Менеъментин тякамцлц



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə227/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   223   224   225   226   227   228   229   230   ...   333
MENECMENT DRSLIK Şahbazov

Təşkilati struktur

Iri firmalarda strateci planlaşdırma, 
idarəetmə sisteminin 20-illik mövcudluq tarixi onların yüksək 
effektivliyinə bir daha subutdur. amma XX əsrin 70-ci illərinin sonu 
strateci planlaşdırmanın bir sıra çatışmamazlıqlarını üzə çıxardı. Əsas 
problem isə ondan ibarət idi ki, iri şirkətlərdə tətbiq edilən strateci 
planlaşdırma formalaşmış idarə etmə strukturu çərçivəsində idarəetmə 
forma, metod və nəzarət sistemini dəyişmədən həyata keçirilirdi. Orta 
səviyyəli idarəetmə rəhbərləri əvvəlki kimi əsas diqqəti cari 
məqsədlərə, operativ idarəetməyə yönəldirdi. Nəticədə, strateci 
planlaşdırmanın təşkilatın bütün səviyyəli rəhbərlərindən kənarlaşması 
baş verirdi. Firmadaxili planlaşdırma, təşkilati struktur və idarəetmə 
mexanizmlərinin ciddi surətdə yenidən qurulmasını tələb edir və 
strateci planın işlənməsi və reallaşdırılması arasındakı əlaqənin tə'mini 
zəruriyyətini doğurur. STZ konsepsiyasının istifadəsi ilə idarəetmə 
strukturunun təşkilinin prinsipial sxemi şəkil 19.10-da göstərilmişdir



Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
797 
Тяшкилат рящбярлийи 
Стратежи
планлашдырм а 
шюбяси 
Стратежи
тясяррцфат 
зоналары 
Мянфяят 
м яркязляри 
(ММ) 
Тясяррцфат 
щесаблы ММ-
ляр 
Щцгуги ъящятдян 
м цстягил ММ-ляр
Тяшкилатын функсионал хидм ятляри 
Şəkil 19.10. Strateci idarə etməyə istiqamətlənmiş təşkilati 
strukturun konseptual sxemi 
Çoxsahəli səhmdar cəmiyyətin idarə edilməsinin əsasında 
strateci idarəetməyə istiqamətlənmiş diversifikasiyalı təşkilat modeli 
konsepsiyası durur. bu konsepsiya təşkilatın idarə edilməsinin qeyri 
mərkəzləşdirilməsini nəzərdə tutur və aşağıdakılara imkan vеrir: 
I. Xarici mühitdə baş verən dəyişikliklərə operativ, adekvat reak-
siya verən idarəetmənin müasir təşkilati strukturunu yaratmağa, 
II. Uzun müddətli perspektivdə təşkilatın effektiv fəaliyyətinə 
imkan verən strateci idarəetmə sistemini yaratmağa, 
III. Qəbul edilən qərarın operativliyini yüksəltməyə, 
IV.Məhsul və xidmətlərin nomenklaturunu genişləndirməyə, 


Бейнялхалг маркетинг вя мцяссянин харижи базара чыхыш стратеэийасы 
798 
istehsalın çevikliyini və bununla da rəqabət qabiliyyətini yüksəltməyə 
yönələn təşkilatın geniş dairəli əməkdaşlarını işguzar fəaliyyətə cəlb 
etməyə. 
Verilmiş modeldə idarəetmənin yüksək səviyyəsi SC-in idarə 
еdilməsinin tipik strukturu kimi verilmişdir. 
Yeni idarəetmə strukturuna keçidlə əlaqədar olaraq yuxarı 
rəhbərlərin funksiyaları əhəmiyyətli dərəcədə dəyişir. Qismən 
istehsalın idarə edilməsindən azad olur və strateci əhəmiyyətli 
problemlərə, ümumilikdə iqtisadiyyatın və təşkilatın maliyyələşdiril-
məsinə diqqəti artırır. bu modelin xüsusiyyəti odur ki, bu modeldə 
təşkilatın tərkibində strateci təsərrüfat bölmələri ayrılır və ayrı-ayrı 
istehsal və funksional bölmələrə MƏNFƏƏT MƏRKƏZLƏRI (MM) 
statusu verilir. STZ özündə ixtisaslaşma, öz rəqibləri, bazarları və s. 
ilə dəqiq ifadə olunan istiqamət və ya istiqamətlər qrupunu ehtiva edir. 
Hər bir STZ-nin digər STZ-lərin məqsədlərindən aslı olmayan öz 
şəxsi, əsas məqsədi olmalıdı. O, məhsullar bazarlar, güclər, və s. 
kompleks strateci planlaşladırmanı həyata keçirmək imkanında 
olmalıdır. 
STZ özü strukturun istənilən səviyyələrində yerləşən bölmə, 
filial, sexlər qrupu və ya ayrıca sex və s. kimi göstərə bilər. Istər qısa, 
istərsə də uzaq perspektiv üçün hər bir istiqamət üzrə mə'suliyyət 
idarəedici rəhbər üzərinə düşür. Direktor öz STZ-nə cavabdehdir və 
bazarda uğurlu fəaliyyəti müəyyən edən texnologiya, istehsal, kapital 
qoyuluşu 
sahəsində 
STZ-nin 
maraqlarını 
öz səlahiyyətləri 
çərçivəsində müdafiə etməyə hazır olmalıdır. bununla yanaşı 
resursların müxtəlif STZ-lər arası bölgüsü zamanı hər STZ planı 
təşkilatın 
maraqlarının 
balanslaşdırılması 
məqsədilə 
dəqiqləşdirilməlidi. 
beləliklə, STZ strateci məqsədlər üçün yaradılır və nəticə 
etibarilə mövcud təşkilati struktur üzərində yenisinin lehinlənməsi baş 
verir. baxmayaraq ki, təşkilati struktur müəyyən zaman idarəetmə 
məqsədi ilə saxlanılır. Strateci yeniliklər üçün yeni bazarlar, strateci 
ardıcılıqla xətti rəhbərlər-STZ direktorları yaratmağa imkan verən 
təşkilati struktur formalaşdırılır. 
Təşkilatların strateci idarəetmə funksiyalarını tə'min edən 
təşkilati struktur yüksək idarəetmə səviyyəsində strateci planlaşdırma 
şöbəsi və strateci planlaşdırma xidmətlərinin daxil olduğu strateci 
təsərrüfat bölmələrinin tamlığını yaradır. 


Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
799 
Təcrübə göstərir ki, praktiki olaraq 3 formalı planlaşdırma 
xidmətləri yaratmaq mümkündür. 
I. bütün təşkilat və onun bölmələri üçün strategiya işləyib 
hazırlayan güclü mərkəzi planlaşdırma xidməti. 
II. Metodik kömək göstərmək və digər təşkilati bölmələrin 
fəaliyyətinin əlaqələndirilməsi yolu ilə strateci planlaşdırmanı tə'min
edən mərkəzi planlaşdırma xidməti. 
III. Strategiyanın işlənib hazırlanması mə'suliyyət və 
səlahiyyətlərinin STZ rəhbərləri üzərinə düşən qeyri mərkəzləşmiş 
strateci planlaşdırma xidməti. 
bu və ya digər strateci planlaşdırma strukturunun seçilməsi 
müxtəlif amillərlə müəyyən olunur. Firmanın təşkilati strukturunun 
mürəkkəbliyi; toplanmış təcrübə; planlaşdırma ənənəsi və s. amma 
bütün hallarda bu suallara cavab tapmaq lazım gəlir: belə bir bölmə 
xəttimi olmalıdır, funksionalmı? Strateci planlaşdırma təşkilati 
strukturaya, ya da STZ-əmi aid olmalıdı? bu suallara cavab birmənalı 
deyil, bu səbəbdən də özünə fərdi və yaradıcı yanaşma tələb edir. 
Idarəetmənin təşkilati strukturunun baxılan modelində STZ 
strateci 
planlaşdırmanın realizə 
olunduğu hakimiyyətin orta 
səviyyəsini təmsil edir. Idarəetmənin aşağı səviyyəsində təşkilatın 
istehsalat və funksional bölmələri əsasında yaradılan MM yerləşir və 
onlar vasitəsilə istehsalın operativ idarə edilməsi reallaşdırılır. bütün 
MM-ləri 2 qrupa bölmək olar: 
STZ-ə daxil olanlar
STZ-ə daxil otmayanlar 
STZ-nin tərkibinə daxil olan MM bir qayda olaraq özündə əsas 
istiqamət üzrə texnoloci zəncirlərlə sıx bağlı olan struktur bölmələri 
birləşdirir (sexlər, iştirakçılar, funksional xidmətlər). bu MM STZ 
tərkibində təsərüfat hesabı ilə müəyyən mə'nada sərbəst fəaliyyət 
göstərir. Iqtisadi cəhətdən əsaslandırıldığı halda MM qruplarını da 
müstəqil bölmələrə ayırmaq mümkündür. 
STZ-nin tərkibinə daxil olmayan MM-ləri də 2 qrupa bölmək 
olar: müstəqil təsərrüfat-hüquqi formalı qız şirkətlər; təsərrüfat 
hesabına fəaliyyət göstərən və bilavasitə rəhbərə tabe olan bölmələr. 
bir sıra şərtlərə cavab verən, o cümlədən nisbətən müstəqil 
texnoloci prosesə malik, əsas təşkilata ziyan vurmadan ərazi və 
mülkiyyət baxımdan əsaslandırılan, xarici bazar istehlakçılarına 
kifəyət qədər məhsul və xidmətlər təklif edən və bu imkana


Бейнялхалг маркетинг вя мцяссянин харижи базара чыхыш стратеэийасы 
800 
maliyyələşmə şərtiylə oz fəaliyyətini tə'min etmək qabiliyyətinə malik 
bölmələrin xeyirinə təşkilati strukturun dəyişilməsi məqsədə uyğundur. 
Qız şirkətlərin və təşkilatın özünün normal fəaliyyətini tə'min edən 
bölmələrin isə təşkilatın bilavasitə tabeçiliyində saxlanılması məqsədə 
uyğundu. belə ki, bu bölmələrdə istehsal edilən (yaradılan) məhsul və 
xidmətlər təşkilat daxilində tələb olur. 
Nəzərdən keçirdiyimiz idarəetmə strukturu yüksək həlqəli kadr 
və mütəxəssislərin STZ və MM-ə tədricən "axınını" nəzərdə tutur. bu 
bir sıra funksiyaların tədricən STZ və MM-ə ötrülməsi və onun 
ixtisaslı menecer kadr və mütəxəssisləri ilə möhkəmləndirilməsi 
zərurəti ilə bağlıdır. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə