MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

özünü daha çox büruzə verir ki,  bu da məhz nəfis kitab işinə formal ziyan vururdu.  Bu cür
kitabların vərəqlərinin sayı əvvəlcədən təxmini hesablandığı üçün katib işindən sonra boş
səhifə və vərəqlər (lakunlar) qalır, katib məcbur olaraq belə boşluqları hansısa ayrı bir mətnlə
doldurmalı olur, yaxud kitab sifarişçisinin istəyinə görə boş buraxırdı. Maraqlıdır ki, bu cür la-
kunlar kitabların təkcə sonunda deyil, içəri vərəqlərində də rast gəlir. Görünür, bunun səbəbləri
olmuşdur. Ola bilsin ki, kitab sifarişçinin tələbinə əsasən (imkanına görə) xüsusi olaraq qəsdən
artıq vərəqlərlə təmin edilirdi;  məsələn,  sifarişçi sonralar həmin vərəqlərdə başqa bir mətn
(eyni müəllifin başqa əsərini,  başqa müəllifin eyniadlı və ya başqa əsərini,  özü və ya ailə
üzvləri ilə bağlı şəhadətnamə məlumatlarını, tarixi faktları və s. - bir sözlə, sonralar əlavə edil-
miş başqa mətni və ya mətnləri)  yaz(dır)maq istəyində ola bilərdi.  Bu zaman isə sonralar
yazılmış mətn əvvəlkindən köklü şəkildə fərqləndikdə iki mətn arasında bir və ya bir neçə
vərəq boş buraxılır,  bununla lakun kitabın ortasına düşürdü.  Əlbəttə,  başqa variantlar da
mümkündür (məsələn, iki mətn arasında sadəcə texniki boşluq verilə bilərdi və s.), ancaq hər
halda bununla artıq vərəq(lər) kitabın bədii-texniki tərtibatının nəfisliyinə zədə vurmuş olurdu. 
Əvvəlcədən eyni vaxtda,  mətnləri bir-birinin ardınca yazılıb sonra cildlənmiş kitablarda
lakun qüsuruna,  demək olar ki, təsadüf olunmur. Deməli, lakunlu əlyazmalar əsasən əvvəlcə
cildlənib sonra yazılan kitablardır.  Ancaq bu heç də o demək deyildir ki,  bütün nəfis kitablar
yalnız əvvəl yazılıb sonra cildlənmişdir və ya əvvəlcədən cildlənmiş kitabların hamısında bədii-
texniki qüsurlar hökmən öz yerini tapırdı. Əksinə, əvvəldən cildlənib sonradan yazılmış əlyaz-
malar içərisində nəfis kitablar heç də az deyildir. Sadəcə olaraq, əvvəlcədən tərtib edilmiş və-
rəqlərin sonradan cildləndiyi variantlarda həmin qüsurların kitabın bədii-texniki məziyyətlərinə
nüfuz edəcəyini təsəvvür etmək çətindir.  Nəticəyə məsul kitabdarın məhsulun tərtibatına
biganə yanaşması mümkün deyildi. Belə nəzarətə xüsusən saray emalatxanalarında və başqa
peşəkarlar mühitində ciddi əməl olunurdu. Sifarişçinin tələb etmədiyi halda kitabda (istər onun
içərisində, istərsə də sonunda) lakunlar buraxılmasına yalnız məhəlli əhəmiyyətli kiçik emalat-
xanalarda, fərdi fəaliyyət göstərən katiblər tərəfindən, tərtibat işində səriştəsi aşağı olan və ya
ümumiyyətlə müvafiq nəzarətin olmadığı həvəskarlar mühitində yol verilə bilərdi.   
Müştərinin sifarişi ilə deyil, sonradan satmaq üçün hazırlanan kitablarda lakun buraxılmırdı.    
2. Kitab nəfis və ya normal xətlə, normal kalliqrafik xətlərdən biri ilə yazılır, mətndə kobud, 
xüsusən çoxsaylı pozuntulara, ləkələrə, silinmələrə və düzəlişlərə yol verilmirdi. 
Kitabın yazılışında müxtəlif xətlərdən istifadə edilməsi çox vaxt onun mətninin ayrı-ayrı
hissələrinin (daha çox içərisindəki ayrı-ayrı əsərlərin) eyni bir dövrdə eyni katib tərəfindən deyil, 
müxtəlif dövrlərdə müxtəlif şəxslər tərəfindən köçürüldüyünü göstərir. Eyni zamanda bu göstə-
ricilər kitabın əvvəlcə cildləndiyini, sonra yazıldığını və ya müxtəlif parçaların müxtəlif vaxtlarda
yazılıb, sonra (təkrar) bir cildə tutulduğunu sübut edir. 
Kitabı yazan (o cümlədən sifarişi icra edən) katib bir qayda olaraq sifarişi səliqə ilə yerinə
yetirir, mətndə texniki baxımdan kobud qüsurlara, sonradan düzəltməyə məcbur olacağı yazı
nöqsanlarına yol verməməyə çalışır,  yüksək istedada malik peşəkar xəttat isə ümumiyyətlə
buna yol vermirdi.
Sonradan mətn üzərində aparılmış mətnşünaslıq və təhşiyə işinin isə kitabın əsas mətninin
hazırlanması işinə dəxli yoxdur.  Bu cür elmi işlərin həyata keçirilməsi təbii olub,  əsəri
zənginləşdirməyə və elmin inkişafına xidmət edirdi.  Təsadüfi deyil ki,  bir çox elmi və ədəbi-
bədii əsərlərin əlyazmaları bu cür haşiyələrlə təchiz ediləndən sonra yeni variantda məhz
həmin haşiyə yazıları ilə birlikdə köçürülərək yayılmış, belə kitabların məşhurlaşması isə ayrıca
bir haşiyə elminin yaranmasına gətirib çıxarmışdır.  Səliqəsiz xətlə,  necəgəldi pozuntu və
ləkələrlə yazılmış vərəqlərin bir cildə salınması hələ kitab (mədəniyyəti) demək deyildi. 


3. Kitabda başqalarını, dəftərlərdən fərqli olaraq, daha çox insanlar kollektivini, hətta başqa
dillərdə danışan insanları da maraqlandıran mətn(lər)  yazılırdı.  Bu mənada “kitab”  anlayışı
“bəyaz”dan da fərqlənir,  “cüng”ü isə əhatə edir:  cünglərdə yazılmış toplu ictimai əhəmiyyətli
olduğu halda, bəyaz mətni, dəftər kimi, fərdin özü üçün maraqlı idi. Hərçənd ki, bu anlayışların
fərqləndirilməsi sahəsində də mübahisəli fikirlər qalmaqdadır.  
Burada “cüng” və “bəyaz” üzərində dayanmaq lazım gəlir.  
Gənc tədqiqatçı S.Jabbarlı göstərir ki,  Orta Asiyada əlyazma topluları üçün “bəyaz”  adı
geniş yayıldığı halda,  İran,  Türkiyə və Azərbaycanda bu yazılı abidələr “cüng”  və “məcmuə” 
adları ilə daha çox tanınır [12,  s.7].  Ancaq bir məsələni nəzərə almaq lazımdır ki, 
Azərbaycanda bu anlayışların hər ikisi işlədilmişdir.   
Y.V.Ç əmənzəminli    “Qan    içində”  romanında yazırdı:  “O zamanın təhsili də elə bundan
ibarət idi:  çərəkdən sonra ərəbcə Qur’an oxuyurdular,  sonra fars klassikləri keçilirdi.  Ana dili
məktəblərdə keçilmirdisə də,  Yaxın Şərqdə beynəlxalq bir danışıq dili olduğu üçün bunu hər
kəs bilərdi.  Bu dil zəngin xalq ədəbiyyatı,  hazırcavab məsəlləri,  atalar sözləri,  füsunkar
nağılları,  yaxıcı mahnıları və şeirlərilə rəsmi dairələrin farscasına üstün gələrdi.  Savadlı
gənclərin bəyazı olardı,  bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər,  əz-
bərlənərdi”.
Hüseyn  İbrahimov  “Əsrin  onda  biri”  romanında  Dəbirin  dilindən yazır: “Boş vaxtlarımda
sarayda görüb şahidi olduğum hadisələri,  orda burda eşitdiyim xəbərləri,  sənətinə həmişə
pərəstiş etdiyim Əcəmi ibn Əbu Bəkirin ara-sıra nəql etdiklərini səliqəylə qələmə alıb,  bəyaz
(kursiv bizimdir – A.M.)  Səmərqənd kağızından düzəltdiyim dəftərlərimə köçürməyə də vaxt
tapmışam”. 
Görünür, burada Orta Asiya bəyazının təsiri haqqında danışmaq olar.   
Digər tərəfdən, cüngü forma və məzmununa görə də fərqləndirməyə çalışırlar.  
O.F.Akimuşkin qeyd edir ki,  bəyaz,  cüng və ya səfinə adlanan məcmuələr XIV əsrin
ortalarından İranda yaranmışdır və bunlar öz forma və ölçülərinə görə bir-birindən fərqlənirdi
[78, s.385].
*
Türk alimi A.Talat Onay cüngü aşağıdakı kimi fərqləndirir:
Jönk.  Əskidən şeir yazdıqları tulani məcmuə.  Əskilər bunları qollarının yenleri içində
taşırlarmış. Əski gəmi mənasına olan conk və ya cöngdür. Ərəbcəsi səfinədir… [197, s.95].  
Həmçinin başqa bir yerdə:  
Səfinə – ərəbcə gəmi deməkdir, farscası keçti, türkcəsi cüngdür. Ədəbiyyatımızda səfinə -
cüng sözləri şeir məcmuəsi,  not dəftəri…  səfinə adlı şüəra təzkirələri,  elm kitabları çoxdur… 
Jüng 25  sm qədər uzunluqda,  15  sm endə tülani kəsilib tikilmiş kağızlardan yaranmış dəftər
deməkdir. Bunlara şeirlər əqsam və ənvaya görə ayrı-ayrı yazılırdı. Ümumi qənaətə görə, hər
kəsin ədəbi zövqünün miqyası bu cünglərdi… Ruhidə və Səbri Şakirdə səfinə “məcmuə”, Na-
zimdə “dəftər”, Şeyx Qalibdə “şeir məcmuəsi” mənalarında işlənmişdir [197, s.365].        
Abdussalam Axundzadə Tiflisdə Kəşkül mətbəəsində buraxdığı 11  vərəqlik hüsnxətt
dəftərinin ön sözündə bu dəftəri 12x22 sm-lik ölçüsünə görə “bəyaz” adlandırmışdır [bax: 5]. 
Göründüyü kimi,  ayrı-ayrı müəlliflər həm bəyazı,  həm də cüngü ölçüsünə görə
fərqləndirməyə çalışırlar.  Halbuki Azərbaycan əlyazmaları içərisində cüng adı ilə təqdim
edilmiş materialların nəzərdən keçirilməsi burada formadan daha çox məzmuna diqqət
yetirildiyini göstərir. 
Hər şeydən qabaq bunu qeyd etməliyik ki, forma, yəni əlyazmanın tülani (uzunsov) şəkildə
                                                          
Щалбуки мцяллиф юз ясяринин башга бир йериндя жцнэ, бяйаз вя йа мяжмуя адландырылан поетик ялйазмаларын 
бир-бириндян щям дя мязмун вя тяхсисатына эюря фяргляндийини эюстярир [78, с.402].
  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə