Менеъментин тякамцлц



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə228/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   224   225   226   227   228   229   230   231   ...   333
MENECMENT DRSLIK Şahbazov

Təşkilati mədəniyyət 
- təşkilati bölmələrin tərkibi və sərhəd-
lərini, onlar arasındakı qarşılıqlı əlaqənin xarakterini müəyyən edir. 
Təşkilati mədəniyyətin vəzifəsi təşkilatda "qrupların", bütün 
əməkdaşların ümumi baxış və fəaliyyət istiqamətlərini yaratmaqdır. 
Təşkilati mədəniyyətə aiddir:
1) Təşkilatın mövcudluğu səbəbini, ümumi statusunu, xarici 
mühit və əməkdaşları ilə qarşılıqlı münasibətin xarakterini müəyyən 
edən təşkilatın fəlsəfəsi. 
2) Təşkilatın administrasiyası və əməkdaşlarının qərar qəbulu 
zamanı rəhbər tutuduqları dəyərlər. Dəyərlər təşkilat rəhbərlərinin 
dəyişikliklərə reaksiyası və o cümlədən ekstremal situasiyalarda qarşıya 
qoyduğu məqsədlərin xarakterini müəyyən edir. 
3) Təşkilatın xarici mühit və əməkdaşlarla qarşılıqlı 
münasibətdə tərəfdar çıxdığı davranış norma və qaydaları. bütün 
əməkdaşlar arasında bölüşdürülən normalar təşkilata qarşıya qoyduğu 
məqsədə çatmağa imkan verir, firmadaxili münasibətin müəyyən 
olunmuş xarakteri isə təşkilatda hansı tip əməkdaşların işləməli 
olduğunu diktə edən mənəvi-psixoloci mühiti formalaşdırır. 
4) Təşkilat fəaliyyətinin gözlənilən nəticəsini proqnozlaşdır-
mağa. belə ki, bu nəticələrin təşkilat əməkdaşlarına aidiyyatı var. 
5) Işə qəbul, işdən azadedilmə, vəzifəyə görə irəlləmə infor-
masiyanın mübadilə texnologiyası, həvəsləndirmə və cəzalandırma və 
təşkilatda ayrı-ayrı mərasimlərin keçirilməsi üsul və adətləri. 
beləliklə, təşkilati mədəniyyət təşkilatda «allahlıq» edən 
dəyərlər, davranış qayda və normaları, əməkdaşların davranışının 
mahiyyət və xarakterini müəyyən edən təfəkkür tərzi və ənənəsinin 
tamlığını ifadə edir. 


Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
801 
Təşkilati mədəniyyət daha çox təşkilatın ətraf mühitə baxışını və 
orada onun öz yerini, strateci məqsədlərini müəyyən edir. bəzi 
ədəbiyyatlarda isə təşkilati mədəniyyət çox cəhətli amillərlə şərtlənən 
problemə təşkilatın reaksiyası kimi izah olunur. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə