MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

tematik baxımdan bir vahid təşkil edən yazılar (mətnlər)  vardır.  Məcmuənin içərisində
yerləşdirilmiş belə mətnlər sual doğurmur, çünki kitab dedikdə hər hansı belə bir mətn ayrılıqda
deyil, bütövlükdə bütün belə mətnlərin yerləşdirildiyi məcmuə özü nəzərdə tutulur. Bəs həmin
həcmdə (kiçik)  mətnlər ayrı-ayrılıqda yazılıb cildlənirdisə,  belə məhsulu necə,  kitab saymaq
mümkündürmü?     
N.D.Mikluxo-Maklay orta əsr (elmi)  əsərlərini həcminə görə təsnif edərək göstərir ki,  hər
şeydən qabaq,    20-30 vərəqdən yüzlərlə, hətta minlərlə vərəğə qədər həcmi əhatə edən orta
və böyük tutumlu əsərlərlə yanaşı, külli miqdarda kiçik həcmli, az vərəqli əsərlər də vardır. Belə
kiçik əsərlər bir vərəqdə,  hətta bəzən vərəğin yalnız bir hissəsində yerləşirdi;  digər kiçik
əsərlərin mətni bir neçə vərəqdən 20 vərəğə qədər olurdu.  Birinci qrupdan olan əsərlər, yəni
orta və iri həcmli əsərlər müasir mənada “kitab”  və ya “monoqrafiya”  anlayışına uyğun gəlir
[151, s.67]. 
Bəs onda əlyazma kitabı üçün ən kiçik həcmi necə müəyyənləşdirmək olar? 
Əlyazmaşünaslıq elmindən məlumdur ki,  orta əsrlərdə ümumiyyətlə əlyazmaların həcmi
“kürras” ilə ölçülürdü. Bir kürras 10-12 vərəq olurdu. Məhz bu ölçü “əlyazma kitabı” anlayışının
əsas formal əlamətlərindən biri kimi seçilə bilər. Yəni ən azı 10-12 vərəqdən ibarət cildlənmiş
əlyazma ən kiçik ölçülü kitabdır. 
Həcmi bir kürrasdan az olan əlyazma “kitabça” və ya “broşür” sayıla bilər. 
5.  Kitabda bir və ya bir neçə mətn (məcmuə,  külliyyat,  divan    və s.)  ola bilər.  Yaxud bir
böyük mətn bir neçə (yaxud daha çox)  cilddən ibarət ola bilər.  Bu zaman hər cild bir kitab, 
bütün cildlər isə bir əsərdir: bir əsər bir neçə (yaxud çox) kitabdan, yəni cilddən ibarət ola bilər.     
6.  Kitabın müəyyən ölçüsü olmalı və bu ölçü regional xüsusiyyətlərinə görə fərqləndiyi
üçün paleoqrafik tədqiqatlarda hökmən qeyd edilməlidir. Məsələn, Dəməşq əlyazmaları əsasən
üç ölçüdə - 22x30 sm, 18x25 sm və 12x18 sm-dir [31, s.14]. Azərbaycan əlyazmaları isə ölçü-
sünə görə daha zəngin sayıla bilər: AMEA Əlyazmalar İnstitutunda saxlanılan abidələr 12x18 
sm ölçüsünə görə “A”, 16x22 sm ölçüsünə  görə “B”, 17x26 sm ölçüsünə görə “S”, 20x32 sm
ölçüsünə görə “D” literləri ilə şifrələnmişdir.
*
7. Tarixən kitabın formal növləri olmuşdur. Müsəlman kitabının isə yalnız kodeks forması
məlumdur. Müsəlman kitabında mətn əsasən kitabın kapitalına perpendikulyar formada yazılır, 
başqa variantlar katibin oricinallığı və ya fərdi dəst-xətti kimi qiymətləndirilə bilər.   
Kitabın içi. Əlyazma kitabının daxili (iç) əlamətləri aşağıdakı kimi müəyyənləşdirilir:
1.  Kitabda yazılı mətn olmalıdır.  Kitab formasında cildlənmiş yazısız vərəqlər hələ kitab
sayılmır. 
Tarixən əlyazma kitabının hazırlanması (tərtibatı) iki üsulla həyata keçirilirdi: 
a) əvvəl vərəqlər yazılır, sonra kitab cildlənirdi
b) əvvəl vərəqlər hazırlanıb cildlənir, sonra mətn yazılırdı.
Əvvəl vərəqlərin yazıldığı hallarda əlyazma kitabı daha səliqəli forma alırdı.  Katib mətni
köçürür, ornamentalist vərəqlərin təzyinatını yerinə yetirir, rəssam miniatürlərini çəkir, müsəhhif
və ya kitabdar yazılmamış lakunları müxtəlif metodlarla paginasiyadan çıxarır, beləliklə, səhifə-
ləri optimal bədii tərtibata salınmış kitab cildlənirdi.  Hazırda dövrünün ən kamil ustalarının
əlindən çıxmış texniki baxımdan on minlərlə belə nəfis əlyazma kitabları bütün dünyanın mu-
zeylərinin bəzəyidir.
Başqa bir variantda əvvəllər bu və ya digər şəkildə hazırlanmış və cildlənmiş (hazır) 
kitablar müəyyən zaman müddətindən sonra (cildsiz hala düşəndən və ya cildi məxsusi olaraq
                                                          
* Сечмя няфис ялйазмалар ися, юлчцсцндян асылы олмайараг, “М” литери иля шифрялянмишдир. 


söküləndən sonra) yenidən, ancaq bu dəfə bir neçə hazır kitab yenidən bir cilddə tərtib edilirdi. 
Buna təkrar cildləmə, kitaba isə təkrar cildlənmiş və ya bir cildə salınmış kitablar demək olar. 
Nizami Gəncəvinin M-156 şifrəsi altında mühafizə edilən xəmsəsi, Füzuli və Nəvainin bir cildə
tutulmuş divanları (M-274, B-6578)     və s. buna misal ola bilər. Bu zaman təkrar cildləmədə
əvvəlki variantlarda özünü göstərən texniki qüsurlar (lakun vərəqlər,  yersiz köçürülmüş əlavə
mətn və ya mətn parçaları və s.) aradan qaldırılır, bir cildə salınmış mətnlərin yeni tərtibatı tək-
milləşdirilirdi. 
M-156 şifrəli əlyazmada xəmsəyə daxil olan bütün poemalar vardır. 1
b
– 26 
a
vərəqlərində
“Sirlər xəzinəsi”, 28
b
- 77
a
vərəqlərində “Leyli və Məcnun”, 78
b
– 118
a
vərəqlərində “Xosrov və
Şirin”,  119
a
– 177
b
vərəqlərində “Yeddi gözəl”,  178
b
- 247
a
vərəqlərində “İsgəndərnamə”nin
“Şərəfnamə” hissəsi, 248
b
-dən sonrakı vərəqlərdə isə “İqbalnamə” hissəsi yerləşdirilmişdir. 
Əlyazmanın müxtəlif dövrlərdə müxtəlif katiblər tərəfindən köçürülmüş ayrı-ayrı poemaların
əsasında sonradan cildləndiyini bir sıra faktlar sübut edir: 
1) ayrı-ayrı əsərlərin yazıldığı vərəqlər təkrar cildlənmədə eyni ölçüyə salınmışdır. İlk dörd
poemanın və “Şərəfnamə”nin mətni 22-23 x 32,5 sm ölçülü vərəqlərə yazıldığı halda, sonuncu
mətn 9  x 17  sm ölçülü kağıza yazılmış,  təkrar cildlənmə zamanı həmin vərəqlər ümumilikdə
kitabın vərəqlərinə uyğun gələn 22,5 x 32,5 sm ölçülü vərəqlərin ortasına yapışdırılmışdır; 
2)  birinci iki mətn və “Şərəfnamə”nin mətni nazik Şərq kağızına köçürüldüyü halda, 
üçüncü, dördüncü mətnlər və “İqbalnamə”nin mətni nisbətən qalın kağızda yazılmışdır;  
3)  birinci  və  ikinci  mətnlər,  həmçinin “Şərəfnamə”nin mətni eyni xətlə - nəsx elementli
nisbətən iri nəstəliq xətti ilə (yəqin ki,  eyni katib tərəfindən)  köçürüldüyü halda,  üçüncü, 
dördüncü, həmçinin “İqbalnamə”nin mətni nisbətən incə, təmiz nəstəliq xətti ilə yazılmışdır;    
4)  birinci iki mətn,  eləcə də “Şərəfnamə”nin mətni hər səhifədə 4  sütun olmaq üzrə
yerləşdirildiyi halda, üçüncü mətn 6 sütunda, dördüncü mətn 4 sütunda, “İqbalnamə”nin mətni
2 sütunda yazılmışdır;    
5)  birinci iki mətn və “Şərəfnamə”nin mətni ünvansız verildiyi halda,  üçüncü mətndə və
“Şərəfnamə”nin mətnində ünvan üçün yer qoyulmuş və bəzədilmiş,  lakin əsərin adı
yazılmamışdır; sonuncu mətndə isə bəzəkli ünvanın içərisində “İqbalnamə” adı verilmişdir.   
6) yalnız üçüncü mətndə (“Xosrov və Şirin”in kolofonunda) “Təmmət təmam şüd” şəklində
qısa katib sonluğu yazılmışdır;
7) yalnız üçüncü və dördüncü mətnlərdə, miniatürlər çəkilmişdir. 
Bütün bunlardan məlum olur ki,  birinci və ikinci mətnlər,  habelə “Şərəfnamə”  eyni katib
tərəfindən köçürüldüyü halda, üçüncü,  dördüncü mətnlər və “İqbalnamə”nin mətni ayrı-ayrı üç
katib tərəfindən yazılmışdır.  Sonralar bütün bu mətnlər naməlum kitab həvəskarı tərəfindən
biryerə toplanaraq yenidən cildlənmişdir.  
Füzuli    və    Nəvai    divanlarının M-274  şifrəli Bakı nüsxəsi də ayrı-ayrı katiblər tərəfindən
köçürülmüş iki müxtəlif kitab əsasında sonradan bu cür cildlənmişdir [27,    c. 6, s.111].
Sonuncu tərtibat variantının öyrənilməsi göstərir ki,  bu kitab sonadək hazırlanıb-
qurtarmamışdır. Belə ki:
1) dördüncü mətnin 120
b
vərəğində xüsusi buraxılmış yerə miniatür  çəkilməmişdir; 
2)  birinci mətnlə ikinci mətn arasındakı 26
b
- 28
a
vərəqləri,  ikinci mətnlə üçüncü mətn
arasındakı 77
b
- 78
a
vərəqləri, “İsgəndərnamə”nin iki hissəsi arasındakı 247
b
- 248
a
vərəqləri
lakundur və bunları arxa-arxaya yapışdırmaqla boşluğu aradan qaldırmaq olardı;  üçüncü və
dördüncü mətlərin arasındakı 118
b
vərəğində olan lakunu isə ləğv etmək mümkün deyildir, 
çünki üçüncü mətn 118
a
-da bitir, dördüncü mətn 119
a
- da başlanır. 
Əvvəlcə vərəqlərin cildləndiyi,  mətnin sonra köçürüldüyü kitablarda isə texniki qüsurlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə