Менеъментин тякамцлц


Strateci resursların bölgüsü



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə233/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   229   230   231   232   233   234   235   236   ...   333
MENECMENT DRSLIK Şahbazov

4. Strateci resursların bölgüsü
. Strategiyanın planlaşdınlması 
və reallaşdırılması prosesində həyata keçirilən strateci işlər içərisində 
vacib yerlərdən biri strateci resursların səfərbərliyə alınması və 
bölüşdürülməsi idi, bu strategiyanın reallaşdırılmasına xidmət edir və 
eyni zamanda strateci seçimin elementlərindən biridi. Proqram, layihə 
və planlar sistemi əsas idarə etmə funksiyalarını həyata keçirməkdən 
əlavə strateci və taktiki resursların zəruri aləti kimi çıxış edir. 
Plan və ya proqramın keyfiyyətinin ilkin faktiki göstəricisi kimi 
rəhbərin onun realizəsinə resurs ayırmaq arzusu çıxış edə bilər. Planlar 
rəhbərliyin fikrincə daha effektiv olan və məqsədə çatmaqda 
resursların bölgüsünə xidmət edir. bununla belə planlar konkret olaraq 
bu suala cavab verir-hansı resursdan hansı miqdarda iazımdır. 
Seçilmiş təşkilati strategiyanın reallaşdırılması və sonrakı 
fəaliyyəti əlaqələndirmək üçün zəruri təlabatın müəyyən edilməsi və 
resursların bölüşdürülməsinin bir neçə metodu var. Müxtəlif planlar 
arasında əlaqəni və resursların bölgüsünü tə'min etmək üçün istifadə 
olunan, ən geniş yayılmış planlaşdırma metodlardan biri də büdcənin 
hazırlanmasıdır. 
Maliyyə inkişafının əsas mənbəyi dövlət büdcəsi olan milli 
planlaşdırma təcrübəsində bu məqsədlə xərclər smetası hazırlanır. 
büdcənin üstünlüyü odur ki, burada "hansı resursdan hansı səviyyədə 
istifadə olunmalıdır?" sualına cavabla yanaşı onların ödənilmə 
mənbəyi də göstərilir. büdcənin xarakterik xüsusiyyəti onun resurs və 
məqsədlərin kəmiyyətcə qiymətləndirilməsidir. büdcələrin dəyər 
göstəriciləri 
rəhbərlərə 
təşkilatın 
müxtəlif 
aspektli 
işlərini 
qiymətləndirməyə, myqayisə etməyə və əlaqələndirməyə imkan verir. 
büdcənin tərtibi-aşağıdakı sxem üzrə həyata keçirilən mürəkkəb 
və məsuliyyətli işdir. 
1.Rəhbərlik təşkilatın missiyası, hər STZ üzrə funksional 
bölmələrin məqsəd və strategiyasını e'lan edir. 
2.STZ müəyyən dövr üçün plan, proqram və ilkin xərclər 
smetasını (büdcəni) tərtib edir. bu sənədlər diqqətlə təhlil edilmək 


Бейнялхалг маркетинг вя мцяссянин харижи базара чыхыш стратеэийасы 
808 
üçün mərkəzi idarəetmə orqanına göndərilir. 
3.Rəhbərlik STZ planarına zəruri düzəlişlər edir, faktiki olaraq 
bu mərhələdə STZ arasında resursların bölüşdürülməsi baş verir və 
maliyyələşmə və ya təhcizat bölmələri müəyyən olunur. Işlənmiş 
büdcə baxılmaq üçün rəhbərliyə göndərilir. 
4.Son mərhələdə rəhbərin göstərişi əsasında resurslar və onların 
mənbələri üzrə uçot həyata keçirilir. 
bir qayda olaraq resursların STZ bölmələri, plan və proqnozları 
arasında resursların bölgüsü prosesi büdcənin tərtibi ilə başa çatmır. 
Strateci planın adaptivliyi büdcənin təşkilatın strategiya və 
məqsədlərinə uyğun olaraq dövri qaydada dəyişilməni nəzərdə tutur. 
bu səbəbdən də resursların yenidən bölgüsünü nəzərdə tutan, daimi 
fəaliyyət göstərən mexanizmi yaratmaq zəruridir. bu məsələnin 
optimal həlli aləti kimi isə resursların yenidən bölgüsünün şəbəkə 
qrafiki çıxış edir. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə