Менеъментин тякамцлц


baza Strategiyası Konsepsiyası



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə224/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   220   221   222   223   224   225   226   227   ...   333
MENECMENT DRSLIK Şahbazov

baza Strategiyası Konsepsiyası. 
Strategiyanın seçilməsi - 
Strateci planlaşdırmada mərkəzi məqamdır. Təşkilatlar tez-tez bir neçə 
mümkün variantlardan strategiyalarını seçirlər. belə ki, əgər təşkilat 
bazarda öz payını artırmaq istəyirsə, o, bu məqsədə bir neçə yolla nail 
ola bilər: məhsulun qiymətini aşağı salır, əmtəələrini daha çox 
mağazalar vasitəsilə satdırar, bazara yeni model təqdim edə bilər, 
reklam vasitəsilə əmtəə haqqında daha cəlbedici sima yarada bilər və s. 
Hər bir yol müxtəlif imkanlar açır. Məsələn: qiymət siyasəti asan həyata 
keçirilir və uyğunlaşır, lakin həm də rəqiblərə asan təsir edir, yeni 
texnologiyaya əsaslanan strategiya isə çətin həyata keçirilir, amma 
böyük xərclər və az uyğunlaşma tələb edir və s. bu şəkildə təşkilat 


Бейнялхалг маркетинг вя мцяссянин харижи базара чыхыш стратеэийасы 
786 
böyük miqdarda mümkün alternativ strategiya ilə qarşılaşa bilər. 
Dörd baza strategiyası fərqləndirirlər: 
1. 
Məhdud artım. Əksər təşkilatlar bu strategiyanı seçir. 
Məhdud artım strategiyasının əsasında inkişaf məqsədinə əsasən «nail
olunur» və artıq dəyişdirici şərtlərə ehtiyac qalmır. burada əsas odur 
ki, əgər təşkilatın inkişafı, onun rentabelliyi rəhbərliyi qane edirsə 
dеmək o, gələcəkdə də bu strategiyanı seçəcəkdir. Çünki bu ən asan, 
ən sadə yoldur və burada risk azdır. 
2. 
artım. bu strategiya çox vaxtı çevik dəyişən texnologiyalı 
sahələrin dinamik inkişaf etdirilməsi zamanı tətbiq edilir. bu 
strategiyanı zəifləmiş bazarı tərk etmək üçün diversifikasiyaya can 
atan təşkilatlar dəstəkləyir. artım iki cür: 1) Daxili; 2) Xarici olur. 
Daxili artımda - məhsulun nomenkiaturası artırılır; xarici artımda isə 
ayn-ayrı sahələrə nüfuz edilir. 
3. Ixtisar. bu strategiyanı təşkilatlar daha az seçirlər. Onun üçün 
keçmişdə nail olunmuş səviyyədən daha aşağı məqsədlərin qoyulması 
xarakterikdir. Təşkilat istiqamətini dəyişdikdə 3 cür ixtisar olur: 
1) 
Ləğv etmək - ixtisarın ən radikal variantıdır. bu
material ehtiyatlarının və təşkilatların aktivlərinin tam satılması ilə 
həyata keçirilir. 
2) 
artığın kəsilməsi - təşkilat özünün bəzi fəaliyyət növü-
nü və şöbələrini ayırmağı faydalı hesab etdikdə baş verir. 
3) 
Ixtisar və orientasiyanı dəyişmək - Təşkilat mənfəəti 
çoxaltmaq məqsədilə fəaliyyətinin bir hissəsini ixtisar edir. 
Ixtisar strategiyasını təşkilatın fəaliyyəti pisləşməkdə davam 
edərkən, iqtisadi tənəzzül və yaxud da sadəcə olaraq təşkilatın
xilas edilməsi üçün tətbiq еdirlər. 
4. Kombinələşdirilmiş strategiya. bu strategiya özündə baxılan 
alternativlərdə - məhdud artım, artım və ixtisarı birləşdirir. 
Kombinələşdirilmiş strategiya müxtəlif sahələrdə aktiv işləyən iri 
təşkilatlar tərəfindən dəstəklənir. belə ki, təşkilat özünün istehsalından 
birini sata və ya ləğv edə bilər və əvəzində bir və ya bir neçəsini əldə 
edə bilər. belə vəziyyətdə o, iki baza alternativ strategiyanın 
uyğunluğuna - ixtisar və inkişaf strategiyalarına malik olur. 
Yuxarıda göstərilən hər bir strategiya bir neçə alternativ varianta 
malik olan baza strategiyasını ifadə edir. 
baza strategiyaları hazır məhsula son şəkil vermə prosesində 
konkret məzmunla doldurulan təşkilatın ümumi strategiyalarının 


Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
787 
variantlarına xidmət edir. Strategiyanın təşkilatın məqsədlərinə 
uyğunluğu yoxlanılır, məhsulun həyat tsikli mərhələsi ilə uyğunluğu 
tutuşdurulur.Məqsədə nail olmaq prosеsində həll еdilməli olan 
hesabat və ya texnologiya strateci, tapşırıq formalaşır, hansı ki, 
məqsədə nail olmaq prosesində həll edilməlidir. burada tapşırığın həll 
edilməsi vaxtı təyin edilir, tələb edilən resurslar müəyyən edilir. 
Strateci alternativlərin planlaşdırılması və onların qiymətlən-
dirilməsinə bir neçə metodiki yanaşma mövcuddur. Təşkilatın ümumi 
strategiyasının seçilməsində, uğurlu istifadə edilə bilən belə bir üsula 
baxaq. Ümumi strategiya konsepsiyası haqqında təsəvvür yaradan 
«əmtəə / bazar imkanları » matrissası verilmişdir. bu matrissanın 
köməyilə işlənib hazırlanmış ümumi strategiya firma inkişafının 
gələcək məqsədə tam adekvat olması üsullarından biridir. Matrissada 
mövcud olmasından və proyektləşdirməsindən asılı olmayaraq bütün 
məhsullar və bazarlar əks olunur. Matrissanın hər bir kvadrantı hər 
hansı bir ümumi strategiyanı və onunı elementlərini müəyyən edir. 
bazarlar 
Mövcud
Yеni 
I. Stratеgiya – gördüyün 
işi yaxşılaşdır 
II. bazarın inikşafı 
stratеgiyası 
III. Yеni məhsulun 
işlənib hazırlanması 
stratеgiyası 
IV. Divеrsifikasiya 
stratеgiyası 
Şəkil 19.6. Əmtəə / bazar imkanları matrisası

kvadrant təşkilatın strategiyasının mövcud məhsullara və 
bazarlara istiqamətlənməsini göstərir. bu strategiya xərcə qənaət və ya 
«etdiyini yaxşı et» metodu adlanır. bu strategiyanı, təşkilatın Strateci 
Təsərrüfatçılıq 
Şöbələri (STŞ) seçirlər. Kimin ki, bazarı 
genişləndirilməkdə və hələ təchiz edilməməkdə davam edir. Təşkilat 
ənənəvi bazarlarda buraxılmış məhsulun satışının genişləndirilməsi 
üçün rəqabət qabiliyyətli qiymətlərin təyin edilməsində, hücum 
Йе
ни
Мю
въуд
Я
м
тяя
ляр


Бейнялхалг маркетинг вя мцяссянин харижи базара чыхыш стратеэийасы 
788 
xarakterli reklam və ya intensiv mal yeridilişi kimi həyata keçirilən 
marketinq xidmətlərindən istifadə edir. 
II 
kvadrant. bazarın inkişafına yönəldilən strategiyanı əks 
etdirir. bu həm də kifayət qədər uzunmüddətli məhsulların buraxılışı 
üçün bazarların yaradılmasıdır. bu strategiya əgər təşkilat öz
bazarlarını yeni coğrafi bazarlara nüfuz etdirdikdə, o cümlədən başqa
ölkələr hesabına genişləndirməyə can atdıqda; bazarın yeni 
seqmentlərində tətbiq edilən və hələ ödənilməyən tələbatları 
öyrəndikdə; mövcud mallara və ; tanınmış məhsul üçün yeni tətbiq 
sahəsini üzə çıxararkən bazarm yeni seqmentlərinin mənimsənilməsi 
və s. hallarda еffеktli olur. 
III 
kvadrant. Çoxdan mənimsənilmiş və təchiz edilmiş bazarlar 
üçün yeni məhsulların işlənıb hazırlanmasına yönəldilən strategiyanı 
ifadə еdir. bu strategiya o vaxt tətbiq edilir ki, o zaman STŞ 
istehlakçıların böyük rəğbətini qazanmış müvəffəqiyyətli məmulat 
modeli cərgəsinə maük olsun. belə halda təşkilat ya yeni, ya da
köhnə məhsulların keyfıyyətinin yaxşılaşdırılması, şəklini 
dəyişdirmək və onun müştərinin loyal əhval - ruhiyyəsinə realizəsini 
işləyib hazırlayır. 
IV 
kvadrant. Diversifikasiya Strategiyası. bu strategiya təşkil-
atın bir STŞ-dən və ya bir məhsul çeşidindən həddən artıq
asılılıqdan qaçmaq məqsədilə tətbiq edilir. Həm də əgər firma 
durğunluq vəziyyətində olan bazardan və ya məhdudlaşdırılmış bazarı 
tərk etmək istəyirsə bu halda da tətbiq edilir. Lakin diversifikasiya 
strategiyası yeni məhsulların və yeni bazarların işlənməsini nəzərdə 
tutur. Ona görə də o daha çox risklidir. belə ki, heç vaxt yeni 
bazarların yeni məhsulu qəbul etməyə hazır olacağına və onun 
alıcıların diqqətini cəlb edəcəyinə tam inam olmur. 
Müxtəlif firmaların strategiyasının təşəkkül tapmış təcrübəsi 
göstərir ki, onlar təsadüfi hallarda öz seçimlərində hər hansı bir 
variantın üzərində dayanırlar. Yekunda tez-tez ümumi strategiya 
özündə bir-bir sayılmış strategiyaların kombinasiyasını ifadə edir. 
bununla belə onların məntiqliyi onların hər birindən gözlənilən 
nəticəni və əhəmiyyəti müəyənləşdirir. bu halda təşkilatın ümumi 
strategiyası «əvvəl» və «sonra» sözlərindən istifadə etməklə for-
malaşır. Məsələn: əvvəlcə biz cəhdlərimizi mənimsənilmiş məhsulun 
buraxılışını davam etdirmək və həmin məhsullara tələbat hələ ondan 
çox olduğu ücün qabaqkı bazarları təchiz etmək; sonra yeni bazarlara 


Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
789 
və onları da eyni məhsulla təchiz etməyə, sonra tanınmış məmulatın 
yeni 
modifikasiyasını 
yaratmağa 
və 
onların 
təkrar 
alışını 
stimullaşdırmaq məqsədilə köhnə bazarlara çıxartmağa diqqətimizi 
cəmləşdirməliyik. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə