Менеъментин тякамцлц



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə232/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   228   229   230   231   232   233   234   235   ...   333
MENECMENT DRSLIK Şahbazov

Təşkilati ikişaf planı
. O, yeni məhsul və xidmətlərin 
yaradılması üçün zəruri olan "əsas fəaliyyət istiqamətlərində" təsbit 
olunmuş yeni mövqelərə çıxış yollarını göstərən tədbirləri müəyyən 
edir. Inkişaf planı bu suallara cavab verir:- mühitin təşkilati məhsul və 
xidmətlərə gözlənilən reaksiyası necədir?, yeni növ məhsul və 
xidmətlərin hazırlanması və yeni satış bazarlarının aşkarlanmasını 
asanlaşdıran təşkilat daxili mühit və iqlim necə olmalıdır? bütün 
bunlar üçün zəruri olan resursların həcmi hansı səviyyədədir? 
Inkişaf planı buraxılan məhsulları əvəz və ya tamamlamaq 
iqtidarında olan, yeni növ məhsulların yaradılması ilə xarakterizə 
olunan məhsul diversifikasiyası; hansı elementdən azad olmalı 
olduğunu göstərən ləğv planları; mövcud istehsal və satış bazarları və 
təlabatı nəzərə almaqla yeni növ məhsul və texnoloci proseslərin 
yaradılması üzrə tədbirləri əks etdirən ЕTI planları üçün orientir 
rolunu oynayır. ЕTI planı təşkilati fəaliyyətin bütün elementlərinə 
toxunur: məhsullar, bazarlar,maliyyə və idarəetməyə. 
Taktiki planlar
. bu planlar həm də "cari fəaliyyət planı" və 
ya"mənfəət planı" adlandırılır. Onlar buraxılan məhsulun istehsal 
olunub mövcud bazarlara çıxarılması ilə əlaqədar tədbirlərə 
istiqamətlənib. Cari fəaliyyət planı funksional bölmələr üçün planlarla 
möhkəmləndirilir: satış, maliyyə, istehsalat, tədarükat və s. strateci 
planlar bu planlarla sıx əlaqədardı. 
Taktiki planlar strateci planın reallaşdırılması aləti kimi çıxış 
edir və bu nöqteyi nəzərdən sonuncudan fərqli təcrübədə nəzərə 
alınmalı olan bir sıra cəhətləri var: 

Taktiki planlar strateci planın inkişafı ilə əlaqədar tərtib olunur. 


Бейнялхалг маркетинг вя мцяссянин харижи базара чыхыш стратеэийасы 
806 

Taktiki planın işlənməsində bu prinsip realizə olunur: "planı 
tərtib edən onu da işləyib hazırlamalıdır, başqa sözlə, əgər 
strateci plan və onunla əlaqədar qərarları yüksək səviyyəli 
rəhbər qəbul edirsə, taktiki planlar orta həlqəli rəhbər tərəfindən 
qəbul edilir. 

Taktiki planlar strateci planlara nisbətən qısa zaman müddətinə 
nəzərdə tutulur. 
burada xüsusilə qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına 
keçid şəraitində taktiki planın strukturu, əsas bölmələrinin prioritetləri 
işlənmə prinsipləri dəyişir. Təşkilatın illik planı özündə 4 əsas 
bölməni birləşdirir: marketinq planı, maliyyə planı, istehsalat planı və 
tədarükat planı. 
Hər bir strateci plan mütləq proqram və layihə-planları 
kompleksi ilə möhkəmləndirilməlidir. Məsələn: təşkilatın inkişaf planı 
ona daxil olan tədbirləri konkretləşdirən qısa, orta və uzun muddətli 
planlarla əsaslandırılır. bu yeni növ məhsulların hazırlanması və 
tətbiqi proqramları; yeni idarəetmə informasiya sistemlərinin 
hazırlanması və tətbiqi; təşkilati strukturun yenidən qurulması və s. 
proqramlar ola bilər. bu proqramlar öz növbəsində konkret layihələrlə 
əsaslandırılır. Hər bir layihə isə məbləği, realizə qrafiki və texniki-
iqtisadi parametrlərə görə nadir sayıla bilər. 
Strateci planlaşdırmada sənədlər sisteminin formalaşdınrılma-
sının metodiki xüsusiyyətlərinin vacibliyini, təşkilati planların 
inkişafın dəyişən xarici mühitə adaptasiya mexanizminin zəruriliyini 
qеyd еtmək lazımdır. Planın adaptivlik xarakteri onların kifayət qədər 
çevik olması; xarici mühitin gözlənilməz dəyişikliklərə asan 
uyğunlaşmasını nəzərdə tutur. Nəticə etibariylə strateci planın 
adaptivliyini tə'min etmək üçün bütün növ xüsusilə də taktiki planlar 
gözlənilməz vəziyyətlər üçün fəaliyyəti nəzərdə tutmalıdır. bu 
fəaliyyət məşhur metodiki üsullarla-situasiyalı planlaşdırma ilə 
reallaşdırılmalıdır. 
Strateci plan öz təbiətinə görə həmişə subyektivdir və müəyyən 
mə'nada qeyri-müəyyənlik və risk səviyyəsi ilə bağlı olan fərziyə
proqnoz və qabaqcadan görməyə əsaslanır. bu səbəbdən də rəhbərliyə 
belə proqnozların düz çıxmadığı halda nə baş verəcəyini bilmək çox 
vacibdir. 
Sitiuasiyalı planlar qoyulmuş suallara cavab tapmağa və 
gələcəkdə təşkilatın öz davranış, strategiya və məqsədlərini hansı 


Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
807 
səviyyədə dəyişməli olacağını müəyyən etməyə imkan verir. 
Situasiyalı planları ümumi planlar sisteminin tərkib hissəsinə 
çevirən təşkilatlar xarici mühitdə baş verən dəyişikliklərə tez və 
effektiv reaksiya vermək bacarığı qazanır. beləliklə də adaptiv strateci 
planlar təşkilatın xarici mühitində cəmləşən müəyyən situasiyalarda 
işə düşən situasiya planların tamlığını özündə ehtiva edir. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə