Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə59/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   55   56   57   58   59   60   61   62   ...   160

 

 

 



199 

www.vivo-book.com 

 

Gözlərimi  qapadır  və  dərin  yuxuya  gedirəm,  dördsütunlu  çarpayı, 



qandallar və boz gözlərin diqqətli baxıĢı yuxuma girir. 

 

*** 



 

Səhər Keyt məni yuxudan oyadır. 

– Аna, səni səsləməkdən yoruldum. Ölü kimi yatmısan! 

Gözlərimi güclə açıram. Rəfiqəm, deyəsən, çoxdan yataqdan qalxıb 

və artıq qaçıĢdan qayıdıb. Zəngli saata baxıram. Saat səkkizdir. Ох, iĢə bax, 

düz doqquz saat yatmıĢam! 

– Noolub? – deyə donquldanıram. 

– Sənə bağlama gətiriblər, qol çəkmək lazımdır. 

– Nə? 

– Di tez elə! Bağlama böyükdür! Maraqlıdır, orda nə var? 



Keyt  səbirsiz  halda  bir  ayaqdan  o  biri  ayağa  atılıb-düĢür  və  qaçıb 

gedir. Çarpayıdan qalxır və qapıdan asılmıĢ xalatı qapıram. Saçları arxadan 

quyruqda  yığılmıĢ  yaraĢıqlı  bir  gənc  qonaq  otağımızda  dayanıb  və  əlində 

böyük bir qutu tutub. Onunla anlamsız salamlaĢıram. 

– Gedib səninçün çay dəmləyim, – Keyt deyir və mətbəxdə yox olur. 

– Miss Stil? 

Və dərhal anlayıram ki, bağlama kimdəndir. 

– Hə, – deyə qorxa-qorxa cavab verirəm. 

– Sizə bir Ģey gətirmiĢəm. Amma onu quraĢdırmalı və necə iĢlədiyini 

sizə göstərməliyəm. 

– Nə? Belə tez? 

– Mən yalnız əmrləri yerinə yetirirəm, mem. 

O,  mehriban,  amma  peĢəkar  təbəssüm  nümayiĢ  etdirir,  ondan  açıq-

açkar oxunur: ―Məni elə-belə azdırmaq mümkün deyil‖. 

Doğrudanmı  o,  məni  ―mem‖  adlandırdı?  Məgər  bir  gecədə  on  il 

qocalmıĢam? Bütün bunlar müqaviləyə görədir!..  Nifrətlə dodaqlarımı kip 

sıxıram. 



 

 

 



200 

www.vivo-book.com 

 

– YaxĢı, bəs bu nədir? 



– ―MakBuk Pro‖. 

– Buna Ģübhə yoxdur! – göz qapaqlarımı endirirəm. 

– ―Əpll‖in son layihəsi. Mağazalarda hələ yoxdur, mem. 

―Niyə bu, məni heyrətləndirmir?‖ Dərindən köks ötürürəm. 

– Onu bax, ora qoyun, nahar masasına. 

Mətbəxə, Keytin yanına gedirəm. 

– Orda noolub? – deyə o, maraqla soruĢur, yaxĢı əhvali-ruhiyyədə və 

Ģən. 


– Kristian noutbuk göndərib. 

–  O,  sənə  niyə  noutbuk  göndərsin  ki?  Sən  həmiĢə  mənim 

kompüterimdən istifadə edə bilərsən. 

Amma Kristianın ağlından keçirtdikləri üçün yox. 

– Müvəqqətidir. Ġstəyir ki, mən sınayım. 

Yetərincə  həqiqətə  oxĢar  izahatdır,  amma  Keyt  müsbət  mənada 

baĢıyla  təsdiqləyir.  Ġlahi,  mən  Ketrin  Kavananın  baĢına  corab  hördüm!  Ġlk 

dəfə. О, bir fincan çayı mənə uzadır. 

―Mak‖ gümüĢü rəngdə və yetərincə gözəldir. Çox böyük ekranı var. 

Kristian Qrey miqyaslılığı sevir; söhbət geniĢlikdən getdiyindən onun qonaq 

otağını, elə bütün mənzili xatırlayıram . 

–  Müasir  əməliyyat  sistemi  bütün  proqram  komplekti  ilə  birgə, 

üstəgəl bir yarım terabaytlı həcmlə cod disk, bir sözlə, yer yetərincə böyük 

olacaq,  otuz  iki  giqabayt  operativ  yaddaĢ;  onu  necə  istifadə  etmək 

istərdiniz? 

– E-e... elektron poçtla məktublaĢmaq üçün. 

–  Vəssalam?  –  oğlan  qaĢlarını  qaldıraraq  heyrətlə  deyir.  Deyəsən, 

onun halı yaxĢı deyil. 

– Hə, yaxĢı, deyək ki, bir də internetdə axtarıĢ üçün, – sanki özümü 

təmizə çıxarıram, çiyinlərimi çəkirəm. 

O köks ötürür. 



 

 

 



201 

www.vivo-book.com 

 

–  Burda  naqilsiz  Ģəbəkə,  vay-fay  adaptr  var  və  mən  akkauntunuzu 



quraĢdırdım.  Bu  balaca,  demək  olar  ki,  planetin  istənilən  nöqtəsində 

iĢləməyə hazırdır. 

О, ehtirasla noutbuka baxır. 

– Bu akkaunt nə deməkdir? 

– Sizin yeni elektron ünvanınız. 

Mənim elektron ünvanım var? 

Kompüterçi ekrandakı niĢanı göstərir, amma bütün bunlar mənimçün 

heç  bir  anlam  vermir.  Anlamıram,  о  nə  haqda  danıĢır  və  sözün  düzü, 

mənimçün maraqlı da deyil. Qoy yalnız desin, bu cihazı necə iĢə salmalı və 

söndürməli,  yerdə  qalandan  bir  təhər  baĢ  çıxararıq.  Əvvəl-axır,  Keytin 

kompüterindən artıq dörd ildir ki, istifadə edirəm. 

―Mak‖ı gördükdə rəfiqəm fərəhlə fit çalır. 

–  Bu,  yeni  nəsil  texnologiyasıdır,  –  deyir  o  və  qaĢlarını  qaldırır.  – 

Əksər qadınlara çiçək verilir…yaxud zinət əĢyası. 

ĠkibaĢlı səslənir və o, açıq-aĢkar təbəssümünü boğmağa çalıĢır. 

Ona  qaĢqabaqlı  nəzər  yetirirəm,  amma  ciddi  görkəmimi  saxlaya 

bilmirəm.  Hər  ikimiz  dəli  kimi  gülüĢürük,  kompüterçi  isə  özünü  itirmiĢ 

halda bizə gözlərini bərəldir. O, iĢini bitirir və məndən qaiməni imzalamağı 

xahiĢ edir. 

Keyt  onu  ötürənə  qədər  bir  fincan  çayla  oturur,  elektron  ünvanı 

açıram  və  artıq  orda  məni  Kristiandan  gəlmiĢ  e-mail  gözləyir.  Ürəyim 

yerindən atılır. Kristian Qreydən e-mail, həm də mənə! Həyəcanla məktubu 

açıram. 

 

Kimdən: Kristian Qrey 



Mövzu: Yeni kompüteriniz 

Tarix: 22.05.2011, 23:15 

Kimə: АnasteyĢa Stil 

 

Hörmətli, miss Stil! 




 

 

 



202 

www.vivo-book.com 

 

Ümid  edirəm,  yaxĢıca  yatmıĢsınız.  Güman  ki,  bu  noutbukdan 



təyinatına görə istifadə edəcəksiniz. 

ÇərĢənbə  günü  Ģam  yeməyinin  intizarındayam.  O  vaxta  qədər 

ehtiyac yarandığı təqdirdə elektron poçtla istənilən suala cavab verməyə Ģad 

olacağam. 

 

―Cavab vermək‖düyməsinə basıram. 



 

Kimdən: АnasteyĢa Stil 

Mövzu: Yeni kompüteriniz (müvəqqəti verilmiĢ) 

Tarix: 23.05.2011, 08:20 

Kimə: Kristian Qrey 

 

Nə  qədər  qəribə  olsa  da,  yaxĢıca  yatmıĢam,  çox  sağ  olun…  ağa. 



Anladığım  qədər,  bu  kompüter  mənə  müvəqqəti  verilib,  deməli,  o  mənim 

deyil. 


 

Cavab, demək olar ki, ani gəlir. 

 

Kimdən: Kristian Qrey 



Mövzu: Yeni kompüteriniz (müvəqqəti verilmiĢ) 

Tarix: 23.05.2011, 08:22 

Kimə: АnasteyĢa Stil 

 

Kompüter sizə borc verilib. Qeyri-müəyyən müddətə, miss Stil. 



Yazı tonunuza əsasən, sizə verdiyim sənədlərlə tanıĢ olmuĢsunuz. 

Artıq suallarınız varmı? 

 

Təbəssümümü gizlədə bilmirəm. 



 

Kimdən: АnasteyĢa Stil 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə