MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

allahlara deyil, təbiət qüvvələrinə sitayiş edirdilər. Bu hələ dinöncəsi idi. Həqiqi mənada din və
ilkin dövlətçilik quldarlıq dövründə təşəkkül tapmışdı və müasir mənada ilk mətnlər də məhz
tarixin bu dövründə yaranmışdı.  Məhz kahinlər və ibtidai dövlət institutları mühiti mətnlərin
yaranmasına ehtiyac hiss etmiş, daha sonra ilk əvvəl elə həmin mühitin artıq bu dəfə yazıya
ehtiyacı ortaya çıxmışdır.  Maraqlıdır ki,  bir tərəfdən,  din yazının inkişafında və geniş kütlələr
arasında yayılmasında mühüm rol oynamış amillərdən biri olduğu halda, digər tərəfdən, dinin
inkişafı, təkallahlılığın meydana gəlməsi çoxallahlılıq kimi səciyyələndirilən cahiliyyə dövründə
yaradılmış yazılı mətnlərin məhv edilməsinə və sıradan çıxarılmasına böyük təsir göstərmişdir. 
Məsələn, məlumdur ki,  “antik yazıçıların əsərlərinin böyük bir hissəsi bizim zəmanədən hələ
çox-çox əvvəllər itmişdir. Hazırda məlum olan yunan və Roma müəlliflərinin əsərləri bir qayda
olaraq orta əsrlərdə qədim mətnlərdən həmin epoxanın yeganə təhsilli adamları olan rahiblər
tərəfindən köçürülmüş əlyazmalar şəklində qalmışdır. Aydındır ki, rahiblər heç də onların döv-
rünə gəlib çıxmış bütün mətnləri köçürməmişlər. Bu səbəbdən də eramızın ilk əsrlərinə məx-
sus xristianlığı mühakimə edən geniş ədəbiyyat demək olar ki, tamamilə itmişdir. Nəticədə xris-
tian dünyagörüşünə uyğun gəlməyən bir çox tarixi məlumatların izi yoxa çıxmışdır” [95, s.82]. 
Həmin ümumbəşəri proses sonralar müsəlman etiqadının yayıldığı bütün ərazilərdə, o cümlə-
dən Azərbaycanda da müşahidə edilmişdir. 
Eyni zamanda tarixi hadisələrin də ayrı-ayrı yazı nümunələrinin və qədim mətnlərin məhv
edilməsində böyük rol oynadığı məlumdur. Y.V.Rocdestvenski yazır: “Bəzən mətnlər tamamilə
itir və ya müxtəlif səbəblərdən sıradan çıxır, lakin bəşəriyyət daim onları bərpa etməyə cəhd
göstərir. Məsələn, monqol təsiri sayəsində izləri itmiş Tanqut çarlığı uzun müddət bir tapmaca
olmuş, P.K.Kozlovun tapdığı mətndəki tanqut heroqliflərinin şifrəsinin N.A.Nevski tərəfindən
açılması ilə məsələ bəlli olmuşdur.  C.-F.Şampolyon Misir yazısının şifrələrini açmaqla bəşə-
riyyət tarixini bir çox əsrlər qədimləşdirməsi ilə şöhrətlənmişdir” [172, s.25]. 
VI əsrdə Albaniya ölkəsi xəzərlər tərəfindən tutulmuş,  kilsələr və müqəddəs kitablar
yandırılmışdı. Sonralar erməni ruhanilər Şimali Azərbaycandakı Arran kilsəsinin nüfuzunu yerli
əhali arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidə-
lərini dağıdıb,  alban mədəniyyətini heç olmazsa,  azacıq xatırlada biləcək hər şeyi məhv
etmişlər.  Bütün bu işlər əvvəl xilafətin köməyi ilə,  sonralarsa digər istilaçıların icazəsi və
köməyi ilə görülmüşdür.  Abidələri məhv edəndə ermənilər əvvəlcə onların ən qiymətlilərini
qrabara çevirib təhrif edir, bundan sonra oricinalı aradan çıxarırdılar [10, s.43, 95-96]. 
Tarixdə ilk mətn yazanlar kahinlər və rahiblər sayılırlar.  Bu ilk katiblər yazını uzun tarixi
dövr ərzində inhisarda saxlamış və onun geniş yayılmasının qarşısını almışlar.  Nəticədə, 
məsələn,  dünya sivilizasiyasının beşiyi olan “qədim Şərqdə insanların mütləq əksəriyyəti
savadsız idi. Hətta çarlar da nadir hallarda oxuyub yazmağı bacarırdılar”, bunu belə bir fakt da
sübut edir ki, “qədim babil məktubları “bunu filankəsə de” formulu ilə başlanır” [108, s.135-136]. 
V.O.Klyuçevski etiraf edirdi ki, hətta yeni erada yaranmış qədim rus yazılı mətnləri də öz məz-
mununa görə,  demək olar ki,  başdan-ayağa ruhani,  kilsə yazılarıdır.  Qədim Rusiyada yazı
işinin vəziyyətinə görə xristian yazıları yalnız cəmiyyətin yüksək siniflərinin fikir və duyğu-
larından qidalanır və rəiyyətə zəif təsir göstərir,  ondan heç nə almır, ondan izalə olmuş forma-
da hazırlanırdı [134,  s.549].  Kiyev dövlətinin ilk salnaməçiləri kahinlər təbəqəsinin nüma-
yəndələri olan bütpərəst ovsunçular idilər [174, s.50]. 
İbtidai dövrlərdə insanlar yazının meydana gəlməsini allahların adı ilə bağlayırdılar. 
Şumerlər məhsuldarlıq ilahəsi Nisabanın katibləri himayə etdiyinə inanır [108,  s.7],  qədim
yunanlar yazı sahibinin ilahə Tot və İsida,  babillilər Mardukun oğlu tanrı Nabu olduğunu və
yazının Hermes və başqa “allahlar” tərəfindən yaradıldığını təsəvvür edirdilər [120, s.6]. Uzun


dövrlər ərzində yazının yalnız kahinlərin və din xadimlərinin fəaliyyətinə aid olmasının,  geniş
kütlələrdən gizlədilməsinin və buna görə də eradan əvvəl və eranın əvvəllərində onun geniş
yayılmamasının və müasir dövrə arzu ediləndən az sayda qədim yazı nümunələrinin gəlib çat-
masının bir səbəbini də bu cür münasibətlərdə axtarmaq lazımdır. 
Ən qədim yazı sistemləri bir-birindən asılı olmadan,  bir-birindən xəbərsiz Asiyada
(Mesopotamiya və Ç ində), Misirdə, Şimali və Jənubi Amerikada meydana gəlsə də [bax: 133,
s.135], ümumiyyətlə yazının vətəni konkret olaraq Qədim Misir və Mesopotamiya sayılır.  Mixi
yazınıni müəllifi isə şumerlərdir. Düzdür, son zamanlar onların da mixi yazını mesopotamiyalı
sələflərindən götürdükləri haqqında danışılır,  ancaq məhz şumerlər bu yazını inkişaf etdirib, 
sivilizasiyaya çıxarmışlar [108, s.30]. 
J.Kloson  göstərir ki, yazı sistemi bütün xalq tərəfindən deyil, onun başçıları və ya kahinlər
zümrəsi tərəfindən yaradılırdı.  Ç ünki ilk növbədə məhz onların vacib informasiyanı uzaq
məsafələrə ötürmək ehtiyacı var idi. Ancaq elə ki, bir regionda müəyyən bir yazı sistemi yara-
dıldı, həmin regionda yaşayan başqa xalqların da öz xüsusi yazı sistemini yaratmasına ehtiyac
qalmırdı. Onlar özlərinin yazı məsələsində daha qabağa getmiş qonşusunun yazısını götürüb, 
ondan öz ehtiyaclarını təmin etmək üçün istifadə edirdilər [133,  s.135].  Şumerlərdən sonra
akkadlardan qonşuları bəhrələnmiş və özlərinin yazı mədəniyyətlərində akkad mixi yazısını
işlətmişlər. Beləliklə, e.ə. 1500-cü ildə artıq bütün Ön Asiya bu mixi yazıdan istifadə edirdi [108, 
s.32].
Ümumiyyətlə qədim dünyada eyni regionda bir deyil,  bir sıra yazı formalarından və
növlərindən istifadə edildiyi məlumdur.  Bu müxtəlif səbəblərlə izah olunur.  Birinci halda, 
regionda yaşayan xalqın öz dilinə müvafiq yazı axtarışları əsas gətirilir. İkinci halda regionda
məskunlaşmış tayfaların çoxluğu və onlardan hər birinin öz dilinin, dininin və yazısının olması
səbəb kimi göstərilir. Üçüncü halda qonşu xalqların və tayfaların təsiri üzərində dayanılır. Dör-
düncü hal regiona gəlib çıxmış işğalçıların özləri ilə yeni dil, din və yazı gətirmələri ilə səciyyə-
ləndirilir.  Nəhayət,  beşinci halda regionun daha böyük ərazilərdə yaşayanların komunikasiya
əlaqələrinin kəsiyində yerləşməsi əsas səbəb kimi izah edilir.  Bütün bu hallar konkret bir
ölkənin ərazisində müxtəlif dillərirn, dinlərin və yazıların mövcud olmasına yol açmışdır. Buna
görə də qədim dünyanın, orta əsrlər dünyasının bəsitliyi, həmin epoxalarda yaşayan bəşəriy-
yətin nailiyyətlərinin sadəliyi haqqında yanlış təsəvvürlərdən əl çəkmək vacibdir.  Olsa-olsa, 
dövrümüzlə müqayisədə yalnız həmin epoxalarda həyatın tempinin aşağı olduğu haqqında, 
komunikasiya vasitələrinin ibtidailiyi haqqında danışmaq olar.      
Məşhur rus dilçisi V.A.Zvegintsevin sözlərini [bax: 119] genişləndirərək deyə bilərik ki, dilin
və yazının tarixi xalqın özünün tarixi ilə üzvi şəkildə bağlıdır.  Buna görə də hər hansı bir
ərazidə mövcud olmuş yazının tarixini araşdırmaqdan ötrü ilk öncə həmin ərazidə məskunlaş-
mış xalqın tarixinə diqqət vermək lazım gəlir. 
V.V.Bartold yazırdı: “Hər hansı bir ölkənin tarixinin əsas məzmunu həmin ölkənin dünyanın
mədəni ünsiyyətində iştirakı ilə əlaqədardır.  Bu halda xalqın etnoqrafik mənşəyi və hətta
təbiətinin zənginliyi ikinci dərəcəli əhəmiyyət daşıyır, bu məsələdə əsasən ölkənin coğrafi yeri, 
onun ticarət yollarının üstündə yerləşməsi birinci dərəcəli əhəmiyyət kəsb edir”  [90,  s.5]. 
Məsələn, müasir Qırğızıstan ərazisində latın, Ç in, soqdi, sanskrit və Tibet, qədim türk runik və
uyğur, Suriya və ərəb əlifbalarında yazılmış çoxsaylı epiqrafika və numizmatika materialları ta-
pılmışdır.  Ancaq bu heç də arxeoloqlar tərəfindən aşkar edilmiş doqquz yazı sisteminin
hamısının gündəlik həyatda işlədildiyini göstərmir. Ç ox vaxt bu əlifba və dil rəngarəngliyi İpək
Yolundan keçən ticarət karvanı xətləri ilə əlaqələndirilir,  bu yollardan hansı millətlərdən olan
tacirlərin keçdiyini nümayiş etdirir.  Göstərilən yazı sistemlərindən yalnız bir neçəsinin qırğız


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə