MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

Burada arxeoloci sfragistika möhürlərin özünü, paleoqrafik sfragistika isə möhürlərin
əlyazmalardakı izlərini öyrənir. Arxeoloci numizmatika sikkələrin materialını, epiqrafika isə
onlardakı yazını öyrənir.   
Paleoqrafiya fənninin həm nəzəri, həm də mühüm praktiki vəzifələri vardır. 
Nəzəri vəzifə yazı sistemi tarixinin araşdırılması ilə bağlıdır. Paleoqrafiyanın nəzəri sahəsi
olan yazı tarixi xalqın mədəniyyət tarixinin bir hissəsidir,  daha geniş götürsək,  dünya yazı və
mədəniyyət tarixinin bir hissəsidir. Paleoqrafiyanın nəzəri sahəsinin böyük rol oynaması onu di-
gər fənlərdən ayırır və ona müstəqillik verir [146, s.7].
Praktiki vəzifə isə orta əsr yazılı mənbələrinin düzgün oxunmasına, onların yazılma tarixi-
nin, müəllifinin və kAtibinin, yazılma yerinin dəqiq müəyyənləşdirilməsinə imkan verən bilik və
vərdişlər məcmusunun aşkarlanmasını nəzərdə tutur. Həm nəzəri, həm də praktiki cəhətlər bir-
biri ilə sıx bağlıdır, lakin tədqiqatçılar paleoqrafiyanın yalnız nəzəri vəzifələrindən çıxış edərək, 
onun müstəqil elm olduğunu qəbul edirlər.  Məsələn,  A.D.Lyublinskaya göstərir ki,  “paleoqra-
fiyanın nəzəri tərəfinin daha böyük rol oynaması onu başqa fənlər sırasından ayırır və ona mü-
əyyən müstəqillik verir” [146, s.7]. 
Praktiki vəzifələrinə görə isə,  paleoqrafiya köməkçi elm hesab olunur,  lakin rus və Qərb
Археолоэийа
Археографийа
Практики археолоэийа
(газынты ишляри)
Щералдика
Нумизматика
Сфраэистика
Палеографийа
Епиграфика
Археолоэийа
Кодиколоэийа
Архившцнаслыг
Дипломатика
Сфраэистика


paleoqrafiyasından fərqli olaraq,  Azərbaycan paleoqrafiyasının praktiki sahələri – yazılı
abidələrin düzgün oxunması,  onların yazılma tarixinin dəqiq müəyyənləşdirilməsi və
lokallaşdırılması prinsiplərinin özü ayrılıqda nəzəri ümumiləşdirməyə ehtiyac hiss edir və
müstəqil problem kimi qarşıda durur. Bunun əsas səbəbi onunla bağlıdır ki, ərəb qrafikalı yazı
bütün Müsəlman Şərqi üçün eyni olsa da,  əslində hər bir regionda və ya ölkədə bu əlifbada
yazılmış yazının milli spesifik xüsusiyyətləri də özünü büruzə verirdi.  Əgər indiyədək ərəb
(islam)  paleoqrafiyasının praktiki məsələləri konkret regionda və ayrı-ayrı ölkələrdə öyrənilsə
idi,  bu Azərbaycan paleoqrafiyasında ümumiləşdirmə problemini də asanlaşdırardı.  Düzdür, 
son onilliklərdə,  məsələn,  Orta Asiya,  İran,  Türkiyə və s.  əlyazmalarının paleoqrafiiyasının
tədqiqinə zəhmət çəkilmişdir. Lakin yazılmış əsərlərin heç birində əlyazmaların regional xüsu-
siyyətləri müəyyənləşdirilməmiş, əksinə, bütövlükdə müsəlman əlyazmalarına aid edilə biləcək
ümumi əlamətlər hər bir regionun milli “xüsusiyyətləri”  adı altında təqdim edilmişdir.  Belə
vəziyyətdə müxtəlif regionlarda yazılmış əlyazmaların arasından Azərbaycan kitablarını seçib
fərqləndirmək,  başqa sözlə,  Azərbaycan paleoqrafiyasının praktiki məsələlərini həll etmək
böyük çətinlik yaradır,  tədqiqatçı ara-sıra “ümumi”  ola biləcək məsələləri istər-istəməz “xüsu-
siyyət” kimi təqdim etməli olur.        
Azərbaycan paleoqrafiyası həm nəzəri,  həm də praktiki cəhətlərinə görə latın və rus-
slavyan paleoqrafiyasına nisbətən daha çox müstəqildir.
Məlumdur ki, paleoqrafiya əsas etibarilə mənbəşünas tarixçilərin, ədəbi mətnşünasların və
dil tarixini tədqiq edən dilçilərin tələbatını ödəməyə xidmət edir.  Dilçi üçün tədqiq edilən
əlyazma özü əsasdır, çünki bir qayda olaraq onu əlyazmanın məzmunu deyil, sözlərin yazılışı
maraqlandırır və bu yazılışı təhlil etməklə dilçi dil faktlarını aşkara çıxarır. Əlyazmalarda onların
yazılmasının dil zamanı və məkanı öz əksini tapmış olur, bəzən isə hətta katiblərin türk sözlə-
rinin yazılış formasını özlərinin dövrünə müvafiq şəkildə dəyişdirərək yeniləşdirmələri fakt kimi
təzahür edir.         
“Əlyazmaların paleoqrafik öyrənilməsinin əsas metodu hər hansı bir əlyazmanın
özünəməxsus xüsusiyyətlərinin müəyyən edilməsidir” [184, s.3]. Paleoqrafiya konkret əlyazma
əsasında aşağıdakı məsələləri öyrənir:
1) yazı materialı və materialın forması, 
2) katibin yazı aləti,
3)  materialın səthində mətnin ümumi görünüşü və yerləşdirilməsi üsulları,  onun
ornamentasiyası, 
4) işarələrin enlilik və uzunluq, onların arasındakı məsafənin və s. modul-tənasübləri,
5)  işarələrin tərkib elementlərini və (üfüqi və ya şaquli,  sağdan sola və ya əksinə) 
istiqamətini müəyyənləşdirən dukt-ardıcıllıq, 
6) götürülmüş mətndə müntəzəm olan xətt, işarələrin tənasübünün qəsdən dəyişdirilməsi, 
fərdi qrafik xüsusiyyətlər, 
7)  işarənin məkan orientasiyası – onun şaquli və ya üfüqi ox ətrafında fırladılması, 
işarələrin meylliliyi, 
8) polimorfizm – eyni işarənin eyni mətn hüdudlarında yazılış variantlılığı, 
9)  mətnin hətta bir regionun müxtəlif abidələrində eyni sözün eyni cür yazılmaması və
orfoqrafik fərqləri ilə bağlı xüsusiyyətləri, 
10) abidənin punktuasiya xüsusiyyətləri
[184, s.30-31].
XX əsr klassik türkologiyasının nümayəndələrindən prof. Bəkir Ç obanzadə abidələrin elmi-
paleoqrafik təsvirini verməyin metodologiyasını belə şərh edirdi: 
“Əski ədəbi dövrləri tədqiq edərkən,  daha doğrusu, əlyazmaları ilə işlərkən bu cəhətlərə


diqqət etməlidir: 
Əlyazmasının haiz olduğu bu nöqtələri qeyd etmədən keçməməlidir: 
1) əlyazma nömrəsi,
2) ünvanı, adı,     
3) format, şəkli (Formatı santimetr və yaxud yazı listi ilə təyin etmək mümkündür), 
4) Material nə üzərinə yazılmış? 
5) kağız – vərəq sayı (İçində yazılmamış kağızlar varsa, bunları da hesaba qatmalıdır), 
6)  əlyazmasının tarixi (Əgər əlyazmasının içində qeyd yoxsa,  mətnlər üzərində təqribi
surətdə bu tarixi meydana çıxarmağa çalışmalıdır), 
7) əlyazmanın hansı xətt (süls, təliq…) ilə yazıldığı, 
8) imlası, bəzi sözlərdəki imla xüsusiyyətləri, 
9) əlyazmanın başlıca bəhsləri (təbii, öz sözlərilə),
10) nəqşləri (Heç bir Şərq əlyazması yoxdur ki, onda bir taqım nəqşlər, zinətlər, miniatürlər
olmasın. Belə əlyazmalarının yalnız ədəbiyyat üçün deyil, eyni zamanda nəfis sənətlər üçün də
çox böyük əhəmiyyəti vardır), 
11)  cild (Bir əsərin cildini tərif etməklə o əsərin harada yazıldığını bilmək çox dəfə qabil
olur), 
12)  Əgər əlyazması təbə götürüləcək isə,  gərək məqalə və əsərdə,  gərəksə əlyazmada
bulunan ismi-xaslardan ayrıca bir cədvəl düzəltməlidir.   
13)  Eyni surətlə əlyazma haqqındakı başqa tədqiqləri və əlyazmanın başqa təblərini də
gözdən keçirmək, hətta tədqiq etmək də lazım gəlir. 
Bundan başqa, əlyazmanın yaxud ədəbi əsərin mətnini tənqid etmək lazımdır. Bilxassə
Şərqdə basılmış əlyazmaları və əsərlər üçün bu tənqid çox faydalıdır. 
Qüruni-vüstada Avropa ölkələrində olduğu kibi,  son zamanlara qədər Şərqdə də birisi
tərəfindən yazılmış əsərin başqası tərəfindən dəyişdiriləməyəcəyi fikri,  əsərin əsliyyətinə
hörmət əqidəsi məlum deyildi.  Bunun üçün ərəb,  fars və türk-tatar şairlərinin əsərlərini
kopyaçılar bildikləri,  istədikləri kibi dəyişdirməkdən çəkinməmişlərdir.  Halbuki əsərin tarixi
qiyməti onun əsliyyətindədir. Ədəbiyyat tarixçisi nə olursa-olsun, həmin bu əsli və birinci mətni
tapmağa çalışmalıdır.  Bu da ancaq mətnin tənqidi gözlə oxunmasından, tədqiqindən” [17,
s.315] sonra mümkün ola bilər.     
Burada yazı materialı və materialın forması,  həmçinin katibin yazı aləti hər bir əlyazma
üçün ayrıca bir problem kimi təzahür etmir - bunlar ümumi məsələlərdir və keçən əsrin 60-cı
illərində Azərbaycan alimi A.Y.Qazıyev tərəfindən müfəssəl şəkildə öyrənilmişdir [bax:  126,
s.13-41]. Konkret götürülmüş əlyazmada yazı materialı və materialın forması, eləcə də katibin
yazı aləti məsələləri ənənəvi olmadıqda ayrıca öyrənilə bilər.   
M.N.Tixomirov və A.V.Muravyov paleoqrafiyanın qarşısında dörd vəzifənin durduğunu
göstərirlər: 
1. Yazılı mənbənin meydana gəlməsinin vaxtının müəyyənləşdirilməsi; 
2. Mənbənin yazılma yerinin müəyyən edilməsi; 
3. Abidənin mötəbərliyinin müəyyən edilməsi;
4. Mətni oxuya bilmək bacarığının təlqini [184, s.3].
Yazılı abidələrin paleoqrafiyasından danışarkən ən əvvəl onların yazıldığı yeri və zamanı, 
kağızın növü və ölçüsünü,  xəttin xüsusiyyətlərini,  vərəqlərin nömrələnmə üsulunu,  kağızda
olan su nişanlarının (filiqranların) növlərini, əlyazmada mövcud ornament və miniatürün əsərin
məzmunu ilə əlaqəsini, mürəkkəb və boyalarını, cildini və s. müəyyənləşdirmək lazımdır.
Müasir elmin qarşısında duran mühüm vəzifələrdən biri də Şərq paleoqrafiyasının tədqiqi


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə