yazıya köçürülür.  Mətn
sintaktik bütövdür,  ümumi bir sərlövhə altında eyni mövzunu əhatə edən,  eyni məzmunlu
ardıcıl cümlələr kompleksidir.  Mətn məqamı təsvir edir,  obrazı yalnız xəyali təsəvvür etməyə
imkan yaradır. Mətn zehni əməyin məhsuludur. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə