48
straliyada bu üsuldan indi də istifadə olunur. Maldarlığa keçdikdən sonra xam torpaqlar və kənd təsərrüfatı
sahələri əldə etmək məqsədilə bu üsul (yanğın) universal silaha çevrildi.
Yanğın (od) mühit faktoru kimi ekosistemə yüksək intensivlikdə eliminasiya qəflətən baş verməsi və
qısamüddətli olması ilə fərqlənir. Bununla belə çox vaxt biotonun (flora və faunanın) məhvinə səbəb olmur
(qalın quru torfluğun yanması müstəsna olmaqla). Məs., tayqa ekosistemlərində yanğından sonra biotonun bərpa
olması növlər hesabına gedir: 1) yanğına davamlı növlər (şam, qaraşam, torpaq faunasının bir hissəsi); 2) Vege-
tativ yolla bərpa oluna bilən bitki növlərinin (qaragilə, mərcangilə və digər kollar, titrək qovaq, tozağac və b.);
3) torpaqda toxum kimi qalan növlər (erika, ayıqulağı, moruq və b.); spor vasitəsilə (yosun, göbələk və b.
yumurtacıq, pup halında (bəzi həşəratlar)); 4) çoxlu miqdarda toxum və spor verərək təzə yanğın yerlərini zəbt
edən növlər (yağıotu, müvəqqəti mamırlar); 5) bərpa olunan yanğın yerində passiv (aeroplankton) və ya aktiv
halda əlverişli şərait tapan növlər (məs., sığın, may böcəyi, tetra quru və b.).
Yanğın hadisəsi ekosistemin bütün komponentlərinə (canlı, cansız) təsir göstərərək katastrofik diqressiyaya
səbəb olmaqla bərabər, həm də ardıcıl diqressiya-demutasiya zənciri yaradır.
Tayqa ekosistemlərində müəyyən edilmişdir ki, quru sahələrdə təxminən hər 50-100 ildən bir, rütubətli
sahələrdə isə hər 150-300 ildən bir yanğın təkrar olunur (Korçagin, 1954). Yanğınlar xüsusilə açıqiynəli meşə
ekosistemlərinə (qaraşam və şam) güclü təsir göstərir. Odur ki, bu meşələr yayılan regionlarda geniş sahələr il-
kin meşələrin daim pirogen-diqressiv variantlarından ibarətdir. Bu meşələrin quru sahələrində yanğınlar hər
20-25 ildən, rütubətli sahələrdə isə 40-50 ildən bir təkrar olunur (Utkin, 1965). Şərqi Sibirin qaraşam
meşələrində yanğınlar müntəzəm baş verir, burada hətta güclü yanğından sonra da suksessiya prosesi cins
dəyişmədən gedir. Yəqin ki, bu hal suksessiyanın xüsusiyyəti olub qaraşam meşə ekosistemlərinin və onların
demudasiya komplekslərinin qədimliyindən xəbər verir.
Yarpaqlı (enliyarpaqlı) meşələr zonasında yanğından sonra biotanın (ekosistemin) müvəqqəti qruplaşmaları
əvvəl çəmən, sonra isə törəmə tipli meşə mərhələləri keçirir. Y.Odum (1975) enliyarpaqlı meşələrin arealı
daxilində palıd meşələrinin yerində pirogen subklimaks tipli qruplaşmalar müşahidə olunur (törəmə çəmən,
bozqır, yaxud şam meşəsi).
Bozqır zonanın ekosistemlərinin müasir görünüşü və təşkili əsasən antropogen faktorların təsiri altında
təşəkkül tapmışdır.
Yarımsəhra kompleksləri bozqırlarla müqayisədə yanğınların təsirinə qarşı az davamlıdır. Bu
qruplaşmaların strukturuna pirogen təsir çox vaxt dönməyən və ya uzun müddət bərpa olunmayan dəyişikliyə
səbəb olur. Arid rayonlarında pirogen diqressiya çox vaxt qumların sovrulma mənbəyinə çevrilir, burada
yanğınlar səhralaşmaya səbəb ola bilər. Güclü diqressiya zamanı ayrı-ayrı sahələrdə barxanlar əmələ gətirir.
Yanğınların və intensiv mal-qara otarılmasının yarımsəhra ekosistemlərinə məhvedici təsiri və Həştərxan qum
massivinin (2,2 mln. ha) yaranmasını buna misal göstərmək olar. Bunun başlanğıcı XIX əsrin ilk onilliklərində
bir neçə Kiçik Orda nəslinin bura köçməsi dövrünə təsadüf edir. XX əsrin sonunda döyənəkli və sovrulan
qumların sahəsi 30 dəfəyə qədər artdı.
Pirogen suksessiyalar geniş yayılmışdır. Onların mövcudluğu ekosistem sıralarının müasir paylanmasında
və təkamülündə yanğınların rolunu təsdiqləyir (Sannikov, 1981).
III Fəsil
POPULYASİYALAR
Ekologiyada və genetikada populyasiya müəyyən ərazidə yerləşən, bir-biri ilə və başqaları ilə qarşılıqlı əlaqə
şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qrupudur. Populyasiya növün quruluş
vahidi, təkamül vahidi və yaşama forması sayılır. Başqa sözlə populyasiya bir növün müəyyən yaşama yeri olan
və təbii qruplaşmanın (birliyin) hissəsi kimi fəaliyyət göstərən istənilən orqanizmlər qrupudur, yaxud populyasi-
ya vəhdət halında fəaliyyət göstərən ekosistemin komponentidir.
«Populyasiya» termini ekologiyaya demoqrafiyadan keçmişdir, mənası da xalq, əhali deməkdir. (lat. popu-
lus).
Populyasiya qrup halında birləşmə olduğu üçün mühitə uyğunlaşma qabiliyyəti ayrı-ayrı fərdlərə nisbətən
daha geniş olub bir sıra spesifik xassələrə malikdir. Bunlar aşağıdakılardan ibarətdir:
1)
Populyasiyanın sayı – onun tutduğu ərazi vahidində yayılmış həmin növdən olan fərdlərin sayı ilə ifadə
olunur.
Müxtəlif növlərin populyasiyalarında fərdlərin sayı (və ya miqdarı) müxtəlifdir, lakin müəyyən həddən aşağı
ola bilməz. Fərdlərin sayı müəyyən həddən az olarsa populyasiyanı məhv edər. Əgər populyasiya məhdud ərazi
daxilində yaşayırsa və sayı az olarsa, fərdləri bilavasitə saymaq mümkündür, məs. Şirvan qoruğunda olan cey-
ranların sayı.
Populyasiyanın sayı mövsüm və illər üzrə kəsgin dəyişə bilər. Məs. Lemminqlərin (xırda gəmiricilər), adi
çəyirtgə, xəstəliktörədən bakteriyalar, bə’zi zərərverici həşəratlar ayrı-ayrı illərdə kütləvi çoxalır. Uzunömürlü
49
bitki və heyvan populyasiyalarının sayı sabit olur. Açıq sahələrdə yaşayan həşəratların və birillik bitkilərin po-
pulyasiyalarının sayı yüz min və milyonlarla olur. Fərdlərin sayı bir neçə yüzdən az olan populyasiyalar təsadüfi
səbəblərdən (yanğın, sel, havanın dəyişməsi) azala bilər və fərdlər məhv olub gedər.
Əgər populyasiyanın sayı olduqca böyük olub saymaq qeyri mümkün olarsa, onda populyasiyanın sıxlığını
müəyyənləşdirib onun tutduğu sahəyə vurmaqla sayını tapmaq olar.
Bir çox növlərin populyasiyaları öz sayını tənzimləmək xassəsinə malikdir. Konkret şəraitdə populyasiyanın
ən çox optimal (əlverişli) sayına onun homeostazı deyilir. Müxtəlif növlərin populyasiyalarında qomectatik im-
kanlar müxtəlif olur.
2) Populyasiyanın sıxlığı çox vacib göstərici olub onun məkan vahidinə düşən miqdarıdır; yəni sahə və ya
həcm vahidinə düşən populyasiya fərdlərinin sayı və biokütləsidir. populyasiya öz sıxlığını tənzimləməklə nö-
vün nəslini qoruyub saxlayır. Populyasiyanın sıxlığını nizamlamaq üçün mütəlif kompleks süni tədbirlər də hə-
yata keçirilir. Məs. ilin çox çətin dövrlərində heyvanlar əlavə yemlə təmin edilir, yaxud bir yerdən başqa yerə
köçürülür, brakonyerlərlə mübarizə tətbiq edilir. Meşədə ağaclar çox sıx olduqda cavan və yetişgənlik yaşların-
da «işıqlandırma», «seyrəltmə» və «keçid» qırıntıları tətbiq olunur.
Populyasiyalar müəyyən quruluşa malik olub özlərini müxtəlif yaş, cins, ölçü miqdarında və genetik cəhət-
dən göstərir.
3.1. Növün populyasya strukturu
Hər növ müəyyən ərazini (areal) tutaraq orada populyasiya sistemini yaradır. Ərazi nə qədər çox
parçalanmış olarsa, orada məskunlaşan növün ayrı-ayrı populyasiyalara ayrılma imkanları çoxalır. Lakin növün
populyasiya strukturunu onun bioloji ayrılması – onu təşkil edən fərdlərin hərəkətliyi və əraziyə bağlılıq
dərəcəsi, həmçinin təbii maneələri dəf etmək qabiliyyəti müəyyənləşdirir.
3.2. Populyasiyanın ayrılması dərəcəsi
Növün üzvləri geniş ərazilərdə daima yerini dəyişərsə, belə növ az miqdarda iri populyasiyalara malik olur.
Böyük miqrasiya qabiliyyəti ilə fərqlənən növlərdə şimal maralını və şimal tülküsünü misal göstərmək olar.
Nişanlamanın (damğalama) nəticələri göstərmişdir ki, şimal tülküsü mövsüm ərzində çoxaldığı (nəsil verdiyi)
yerdən yüz kilometrlərlə, bəzən min kilometrə qədər yerini dəyişir. Şimal maralları müntəzəm mövsümi köçmək
zamanı yüz kilometrə qədər məsafəni qət edir. Belə növlərin populyasiyalarının sərhədləri adətən iri coğrafi
maneələrdən – enli çaylardan, boğazlardan, dağ silsiləsindən və s. keçir. Bəzi hallarda hərəkət edən növ nisbətən
böyük olmayan arealda yalnız bir populyasiyadan ibarət olmayan arealda yalnız bir populyasiyadan ibarət ola
bilər, məsələn, Qafqaz dağ keçisinin (tur) sürüsü daim həmin dağ massivinin iki silsiləsi boyu yerini dəyişir.
Zəif inkişaf etmək qabiliyyəti olduqda növ daxilində landşaftın mozaikliyini əks etdirən bir çox kiçik
populyasiyalar formalaşır. Bitkilərdə və azhərəkətli heyvanlarda populyasiyanın sayı mühitin müxtəlifliyindən
birbaşa asılı olur. Dağlıq rayonlarında belə növlərin ərazi differensasiyası düzən əraziyə nisbətən daha
mürəkkəb olur.
Növün qonşu populyasiyalarının ayrılma dərəcəsi olduqca müxtəlif olur. Bəzi hallarda onlar ərazicə bir-
birindən kəskin ayrılır. Xanı və tinqa balıqlarının bir-birindən ayrı yerləşən göllərdə populyasiyaları və yaxud
ağbığlı silviya quşunun və Hindistan qamışquşunun və digər növlərin səhra ərazisində yerləşən vahələrdə və çay
vadilərindəki populyasiyalarını buna misal göstərmək olar.
Geniş ərazilərdə növün başdan-başa məskunlaşması bunun əks variantıdır. Belə yayılma xarakteri, məsələn,
quru bozqırlarda və yarımsəhralardakı kiçik sünbülqırana xasdır. Bu landşaftlarda onların sıxlıq dərəcəsi hər
yerdə yüksəkdir.
Populyasiyalar arasında əlaqə növün vahid bütövlüyünü saxlayır. Populyasiyaların bir-birindən uzun
müddət ayrı düşməsi adətən yeni növlərin əmələ gəlməsinə səbəb olur.
Ayrı-ayrı populyasiyalar arasındakı fərqlər müxtəlif dərəcədə təzahür olunur. Onlar yalnız onların qrup
xarakterinə deyil, həm də fizioloji, morfoloji keyfiyyət xüsusiyyətlərinə və ayrı-ayrı fərdlərin davranışına toxuna
bilər. Bu fərq əsasən təbii seçmənin təsirilə yaranaraq hər bir populyasiyaya konkret şəraitdə yaşamağa
uyğunlaşmağa imkan verir. Məsələn, ağ dovşan arealının müxtəlif hissələrində müxtəlif rəngdə, müxtəlif
ölçüdə, müxtəlif həzm sisteminə malik olur.
3.3. Populyasiyanın təsnifatı
Populyasiyaları növ daxilində ərazi qruplaşması kimi ayırmaq və təsnifatını vermək üçün ekoloqlar
müxtəlif prinsiplərə əsaslanır. N.P.Naumova (1967) görə növün ən böyük ərazi qruplaşması yarımnöv və ya
coğrafi irqlər hesab olunur. Yarımnöv sistemi və onun tutduğu ərazinin böyüklüyü növün bioloji
xüsusiyyətlərindən asılıdır. Yarımnövün arealları hərəkətedən formalarda olduqca böyük ola bilər. Onların
daxilində eyni coğrafi şəraitə malik olan ərazilərdəki iqlimə, relyef və landşafta uyğunlaşan coğrafi
populyasiyalar ayrılır. Onlar da öz növbəsində mühitin müxtəlif sahələrində məskunlaşan daha kiçik
populyasiyalardan ibarət olur. N.P.Naumova (1963) görə coğrafi populyasiya bir növün (və ya yarımnövün)