MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

ünsürlərini özündə cəmləşdirirdi [6, s.332].  
XII-XIX əsrlərin ən yaxşı xəttat,  həkkak,  nəqqaş,  memar,  heykəltəraş və digər bədii
daşyonma sənəti ustalarının adları bir sıra kitabələrdə və heykəltəraşlıq nümunələrində
qalmışdır. Əcəmi ibn Əbu Bəkr Naxçıvani, Əbu Rəşid bin Zeynəddin Şirvani, Ustad Zeynəddin
bin Əbu Rəşid Şirvani, Sədr bin Sarım, Əli Məcidəddin, Əhməd bin Əyyub əl-Hafiz Naxçıvani, 
Usta Nəcməddin bin Usta Pənah, İdris, Məhəmməd Arif, Dərviş, İsa ibn Mamay Zaxuri, Şeyx
Sultan, Məhəmməd Əli, Məhəmməd Əli ibn Əmir Əli, Vəli, Nəziri, Seyyid Taha bin Seyyid Əmir
Bakui, Ustad Ümmət bin Rəhman, Ustadül-əsatid Məhəmməd xan, Molla Həsən, Dərviş Zaxuri
və b.  [60,  s.5-6]  gözəl xəttat olmuşlar;  belə olmasa idi,  onlar müxtəlif tikililər və məmulatlar
üzərində gözəl yazı nümunələri yarada bilməzdilər. Həmin sənətkarlar əvvəl müvafiq materialın
üzərində gözəl xətlə yazı yazır, sonra həmin materialı yonmaqla yazıları həkk edirdilər. Lakin
onların yaratdıqları abidələrin heç biri əlyazma anlayışına uyğun gəlmir. 
XVI-XVII əsrlərdə məzarüstü daşlarda ölən adamın fəlsəfi kəlamları,  görkəmli şair və
aşıqların sətirləri,  dua,  şifahi ədəbiyyatdan gəlmə şeirlər də yazılırdı.  Metal məmulatların
bəzəyi, rəsm və naxışları arasında olan ərəb əlifbası ilə yazılmış yazılar içərisində məmulatın
hansı usta tərəfindən, kimin üçün, kimin sifarişi ilə, nə vaxt düzəldiyini bildirən sözlərə, bəzən
Qur’andan götürülmüş kəlmələrə və yaxud klassik Şərq şairlərinin şeirlərinə də təsadüf olunur
[22, s.65-67].
Əlyazma əllə,  əldə tutulmuş xüsusi yazı ləvazimatı (qələm,  lələk və s.  ilə,  başqa sözlə, 
subyekt-ləvazimatla) digər yazı ləvazimatına (materialından asılı olmayaraq, vərəqlər şəklində
olan məmulata, yəni obyekt-ləvazimata) yazı yazmaqdır. Deməli, “əlyazma” anlayışı təkcə ya-
zının yazıldığı materialla deyil, həmin materialın forması ilə də üzvi şəkildə bağlıdır. 
Bəşəriyyət uzun dövrlər ərzində əlyazma üçün daim münasib material axtarışında olmuş, 
tapdığı və icad (istehsal) etdiyi hər bir yazı materialını getdikcə daha da püxtələşdirmiş, daha
çətin əldə edilən və baha başa gələn bir yazı materialını daha ucuz başa gələn yeni yazı ma-
terialı ilə əvəzləmişdir.  Nəhayət,  üzərində yazıya alınmış informasiyanın (mətnin)  biryerdə
cəmləşdirilməsinə, mətnin yazı (oxunuş) ardıcıllığının təmin olunmasına (kitab tərtibinə) imkan
verən material forması tapılmışdır. Bu forma - vərəqdir.  
Paleoqrafiya köməkçi fənn kimi
Ümumiyyətlə kitab mədəniyyətinin zəngin və maraqlı tarixi vardır. Qəribədir ki, kitablar və
kitabxanalar tarix boyu həmişə öz qəddarlığı ilə ad çıxarmış müdhiş fatehlərin,  cahangirlərin, 
sərkərdələrin yolu üstünə çıxmış, onlar misilsiz sənət əsəri, elm və mədəniyyət nümunəsi olan
kitablara və onların yaradıcılarına müxtəlif cür münasibət bəsləmişlər. Tarix həm kitabxanaları
yerlə yeksan edən və ya özləri ilə daşıyıb-aparan,  həm də onlara yüksək qiymət verib, kitab
xəzinələrini qoruyub-saxlayan, kitablara, kitabları yaradan ziyalılara, elm və mədəniyyət xadim-
lərinə hörmətlə yanaşan, onlara himayədarlıq edən bir çox dövlət xadimlərinin adlarını özündə
yaşatmaqdadır.  “Bir sıra tarixi mənbələrdə bütün Şərqdə istilaçı kimi tanınan,  onminlərlə
insanları, yüzlərlə şəhərləri, qalaları məhv edən Teymurləng vəsiyyət etmişdi ki, onu öz mənəvi
ustadı – müəllimi Mirseyid Bərəkənin ayaqları altında dəfn etsinlər.  Onun vəsiyyətinə əməl
olunmuşdu” [11]. İbrahim Pəçəvi yazır ki, “qoşun altı gün Təbrizdə qalandan sonra rəbiüs-sani
ayının 4-də (2.10.1535)  padşah Xoyda Şəms Təbrizinin müqəddəs qəbrini ziyarət etdi”  [166, 


s.15].  L.Doyel etiraf edir ki,  XV əsrdə Osmanlı Konstantinopolu Qərbi Avropanın böyük bir
hissəsindən, şübhəsiz, qat-qat mədəni, sivilizasiyalı hərəkət etdi və türk hakimiyyəti bütün tarixi
ərzində buradakı yunan monastırlarında olan saysız-hesabsız qiymətli əlyazmaları qoruyub-
saxladı [113,  s.92].  1501-ci ildə Şah İsmayıl Ağqoyunlu Sultan Əlvəndi məğlub edib Təbrizi
alanda onun zəngin kitabxanasına da sahib olmuş [79,  s.16],  sonralar o özü və xələfləri bu
kitabxananı dünyanın ən möhtəşəm kitab məbədlərindən birinə çevirmişdilər. 
Ancaq çarların və şahların heç də hamısı həmişə alimlərə və mədəniyyət xadimlərinə, 
onların yaratdıqları kitab incilərinə qarşı bu cür münasibət bəsləməmişlər.  Q.A.Jiddi Şamaxı
şəhərinin XVI-XVII əsrlər tarixi haqqında yazarkən göstərir ki,  “I Təhmasibin yürüşü zamanı
içərisində uzun əsrlər ərzində dünyanın müxtəlif ölkələrindən toplanmış nadir kitablar da olan
qiymətli əmlak Buqurt qalasından müsadirə edilərək aparılmışdı” [111, s.110]. Tarix İsgəndəriy-
yə kitabxanasının vəhşicəsinə yandırılmasını, nəhəng Ağqoyunlu-Səfəvi kitabxanasının Peter-
burqa daşınmasını və onlarla, yüzlərlə bu cür hadisələri unutmamışdır.    
Əlyazmaların bir regiondan digərinə aparılması müəyyən dərəcədə həm də hədiyyə
mübadiləsi,  alqı-satqı və s.  şəklində də həyata keçirilirdi.  Nəfis tərtibatlı,  xüsusi sifarişlə
yazılmış əlyazma kitabları qiymətli şahlar və xanlar hədiyyəsinə çevrilirdi.  Məsələn,  Buxara
xanı Əbdüləziz İran şahı Süleymana (1667-1694) göndərdiyi daş-qaş, müxtəlif parçalar, atlar, 
şahinlər,  şunqarlar və dəvələrlə birlikdə buxaralı xəttat Xacə Yadigar tərəfindən köçürülmüş
Hafiz divanını da hədiyyə göndərmişdi. Hədiyyələr İrana çatanda Şah Süleyman “(bütün digər
hədiyyələrə) məhəl qoymadan kitabı əlinə götürmüş və demişdi:  “Bu gün xan bu cild xəzinə-
sinin içərisində mənə yer kürəsinin bütün hədiyyələrini göndərmişdir!”  Səlanikinin verdiyi xə-
bərə görə,  Buxara xanı Abdullahın səfiri 1594-cü ilin yanvarında İstambula gələrkən türk
sultanına başqa hədiyyələrlə yanaşı,  Qur'ani-Kərimin iki nüsxəsini,  Nizami xəmsəsinin bir
cildini və “Şahnamə”nin bir nüsxəsini bağışlamışdı [180, s.495]. 
Kitabların dünyanın bir regionundan başqa regionuna daşınması prosesi həm də
beynəlxalq mədəni və ticari əlaqələrin tərkib hissəsi kimi baş vermişdir.  Müsəlman Şərqinin
tacirləri islam dünyasının bütün mərkəzi və ucqar nöqtələrini dolaşıb-gəzdikdə özləri ilə
qiymətli əlyazma kitablarını da alıb aparır, münasib yerlərdə baha qiymətə satırdılar. Xilafətin
elm və mədəniyyət mərkəzlərində təhsil alan mütəəllimlər,  uzaq-uzaq universitetlərdə və
camelərdə müdərrislik edən ziyalılar öz vətənlərinə gedib-gələndə istər məzmununa görə, 
istərsə də bədii tərtibatına görə əsrarəngiz,  misilsiz,  seçmə əlyazma kitablarını da özləri ilə
daşıyırdılar. 
Qərb dünyası bu prosesə nisbətən gec başlamışdı.  Avropalılar yalnız İntibah dövründə
əlyazma kitablarının necə böyük idraki-informativ və mədəni dəyərə malik olduğunu dərk
edəndən sonra onların əldə edilməsini öz fəaliyyətlərinin tərkib hissəsinə çevirmişdilər.  Bu
sahədə italyanların böyük xidmətləri qeyd olunur.  Şərq əlyazma kitablarının toplanıb-
daşınması işinə məhz onlar ilk dəfə maraq göstərməyə başlamışlar. L.Doyel qeyd edir ki, XIV
əsrdə avropalılar əlyazma kitablarının toplanması naminə nəinki öz var-dövlətlərindən keçir, 
həm də baş çəkdikləri ölkələrin qanunlarını pozmaqdan belə çəkinmirdilər.  İntibah dövrü
kitabsevər humanistlərinin şüarı belə idi: Si ius violandum est, librorum gratia violandum est 
“Əgər qanunu pozmaq lazımdırsa, onda qoy qanun kitabların xilas edilməsi naminə pozulsun”. 
İitalyanlar belə güman edirdilər ki, onlar ətiq şeyləri olduğu yerdən ekspropriasiya etməklə bu
abidələri xilas edirlər. 
Siciliyalı əlyazma axtaran Jovanni Aurispa Konstantinopolda özünün bütün paltarlarını
yünanlara verib,  əvəzində bir neçə əlyazma almışdı.  Florensiyalı Nikkolo de Nikkoli özünün
malikanələrini satıb,  əlyazma kolleksiyasını zənginləşdirmək üçün vəsait toplamışdı.  Papa V


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə