MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

zaman yalnız islami yazıdan istifadə etmək mümkün idi.  Qeyri-ərəblərdən ilk dəfə olaraq, 
iranlılar ərəb qrafikalı fars yazısını tətbiq etdilər.  Bunun üçün ərəb yazısında fars dilinin
ehtiyaclarına uyğun islahat aparılması tələb olunurdu.  İranlılar islam dinini qəbul edəndən
sonra sasanilərin pəhləvi yazısı əvəzinə, kufi xəttini işlətməyə başladılar. Onlar, demək olar ki, 
islamiyyatın ilk əsrinin sonlarından kufi xətti ilə yazı yazmağa keçdilər və bu zaman 28  ərəb
hərfinə özlərinin daha dörd hərfini əlavə etdilər [206, s.120-121]. Beləliklə, “farsdilli xalqlar ara-
sında  birinci  dəfə Xacə Əbulal [p], [ç], [c] səslərini yazmaq üçün
ب  ج  ز
  hərflərinə iki nöqtə
artırdı” [56, s.16-17]. Kazım bəy də göstərirdi ki, əlavə hərflər ərəb əlifbasına farslar tərəfindən
qoşulmuşdur,  belə ki,  onlar ərəblərin yazısını və dinini türklərdən əvvəl qəbul etmişdilər. 
“Təbiidir ki,  axırıncılar artıq fars əlifbasına yalnız özlərinin sağır-nun hərfini əlavə etmişlər” 
[124, §3]. Bununla bərabər, ərəb və fars dillərinə nisbətdə daha çox və zəngin saitlər sisteminə
malik olan türk dili özünün islami əlifbasında həmin saitləri əks etdirə biləcək qədər əlavə
diakritik işarələrin olmamasından əziyyət çəkməli olmuşdur. Bir müddət türk dilinin sait səsləri
ərəb əlifbasına xas sətirüstü və sətiraltı işarələrlə ifadə edilmiş,  ancaq bu,  türklərdə ümumi
hala çevrilməmişdir: bu işarələrə yalnız zəruri hallarda müraciət edilirdi [124, §11].                 
İslam yazılarının Azərbaycanda möhkəmlənməsində iki əsas qüvvə iştirak etmişdir. 
E.K.S.Ləmbton yazır ki, İranda hələ islamın ilkin dövrlərində ərəb məskənləri var idi və bunların
əhalisi artıq köçəri bədəvilikdən uzaqlaşıb,  oturaq həyat tərzinə keçmişdi [157,  s.138].  Belə
faktlar Azərbaycan ərazisində məskunlaşmış ərəb tayfaları üçün də xas idi. Bu mühacirlər və
fütuhat dövrünün sərkərdələri islam dininin bütövlükdə Azərbaycanın şəhər və kəndlərində
intişar tapması və bununla ərəb yazısının Azərbaycan əhalisi tərəfindən mənimsənilməsi üçün
islamın ilk missionerləri rolunda çıxış etmiş,  özləri ilə Qur’ani-Kərimin bütöv mətninin və ya
ayrı-ayrı surələrinin yazıldığı ilk müsəlman kitab mədəniyyəti nümunələrini gətirərək, yerli əhali
arasında yaymışlar.   
Sonralar Azərbaycanın öz yerli müsəlmanları islam dininin və islami yazının geniş yayılıb
bərqərar olmasında ikinci (əsas,  ən böyük,  ən davamlı)  qüvvə kimi çıxış etmişlər.  Xüsusən
müəyyən vaxtdan sonra vahid dinin bayrağı altında bir-birinə qovuşub bütövləşən Azərbaycan
xalqı,  bir tərəfdən,  özünün tamamilə yeni tipli mədəniyyətini formalaşdırmış,  ikinci tərəfdən, 
ümumislam sivilizasiya meqa-məkanı üçün saysız-hesabsız mədəniyyət abidələri, o cümlədən
zinətli əlyazma kitabı inciləri yaratmışdır. 
İslam dövrü Azərbaycan yazısının öyrənilməsi mərhələlərlə aparıla bilər. 
Burada həmçinin yazının hansı material üzərində yazılmasını da nəzərə almaq lazımdır. 
Məsələn,  Beyləqanda Örənqala yaxınlığında Peyğəmbər qəbristanlığındakı türbədə daş
üzərində h.308 (m.920/21)-ci ildə həkk olunmuş kufi yazısı [23, s.36] Azərbaycanda ilk ərəbdilli
(ümumiyyətlə ilk müsəlman) yazı nümunəsi kimi tanınır. 
Doktor M.Nemətova göstərir ki, Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar, Səfəvi Azərbaycan
feodal dövlətləri dövrünə aid 2000-dən çox kitabə qeydə alınmışdır və gələcək axtarışlr yeni-
yeni kitabələrin üzə çıxarılması ilə müşayiət olunacaqdır [60, s.10]. 
Abşeronun XI-XIV əsr epiqrafik məscid,  mavzoley və qəbirüstü yazıları barədə danışan
məşhur Bakı tarixçisi S.B.Aşurbəyli yazır ki, “bunların böyük bir hissəsi ərəbcədir, yalnız bəzi
adidələr,  məsələn,  Bayıl buxtasında su altında qalmış tikililərin divarlarındakı yazılar və XIII-
XIV əsrlərə aid Olcaytu fərmanı fars dilindədir. Beləliklə, rəsmi dövlət dili olan ərəb dili ilə ya-
naşı,  X-XIII əsrlərdə Abşeronda fars dili də işlənmişdir…  Ancaq Bakı əhalisinin danışıq dili
Azərbaycan dili idi” [86, s.175]. 
Təbiidir ki,  ümumiyyətlə Azərbaycan yazısı haqqında bu cür    qənaətə    gəlmək mümkün
olmur. Yazı tarixinin tədqiqi üçün təkcə epiqrafik deyil, bütün yazılı abidələr obyekt seçilməlidir.


Məlum olduğu kimi, “rəvvadilər xanədanının hökmranlıq etdiyi dövrdə, hətta I Toğrul bəyin
(1038-1063)  Azərbaycana yürüşünə qədər Təbriz Azərbaycanın paytaxtı idi”  [62,  s.43].  Orta
əsrlərdə Bakı Azərbaycanın əyalət qalalarından biri idi və buna görə də Azərbaycanda yazının
həmin dövrünü araşdırdıqda əsas diqqəti Bakı deyil,  daha çox Təbriz ətrafında cəmləmək
lazım gəlir. XI əsr Təbrizinin paytaxt olduğu Azərbaycanın yazı tarixi haqqında qətiyyətlə deyə
bilərik ki, həmin dövrdə artıq vətənimizdə türk-müsəlman yazısı işlənirdi. Ç ünki tarixi məqamda
üstünlük qazanmış türk elementinin həmin əsrlərdə öz ana dilində yazı yazmadığını təsəvvür
etmək mümkün deyil. Heç olmasa, “Kitabi-Dədə Qorqud”un yazıya köçürülmə tarixi haqqında
ehtimalları və irəli sürülən fikirləri nəzərə almaq olar [bax:  15,  s.8-9].  Sadəcə olaraq,  həmin
əsrlərdə anadilli yazımız hələ həyatın hər sahəsinə nüfuz edib kütləviləşməmişdi. Jəmi iki əsr
sonra isə “1265-ci ildə Təbrizin qərbdə Misir,  şərqdə Amu-Dəryaya qədər uzanan Hülakülər
dövlətinin paytaxtı elan edilməsi şəhərin həyatında əsaslı dönüş nöqtəsi oldu”  [62,  s.54]  və
bütövlükdə Azərbaycanda türk elementinin ədəbilik önə çıxmasına imkan yaratdı.  Məhz XIII
əsrdə ilk anadilli yazılı ədəbiyyatımızın meydana gəlməsi Azərbaycanda türkdilli yazı
mədəniyyətini tarixən “rəsmiləşdirmiş” oldu. 
Beləliklə müsəlman dövrü yazı mədəniyyətindən danışarkən epiqrafik,  arxeoqrafik və
kodikoloci mənbələr öyrənilir.  Bütövlükdə bu mənbələr üç dildə yazıldığı üçün Azərbaycan
paleoqrafiyası üç bölməyə ayrılır: 
Azərbaycan ərəb paleoqrafiyası, 
Azərbaycan fars paleoqrafiyası, 
Azərbaycan türk paleoqrafiyası. 
Bu baxımdan dünyada Azərbaycan (və digər türk xalqlarının) paleoqrafiyası qədər zəngin
və mürəkkəb paleoqrafiya yoxdur və bu Azərbaycan paleoqrafiyası məsələlərinin tədqiqini ol-
duqca çətinləşdirir.
Azərbaycan ərəb paleoqrafiyası ərəbdilli Azərbaycan əlyazmalarını öyrənir.
Azərbaycan fars paleoqrafiyası farsdilli Azərbaycan əlyazmalarını öyrənir.
Azərbaycan türk paleoqrafiyası anadilli Azərbaycan əlyazmalarını və Azərbaycan yazı
tarixini (tarixi orfoqrafiyasını) öyrənir. 
Əlyazma əllə yazı yazmağın məhsulu kimi
                               
Yazının meydana gəlməsi ilə mətnlərin hər hansı bir material üzərinə həkk edilməsi eyni
vaxta düşmüşdür.  Məhz nitqin yazılı formasına olan tələb əlifbanın aktuallaşmasını
şərtləndirmişdir.  Müəyyən material üzərində yazılmış yazı isə kitabın yaranma tarixinin baş-
lanğıcını qoymuşdur.  
İlk yazının meydana gəldiyi ibtidai dövrdə insanlar öz primitiv mətnlərini daşınmaz
materiallar üzərində (mağaralarda, qayalarda, iri daşlar üzərində) yazırdılar (piktoqrafik yazını
çəkirdilər).  Belə materialdan istifadə edilməsi yazının inkişaf etdiyi sonrakı dövrlərdə də
təzahür etmişdir.  Dövrümüzə gəlib çatmış külli miqdarda kitabələr,  qəbirüstü abidələr və
müxtəlif məmulatlar üzərində həkk olunmuş yazılar buna misal ola bilər.  Ancaq bunların heç
biri əslində sözün əsl mənasında əlyazma sayılmır və hər biri həkkaklıq nümunəsidir. 
“Əlyazma”  anlayışı hansısa bərk material üzərində oyma,  yonma,  cızma yolu ilə həyata
keçirilən “həkkaklıq” işi anlayışı ilə eyniləşdirilə bilməz. Həm əlyazma, həm də həkkaklıq “yazı” 
anlayışı ilə birbaşa bağlıdır, lakin əlyazma əllə yazma, həkkaklıq isə əllə həkk etmə işinin məh-
suludur.
Həkkaklıq sənəti sinkretik səciyyə daşımaqla həm xəttatlığın, həm də nəqqaşlığın başlıca


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə