MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

türklərinin orta əsr mədəniyyətinin inkişafına təsir etdiyini qət etmək mümkündür [154,  s.146-
147]. 
Azərbaycan ərazisində də yazının ən müxtəlif növlərinin işləndiyi məlumdur.  Qədim
Azərbaycanda yazı mədəniyyəti nümunələrinin forma və növ zənginliyi həm burada
məskunlaşmış tayfaların çoxluğu,  onlardan hər birinin öz dilinin,  dininin və yazısının olması, 
həm də qonşuların və işğalçıların təsiri ilə izah edilə bilər. Məsələn, Jənubi Azərbaycanda (biri
Qərbi, ikincisi Şərqi Azərbaycanda olmaqla) iki Urartu yaşayış məntəqəsində qayaüstü Urartu
yazıları vardır [114, s.69]. Lakin “xald xalqı – Urartu, əlbəttə ki, Qafqazın aborigeni deyildi, hər
halda Azərbaycan aborigeni deyildi.  Onlar o dövrdə siyasi hökmranlıqlarının mərkəzindən
şimala doğru sülh məqsədi ilə qalxmırdılar.  Onlar buraya əllərində silah…  ölkənin xəritəsi və
e.ə. VIII-VII əsrlərdə Zaqafqaziya ölkələrinin və şəhərlərinin xəritəsi olduğu halda gəlib çıxmış-
dılar… Xaldlar bu şəhərlərin və ölkələrin əsasını qoymamışdılar, onlarla vuruşurdular… Burada
saraylar, məbədlər, çoxsaylı yaşayış məntəqələri, çoxsaylı əhali var idi” [151, s.6]. 
Böyükdaş dağının qayalarından birində burada qədim Roma qoşunlarının olmasını sübut
edən I əsrə aid latın yazısı vardır [bax: 163, s.9-11].  
“Azərbaycan ərazisində insanlar…  vəhşət dövrünün son pilləsində və ya barbarlıq
dövrünün ilk pilləsində olduqları zaman əşya yazısından və eləcə də şəkil yazısından istifadə
etmişlər. Bu ilk yazıları, şübhə yox ki, onlar başqalarından əxz etməmişlər, özləri yaratmışlar” 
[20, s.14]. Bu piktoqram yazının bir sıra nümunələri dövrümüzə qədər gəlib çatmışdır. “Təkcə
Qobustanda 720 qaya üzərində 4 mindən artıq təsvir vardır və bu təsvirlərin çoxu piktoqrafiya-
dır. Bundan əlavə, Qazaxda və Gədəbəydə də piktoqramlar tapılmışdır” [50, s.475]. Qobustan
qaya rəsmlərinin tarixi 3-4 min il bundan əvvələ gedib çıxır [bax: 163, s.9-11]. 
Naxçıvanda uçuq evin divarı içindən çıxarılmış perqamen yazı qalıqlarının mənşəyi hələ
də dəqiqləşdirilməmişdir.
*
Suriya əlyazma kitabı,  perqamen üzərində yəhudi yazısı,  Zəncan
yaxılığında Sainqalada tapılmış əhəmənilərdən sonrakı dövrə aid edilən arami yazısı, görkəmli
alimimiz Afat Qurbanovun təqdim etdiyi Jücəkənd yazıları və bir çox başqa nümunələr də
Azərbaycan ərazisində tarixən yazının ən rəngarəng nümunələrinin yayıldığını sübut edir.             
“Azərbaycan”  coğrafi adı eranın VII  əsrindən məlumdur.  V.S.Kuznetsov göstərir ki,  632-
652-ci illərdə Şahənşah Yezdəgirdin qoşununda xidmət etmək üçün ilk növbədə isfahanlıları, 
sonra isə Mah, Rey, Sistan və Adərbaycan əhalisini çağırırdılar [139, s.175]. Şübhəsiz ki, coğ-
rafi termin kimi nəzərdə tutduqda Azərbaycan çox geniş bir ərazini əhatə edirdi.  Manna, 
Midiya,  Atropaten və Albaniya müasir “Azərbaycan”  anlamında ərazilərdə mövcud olmuş
qədim dövlətlərdir. Buna görə də Azərbaycan mədəniyyətinin kökləri dedikdə, yalnız türk etno-
sunu irəli çəkib,  Manna,  Midiya,  Atropaten və Albaniya mədəniyyətlərindən imtina etmək
olmaz.  Sadəcə olaraq,  etiraf etmək lazımdır ki,  biz həmişə əsas etibarilə bu mədəniyyətlərin
türk qolu və ya ölkədə türk-müsəlman elementi yüksələndən sonrakı mədəniyyət nümunələri
ilə maraqlanmışıq.  Halbuki dünya elmi qədim Azərbaycan ərazisində mövcud olmuş mə-
dəniyyətlərlə daha yaxşı tanışdır və şimali azərbaycanlıların özünün daha qədim avtoxton
mədəniyyət tarixindən uzaq düşməsindən istifadə edərək,  həmin mədəniyyət abidələrini
azərbaycanlılardan başqa,  hamının adı ilə bağlayırlar.  Qədim Misir (Yegipet)  mədəniyyəti ilə
müasir Misirin ərəb-müsəlman mədəniyyəti arasında böyük uçurum olsa da,  Qahirədə olmuş
hər bir kəs müasir Misir ərəblərinin qədim ehramları,  İsgəndəriyyə kitabxanası papiruslarını, 
fironlar mədəniyyətini necə də özününkü hesab etdiklərinin şahidi olur. Ayrı cür ola da bilməz. 
Bu hala bütün dünyada rast gəlirik.
Bu məsələ yazı mədəniyyəti nümunələrində də özünü göstərir.
                                                          
* Бу йазынын айры-айры вярягляри Ялйазмалар Институтунда сахланылыр.  


Azərbaycan tarixinin ən görkəmli tədqiqatçılarından biri,  Azərbaycan dövlətçiliyinin
köklərini eradan qabaqkı minilliklə əlaqələndirən məşhur tarixçi İ.M.Dyakonov göstərir ki, 
Qədim Manna dövlətinin ərazisi gələcək Atropaten Midiyası və müasir İran Azərbaycanının
ərazisi ilə üst-üstə düşür [115,  s.173].  Şimali və şimal-qərbi Midiya elə İran Azərbaycanıdır
[115, s.16], Persida, Parsua və Parfiya Midiyanın kənarlarında idi və Midiyadan şimal tərəfdə, 
başqa qəbilələrlə yanaşı,  persiyalılar da məskun idilər [115,  s.69].  Midiya və Persiyanı bir-
birindən fərqləndirən [115, s.34 və b. səhifələrdə] alim Qədim Midiya və Albaniyanın eyni əhali
ilə məskunlaşdığını və buna görə də bu ərazilərin mədəniyyətlərinin bir-birinə yaxın olduğunu
göstərir [115,  s.9].  T.Qamkrelidze və V.İvanovun Van və Urmiya gölləri ətrafındakı ərazilərin
hind-Avropa xalqlarının ilk vətəni olduğunu sübut etməyə çalışmalarına,  bu məkanın Balkan-
lardan Zaqafqaziyaya, İran düzənliyinə və Jənubi Türküstana qədər uzandığını göstərmələrinə
baxmayaraq [bax: 100,  s.120-128],  İ.M.Dyakonov Herodotun Midiyada 6  qəbilənin yaşadığı
haqqında dediklərini qəbul edərək,  bu qəbilələrdən yalnız birinin – arizantların ari olduğunu, 
qalanların isə qeyri-İran tayfası olduğunu qeyd edir. Midiyalıların əsas kütləsini kutilər və Xəzər
(türk! – A.M.) qəbilələri təşkil edirdi. İndiki İran Azərbaycanının e.ə. IX-VII əsr sakinləri irandilli
deyil, lullubey-kutidilli idilər və ola bilsin ki, Midiya ittifaqı qeyri-İran qəbilələrinin birləşməsi şək-
lində mövcud olmuşdur [115, s.146-151]. Burada e.ə. VIII-VI əsrlərdə hakimiyyət 28 il skiflərin
əlində olmuş [115, s.27], kutilər sülaləsinin 21 çarı Midiyada hakimiyyət sürmüş, Berossun fər-
ziyyəsinə görə, Zərdüşt də bu çarlardan biri olmuşdur [115, s.36].  
Mannalıların öz mixi yazısı olmuşdur və bu yazının onların urartululardan əxz etdiyi güman
edilir. Eyni zamanda Urmiyaətrafı mədəniyyətində heroqliflərdən də istifadə edilmişdir ki, Ziviyə
qazıntılarında tapılmış gümüş qab üzərindəki yazılar bunu sübut edir [115, s.366]. 
Abidələrin dilinə gəldikdə isə,  Manna ərazisində e.ə. III minilliyə aid mənbələr – kitabələr
və qayaüstü yazılar akkad dilində qeydə alınmışdır.  Kuti dilində bizə ancaq şumer hökmdar
siyahılarında və bəzi digər mənbələrdə qeyd olunan şəxs adları məlumdur.  Halbuki “kuti” 
burada ən qədim etnik addır. Bizə gəlib çatmış lullubu// lullubey hökmdar kitabələri də lullubu// 
lullubey dilində yox,  əski akkad dilində tərtib edilmişdir.  E.ə.  II minilliyin ortalarından hürri
dilində kitabələr qalmışdır [bax: 43, s.30-33].  
E.ə. birinci minillikdə Midiyanın yazı mədəniyyəti olmuşdur.  IX-VIII  əsrlərdə Ç ar Abdadan
tərəfindən bir assuriyalıya verilən akkad dilində yazılmış fərman (qramota) məlumdur. Sonralar
farslar midiyalıların mixi yazısını götürüb istifadə etmişlər.  Əhəməni çarlarının yazılarının di-
lində işlənmiş çoxsaylı midizmlər də buna işarə edir [115,  s.366-367].  “Antik dövrün Midiya-
Atropaten dilinə aid indiyədək heç bir yazılı abidə tapılmasa da, bizə məlum Zəncan yaxınlığın-
dakı Sainqalada aşkar edilmiş əhəmənilərdən sonrakı dövrə aid arami dilində yazılmış kitabə, 
qonşu ölkələrdə olduğu kimi,  Atropatendə də arami mənşəli yazıdan istifadə edildiyini söylə-
məyə imkan verir” [81, s.26].  
Bundan başqa,  cənubi Azərbaycanda iki Urartu qayaüstü yazısı da aşkar edilmişdir. 
Bunlardan birincisi 1971-ci ildə Həsənquludakı ABŞ ekspedisiyasının rəhbəri R.H.Dayson
tərəfindən Urmiya yolundakı Eynür-Run kəndində Əcdaha Bulağından tapılmış Ç ar Menuanın
yazıları,  ikincisi isə Bəzirgan yolunda Əhərdən 30  km qərbdə yerləşən Səkəndəldə aşkar
edilmiş II Sərdurinin qayaüstü yazılarıdır. Həmin kənddən bir neçə yüz metr şərqdəki Urartu-
danqabaqkı dövrə aid Libliuni qalasında üstü yazılarla dolu qaya parçası vardır.  Bu qala və
onunla üzbəüz yerləşən “Urartu qələsi” vaxtilə Tehrandakı Alman Arxeoloci İnstitutunun direk-
toru V.Klayss tərəfindən təhqiq edilmişdir [bax:  114,  s.69-73].  Qeyd etmək vacibdir ki, 
Azərbaycan elminin avtoxton azərbaycanlıların qədim tarixi irsinə biganə münasibəti
nəticəsində bu faktlar erməni quzğunlar tərəfindən operativ şəkildə qafsanılmış,  bu qədim


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə