MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   2   3   4   5   6   7   8   9   ...   49

əsərlərin ilk məlum nüsxəsi h.585 (m.1189)-cu ildə peşəkar katib Pəramurz bin Xudadad Şirazi
tərəfindən fars dilində İranda yazıya köçürülmüşdür [78, s.16]. 
Bir kitabın - bir mətni əhatə edən bir kitabın işığında minlərlə mətnlər yazılmış, ilkin mətnin
məzmunu,  ideyaları təbliğ edilmişdir.  Xüsusən ilahi kəlamlardan ibarət mətnlərdən bəşər
övladının geniş istifadə etdiyi, onların məzmunu və ideyaları əsasında yeni-yeni dünyəvi mətn-
lər yaratdığı təkzibedilməz faktdır. Bundan başqa, insanlar özlərinin tərtib etdiyi dünyəvi (bədii, 
elmi…)  mətnlərdən də müxtəlif cür istifadə etmişlər:  orta əsr katibləri əsərin köçürülmə
məqsədinə müvafiq olaraq, ya mətni olduğu şəkildə, ya da subyektiv düzəlişlərlə, ona müdaxilə
etməklə, hətta mətnin strukturunu belə dəyişdirməklə yazırdılar. Məsələn, “Tərcümanüs-Sihah” 
abidəsinin tədqiqata cəlb edilmiş 11  Türkiyə,  Böyük Britaniya,  Fransa,  Niderland və Bakı
əlyazma nüsxəsinin hamısının başlanğıc və sonunun eyni cür olduğu, onlardan hər birində 28 
babın olduğu və strukturlarının təkrarlandığı müəyyən edilmişdir [bax:  162,  s.22].  Digər
tərəfdən,  bu və ya digər abidənin yazı ənənəsində onun adı,  əvvəli,  sonu,  üslubi tərtibatı və
ideya istiqaməti dəyişə bilər.  Mətn bir canrdan digərinə keçə,  kompilyasiyanın tərkibinə daxil
ola, özünün sonunu və başlanğıcını itirə və əvəzində başqa sonluq və başqa başlanğıc qaza-
na, epizodlara parçalanaraq bir neçə yeni yaranmış əsərin tərkibində yaşamaqda davam edə
bilər və s. [143, s.135]. 
Prof.  N.Q.Jəfərov göstərir ki,  dünya epos mədəniyyətinin üzvi    tərkib    hissəsi olan türk
epos mədəniyyəti üç mərhələdən keçir:
1. Qədim türk epos mədəniyyəti. 
2. Orta əsrlər türk epos mədəniyyəti.
3. Yeni dövr türk epos mədəniyyəti. 
Qədim türk epos mədəniyyəti e.ə.  I minilliyin ortalarından b.e.  I minilliyinin ortalarına
qədərki dövrü əhatə edir. Həmin mədəniyyətin yazıya transformasiyası isə      I minilliyin ikinci
yarısına (V-X əsrlərə) düşür. Bu dövrdə formalaşan yazı dili orta əsrlər boyu müxtəlif regional
tiplərə malik türkinin əsasında dayanır.
Orta əsrlər türk epos mədəniyyəti qədim türk epos mədəniyyətindən fərqli olaraq, 
differensial hadisədir –            I minilliyin ortalarından II minilliyin ortalarına qədər mövcud olan
həmin mədəniyyət aşağıdakı formalarda təzahür edir: 
I. Mərkəzi Asiya, yaxud Türküstan eposu.
II. Şimal-Qərb, yaxud qıpçaq eposu. 
III. Jənub-Qərb, yaxud oğuz eposu.
Nə Mərkəzi Asiya,  yaxud Türküstan eposu,  nə də Şimal-Qərb,  yaxud qıpçaq eposu
formalaşdığı dövrdə yazıya alınıb kitaba çevrilməmişdir (yazılı mətn formasında kanonik
təsbitini tapmamışdır).  Jənub-Qərb,  yaxud oğuz eposu isə türk-oğuz xalqlarının (birinci
növbədə Azərbaycan xalqının)  mədəniyyət tarixinə “Kitabi-Dədə Qorqud”u vermişdir.  Oğuz
türkləri hər cür mətnləri deyil, bilavasitə xalq təfəkkürünün məhsulu olan mətnləri “Oğuznamə” 
adlandırmışlar [bax: 13,  s.8-15]. 
XV əsrin sonlarından – XVI əsrin əvvəllərindən Azərbaycanda ilk dəfə olaraq unikal bir
hadisə – şifahi-poetik irsin, yəni folklor nümunələrinin yazıya alınması müşahidə olunur [150, 
s.12-13],  ancaq buna baxmayaraq,  daha geniş həcmli folklor mətnlərinin yazıya alınması
ideyası hələ bir qədər ləngiyir.  
XVII-XVIII əsrlərdə yazıya alınmış dastanlar isə nəticə etibarilə yeni dövrün Azərbaycan
mətnləridir, “xalq kitabları” adlandırılan mətnlərdir. “Yazılı dastan abidələrini şifahi ədəbiyyatla
yazılı ədəbiyyat arasında bir keçid mərhələsi hesab etmək lazım gəlir” [14, s.177].
“Azərbaycan xalqı biri-digərinin bilavasitə (genetik)  davamı olan aşağıdakı eposların


varisidir:
1. Qədim türk eposu.
2. Orta əsrlər türk-oğuz eposu. 
3. Yeni dövr türk-oğuz-Azərbaycan eposu.
Göstərilən eposların hər biri özünün yazılı mətn ekvivalentini təqdim edir: 
1. Qədim türk (əsasən run) yazılı mətnləri. 
2. “Kitabi-Dədə Qorqud”un yazılı mətni. 
3. Azərbaycan xalq kitabları (yazılı dastan abidələrinin mətnləri). 
Qədim türk epos təfəkkürünün əsas əsərləri müxtəlif mənbələrdə yazılı mənbələrdə təsbit
olunmuş, onların çox az bir hissəsi uzun zaman şifahi şəkildə xalq arasında dolaşmış, yalnız
son dövrlərdə yazıya alınmışdır; əksər hissəsi isə orta əsrlərdə türk  və ya qeyri-türkdilli mən-
bələrə səpələnmişdir” [13, s.13-15].
Buradan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan xalqının mətn yaradıcılığının və yazı
mədəniyyətinin köklərini araşdırarkən onun daha geniş ümumtürk arealındakı payını da
nəzərdən qaçırmaq olmaz. 
Azərbaycan müsəlmanları orta əsrlər ərzində saysız-hesabsız elmi və bədii mətnlər yazıb
qoymuşlar və müasir azərbaycanşünaslıq elmi əsasən həmin abidələrin tədqiqinə daha çox
üstünlük verir. Lakin bununla yanaşı, ulu türklərin və islamdanqabaqkı avtoxton azərbaycanlı-
ların tarix boyu etdikləri hər bir hərəkətin, yaratdıqları hər bir şeyin, o cümlədən bütün yazıların, 
mətnlərin və formasından asılı olmayaraq,  bütün kitabların da müasir Azərbaycan xalqına və
elminə dəxli vardır.  Qədim türk yazılı abidələrini,  tarixi Azərbaycan ərazisindəki çoxsaylı qa-
yaüstü yazıları, eləcə də dahi Nizaminin gəncəli müasirləri Mxitar Qoşun (1130-1213) və onun
“Qanunnamə” və “Alban salnaməsi” əsərlərinin, onun şagirdi Vanakanın, Vanakanın şagirdləri
Kirakosun (1200-1271)  və onun “Tarix”  əsərinin,  Vardanın (?-1271)  və onun “Ümumi tarix” 
əsərinin [9, s.226-227] adlarını, Azərbaycan qalalarında, məbədlərində, arxeoloci tapıntılarında
aşkarlanmış yazıları Azərbaycan mətn mədəniyyəti tarixindən təcrid etmək olmaz.   
Azərbaycan yazıları
                                       
Böyük F.de Sössür dil və yazı münasibətlərinə toxunarkən yazırdı: “Adətən güman edirlər
ki, yazı olmadıqda dil sürətlə dəyişir. Bundan da səhv fikir yoxdur! Doğrudur, yazı bəzi hallarda
dildəki dəyişiklikləri yubada bilər,  lakin başqa tərəfdən,  dilin mühafizəkarlığına yazının ol-
mamasından, cüzi də olsa, xələl gəlmir. Litva dili yazılı sənədlərə görə 1540-cı ildən məlumdur, 
lakin o, sonrakı dövrdə belə ümumiyyətlə, hind-Avropa uludilinin təsvirini daha düzgün təqdim
edir, nəinki eramızdan əvvəl III əsrin latın dili. Dilin yazıdan nə qədər asılı olmadığını göstər-
mək üçün yalnız bu kifayətdir” [19, s.87].
Dil yazıdan asılı deyil,  yazı dildən asılıdır.  Yazı dilin «daşınmasına»  olan ehtiyacdan
yaranmışdır. Eləcə də “dilin itirilməsi və qorunub saxlanması bir çox mürəkkəb səbəblərlə şərt-
lənir və yazının olması,  yaxud olmaması burada həlledici rol oynamır”  [140,  s.9].  Bəzən elə
olur ki, dil xidmət etdiyi cəmiyyətdən daha artıq yaşayır. Lakin cəmiyyətdən ayrılmış şəraitdə o
özünün inkişaf etmək qabiliyyətini itirir və süni xarakter kəsb edir [119, s.15]. 
Bütün bunlar düzdür, ancaq burada həm də nəzərə almaq lazımdır ki,  yazının olmaması
bütövlükdə dilin olmasa da, həmin dildə daha qədim dövrlərdə yaradılmış qiymətli şifahi mətn-
lərin (hətta həmin dil yaşamaqda və inkişaf edib yeniləşməkdə davam etsə də) deformasiyaya
uğramasında və ya ümumiyyətlə itirilməsində həlledici rol oynayır:  yazı mətni qeydə alır, 
“pasportlaşdırır”, sabitləşdirir, kanonikləşdirir, yaşadır. Görünür, belə demək daha doğru olardı


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə