Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 

71 

çalışan, layihə rəhbəri Kennet Hoton (ing. Kenneth E. Haughton) 

"Vinçester" (ing. Winchester) adlandırıb. 1973-cü ildə ilk dəfə 

olaraq  bütöv  korpusda  disk  lövhələrini  və  maqnit  başlıqlarını 

birləşdirən  modeli  3340  olan  sərt  disk  istehsal  olunub.  Diskin 

hazırlanması  zamanı  mühəndislər  "30-30"  ifadəsindən  istifadə 

ediblər. 

Bu  da  hər  biri  30  MB  olan  2  modul  (maksimal  tərtibat 

üzrə) demək idi. "30-30" isə səslənməyə görə "30 WCF" tüfəng 

patronu  istifadə  edən  məşhur  ov  tüfəngi  -  "Winchester  Model 

1894"-ün adı ilə həmahəng səslənirdi. 

Sərt disklərin inkişafındakı naliyyətlər  

1983-cü ildə original IBM XT kompüterində işlədilən sərt 

diskdə verilənlərin ötürülmə sürəti 100 Kbayt/s olub. Bu gün isə 

sərt  disklərin  əksəriyyəti  Serial  ATA  interfeysi  ilə  işləyir.  Bu 

interfeysdə verilənlərin ötürülmə sürəti xeyli artıb. Sərt maqnit 

disklərdə  onların  tutumu  kimi,  interfeysin  sürəti  də,  həmçinin 

daim artır, hər şey isə MFM və RLL interfeyslərindən başlanıb. 

Onlar  1980-cı  illərdə  geniş  yayılmışdılar.  Hal-hazırda  Parallel 

ATA  (133  Mbayt/s-a  qədər),  Serial  ATA  (150  və  ya  300 

Mbayt/s), SAS (600 Mbayt/s-a qədər) və SCSI (320 Mbayt/s-a 

qədər)  interfeysləri  geniş  yayılıb.  İnterfeyslərin  hamısı  onları 

dəstəkləyən daşıyıcılardan daha sürətlidirlər. Bu, o deməkdir ki, 

verilənlərin  ötürülmə  sürəti  interfeys  tərəfindən  deyil,  həmişə 

daşıyıcı tərəfindən məhdudlaşdırılır.  

 Sərt  disklərdə  verilənlər  oxuma/yazma  başlıqları 

vasitəsilə  oxunur  və  yazılır.  Verilənlər  lövhələrdə  konsentrik 

çevrələr şəklində yazılır ki, bu da cığır adlanır. Hər bir cığır isə 

öz növbəsində sektordan ibarət olur. 

Sərt  diskdə  adətən  bir  neçə  lövhə  (platters)  olur  və 

verilənlər onların hər 2 tərəfinə  yazılır. Bir çox daşıyıcılarda 2 

 

72 

və  ya  3  lövhə  var,  lakin  12  lövhəyə  malik  PC  daşıyıcıları 

(Seagate Barracuda 180) da olur. 

Tipik sərt disklərin əsas komponentləri aşağıdakılardır:  

 Disk lövhələri;  

 Oxuma/yazma başlıqları;  

 Başlıqların mövqeyini dəyişən mexanizm;  

 Şpindel mühərriki;  

 Elektron lövhə;  

 Kabel və konnektorlar;  

  Konfiqurasiya  elementləri  (məsələn,  çeviricilər  - 

jumpers). 

Sərt  disklər  üzərində  məlumatlar  sektor  (sector)  və  cığır 

(track) adı verilən bölmələrdə saxlanılır. Məlumatlar bu sahələrə 

görə  təşkil  olunur.  Sərt  disk  üzərində  cığır  və  sektorların 

yerləşməsi aşağıdakı şəkildəb verilmişdir.  

Sektorlar  disk  üzərində  ünvanlaşdırıla  bilən  ən  kiçik 

hissələrdir.  256  və  ya  512  bayt  kimi  sabit  genişliklərdə 

informasiya saxlayırlar. Əsasən 512 bayt olaraq istifadə edilir. 

Aşağı  səviyyəli  formatlaşdırma  (Low-Level  formatting) 

ilə cığır və sektorlar təşkil olunur. Hər sektorun başlama və bitmə 

nöqtəsi  diskdəki  səthlər  üzərinə  yazılır.  Yüksək  səviyyəli 

formatlaşdırma  (High-Level  formatting)  ilə  sektorlarda  Fayl 

Yerləşdirmə Cədvəli (File Allocation Table – FAT) yaradılır. 

Format bölmələrin faylları və məlumatları saxlamaq üçün 

onları,əməliyyat  sisteminin  anlayacağı  və  istifadə  edə  biləcəyi 

şəkilə(formaya)  salmasıdır.Çoxları  format  etməyi  silmək  kimi 

anlayır,amma bu əslində tam da belə deyil.Format fayl sistemini 

yaradıb,onun  oturacağı  kataloqu  əmələ  gətirir.Format  məntiqi 

olaraq  fayl  depolama  cərgəsini  əmələ  gətirir.Bu  fayl  sistemi 

adlanır.Bir çox fayl sistemləri vardır və bu sistemlərin məqsədi 

downloaded from KitabYurdu.org




 

73 

disk  üzərindəki  faylların  orqanizə  etməkdir.Yəni  Əməliyyat 

sisteminin disk üzərində faylların izlərini tapmaq üçün istifadə 

etdiyi  bir  üsuldur.Windowsa  aid olan  fayl sistemləri  bunlardır. 

NTFS, FAT12, FAT16, FAT32, CDFS, UDF və s. -dir.  

 

 



Şəkil 7.4. Sərt diskin məntiqi strukturu 

 

FAT (File Allocation Table – Fayl Yerləşdirmə Cədvəli) –



əsas fayl sistemlərindəndir. İllərdir MS-DOS əməliyyat sistemi 

ilə bərabər istifadə edilir. Hazırda da geniş olaraq Windows və 

digər  əməliyyat  sistemlərinin  bazasında  istifadə  olunmaqdadır. 

Bu fayl sistemində fayl məlumatlarının əldə edilməsi üçün fayl 

yerləşdirmə cədvəlləri tutulur. 

FAT fayl sistemi üç müxtəlif şəkildə təşkil olunur: 

• FAT12 – 12 bit fayl sistemidir. Əsasən elastik disk və çox 

kiçik həcmli sərt disklərdə istifadə edilir; 

• FAT16 – 16 bit fayl sistemidir. Əski DOS ilə uyğunluq 

təşkil edən əməliyyat sistemlərində istifadə edilir; 

•  FAT32  –  hazırda  da  geniş  olaraq  istifadə  edilən  32 bit 

fayl sistemidir. 

HPFS  (High  Performance  File  System  –  Yüksək 

 

74 

Məhsuldarlıqlı  Fayl  Sistemi)  –  OS/2  əməliyyat  sistemi 

tərəfindən dəstəklənən və istifadə edilən bir fayl sistemidir. İlk 

çıxan  NT  əməliyyat  sistemi  də  HPFS  fayl  sistemini  istifadə 

edirdi.  Əsas  olaraq  FAT  ilə  NT  fayl  sistemlərinin  müəyyən 

xüsusiyyətlərini  özündə  birləşdirir.  Bu  fayl  sistemində  256 

simvola  qədər  fayl  adı  verilə  bilər.  Ayrıca  8  Gb-yə  qədər  sərt 

disk bölməsi təyin edilə bilər. 

NTFS (New Technology File System – Yeni Fayl Sistemi 

Texnologiyası)  – ilk olaraq Windows NT  əməliyyat sistemi ilə 

istifadə  edilən  yeni  və  güclü  bir  fayl  sistemidir.  Etibarlılıq, 

sağlamlıq,  daha  geniş  sahə  istifadəsi,  sıxışdırma,  Macintosh 

dəstəyi, Netware dəstəyi kimi üstünlükləri səbəbilə çox yüksək 

səviyyəli  bir  fayl  sistemidir.  Hazırda  Microsoft  tərəfindən 

təkmilləşdirilən Windows əməliyyat sistemində əsas fayl sistemi 

olaraq  istifadə  edilir,  eyni  zamanda  FAT16  və  FAT32-ni  də 

dəstəkləyir.  

NTFS  fayl  sistemi  fayl  məlumatlarını  təqib  etmək  üçün 

FAT  fayl  sistemində  olduğu  kimi  bir  fayl  yerləşdirmə  cədvəli 

tutmaz.  Onun  yerinə  fayl  məlumatlarını  mənimsəyən  və  fayl 

bazasında icazələrin tutulduğu Master File Table adında cədvəl 

tutulur.  Bundan  başqa  NTFS  fayl  pozulmalarında  özü-özünü 

təmir edə bilən (repair) bir fayl sistemidir. Bu fayl sistemində də 

faylın adı 255 simvol uzunluğunda ola bilər, eyni zamanda nöqtə 

işarəsindən istifadə etməklə çox sayda fayl  genişlənməsi verilə 

bilər. 

FAT  32-nin  əsas  üstünlüyü  sürətli  olması  və  daha  az 



yaddaş tələb etməsidir. Əgər sistem yalnız FAT 32-də çalışırsa, 

bu  zaman  NTFS  üçün  tələb  olunan  drayverlər  və  servislər 

yaddaşı  yükləməyəcək.  FAT  32-də  çalışan  diskin  həcmi  8  TB 

qədər ola bilər. Bir faylın maksimum həcmi isə 4 Gb. FAT 32 

downloaded from KitabYurdu.org



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə