MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

Türk-Azərbaycan paleoqrafiyasının faktoqrafik materialı elə həmin ərəb,  fars və türk
dillərindəki yazıdır, lakin bu yazı yalnız Azərbaycan  xalqına  mənsubdur.
Azərbaycan-ərəb və Azərbaycan-fars paleoqrafiyalarının əsas vəzifəsi Azərbaycan
xalqının ərəb və fars dillərində yazılmış kitablarını müəyyənləşdirmək və öyrənməkdir. Bunun
üçün ərəbdilli və farsdilli Azərbaycan kitablarının tərtibi,  xətti və yazı xüsusiyyətləri, 
frontispisinin və kolofonunun tərtibi prinsipləri öyrənilir, mətndə rast gələ biləcək milli linqvistik-
semiotik faktlar,  azərbaycanlılara xas dil-təfəkkür münasibətlərinin izləri aşkara çıxarılır.  Bu
istiqamətdə nəticələrin ümumiləşdirilməsi üçün hər şeydən qabaq Azərbaycan ərazisində və ya
Azərbaycandan kənar regionlarda azərbaycanlılar tərəfindən hazırlandığı dəqiq bilinən ərəbdilli
və farsdilli kitabların öyrənilməsi böyük əhəmiyyət daşıyır.  Belə kitabların tədqiqindən əldə
edilmiş müddəalar əsasında hazırlandığı yeri məlum olmayan əlyazmalar içərisindən Azərbay-
can kitabını seçib-fərqləndirmək mümkündür. 
İstər Azərbaycan-ərəb,  istərsə də Azərbaycan-fars paleoqrafiyaları mətnə münasibətdə
yalnız xətti, hərflərin və ayrı-ayrı sözlərin yazılış xüsusiyyətlərini tədqiq edir.  
Azərbaycan-türk paleoqrafiyası isə ana dilində yazılmış Azərbaycan əlyazmalarını öyrənir
və digər iki Azərbaycan paleoqrafiyası yarımsistemlərindən fərqli olaraq,  mətnə daha çox
sirayət edir, ona münasibətdə həm də bütövlükdə yazını tədqiq edir, yazı tarixinin inkişafında
konkret abidənin imla xususiyyətlərini müəyyənləşdirir, Azərbaycan orfoqrafiyası tarixini araşdı-
rır.       
Əlyazma kitabı
Bütün əlyazma kitabları “əlyazma” anlayışına daxildir, ancaq heç də bütün əlyazmalar kitab
sayıla bilməz. Ancaq bu fikir də həmişə mübahisə doğurur. Məsələn, A.A.Qreçixin funksional
baxımdan əlyazma kitablarını üç növə bölür: 
1) Praqmatik təxsisatlı kitablar – işgüzar sənədləşdirmələr… 
2) İdraki təxsisatlı kitablar – bədii və elmi ədəbiyyat… 
3)  Sosial-idarə təxsisatlı kitablar – dini kitablar, kitabxanalardakı kitabların siyahısı (yəqin
ki, müəllif burada biblioqrafik kitabları nəzərdə tutur – A.M.) və müxtəlif məcmuələr [103, s.35-
36]. 
Bu bölgüdə “işgüzar sənədləşdirmələr”  artıq görünür.  Belə münasibət “əlyazma kitabı” 
anlayışının hüdudlarını müəyyənləşdirməyi şərtləndirir. 
Göstərilən istiqamətdə D.N.Alşitsin fikirləri diqqəti cəlb edir. O göstərir ki, siyasi cəhətdən
təsir etmək, təhsil zamanı oxumaq, bədii və ya dini qiraət, hüquqi qaydaları əsaslandırmaq və
statistik mənzərəni qurmaq məqsədi ilə yaradılmış yazılı abidələr əlyazma kitabı hesab olunur. 
Bir qayda olaraq,  əlyazma kitabı kodeks formasında olur.  İctimai münasibətlərin konkret
məqamlarını ya tabeçilik,  ya da müqavilə və müamilə xətləri ilə müəyyənləşdirən və təsbit
edən yazılı abidələr akt hesab edilir
[155, s.89-90].
           
Paleoqrafiya  elmi  hər  şeydən  öncə  kitab  tarixi ilə birbaşa sıx əlaqədardır. “Bir elm kimi
kitab tarixi … geniş problemlər dairəsini tədqiq edir: 
Kitabın yaranma problemi: … kitabın köçürülməsi,  köçürülən kitabların tematikası… xətti, 
orfoqrafiyası, kitabların tərtibatı. 
Kitabların yayılması problemi: kitab ticarəti və kitabın başqa yayılması yolları… 
Böyük kitab xəzinələrinin yaranması problemi: kitabxanaların… yaranması. 
Kitablardan istifadə edilməsi problemi:  oxucular,  əhalinin müxtəlif təbəqələrinin tələbat
spesifikası” [143, s.5]. 


Burada göstərilən kitabın yaranma problemi birbaşa paleoqrafik tədqiqatların obyektidir və
həmin nöqtədə paleoqrafiya kitab tarixinin də bir parçasının öyrənilməsinə xidmət edir, ancaq
burada paleoqrafiya ayrı-ayrı konkret kitabların yaranma problemini öyrənməklə kifayətlənir. 
Konkret paleoqrafik farktlardan ümumiləşdirici nəticələr çıxarmaq və həmin faktlar,  həmçinin
toplanan digər çoxsaylı mədəni-tarixi məlumatlar əsasında sonrakı problemlərin öyrənilməsi, 
yəni müvafiq tədqiqatların genişləndirilməsi isə artıq kitab tarixi fənninin bilavasitə öz proble-
midir - kitabların yayılması, kitabxanaların yaranması və kitablardan istifadə edilməsi problem-
lərinin paleoqrafik tədqiqatlara bir o qədər də geniş dəxli yoxdur,
*
hərçənd ki,  kitab tarixi
fənninin bu istiqamətdə əldə etdiyi nəticələrdən paleoqrafik araşdırmalarda da praktiki fayda
götürmək mümkündür. 
Eyni zamanda nəzərə almaq lazımdır ki,  kitabın tarixi təkcə onun tərtibatının,  yaranma
texnikasının,  ictimai və mədəni əhəmiyyətinin,  taleyinin tarixi deyil,  həmçinin kitabdakı
mətnlərin tarixidir,  katiblərin və naşirlərin mətnlərə münasibətinin tarixidir,  kitabların müxtəlif
“təshih” üsullarının tarixidir [171,  s.7]  və bu məsələlərin öyrənilməsində də paleoqrafiya kitab
tarixinin mətnşünaslıqla bağlı tədqiqatlar hissəsinə köməkçi vasitə kimi çıxış edir.    
Hər bir əlyazmanın mənşəyi onun müəyyən təxsisatı, məqsədi və vəzifələri ilə sıx bağlıdır. 
Bütün bunlar çox geniş məsələləri əhatə edir. Bununla yanaşı, burada iki əsas məqamı qeyd
etmək lazımdır. Birinci halda əlyazmalar praktikaya birbaşa təcili təsir göstərmək üçün yazılırdı
və özü də həmin praktikanın tərkib hissəsinə, ayrılmaz elementinə çevrilirdi. Bu növ əlyazmala-
ra aşağıdakılar aid edilir:   
1) sərəncam və əmrlər
2) öhdəlik, müqavilə və müamilələrin qeydiyyatı. 
Bunlar “akt” adlanır. Aktla praktiki hərəkət arasında birbaşa münasibətlər vardır: sənəd ya
hansısa bir hərəkətə təhrik edir (əmr),  ya da hansısa bir işi təsbit edirdi (müamilə,  qarşılıqlı
razılaşma). Hər iki halda sənəd ona görə yaranırdı ki, qəbul edilmiş qanun-qaydalara görə bu
sənədsiz hərəkət mümkün deyildi, bu sənədi pozmaq olmazdı. 
Sərəncam və əmrlərin böyük bir hissəsi saraydan verilirdi.  Sarayların yazışması da bu
yazışmaların sənəd kimi tərtib edilməsini şərtləndirirdi. Məsələn, Atabəylər zamanı divanül-əla
iki hissədən ibarət idi: a) maliyyə və xəzinədarlıq, b)  dövlət dəftərxanası. Dövlət dəftərxanası
“divanül-inşa”və “divanüt-tuğra”dan ibarət idi.  Bu dəftərxana həm daxili,  həm də xarici
yazışmaları yerinə yetirirdi.  Onun başçısı epistolyar üslubun ustadı olmalı idi,  çünki dövlət
sənədlərinin tərtibində ədəbi formanın kamilliyinə birinci dərəcəli əhəmiyyət verilirdi.  Dövlət
dəftərxanasının başçısı münşi və ya tuğrayi idi.  Həmin vəzifənin irsi olduğunu və onun
sahiblərinin, eləcə də onların nəsillərinin “ət-Tuğrayi” ləqəbini daşıdıqlarını nəzərə alsaq, onda
Azərbaycan atabəyləri dövlətində ən məsul vəzifələrdə işləmiş təbrizli tuğrayilərin adlarını
misal olaraq çəkmək olar [9, s.179]. 
Burada həmçinin görkəmli şəxsiyyətlərin məktublaşmaları (epistolyar irsi)  öz dövrünün
ayrı-ayrı tarixi hadisələrini və mühitini əks etdirən özünəməxsus (qeyri-rəsmi) sənəd kimi qəbul
edilə bilər.  
Lakin elə əlyazmalar da yazılırdı ki,  onların təxsisatı aktlardan köklü şəkildə fərqlənirdi. 
Söhbət o əlazmalardan gedir ki, onların məzmunu bu və ya digər praktikanın, bu və ya digər
                                                          
* Бу проблемлярин щялли цчцн палеографийа йалныз абидянин щашийя гейдляриндян фактлар веря биляр. Мясялян, М-
205  шифряли  мяжмуянин  1
ª
вяряьиндя  “Рящмятлцк  Молла  Фцзулинин  диваны  алижянаб  палковник  Садыгов 
Гцфранпянащ Мирзя Садыг оьлынын китабханясиня дахил олды. Аллащ она тювфиг версцн вя бцтцн бялалярдян щифз 
етсцн”  йазылмышдыр.  Азярбайжан  ялйазмаларында  сайы-щесабы  щяля  дягигляшдирилмямиш  кцлли  мигдарда  беля 
гейдляря раст эялмяк олур.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə